HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Türk gəncliyi - Adnan Oktar - Harun Yahya - Harun Yəhya
turk-gencliyi | Bütün Əsərlər
Digər
Türk İslam Birliyi
Digər dillər
Gənclərimizi sevgisiz, nifrət dolu insan kimi göstərməyə çalışan xüsusi qrup var. Türkiyəni əzdirmək üçün bunu edirlər. Arxa planı görmək lazımdır.
Digər dillər
Üfüqləri dar, sevgisiz, hər şeyə qəzəblənən gənc kütlə var. Bunlara qarşı səbirlə, israrla, sevgiylə doğrunu izah etmək lazımdır.
Digər dillər
Türkiyədə gənclərin bir hissəsini nifrətə meyilli, kinli, nəzakətsiz, sevgiyə qapalı, ruhu və bədəni çirkli insanlar halına gətirdilər. Bəzi gəncləri belə sevgisiz və xəstə ruhlu yetişdirmələrinin səbəbi bu insanlardan hər cür alçaq və Türkiyə əleyhinə olan işlərdə istifadə etməkdir. Zarafatları keyfiyyətsiz, ruh və fiziki cəhətdən inkişaf etməmiş cansıxıcı gənclərin yetişməsi İngiltərə dərin dövlətinin xüsusi təşkil etdiyi vəziyyətdir. Vücudu və ruhu özünə küsmüş, dünyadan zövq ala bilməyən, qəmgin tiplər xüsusi olaraq yetişdirilir, bu insanları israrla sevgiyə dəvət etmək lazımdır.
Digər dillər
PKK öz tərəfdarlarını siyasiləşdirir və şüurla yetişdirir, bunun müqabilində ideologiyası, inancı və əzmi olmayan nəsil yetişsə fəlakət olar.
Digər dillər
Gənclər üfüqlərini genişləndirsin. Daha geniş və ağıllı düşünsünlər. İlk öncə qəlbləri sevgiyə açıq olmalıdır. Bu narahatlıq verər. Bunu görüb kəskin şəkildə buna qarşı tədbir almalıdırlar. "Mən niyə qəzəblənməyə bu qədər meyilliyəm, sevgisizliyə bu qədər meyilliyəm? Sevgiyə niyə bu qədər qapalıyam?" deməlidir.
Digər dillər
Gənclərə milli şüur dərsi verilərək, onlara, kommunizm, darvinizm və faşizm təhlükəsinin nə olduğu, terrorun ideologiyasının nə olduğu, zorakılığın, sevginin və mərhəmətin nə olduğu öyrədilməlidir. Milli hədəflərimizdən, məsələn, Türk-İslam Birliyindən bəhs edilməlidir.
Digər dillər
İndi görüləcək iş gəncləri maarifləndirmək, milli şüur dərsi keçməkdir. PKK mütəmadi təhsil verir. Kommunist terroristlər təhsil ilə bu hala gəlirlər. Biz də gənclərə həftədə üç saat milli şüur dərsi keçsək, olduqca faydalı olar.
Digər dillər
Bəzi gənclər arasında istehsaldan, texnologiyadan, elmdən tamamilə uzaq, yaradıcı olmaqdan, incəsənətdən, estetikadan tamamilə uzaq, hazır olanı yeyən, hazır olanla bəslənən və müftəxor olan ruh sistemi çox sürətlə yayılır. Məktəblərin tədris proqramına milli şüur dərsi əlavə edilərək buna qarşı tədbir alınmalıdır.
Digər dillər
Gənclər televiziya kanallarındakı boş proqramlarla vaxt keçirir. Bu, zehinləri boşaldan təhlükəli mədəniyyətdir. Milli şüura sahib nəsil yetişməlidir.
Digər dillər
"Onsuz da əlimizdə bu cür hazır kütlə var, onların səslərindən rahat-rahat istifadə edək. Belə etməyimiz bizə bir müddət də kifayət edər" demək olmaz. Sürətlə yeni nəsil gəlir, kifayət qədər məlumat sahibi olurlar, məlumatlanırlar. Sən gəncləri ideoloji cəhətdən yetişdirmədikdə onlar da marksistlərin, leninistlərin, stalinistlərin əlinə keçir. Bu dəfə öhdəsindən gələ bilməzsən, çətin vəziyyətdə qalarsan.
Digər dillər
PKK gəncləri, misli görünməmiş siyasi təhsil və misli görünməmiş hərbi təhsil alırlar. Amma bizim gənclərimiz belə bir təhsil almır. Bizim gənclərimizə siyasi şüur verilmir. Bu baxımdan hərbi təhsil də alınmır. Bundan ötrü də, onlar bir dəstə itlə, böyük Türkiyə dövlətinə müqavimət göstərə biləcək hala gəlirlər. ABŞ da onları əl altından dəstəkləyir.
Digər dillər
Yeni yetişən gənclər arasında eqoist, darvinist, materialist quruluşlar meydana gəldi. Türkiyənin bölünməsi bunları maraqlandırmır. Buna qarşı tədbir alınmalıdır. Məktəblərdə; "Milli dəyərlər dərsi" keçirilməlidir. Bu dərsdə türk millətinin birliyi, bütövlüyü, PKK təhlükəsi, orduya sevgi, darvinizm-materializmin etibarsızlığı, bütün bunlar izah edilə bilər.
Digər dillər
PKK yetişdirdiyi bütün gəncləri bilavasitə məqsədyönlü olaraq öyrədir. Tamamilə həyatın sosial tərəflərindən uzaqlaşmışlar. Yalnız hədəfə bağlanmışdırlar. Türk gəncliyi də belə olmalıdır. Milli-mənəvi hədəflərə bağlanmalıdırlar. Allah qorusun, belə olmasa fəlakət gələr.
Digər dillər
Böyük Türkiyə üçün təcili surətdə mənəvi dəyərlərə əhəmiyyət verən bir gənclik yetişdirilməlidir.
Digər dillər
Millətçi gəncliyin yaxşı xüsusiyyəti, çox dəliqanlı, cəsur olmasıdır. Əslində bütün türk gəncliyinin bu mənada dəliqanlı olması lazımdır. Qorxaq bir gənc ola bilməz. Vətəndən söhbət getdikdə qız da, oğlan da dəliqanlı olmalıdır.
Digər dillər
Türkiyədəki gənclər siyasi cəhətdən yetişdirilmir. Bir çoxu (xalq deyiminə görə) varlansın, əylənsin, evlənsin, varlı bir qız tapsın, qız da varlı bir oğlan tapsın, onun üstünə çöksün, bütün ailə üzvlərinə ona baxdırsın, yaxşı yemək yesin, yaxşı bir iş yeri olsun. Amma PKK-nın məqsədi bu deyil.
Digər dillər
Türk millətini, türk gəncliyini siyasi şüurla yetişdirmək lazımdır. Onlar darvinizmə, materializmə qarşı yetişdirilməlidir. İşğalçı kommunist rejimə qarşı nələr ediləcəyi izah edilməlidir. Gənclərə Allah, Kitab, din, iman, vətən, millət, bayraq sevgisi öyrədilməli və bunlar qəlblərinə nəqş edilməlidir.
Digər dillər
Türkiyə çox əhəmiyyətli bir dönüş mərhələsindədir, buna görə də, vətənpərvər gənclərin dəstəklənməsi, qorunub himayə edilməsi çox əhəmiyyətlidir. Onların şövqlərinin artırılması, onların gümrah saxlanılması çox əhəmiyyətlidir.
Digər dillər
Gənclərin məqbul olan tələblərinin yerinə yetirilməsi bizi xoşbəxt edər.
Digər dillər
28
1
1
2
/ 2
1
1
2
28
/ 2
20