logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 16 fevral 2015

avatar

Adnan Oktar

Məktəblərdə darvinist təhsil verərək; "Allah yoxdur" deyirsən. "Elmi baxımdan yoxdur, amma istəyirsənsə, ürəyin istəyirsə inan" deyirsən. Bunun saxta bir elm olduğundan xəbərsiz olan gənclər də: "Mən elmi həqiqəti müdafiə edərəm" deyir və beləliklə də, dinsiz olurlar. Bu qorxunc bir şeydir. Mütləq darvinizmin elmi cavabı verilməlidir.
A9 TV; 16 fevral 2015
1590
avatar

Adnan Oktar

Hər əxlaqsızlıq, hər zülm, hər cinayət Allahdan qorxmayan kəslərin törətdiyi hadisələrdir. Kommunistlər, darvinistlər, materialistlər, yəni Allaha inanmayanlar Allahdan qorxmaz. Onların arasından çıxar. Məsələn, xurafatçılar da Allahdan qorxmadıqları üçün əxlaqsızlıq edirlər.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Allahdan qorxmayan hər kəs əxlaqsızlıq edəcək deyə bir şey də yoxdur. Amma əxlaqsızlar daim Allahdan qorxmayan insanların arasından çıxmışdır. Bu çox əhəmiyyətlidir. Allahdan qorxan onsuz da edə bilməz, mümkün deyil. Hər bir təcavüz hadisəsini, hər bir əxlaqsız hadisəni daim Allahdan qorxmayan insanların arasından çıxan kimsələr törətmişdir. Bunu bilməlidirlər.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Yəhudilər Axırzamanda İsraildə toplanacaqlar. Bu Tövratda da bildirilir. "Sizi dünyanın hər yerindən toplayacağım" deyir. Bu zaman gəlib çatmışdır. Deməli, Moşiyahın dövründəyik. Mehdinin, Moşiyahın dövründəyik. Həqiqətən də yəhudilər hər yerdən axın-axın İsrailə gəlir.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Şeytan müvəffəqiyyətli bir müsəlmanı devirmək istəyər. Faydalı bir şey edirsə, təsirsiz hala gəlməsini istəyər. Məsələn, kitab yazırsa, yazmasını istəməz. Təbliğ edirsə, etməsini istəməz. Xeyirli bir şey danışırsa, danışmasını istəməz.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Şeytan küfr şəraitində çox tez nəticə əldə edir. Yəni ardıcıl surətdə nəticələr əldə edir, bir-birinin arxasınca. Qəzəbi dərhal ən yüksək səviyyəyə çıxarda bilir. Adamı çəkib vurur. Dərhal zülm etməsini təmin edə bilər. Dərhal vəfasızlıq etməsini təmin edə bilər.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Dindar bir müsəlman şeytanı tam tanımaq məsələsində çətinlik çəkə bilər, lakin küfr şeytanı çox yaxşı tanıyar. Müsəlman şeytanla əlbir olmur, onunla arasında elə də bir əlaqə olmur. Çünki, hər dəfə qalib gəlir, ona əhəmiyyət vermir. Məsələn, səbir tələb edən mövzularda bilavasitə səbir edir. Eqoistlik edilə biləcək bir şeydə heç vaxt eqoistlik etmir.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Şeytan qəribə bir varlıqdır. Yəni həyatda insana, əllə tutmaq kimi bir müdaxiləsi demək olar ki, müşahidə olunmur. Amma daha çox romantikliyə, pessimizmə sövq etmək tipli üsullardan istifadə etdiyini anlayırıq.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Cənub-Şərq bölgəsində mövcud olan bu şərtlər altında seçki keçirilə bilməz. PKK o əraziyə hakim olmuşdur, hər yerə silah yerləşdirmiş, xalqı təhdid etmiş və qorxutmuşdur. Hal-hazırda xalqın başqa seçim şansı yoxdur. Alnına silah dayanmışdır. Orada verəcəyi səs etibarlı olmaz. Əvvəlcə xalqın təhlükəsizliyi təmin edilməli, ondan sonra seçki keçirilməlidir.
A9 TV; 13 fevral 2015
avatar

Adnan Oktar

Qatilləri bağışlamağa təşəbbüs edən kəs dünyanın ən alçaq, ən namərd, ən şərəfsiz, ən namussuz adamıdır. Bundan artıq şəxsiyyətsizlik düşünə bilmirəm. Bunlar və PKK-lı alçaqlar heç vaxt əfv edilməməlidir. Bunların əfv olunmasını istəyən daha alçaqdır.
A9 TV; 13 fevral 2015
avatar

Adnan Oktar

PKK silahı heç vaxt yerə qoymaz, Öcalan da heç vaxt silahların yerə qoyulmasını istəməz. Onsuz da onların tək zəmanəti silahdır. Silah sayəsində Cənub-Şərq bölgəsində güc əldə etdilər. Silah sayəsində hökumətin onlarla təmasda olmasını təmin edirlər. Silah sayəsində Abdullah Öcalanın şəkilləri, plakatları sərbəst oldu. Bunlar, silahlarının göstərdiyi təsir sayəsində oldu.
A9 TV; 13 fevral 2015
avatar

Adnan Oktar

Dərhal əks hücuma keçilməli, PKK-nın əlindəki bütün silahlar toplanmalı və qruplaşma etibarsız hala gətirilməlidir. PKK-ya diz çökdürülməlidir. Aprel ayında qiyam qaldırmağa hazırlaşır, kimsə silahını yerə qoymadı. Hal-hazırda Cənub-Şərq bölgəsində dağ-dərə silahla doldu.
A9 TV; 13 fevral 2015
avatar

Adnan Oktar

PKK-ya qarşı elmlə mübarizə aparılar. Şeirlərlə, əfsanələrlə, nağıllarla, xalq nəğmələriylə mübarizə aparılsaydı, biz də çox məmnun olardıq. Amma bu metod PKK- ya qarşı səmərəli olmaz. Əvvəla, darvinist-materialist təhsil dayandırılmalıdır. Yəni antikommunist təhsil verilməlidir. Kaş ki, romantik şeirlər, qəhrəmanlıq şeirləri təsirli olsaydı, amma olmaz. Bunlar PKK-nı yalnız güldürər.
A9 TV; 13 fevral 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s) zühur etmədən əvvəl onun əlamətləri gələr. Gül bağçasına girmədən əvvəl bir gül qoxusu gəlir. Sonra gül ağacına doğru yaxınlaşarsan. O gül ağacını taparsan.
A9 TV; 13 fevral 2015
avatar

Adnan Oktar

Qatı dinçilər müsəlmanların üstünə elə ağır yük yüklədilər ki, elə bil, müsəlmanları dəliyə döndərdilər. Sağa dönə bilmir, sola dönə bilmir, gülməsi qadağandır, qadınların danışması qadağandır. Allah sənin gülməyini istəyir, şən olmağını istəyir. Niyə boş- boşuna özünə əzab verirsən? Özlərindən qadağalar qoyurlar. Gül, istədiyin kimi gül, istədiyin kimi gəz, evinin divarından portret də as, heykəl də qoy, gənc qızlar istədikləri kimi makyaj etsinlər, baxımlı olsunlar. Gənc oğlanlar rəqs etsin, əylənsin. Qurana görə bunların hamısı halaldır.
A9 TV; 12 fevral 2015
avatar

Adnan Oktar

Xurafatçıların, qatı dinçilərin uydurma xurafatları atılsa, geriyə yalnız saf, xalis, əsil İslam dini qalar.
A9 TV; 12 fevral 2015
avatar

Adnan Oktar

Milliyyətçi Hərəkət Partiyası vətən, millət, bayraq, dövlət sevgisi, millət sevgisi və diqqətli olmaq deməkdir, qəflətə və dəlalətə qarşı ayıq-sayıq olmaq deməkdir. Vətənin, millətin mənfəətini çox diqqətlə qorumaq deməkdir. Ciddi və ətraflı bir şəkildə araşdırmaq deməkdir. Buna görə belə müvəffəqiyyətli bir hərəkatı məclisdən uzaqlaşdırmaq düzgün deyil.
A9 TV; 11 fevral 2015
avatar

Adnan Oktar

Birisi Mehdi (ə.s)-ın əleyhinə danışdıqda güman etmədiyi yerdən başını bir bəla bürüyür. Bir ayağından, bir başından, bir bədənindən tutur, bəla yağış kimi üstünə yağmağa başlayır. O uğursuzluq yaşadığını zənn edir. Halbuki mehdiyyətə qarşı xoşagəlməz sözlər deyir. Ona görə də Allah bəla verir, məsələ budur.
A9 TV; 11 fevral 2015
avatar

Adnan Oktar

Xurafatçı yaradılarkən mehdiyyət düşməni olaraq yaradılır. Halbuki, onun düşmənçiliyi, mehdiyyətin məqamını yüksəltmək üçün xüsusi olaraq hazırlanmış bir sistemdir. O, yalnız mehdiyyətin mövqeyini yüksəltmək üçün, yaradılmış bir cəhənnəm adamıdır. Allah cəhənnəm üçün yaradılmış o adamları sayəsində Mehdi (ə.s)-ın mövqeyini yüksəldir.
A9 TV; 11 fevral 2015
avatar

Adnan Oktar

“Yoxsulluq lobbisi” dəccaliyyətin nəzarəti altındadır. Dəccal xüsusilə insanları əzmək üçün bu sistemdən istifadə edir. Kəndlini əzər, işçini əzər. Xüsusi bir sistemdir. Əzab çəkdirər, cinayət işləyər, qan tökər. Dəccaliyyət və şeytaniyyət bu əzab sayəsində qidalanar. Mehdiyyət də axan qanı dayandırar, əzabı dayandırar, yoxsulluq problemini həll edər.
A9 TV; 11 fevral 2015
avatar

Adnan Oktar

Xüsusi yolla meydana gətirilən böyük bir yoxsulluq lobbisi var. Bu yoxsulluq lobbisini, yoxsulluğu meydana gətirən sistemi Mehdi (ə.s) aradan qaldırır. O zaman dünya avtomatik şəkildə, öz-özünə zəngin olur. Amma axırıncı dəfə zəngin olur.
A9 TV; 11 fevral 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Türkiyəni dağıtmağa çalışan bir nəfər varsa, deməli o, dünyanı dağıtmağa çalışmışdır. Buna izin vermərik. Allah qorusun, bu Türkiyədə ümumi bir üsyanın baş verməsi deməkdir. Daş üstündə daş qalmaz. Bu millətə ediləcək ən böyük bir təhqir olar. Sitatlar
Bir sirr verim, Allah silah, güc, pul, siyasət sahibi dünyaya hakim olacaqdır demir. Namazlarını qılanlar, oruclarını tutanlar da dünyaya hakim olacaqdır demir. Allah: "Səmimi olan qullarım xilas olar və dünya hakimi olar"―deyir, yalnız səmimi! Sitatlar
Uşaqlarda günahsızlığın hüzuru, aydınlığı və təmizliyi olur. Sitatlar
Bəşər Əsəd Türkiyəyə də gələ bilər. Gəlsin, qonağımız olsun. Biz ömür boyu xidmət edərik. Türkiyədə başından bir tük belə əksik olmaz, söz veririk, söz bir, Allah bir. Sitatlar
Kürd, türk, ərəb olmağa biz yox, Allah qərar verir, qədərdə bizi o şəkildə yaradır. Bundan ötrü bir insanı alçaltmağa cəhd göstərmək, zərər vermək, əzab vermək çox böyük bir əxlaqsızlıqdır. Din qardaşıyıq, bizi birləşdirən İslamdır. Eyni ümmətdənik: Məhəmməd (s.ə.v) ümmətiyik. Sitatlar
Əsərlərimdə əsas mövzu Allah sevgisi və Allah qorxusudur. Məqsədim isə yaxşı və gözəl olan hər şeyin dünyaya hakim olmasıdır. Sitatlar
Hörmətli Destici səmimi bir müsəlmandır, Allah yolunu açıq etsin. Mücahidləri də Allah nur etsin, onların şövqünü artırsın. Sitatlar
Qadını gözündə ucaldacaqsan, dəyər verəcəksən. Bir çox yerdə qadına dəyər vermirlər. Belə olanda qadını itirmiş olarsan. Allah əlindən neməti alar. Sənin üçün bəlaya çevrilər. Üzün qaralar, çox pis olar. Sitatlar
Allah uğrunda əziyyət çəkirsən, sevgini göstərmiş olursan. Əziyyət çəkməsən, doymazsan. Sevirəm, amma əziyyət çəkməmişəm, bu olmaz. Leyli ilə Məcnun hadisəsində də əziyyət çəkdiyi üçün o sevgi bizim gözümüzdə gözəl olur. Allah uğrunda da əziyyət, ağrı-acı çəkiləndə gözəldir. Yoxsa, cəhd göstərmədən hər kəs sevər. Sitatlar
Allah nə gözəl imtahan mühiti yaradıb. Zəif insanlara Allah Özünü örtür, güclü insanlara da Özünü daha da açır, göstərir. İman onda qiymətli, daha gözəl olur. Çünki axtararaq tapırsan, əziyyət çəkirsən. Sitatlar
Fələstinli, israillilərin sayı çox azdır. Divarları yıxın dedik, inşaAllah yıxdıracağıq. Allah qoruyar, divarda elə bir güc yoxdur ki, qorusun. Divarı bomba ilə də dağıtmaq olar. Allah qoruyacaq. Allahın şəfqətinə, sevgisinə, mərhəmətinə sığınacaqlar. Sitatlar
Allah böyük hadisələrlə dünyaya bir şeyi xatırlatmaq istəyir. Hadisələrin hikmətlərini araşdırarkən ən son gəldiyimiz nöqtə yenə Mehdiyyətdir. Sitatlar
Ən böyük nemət səmimiyyətdir. Allah Quranda təkcə səmimi qullarının xilas olacağını bildirir. Sitatlar
Təhqir edən kim olursa olsun, hansı peşədən olursa olsun hüquqi olaraq lazım olan cəza verilər. Qanun qarşısında hər kəs bərabərdir. Sitatlar
Allah bizlərə İsa Məsihin o gözəl gözlərindən öpməyi nəsib etsin. Sitatlar
Bizə türk milləti adını Allah vermişdir. Sitatlar
Nə gözəl! Allah vardır, əlhəmdülillah. Sitatlar
Hər əxlaqsızlıq, hər zülm, hər cinayət Allahdan qorxmayan kəslərin törətdiyi   hadisələrdir. Kommunistlər, darvinistlər, materialistlər, yəni Allaha inanmayanlar   Allahdan qorxmaz. Onların arasından çıxar. Məsələn, xurafatçılar da Allahdan   qorxmadıqları üçün əxlaqsızlıq edirlər. Sitatlar
Allahdan qorxmayan hər kəs əxlaqsızlıq edəcək deyə bir şey də yoxdur. Amma   əxlaqsızlar daim Allahdan qorxmayan insanların arasından çıxmışdır. Bu çox   əhəmiyyətlidir. Allahdan qorxan onsuz da edə bilməz, mümkün deyil. Hər bir təcavüz   hadisəsini, hər bir əxlaqsız hadisəni daim Allahdan qorxmayan insanların arasından   çıxan kimsələr törətmişdir. Bunu bilməlidirlər. Sitatlar
Dində həyatın bütün gözəllikləri vardır. Musiqi, əyləncə, nəşə, sevinc, sevgi vardır. Din  həyatın hər anını əhatə edir və hamısını halal etmişdir. Qeyri-qanuni, haram olan çox az   şey vardır. Halal şeylərin sayı-hesabı yoxdur. Sitatlar
Yəhudilər Axırzamanda İsraildə toplanacaqlar. Bu Tövratda da bildirilir. "Sizi dünyanın   hər yerindən toplayacağım" deyir. Bu zaman gəlib çatmışdır. Deməli, Moşiyahın   dövründəyik. Mehdinin, Moşiyahın dövründəyik. Həqiqətən də yəhudilər hər yerdən   axın-axın İsrailə gəlir. Sitatlar
Şeytan müvəffəqiyyətli bir müsəlmanı devirmək istəyər. Faydalı bir şey edirsə, təsirsiz   hala gəlməsini istəyər. Məsələn, kitab yazırsa, yazmasını istəməz. Təbliğ edirsə,   etməsini istəməz. Xeyirli bir şey danışırsa, danışmasını istəməz. Sitatlar
Əylənərkən Allahı düşünmək olmaz deyə bir inanca sahibdirlər. Məsələn, toya,   diskotekaya getdiyində, yaxud radioda bir musiqi çalınırsa, Allahı unutmasının lazım   olduğuna inanır. Bu çox böyük səhvdir. Sitatlar
Şeytan küfr şəraitində çox tez nəticə əldə edir. Yəni ardıcıl surətdə nəticələr əldə edir,   bir-birinin arxasınca. Qəzəbi dərhal ən yüksək səviyyəyə çıxarda bilir. Adamı çəkib   vurur. Dərhal zülm etməsini təmin edə bilər. Dərhal vəfasızlıq etməsini təmin edə bilər. Sitatlar
Dindar bir müsəlman şeytanı tam tanımaq məsələsində çətinlik çəkə bilər, lakin küfr   şeytanı çox yaxşı tanıyar. Müsəlman şeytanla əlbir olmur, onunla arasında elə də bir   əlaqə olmur. Çünki, hər dəfə qalib gəlir, ona əhəmiyyət vermir. Məsələn, səbir tələb   edən mövzularda bilavasitə səbir edir. Eqoistlik edilə biləcək bir şeydə heç vaxt eqoistlik   etmir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur