logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 25 oktyabr 2017

avatar

Adnan Oktar

Müasir dindarlıq deyildikdə məsələnin başa düşülməsi üçün bu ifadə işlədilir. Əslində hər peyğəmbər dövrünün ən müasir insanıdır. Dünyada müasirliyi yaradan dindir. Cəmiyyətdə din olmadığı zaman keyfiyyət və müasirlik aradan qalxar. Haqq dinlə birlikdə müasirlik və keyfiyyət gələr. Haqq dinin xüsusiyyəti hər şeyin ən yaxşısı, ən gözəli, ən keyfiyyətlisi, ən mükəmməli, ən doğrusu prinsipinə əsaslanmasıdır. Peyğəmbərimiz (s.ə.v) dövründə hər şeyin ən gözəli yaşanırdı.
A9 TV; 25 oktyabr 2017
1381
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıl, ehtiras və dərinlik kimdədirsə qadın ona yönələr. Eşqin sonsuz dərinliyinə özünü çəkə bilən kişi üçün qadın dəli-divanə olar. Sitatlar
Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir. Sitatlar
Ağıllı, dürüst, vicdanlı yaşadıqsa öldüyümüz zaman bizi həyəcanla gözləyən izdihamla qarşılaşacağıq. O andan etibarən hər mərhələsi mömin üçün cənnətdir. Möminin ölümlə birlikdə keçdiyi hər mərhələ cənnətdir. Möminin narahat olduğu, qorxduğu, narahatçılıq yaşayacağı heç nə olmaz. Mömin ölüm anında heyrətamiz, çox güclü əmin-amanlıq duyğusu hiss edər. Bu, Allahın möminlərə nemət olaraq verdiyi sakitlikdir. Mömində ölümlə birlikdə çox kəskin və aydın fikir aydınlığı və hüzur yaranar. Mömin üçün axirətə keçdiyi andan etibarən hər dəqiqə cənnətdir. Möminin sorğusu da ucalığını, yaxşılığını, gözəlliyini ona vurğulamaq üçündür, mömini ən kiçik şəkildə belə narahat edən his olmaz. Sitatlar
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir. Sitatlar
Allah Quranın açıq, aydın və kafi olduğunu bildirmişdir. Müşriklərin Quranı başa düşə bilməyəcəyini söyləmişdir. Quran anlaşılmazdır deyənlərin hansı vəziyyətə düşdüklərini yaxşı düşünmələri lazımdır. Qurandan narahat olmaq müşrik zehniyyətidir. Sitatlar
Allahın dünyada çox sayda qadın yaratması Allahın möminlərə rəhməti, bərəkəti, lütfüdür. İnsanların yarısının qadın olması Allahdan çox böyük nemətdir. Qadın Allahın ən görkəmli, ən həyəcan verici nemətidir. Allahın ən gözəl təcəllisidir. Allahın Rəhman, Rəhim, Nur və Cəlal adlarının təcəllisidir. Qadın quzu kimi tərtəmizdir. Çox nəzakətli, nazənin varlıqdır. Qadını hər zaman şəfqətlə, mərhəmətlə, hörmətlə dəyərləndirmək lazımdır. Qadın eşqin, ehtirasın qapısıdır. Eşqi ən mükəmməl şəkildə yaşayacağımız, Allahın verdiyi mükəmməl nemətdir. Qadın Allahın təcəllisi olaraq sevilər. Qadını sevmək, qadına heyran olmaq Allahı sevmək, Allaha heyran olmaqdır. Sitatlar
Allahın sənətini tam başa düşən insan imtahanda çətinlik çəkməz. Bütün qarışıqlığın, əzabların səbəbi iman zəifliyidir. Səbəbi də Allahın sənətini düşünərkən tənbəllik etməkdir. Hər kəs Allahın sənətini görər, lakin az düşünüb keçər. Allah çox dərindən düşünməyimizi istəyir. Sitatlar
Azərbaycanı, azəriləri çox sevirik. Allah bərəkətlərini artırsın. Azərbaycan demək Türkiyə deməkdir. Türkiyə demək Azərbaycan deməkdir. Onlar bizim baş tacımız, canımız, ruhumuz, mübarək bacı-qardaşlarımızdırlar. Dünyada da, axirətdə də bərabərik inşaAllah. Sitatlar
Bağışlamamaq, qürur, özünü böyük hesab etmək, eqoist olmaq kimi bütün qüsurları din əxlaqı aradan qaldırar. Bağışlamamaq bəladır. Bağışlamamaq insanın özünü sıxar. 10-20 il bağışlamamağın verdiyi sıxıntıdan xilas ola bilmir, halbuki bunların üstəsindən imanla çox asan gəlmək olar. Sitatlar
Bizim elmi işlərimizin təsiri çox geniş olur. Ənənəçi ortodoks anlayışında bir çox təbəqə ilə əlaqə yaratmaları mümkün olmur. Allaha çox şükür, biz Rusiya, İran, İsrail, Çin kimi əksər müsəlmanın çata bilmədiyi ölkələrdə elmi iş aparırıq. Bizim siyasətlə əlaqəmiz yoxdur. İnsanlar da bunu açıq şəkildə görür. Yeganə məqsədimiz sevgidir və bizdən başqa dünyada yeganə məqsədi sevgi olan cəmiyyət yoxdur. Qurana əsaslanan İslamı izah etdiyimiz və səmimi olduğumuz üçün dünya miqyasında gənclər sevə-sevə İslama yaxınlaşdılar. Sevə-sevə İslamı yaşamaq istəməyə başladılar. İnsanların çoxu "bizə təsir etdi, qəbul edirik" demir, lakin gizlin-gizlin Quran müsəlmanlığı yayılır. Sitatlar
Cənnətdə su altında insan balıq kimi oksigensiz üzər. Göydə istədiyi kimi uçar, yüksəklik qorxusu olmaz. Cənnətin xüsusiyyəti hər şeyin səbəbsiz olmasıdır. Dünyada istəyib etməkdə çətinlik çəkdiyimiz hər şey ən mükəmməl halı ilə Cənnətdədir. Burada heyvan sevgisi çətindir. Cənnətdə isə hər yer seviləcək heyvanlarla doludur. Cənnət, insanlar, mələklər, qılmanlar, heyvanlar, çiçəklər, ağaclarla hər yer hərəkətlidir. Dünyada təhlükəli olan, lakin çox sevdiyin idman növləri ilə cənnətdə ən gözəl şəkildə heç risk olmadan məşğul olarsan. Dünyada olan ağlımıza gələn hər şeyin yaradılış məqsədi cənnətdə mükəmməl halı olacağı üçündür. Dünyada imtahanın tələbi olaraq hər şey zərərli və zərərsiz olaraq iç-içə keçibdir. Cənnətdə isə hər şey tamamilə gözəllikdir və zərərsizdir. Dünyadakı kiçik nöqtənin, tək iynənin belə cənnətdə əsli var. Sitatlar
Cənnəti düşünmək cənnəti istəməyin əlamətidir. Dünyada aldığımız bütün təhsil cənnət üçündür. Dünyada hər şey üçün bir səbəb lazımdır, elektrik olmadan cihazlar işləmir. Lakin cənnətdə dünyada bildiyimiz mənada səbəblər yoxdur. İnsanın istədiyi hər şey istədiyi anda olar. Sitatlar
Din asandır. Dinin gözəlliyi asan olmasındadır. İnsanlar dinin mütləq çətin olmasının lazım olduğunu düşünürlər. Halbuki Allah Quranda; "Allah sizə çətinlik istəməz, asanlıq istəyər" deyə buyurur. O zaman asanlığın içində axtaracağıq. Səmimi olmaq dinin əsasıdır. Hər şeyə müsbət baxmalısan, hər şeyin Allahdan gəldiyini bilməlisən və mümkün qədər dürüst olmalısan. O zaman zehnin çox rahat olar. Sitatlar
Din düzgün başa düşülsə insanlar arasında dostluq, qardaşlıq, səmimilik və sevgi yaradar. Yanlış şərh edən insan dindən dəccaliyyət üçün istifadə edər. Doğru anlayan və vicdanlı olan isə mehdiyyət üçün istifadə edər. Dini doğru anlayanlar Axırzamanda həqiqi dinin bütün dünyaya hakim olmasına vəsilə olacaqlar. Sitatlar
Din hər şeylə iç-içədir. Dinin olduğu yerdə musiqi, incəsənət, rəqs, əyləncə, toy, elm olmaz deyənlər Qurana uyğun danışmırlar. Din ilə həyatı ayırmaq demək, dini və dindarları gettolara salmaq üçün dəccaliyyətin tətbiq etdiyi taktikadır. Din hər yerdə olmalıdır. Musiqi vardırsa Allah zikr edilməz deyirlər. Allah hər yerdə zikr edilər. Musiqini də, rəqsi də, əyləncəni də yaradan Allahdır. Sitatlar
Dünya çarəni görməzlikdən gəlir, lakin elə nöqtəyə gələcək ki, başa düşən vəziyyətə gələcək. Mehdiyyəti çox gec qəbul edəcək, çarəsizliyi son anda qəbul edəcək. 2017-2021-ci illərə təsadüf edəcək. Sitatlar
Fərz olan Quranın mənasıdır. Mənasını bilmədən Quranı oxumaq deyil, mənasını başa düşərək oxumaq əhəmiyyətlidir. Biz Quranın mənasından məsuluq. Sitatlar
Gənclərin imani təhsilində ən böyük ehtiyac Quran möcüzələri və iman həqiqətlərindən çox başa düşülən şəkildə bəhs edilməsidir. Mühüm əhəmiyyətə malik bu məsələlərdən bəhs etməyib, sadəcə dini eposlardan bəhs edilməsi gənclərin imanında ciddi zəifləməyə səbəb olar. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur