logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 13 may 2018

avatar

Adnan Oktar

Məscidləri dolduracaq şüurlu insan yetişdirmək əhəmiyyətlidir. Gecə gündüz darvinist təhsillə məktəblərdə, haşa, "Allah yoxdur" deyə gənclərə təhsil verdikdən sonra, o insanların məscidə gəlib namaz qılması mümkün olmaz. Əlbəttə məscid tikmək lazımdır və məscidlər gözəllikdir. Amma əsl gözəl olan o məscidləri dolduracaq insanları yetişdirməkdir.
A9 TV; 13 may 2018
1786
avatar

Adnan Oktar

Allah üçün sevgini dünyaya hakim etmək çox asandır. Önümüzdəki illərdə dünya bu gözəlliyə şahid olacaq inşaAllah.
A9 TV; 13 may 2018
avatar

Adnan Oktar

Eqoist olmayan hər insan alicənabdır. Sevdikləri üçün yaşayan hər kəs alicənabdır. Eqoist olan bəsitlikdən xilas ola bilməz. Bəsitlik insanı ən çox kirlədən çirkinlikdir. Bir çox insan bilərək və ya bilməyərək bu bəlanın içinə girər. Bir insan eqoizmdən xilas olarsa dünyanın ən keyfiyyətli insanı halına gələr.
A9 TV; 13 may 2018
avatar

Adnan Oktar

İman həqiqətləri, Allahın böyüklüyünü anlamaq üçün oxuyanda o insanın mənliyinin dəyişməsinə səbəb olar. O insan çox güclü, yenilməz varlığa çevrilər.
A9 TV; 13 may 2018
avatar

Adnan Oktar

Münafiqdə şeytan zəkası vardır amma heç ağlı yoxdur. Bu şeytan zəkası sonunda onu boğar, çürüdər.
A9 TV; 13 may 2018
avatar

Adnan Oktar

Kürdlər mərd olar, fədakardırlar. Eqoist olmazlar. Vicdanlı, mərhəmətli və dindar olar kürdlər. Kürdlərə düşmənlik bəsləyən normal insan deyil. Belə tiplər hər kəsə düşmən olarlar, onları ciddiyə almamaq lazımdır.
A9 TV; 13 may 2018
avatar

Adnan Oktar

Allah bütün analara, bütün atalara xeyir, gözəllik, yaxşılıq, sağlamlıq nəsib etsin. Hamısından əvvəl Allahı ən dərin sevgiylə sevməyi nəsib etsin.
A9 TV; 13 may 2018
avatar

Adnan Oktar

Eşqın ağılla həmişə zənginləşdirilməsi və bəslənməsi lazımdır. Əgər sevgi ağılla bəslənmirsə çökməyə doğru gedər. Müsəlmanın sevgisi monoton olmaz. Müsəlman sevgisini həmişə zənginləşdirər.
A9 TV; 12 may 2018
avatar

Adnan Oktar

Münafiq çox həyasızdır. Ən alçaq insanda belə həya olar amma münafiqdə olmaz. İslam olduğu müddət boyu münafiq alçaq mövqedə olduğu üçün havalanmış kimi İslama saldırar. Bunu edərkən də özünü dindar kimi göstərməyə diqqət göstərər. Şeytani və hiyləgərcə üsullarla dinin əsas quruluşunu zəiflətmək və öz içində boğmaq istəyər. Müsəlmanların birlik olmasına ehtiyac olmadığını iddia edər, vəlayət sistemini qəbul etməz, İslam Birliyini istəməz.
A9 TV; 12 may 2018
avatar

Adnan Oktar

Möminlər bir-birlərinin qardaşıdır və vəlisidir. Vəli nə deməkdir? Digər möminin hər şeyindən öz qardaşın kimi, anan-atan kimi sənin məsul olmağındır. Vəlayət sistemi olduğunda kasıblıq, yoxsulluq, tək qalma deyə heç nə olmaz.
A9 TV; 12 may 2018
avatar

Adnan Oktar

Din həyatın hər yerindədir. "Dini siyasətə qarışdırma" demək doğru söz olmaz. Doğru olan "səmimi olmayan şəkildə dini siyasətə qarışdırma" olmalıdır. Yaxşılıq etmək, kasıbı qorumaq, dürüst olmaq, ədalətli olmaq dinin vəsfidir. Səmimi dindar olan siyasətçi bütün bu dəyərləri qoruyar. "Dini siyasətə alət etmə" deyərək dini həyatın kənarına çıxarmağa çalışmaq doğru olmaz. Allahdan, dindən bəhs edən insanı dini siyasətə alət etməklə ittiham etmək səhv dünyagörüşüdür. Biri heç dindən, Allahdan bəhs etmirsə "bax bu dini siyasətə alət etmir" demək doğru deyil. İnsanın məqamı, mövqeyi nə olursa olsun Allahı, dini xatırlayar, dindən bəhs edər və bu bir gözəllikdir. Heç dindən bəhs etməyənə "dünyəvi" demək düzgün dünyagörüşü olmaz.
A9 TV; 12 may 2018
avatar

Adnan Oktar

Tayyib hocam çalışqan və dürüst insandır. Səmimi olaraq söyləyirəm, Türkiyənin hüzuru və etibarı üçün millətin başında olmasında fayda olan insandır.
A9 TV; 12 may 2018
avatar

Adnan Oktar

İnsanları, bitkiləri, heyvanları, bütün təsviri yaradan Allahdır. Biz hər sevdiyimizdə Allahı sevirik. Bütün sevgilər Allahadır. Sevgini də, həyəcanı da yaradan Allahdır.
A9 TV; 11 may 2018
avatar

Adnan Oktar

Lağ etmək sevgini və dostluğu qıracaq davranışdır. Lağ edən özünü böyütməyə çalışar amma lağ edən insan böyüməz alçalar.
A9 TV; 11 may 2018
avatar

Adnan Oktar

Əsas olan ruhumuzu inkişaf etdirməkdir. Allahın böyüklüyünü yaxşı düşünəcəyik, səmimi olacağıq, həqiqi inkişaf və zənginlik o zaman meydana gələr.
A9 TV; 11 may 2018
avatar

Adnan Oktar

Biz quluq. Mülkü Allah hamımıza vermişdir. Allah malın yığılıb toplanmasını istəmir. Malın paylanması Allahın əmridir. Mömin, hər qadını öz qızı və hər uşağı öz uşağı kimi qorumaqla məsuldur. Quranda vəlayət sistemi vardır. Vəlayət sistemi, hər kəsin bir-birini öz bacı-qardaşı kimi qorumasıdır. Məhəllədə bir xəstə varsa bütün məhəllə sahib çıxar, biri yeməyini hazırlayar, biri xəstəxanaya aparar, biri yanında qalar. Olması lazım olan budur.
A9 TV; 11 may 2018
avatar

Adnan Oktar

Gənc qızların üzərində inanılmaz təzyiq olar. Ailəsində təzyiq görər, evlənməyə məcbur edirlər, orada təzyiq görür. Elə çirkin sistem var ki, döyülsə belə səsini çıxarmamağını deyirlər. Qadına layiq görülən bu həyat çox qorxuncdur.
A9 TV; 11 may 2018
avatar

Adnan Oktar

İnsan səmimi olanda normal insan olar. Allahın böyüklüyünü qavrayanda da metafizik varlığa çevrilər. Allahın böyüklüyünü qavrayan insan, Allahın diləməsiylə, yenilməz gücə çevrilər.
A9 TV; 10 may 2018
avatar

Adnan Oktar

Çətinliklərdə insanların təxmin etmədiyi çox böyük sirr vardır. Çətinliklər insanı həm fiziki, həm də ruhən gücləndirər. Nə qədər əzab çəksən, nə qədər çətinlik yaşasan o qədər qüvvətli olarsan, o qədər bərəkətlənərsən.
A9 TV; 10 may 2018
avatar

Adnan Oktar

İran da, İsrail də bir-birinə qarşı mehriban və sülhsevər üslubla yaxınlaşsın. Gərəksiz yerə müharibə yaşanmasın. Çox qan tökəcək, çox can yanacaq hadisəyə sürüklənməkdən şiddətlə qaçmaq lazımdır.
A9 TV; 10 may 2018
avatar

Adnan Oktar

Bu əsrdə münafiqlər 1400 ildir, Peyğəmbərimizin dövründən bu günə qədər elədikləri bütün xainliklərin qarşılığını qanunla və hüquqla alacaqlar.
A9 TV; 10 may 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah Fələstində şəhid olan qardaşlarımıza rəhmət etsin, qazilərə tezliklə şəfa nəsib etsin. Yaxın Şərqdə böyük hadisələr artaraq davam edəcək. Hədislərin işarələrindən də bunu görürük. Bizim istəyimiz Fələstin və İsrailin, Peyğəmbər soyu olan iki qardaş xalqın tezliklə barışması, bölgəyə hüzur və təhlükəsizliyin gəlməsidir. Allah tez bir zamanda sülhü hakim qılsın, müsəlmanların, xristianların, musəvilərin qardaşca birlikdə yaşayacağı mühit meydana gətirsin. Sitatlar
Allahın varlığını anladıqda və böyüklüyünü qavradıqda sevdiyimiz hər şey Onda toplanar. Çiçəklər, pişiklər, quzular, gözəlliklər, sevdiyin insan hamısı Allahın təcəllisidir. Hamısına duyduğumuz sevgi Allaha olan sevgimizdir. Sitatlar
Dünyada, bir Allahın ruhunu daşıyan möminlər, bir də möminlərin imtahanı üçün yaradılmış ruhu olmayan xüsusi varlıqlar vardır. Allah bu ruhu olmayan insanları istifadə edərək möminləri öyrədər. Allah möminlərin sonsuza qədər rahat və hüzur içində yaşamasını istəyir amma Allah Özünə güvənilməsinə çox əhəmiyyət verir. İnsanlar da öz bədənlərini qiymətli gördükləri üçün balaca hər şeydə təlaşa qapılırlar. Bədənlərinə zərər gəlməsi qorxusu insanların çoxunun Allaha yaxınlaşmasına mane olur. Buna görə çətinliklər və acılarda çox böyük sirr vardır. Allah bu acılar və çətinliklər içindən Özünə yaxınlaşılmasına, Özünə güvənilməsinə çox əhəmiyyət verir. Sitatlar
Bir insan sevdiyi üçün əziyyətə sinə gəlirsə, səbir göstərirsə həqiqətən sevir deməkdir. Allah çətinliklər, acılar, əziyyətlər içində sevgimizi görmək istəyir. İmtahanın bütün sirri buradadır. İnsanların bir qismi bu sirri heç cür başa düşmürlər. Sitatlar
Ölümü düşünmək insanın daha stabil, daha tutarlı olmasını təmin edər. Dünya ehtirası ilə cinnət halı yaşayan, vəhşi rəqabət ehtirası ilə özünü həlak edən insanlar üçün ölümü düşünmək şəfadır. Ölümü düşünərək insan eqoizmdən uzaqlaşıb, daha stabil, mərhəmətli, məqbul hala gəlir. Sitatlar
İnsanların çoxunun ülvi məqsədi yoxdur. Niyə yaşadıqlarını bilmirlər. Din deyə təqdim edilən sistem insanlara dəhşət yaşadan və dinlə əslində heç bir əlaqəsi olmayan sistemdir. Dinsizlik də dəhşət vericidir. Gənclər iki dəhşətin arasında qaldılar. Biz var gücümüzlə elmlə, irfanla bu dəhşəti aradan qaldırmağa cəhd edirik. Sitatlar
Allah ilə əlaqə ən həyati məsələdir. Biz çox diqqətlə, xüsusilə Allahın böyüklüyünü düşünərək yaşamaq məcburiyyətindəyik. Allahın varlığını mömin onsuz da qəti olaraq bilər. Allahın böyüklüyünü isə yaxşı düşünmək lazımdır. Allahın böyüklüyünü yaxşı düşünən insan, hər şeyi Allahın etdiyini heç unutmadığı aləmə girər və ola biləcək ən yaxşı həyatı yaşamış olar. Sitatlar
İnsan sevgi, şəfqət və mərhəmətə görə yaradılmışdır. Bunlar olmayanda insan bədəni özünü yeməyə başlayır, hüceyrələr xərçəngləşir. Buna görə də, müsbət olan hər şeyi müdafiə edəcəyik, mənfi olan şeylərə qarşı da ağıllı elmi mübarizə verəcəyik. Sitatlar
Allah gözəl insanları, cənnətin necə gözəl olduğunu düşünməmiz və anlamamız üçün bir növ nümunə olaraq yaradır. Cənnətdə hər insan qəlib kimi gözəldir, heç bir qüsur, nöqsan yoxdur. Sitatlar
Diyarbəkirdə şəhid olan igidlərimizi təbrik edirik. Allah onlara nə gözəl mövqe nəsib etmiş, nə böyük gözəllik qazandılar. Məqamlarına qibtə edirik. Şəhadətləri mübarək olsun. Sitatlar
Birlikdə qardaşca yaşamaq varkən müharibə və qarşıdurma istəmənin məntiqini anlamaq mümkün deyil. Qan tökməyi çox təbii görürlər, qardaş olmağı isə yadırğayırlar. Təbii və gözəl olan, sevgi dolu olmaqdır. Qardaş olmaqdır, dost olmaqdır. Sitatlar
Sevgi hər cür neqativ olanı udacaq gücdədir. Mənfi olan hər şey sevginin içində yox olar. Biz sevgiyə görə yaradıldıq. Allah sevgidə limit qoymamışdır. O zaman bu çox zövqlü olan neməti necə daha çox doya-doya yaşaya bilərik onu öyrənəcəyik. Əvvəl səmimi olmaq əhəmiyyətlidir. Səmimi olmaq Allah ilə əlaqəni normal hala gətirmək üçün əsas şərtdir. Sonra mütləq Allahın böyüklüyünü yaxşıca qavramaq lazımdır. Bundan sonra insan sevginin içində yol almağa başlayar. Sitatlar
Kölgə Allahın sənətidir. Allah "əvvəl kölgəni yaratdım, sonra işığı yaratdım" deyir. Bu, çox böyük möcüzədir. Kölgə şüurlu varlıqdır. Bütün kainatda həmişə hərəkət halındadır. Çöldə Günəş var deyirik amma çöldəki Günəş qapqara qaranlıqdır. İşıq beynimizdə şərh olaraq meydana gəlir. O zaman kölgə işıqdan ayrı olaraq xüsusi yaradılır. Sitatlar
Quranda qadını döymə hökmü yoxdur. Allah həyat yoldaşları arasında anlaşılmazlıq olanda əvvəl danışın, sonra yataqlarınızı ayırın, sonra evləri ayırın, sonra hakim təyin edin razılığa çalışın, buna baxmayaraq olmursa boşanın deyir. Quranda keçən "darabə" feili qadının döyülməsinə deyil evdən ayrılmasını izah edər. Sitatlar
Axirətdə müsəlmanların sorğusunda narahat olacaq heç nə olmaz. Mömin sorğusu təriflənməsi üçündür və çox qısa çəkər. Sadəcə etdiyi yaxşılıqların təsdiqi olar. Münafiq və küfrdə isə etdikləri bütün əxlaqsızlıqları tək-tək bütün detallarıyla soruşulacaq, hər detalında alçaldılacaq və sonra cəhənnəmə sürüklənəcəklər. Sitatlar
Peyğəmbərimiz son dərəcə moderndi. Münafiqlər, onun gətirdiyi yeniliklərə həsəd etdilər. Qadınlara olan sevgisinə və hörmətinə dözə bilmədilər. Peyğəmbərimizin vəfatından sonra öz sevgisiz və nifrət dolu üslublarını hakim qıldılar. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır. Hamısı qadınlara çox dəyər verir, hamısı gözəlliyi sevər. Münafiqlər də, müasirlik və sevgi əleyhinədir. Sitatlar
Allah üçün sevgini dünyaya hakim etmək çox asandır. Önümüzdəki illərdə dünya bu gözəlliyə şahid olacaq inşaAllah. Sitatlar
Eqoist olmayan hər insan alicənabdır. Sevdikləri üçün yaşayan hər kəs alicənabdır. Eqoist olan bəsitlikdən xilas ola bilməz. Bəsitlik insanı ən çox kirlədən çirkinlikdir. Bir çox insan bilərək və ya bilməyərək bu bəlanın içinə girər. Bir insan eqoizmdən xilas olarsa dünyanın ən keyfiyyətli insanı halına gələr. Sitatlar
Fələstinin çözümü iki tərəfin bir-biriylə qardaş edilməsidir. İsrail və Fələstin xalqını bir-birləriylə barışıb, dost-qardaş olmaları üçün təşviq etmək lazımdır. Döyüşü qızışdıran hər şeydən uzaqlaşmaq lazımdır. Döyüşü tezliklə dayandırmaq vacibdir. İki xalq da eyni Peyğəmbər soyundandır. Hər ikisi də Hz. İbrahimin övladıdır. İki peyğəmbər övladı olan xalqı barışdırmaq bizim məsuliyyətimizdir. Ucsuz-bucaqsız o torpaqlarda qardaşca, çox gözəl yaşaya bilərlər. Biz hər zaman qardaşlığı təşviq etməyə davam edəcəyik. Sitatlar
İman həqiqətləri, Allahın böyüklüyünü anlamaq üçün oxuyanda o insanın mənliyinin dəyişməsinə səbəb olar. O insan çox güclü, yenilməz varlığa çevrilər. Sitatlar
Münafiqdə şeytan zəkası vardır amma heç ağlı yoxdur. Bu şeytan zəkası sonunda onu boğar, çürüdər. Sitatlar
Fələstin xalqının qurtuluşu üçün həqiqi çözüm üzərində dayanmaq vacibdir. Uzun illərdir qınamalar verilərək nəticə əldə edilə bilmir. Tam fərqli üsula ehtiyac vardır. Müsəlman zülmə hər zaman qarşıdır və bunu ifadə edir, amma qınamalar tək başına birdəfəlik çözüm gətirməz. Sevgini və sülhü təlqin etmək birdəfəlik çözüm gətirər. Həmişə qarşıdurma, müharibə, işğal, hücum iki tərəfə də yalnız acı gətirər. Acıların qat-qat artacağı yollara deyil, təhlükəsizliyi və sülhü gətirəcək yollara tabe olmaq lazımdır. Sevgi və sülh ən asan olandır. Amma insanlar bunun üsulunu bilmir. Sülhü təmin etmək çətin deyil. Bir sözə baxar. "Gəlin qardaş olaq" deyilsə hər şey bitər. İsrail xalqı ilə Fələstin xalqı peyğəmbər soyu iki gözəl xalqdır. İkisi də dindar, ikisi də çalışqan, ikisi də təmiz, ikisi də ən gözəl həyatı haqq edir. Qarşıdurmanı qızışdıran hər cür üslubdan çəkinib, bir-birlərini qoruyacaq, şəfqət duyacaqları üslub istifadə etmək və sülhü təlqin etmək lazımdır. İki tərəf də Allaha iman edir, iki tərəf də eyni Peyğəmbərləri sevir. Bölüşəmədikləri nədir? Torpaqdırsa, Yaxın Şərq çox geniş bölgədir. Hər yer boş və geniş ərazidir. Fələstinlilər də, İsraillilər də istədikləri hər yerə məskən salsınlar. Bölgəni yaşıllaşdıraq, gözəlləşdirək, gənclərə gözəl imkanlar təmin edək. Bağ-bağça, nəşə və sevincin olduğu yer olsun. Müsəlmanlar, musəvilər, xristianlar bayram kimi yaşasınlar. Qardaş olmanın ucsuz-bucaqsız faydası vardır. Hər şeydən əvvəl Allahın razılığını qazanmış olarıq. Heç kim qorxu içində yaşamaz, gərginlik hiss etməz. Silaha pul yatırmaq yerinə bölgənin rifahı, sevinci üçün pul xərclənər. Həmişə xeyirli, yaxşı iş görmək düşünülsə mərhəmətsizlik ortadan qalxar. Sitatlar
Kürdlər mərd olar, fədakardırlar. Eqoist olmazlar. Vicdanlı, mərhəmətli və dindar olar kürdlər. Kürdlərə düşmənlik bəsləyən normal insan deyil. Belə tiplər hər kəsə düşmən olarlar, onları ciddiyə almamaq lazımdır. Sitatlar
Allah bütün analara, bütün atalara xeyir, gözəllik, yaxşılıq, sağlamlıq nəsib etsin. Hamısından əvvəl Allahı ən dərin sevgiylə sevməyi nəsib etsin. Sitatlar
Dünyaya sülhün gəlməsi üçün bütün gücümüzlə səy göstərməyə davam edəcəyik. Hər zaman müharibə, silahlanma və qan əleyhinə olacağıq. Dostluq, sevgi içində yaşamaq və axirətə getmək lazımdır. Allahın istədiyi budur. Allah insanlardan sevgi, sülh, dostluq istəyər. Dəccaliyyətin qızışdırdığı hirsi və kini susduracayıq. Savaş üçün istədikləri provokasiyanı etsinlər, bu çaxnaşmalara görə mükafat verdirtməyəcəyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur