logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 20 dekabr 2017

avatar

Adnan Oktar

Mən gənclərin Quranın meyarı çərçivəsində azad yaşamasını istəyirəm. Dinin azadlığından sonuna qədər istifadə edərək hər kəs rahat yaşasın istəyirəm. İnsanların üzərində onsuz da çoxlu yük var, daha çox yük qoymaq lüzumsuzdur. İnsanların azadlığını əlindən almaq, insanların sevincini, həyatını əlindən almaqdır. Rəsm yoxdur, keyfiyyət yoxdur, qadın yoxdur, əyləncə yoxdur, musiqi yoxdur, gülmək yoxdur, deyilən model şizofreniyalı quruluş yaranmasına səbəb olar. Gənclərin belə həyat yaşamasına imkan yoxdur. Biz dinin azadlıq olduğunu, bütün təzyiqləri aradan qaldırdığını insanlara yaşayaraq göstəririk.
A9 TV; 20 dekabr 2017
1790
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı insan özünə və ətrafına zərər verməz, hüzurludur. İnsan yanında sıxılmaz. Mövcudluğu təsiredicidir, göz həmişə onu axtarar. Ağıllı baxış çox mənalı və gözəl olar. Ağıllı insan sakitləşdiricidir, qəlbə fərəhlik verər. Ağıllı insan gəldiyi zaman insanlar təbii olaraq onun həmişə Allah ilə birlikdə olduğunu hiss edərlər. Ağıl Allahdan gələn nurdur. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir. Sitatlar
Allah çoxlu pərdə arxasında gizlənib. İnsanların bir hissəsi bu pərdələrə, bir hissəsi də insanların əksəriyyətinə fikir verib qəflətə qapılır. Allahı 70 min pərdə də olsa hamısından görmək möminin xüsusiyyətidir. 700 min pərdə də olsa mömin Allahı görər və çox sevər. Heç nə möminə Allahı unutdura bilməz. Allah əbədiyyən insanı yaşadacağı üçün bu dünyada alacağı tərbiyə çox-çox əhəmiyyətlidir. Sitatlar
Bağışlamamaq, qürur, özünü böyük hesab etmək, eqoist olmaq kimi bütün qüsurları din əxlaqı aradan qaldırar. Bağışlamamaq bəladır. Bağışlamamaq insanın özünü sıxar. 10-20 il bağışlamamağın verdiyi sıxıntıdan xilas ola bilmir, halbuki bunların üstəsindən imanla çox asan gəlmək olar. Sitatlar
Din asandır. Dinin gözəlliyi asan olmasındadır. İnsanlar dinin mütləq çətin olmasının lazım olduğunu düşünürlər. Halbuki Allah Quranda; "Allah sizə çətinlik istəməz, asanlıq istəyər" deyə buyurur. O zaman asanlığın içində axtaracağıq. Səmimi olmaq dinin əsasıdır. Hər şeyə müsbət baxmalısan, hər şeyin Allahdan gəldiyini bilməlisən və mümkün qədər dürüst olmalısan. O zaman zehnin çox rahat olar. Sitatlar
Din düzgün başa düşülsə insanlar arasında dostluq, qardaşlıq, səmimilik və sevgi yaradar. Yanlış şərh edən insan dindən dəccaliyyət üçün istifadə edər. Doğru anlayan və vicdanlı olan isə mehdiyyət üçün istifadə edər. Dini doğru anlayanlar Axırzamanda həqiqi dinin bütün dünyaya hakim olmasına vəsilə olacaqlar. Sitatlar
Din hər şeylə iç-içədir. Dinin olduğu yerdə musiqi, incəsənət, rəqs, əyləncə, toy, elm olmaz deyənlər Qurana uyğun danışmırlar. Din ilə həyatı ayırmaq demək, dini və dindarları gettolara salmaq üçün dəccaliyyətin tətbiq etdiyi taktikadır. Din hər yerdə olmalıdır. Musiqi vardırsa Allah zikr edilməz deyirlər. Allah hər yerdə zikr edilər. Musiqini də, rəqsi də, əyləncəni də yaradan Allahdır. Sitatlar
Hz. Süleyman incəsənətdən çox zövq alan, incəsənəti çox gözəl icra edən insandır. Şən, səmimi, təvazökardır. Ən gözəl heykəllər, divar bəzəkləri, binalar onun dövründə hazırlanmışdır. Sitatlar
Müsəlman ən çətin anlarda belə mətanətini qoruyar. Allah insanlara tab gətirə bilməyəcəyi yük yükləməz. Müsəlman nə ilə qarşılaşsa da, hamısına gülüb keçər. Sitatlar
Qüdsün bağlıq, bağçalıq edilməsi əsas şərtdir. Formasız binaların hamısının aradan qaldırılması, təkcə tarixi binaların qalması və bərpa edilməsi lazımdır. Şəhərin yaşayış sahəsi ən az 30 kilometr kənara köçürülməlidir. Qüds ibadət şəhəridir. Siyasi şəhər halına gətirmək doğru olmaz. Sitatlar
Arxitekturanın mütləq sənət əsəri dəyəri daşıması lazımdır. Yalnız funksionallıq düşünülərək bina tikilməz. Bir binaya baxdıqda insanda əvvəlcə heyranlıq oyandırması lazımdır. Funksionallığa söykənən arxitektura şəhəri sadəcə çirkinləşdirər. Sitatlar
İstanbulun həqiqi mənada gözəlliyinin ortaya çıxması üçün çirkin arxitekturanın dəyişməsi lazım. Binaların 70-80%-i çox çirkindir. Bu çirkinliyin tamamilə ortadan qaldırılması lazımdır. İstanbulun gözəlliyi o zaman ortaya çıxar. Sitatlar
Dünyaya eşqi, ehtirası, sevməyi öyrənməyə gəlirik. Bu öyrəndiyimiz sevgini sonsuza qədər yaşayacağıq. Allah heç kimə qaldıra bilməyəcəyi yük, çətinlik verməyəcəyini söyləmişdir. Hər çətinlik insana dəlicəsinə ehtiras və eşqi öyrədər. Sitatlar
Mehdi (ə.s) tərəfdarları həmişə qanın dayandırılmasından, sevgidən, şəfqətdən, azadlıqdan, sülhdən, elmdən, sənətdən və estetikadan bəhs edərlər. Sitatlar
Bu əsr fövqəladə, bəlaların ən sıx olduğu, eləcədə İslamın oyanışının ən güclü olduğu bir əsrdir. Sitatlar
2012-ci il çox əhəmiyyətli bir ildir. Bütün dünyanın gözü qarşısında "öldü" deyilən İslam dini hakim olur. Darvinizm  toxunulmaz kimi görünürdü, lakin əyləncəyə çevrildi. Yəni bir qarışqanın, aslanla mübarizəsinə bənzəyir. İndi onlar qarışqa, Müsəlmanlar isə aslan oldular. Aslanın pəncəsinə belə ehtiyac qalmadı. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur