logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 28 may 2015

avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in iman gücü səhabələri həyəcanlandırmışdır. İmanlı insanın başqalarının arasında olması böyük şeydir. Bunun üçün şeyxləri sevərlər, təriqət şeyxlərini. İmanları güclü olduğu üçün, ən azından ətrafındakı insanlar bu cür gördükləri üçün.
A9 TV; 28 may 2015
2485
avatar

Adnan Oktar

Ölüm, müsəlman üçün elə də çətin şey deyil. Qəfildən yuxudan oyanma kimi olur. Allah "asanlıqla" deyir, Allah, tam asanlıq mənasında söyləyər, yarım asanlıq mənasında söyləməz. Məsələn, insanın canı bir qədər ağrıyırsa, bir qədər çətinlik çəkirsə buna asanlıq deyilməz. Heç bir çətinliyin olmamasına asanlıq deyilər.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Allah gözəl bir imtahanla imtahan edir. Əslində, eyni zamanda gözəl təhsil də verir. Sonunda yetkin, nəzakətli, cənnət əxlaqına uyğun bir xarakter meydana gəlir.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

İnsan gözündə böyütdüyü təqdirdə, səbir etməkdə çox çətinlik çəkər. O zaman dözməli olar. Dözmək ayrı, səbir ayrı şeydir. Səbir zövqlə, asanlıqla edilən ibadətdir.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Bir hadisə olur, səbir edirik. Amma səbrimizi yavaş-yavaş daha da gücləndiririk, daha da artırırıq. Bu nədir? Təhsildir. Nə üçün verilən təhsildir? Cənnət üçün verilən təhsildir. Allah bir sıra möminləri seçir, onlara burada təhsil verir. Birbaşa gedildiyi təqdirdə hz. Adəm (ə.s)-ın qarşılaşdığı ilk vəziyyət meydana gəlir. Alınmır yəni. Təhsil verildikdə ağıl yerinə gəlir. Şəxsiyyət yerinə gəlir, nemətin qiyməti bilinir.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Allah çox əhatəli şəkildə imtahan edir. Ancaq imtahan olmur. Ciddi bir imtahan var, ciddi bir təhsil var. Sırf imtahan deyil, sadəcə adı imtahandır, əslində təhsildir.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Qurandakı hikmətlər əhəmiyyətlidir. Onları görməyə çalışmalısan. Yoxsa istəsən 10 dəqiqədə çoxlu ayə oxuya bilərsən. Sürətlə oxuya bilərsən. Amma Quran, aramla və düşünülərək, mənaları açılaraq, hikməti getdikcə aydınlaşaraq oxunulmalı olan Kitabdır.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Küfr əhli heç nə edə bilmir. Məsələn, PKK nəsə etmək istəyir, Allah bəlasını verir. Hitler nəsə etməyə çalışdı, Allah bəlasını verdi. Mussolini nəsə etməyə çalışdı, Allah bəlasını verdi. Stalin, Lenin nəsə etmək istədilər, Allah bəlalarını verdi. Allah: “Hamısına bəla verərəm, müvəffəqiyyət qazana bilməzlər” deyir.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Küfr əhlini bəyənir, gözündə böyüdür, oradan bir şey çıxacağını zənn edir. Halbuki küfr əhlinin içinə daxil olduqca bərəkətsizlik, bəla, çirkinliklə qarşılaşır. Başqa bir şey tapa bilmir. Bataqlığın içindən nə çıxar? Yenə bataqlıq çıxar. Başqa bir şey çıxmaz.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Təkəbbür hissi insanı özündən razı, ədəbsiz biri edir və ən pisi də həmin insan aciz mövqeyə düşəcək şəkildə ağılsız olur. Məsələn, axmaqcasına bir-birinin ardınca yalanlar söyləyir. Ən axmaq insanın belə danışmayacağı məntiqsiz şeylər danışır. Ruhunda inanılmaz qarışıqlıq olur, böyük bir qarışıqlıq olur. Küfr əhlinə çox meylli olur.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Allah ayədə hz. Musa (ə.s) barədə: "Onu mühüm sınaqlardan keçirtdik" (Taha surəsi, 40) deyir. İmtahandan keçirtdik. Ondan sonra ulul əzm peyğəmbər olur. Normal hadisələr yaşasaydı, o zaman hər hansı bir insan olardı. Amma qeyri-adi imtahan edildiyi üçün inanılmaz bir insan olur.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Materialistlər; "madam ki, Allah var, dünyanı bir anda cənnətə çevirsin. Niyə bu əzablar, sıxıntılar var?" deyir. Ağıla bax, məgər sən buraya imtahan olunmaq üçün gəlmədin? Əylənməyə gəlmədiyinə görə, imtahan olunmağa gəldiyinə görə, əlbəttə ki, əzablar, sıxıntılar olacaq. Çətinliklər olacaq. Çətinlik yaşamadan, sən necə imtahan olunacaqsan?
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

İnsanların, bu qədər əzab çəkmələrinə baxmayaraq, dinin əhəmiyyətini görə bilməmələri heyrət vericidir. Halbuki normal bir dindar olduqca hüzurlu yaşayar, olduqca gözəl yaşayar.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Biz Cümhuriyyət Xalq Partiyasını dindar olması üçün daim təşviq etdik və xeyli irəliləyiş əldə etdilər. Dindarlığa doğru çox gözəl addımlar atdılar. Amma atdıqları hər addım onların burnundan gətirilsə, hər addımlarından sonra mənfi sözlər eşitsələr, onda bir hissəsi dindarlığa qarşı çıxa bilərlər. Bu da yaxşı olmaz. Digər mövzularda tənqid etsinlər, amma mənim fikrimcə din mövzusunda bunu etmələri səhv olar. Çünki onların dindar olması bütün müsəlmanların lehinədir.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Bir sənətçini öz başının çarəsinə baxmağa buraxmaq çox böyük vicdansızlıqdır. Əvvəla sənətçi dolanışıq dərdi çəkməməlidir. Ona çox mükəmməl bir həyat təmin edilməlidir. Dövlətin bir çox imkanı var. Sənətçiyə imkanlar təqdim etməlisən, o da rahatlıqla öz sənətiylə məşğul olmalıdır. Sən adamı həyat mübarizəsi aparmağa məcbur etsən, o zaman o necə sənəti ilə məşğul olsun?
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Bəla, prezident idarəetmə sisteminin hakim olmasında deyil, prezident idarəetmə sisteminin gətirəcəyi federasiyadadır. Yoxsa biz prezident idarəetmə sisteminə qarşı çıxmırıq.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Ənənəvi ortodoks İslam anlayışıyla İslam izah edilməz. "Hacı əmi"ləri televiziya ekranına çıxarırlar, onlar da 1930-1940-cı illərdə mövcud olan zehniyyətlə öz xurafatlarından danışırlar (dini mövzuları tənzih edirəm). Həmyaşıdı olan, öz zehniyyətindəki insanlara xitab edir. Gənclər də bunları təəccüb və ibrətlə seyr edirlər. Halbuki dini izah etmək üçün nə uyğun mədəniyyətə, nə də məlumata sahibdirlər.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Din olduqca asan və sadədir. Sevgi, mərhəmət, dostluq, qardaşlıq, bağışlayıcılıq, altruizm, fədakarlıq, igidlik, cavanlıq. Comərdlik necə də gözəldir. Məsələn, sevdiyin bir insanın malı, mülkü olmur. Comərd davranırsan, xoşbəxt olur, sevinir. Bu sənə də xoş gəlir.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilərin göstərdiyi din cəhənnəmdir. Musiqi yox, şəkil yox, əyləncə yox, sevgi yox, dostluq yox, yoldaşlıq yox, heç nə yoxdur. Bəla var, tərbiyəsizlik var, məntiqsizlik var, xurafat var, batil inanclar var.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Dindən uzaq olduqda, İslamdan uzaq olduqda, Allahdan qorxmadıqda, Allahı sevmədikdə həyat kabus olur. Allahdan tək sözlə belə bəhs etmirlər. Bir dəfə "Allah" de. Dilin mi qopar, bir "Allah" de, bir şey olmaz. Demirlər. İnanılmaz bir narahatlıq, inanılmaz bir gərginlik var. Qətiyyən sevgi yoxdur. Sevgi deyə bir şey yoxdur, bitmişdir sevgi. Hörmət də yoxdur, hörmət də qalmamışdır.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Palçıqlı sudan insan yaranarmı? Fillər, zürafələr, quşlar, leyləklər, zeytun, portağal ağacları, pomidor, bibər; "hamısı təsadüfən palçıqlı sulardan yarandı" deyir. Onda bir çənin içinə bütün kimyəvi maddələri dolduraq və istədiyiniz hər şeyi edək. İnsanlar da həmin çənin başında atadan oğula milyonlarla il gözləsinlər. O çənlərdən nə zürafə, nə insan, nə pomidor, nə bibər, nə də üzüm çıxar; heç nə çıxmaz.
A9 TV; 26 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Sübh namazına necə oyanacaqlarının dərdini çəkirlər. Həmişə; "necə oyanacağıq?"   deyə şikayət edirlər. Sabahı gün sizə təmənnasız şəkildə 5 min lirə pul verəcəyik desən,   səhərə qədər yatmazlar. Əlli dəfə üzünü, əlli dəfə qolunu, əlli dəfə də ayağını yuduğun   təqdirdə, hər səhər 5 min lirə pul alacaqsan desən, milyonlarla insan sıraya düzülər.   Bax, Allah əbədi cənnət həyatı vəd edir, inanmadığı üçün etmir. İnansa edər. Sitatlar
Allah bizim imani həssaslığımızı yoxlayır. İnsanlar, hz. Adəm (ə.s)-dan başlamış   qiyamətə qədər heç səhvə yol verilmədən mükəmməl imtahan olunacaqlar. Heç kimə   ağlının ixtiyarını alacaq bir imtiyaz verilməmişdir. Sitatlar
Dərin imana sahib olmaq üçün elə də fövqəladə bir səy göstərməyə ehtiyac yoxdur.  İnsan çox səmimi olsa, dərin iman dərhal meydana gələr. Dini ona görə çox çətin   olduğunu düşünürlər. "Çox təfəkkür etməli, çox dərin düşünməliyəm" deyir, sən   istəməklə dərin düşünə bilməzsən, Allah səni dərin düşündürər. Müstəqil bir gücün   yoxdur. Sənin edəcəyin şey, səmimi olmaqdır. Səmimi olub Allahdan tələb etməkdir. Sitatlar
Çox az sayda insanın həqiqi mənada iman etməsi bütün dünyanın imanını güclü edir. Sitatlar
Əgər şövqlü sevgi varsa, şövqlü iman da vardır. Əgər insan qadını şövqlə sevirsə, bilin   ki, o, iman şövqünə də sahibdir. Bu, onun əlamətidir. Sitatlar
İnsan ətdən, sümükdən, qandan əmələ gəlmiş bir varlıqdır. Min bir cür də acizliyi vardır.   İnsan bunu mu sevəcək? Bunu etməsi üçün dəli olmalıdır. Ancaq Allahın ruhunu   daşıyırsa, nəcib bir varlıqdırsa, sonsuzluğu yaşayacaq bir varlıqdırsa sevilər. Sitatlar
Bir insan Allaha inanmırsa, ruhunda Ona qarşı güvən hissi olmaz. Allahı görməyəcək bir   ağıla sahibdirsə, onu necə görə bilər? Allaha şükür edə bilməyəcək bir vəziyyətdədirsə,   insana necə təşəkkür edə bilər? Allaha vəfa göstərməyən, quluna necə vəfa göstərə   bilər? Sevginin enerjisini, nəcibliyini təmin edən imandır. Sitatlar
Mehdi (ə.s) müasirliyi, gözəlliyi, sevgini, dostluğu, qardaşlığı gətirəcək. Müsəlmanların   üzərindəki zəncirləri yox edəcək. Səhabə dövründəki İslam anlayışını gətirəcək. Dünya   cənnətə dönəcək. Maneə törətməyə çalışsalar da, bu olacaq. Allahın “Cabbar” adıyla bu   gözəl nəticə meydana gələcək. Sitatlar
Allahın hədəfi, insanların daim səmimi və güclü imana sahib olmalarıdır. Allah dünyadakı insanların səmimi və güclü imana sahib olduqlarını gördükdə, dünyanın bərəkəti artır. İnsanlarda iman zəifliyi olduqda isə Allah verdiyi bu bərəkəti azaldır. Buna görə də, xas və səmimi möminlər var gücləriylə bu mənəvi xüsusiyyəti möhkəmləndirməyə davam etməlidirlər. Sitatlar
İsa (ə.s), hz. Mehdi (ə.s)-ın vəziri olaraq nüzul edəcək, Peyğəmbərimiz (s.ə.v) belə söyləyir. Allah Mehdini şərəfləndirmək üçün, Mehdinin böyüklüyünü vurğulamaq üçün, İsa Məsihi ona vəzir olaraq göndərir. Mehdinin böyüklüyünü buradan anlayın. Hətəmə vəli deməkdir. Gəlib keçmiş ən böyük övliya, ən böyük vəlidir. Yəni imam Mehdi, səhabələrdən üstündür. Sitatlar
İslam aləmi hal-hazırda xurafatlardan ötrü sürünür, məhv olmuş vəziyyətdədir. Qatı dinçilik özü ilə qorxaqlıq da gətirir. Bu zaman insanlar səhabələr kimi cəsur və igid olmurlar. Sitatlar
Əsgərin ürküdücü, heybətli olması Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Məsələn, əsgərlərə bığlarını qısaltdırmırdı. Hətta əl dırnaqları belə uzun olurdu, səhabələrin çox yırtıcı və ürküdücü görüntüləri vardı. Bığları ta qulaq dibinə qədər uzanırdı, yekə bığlı. Görən xeyli titrəyir, qorxur. Əsgərimizin də belə sarsıdıcı görünüşdə olması yaxşı olar. Xüsusilə də PKK üçün, onların kabusu olmalıdırlar. Sitatlar
Əlbəttə ki, Peyğəmbər (s.ə.v)-in yanında olmaq çox əhəmiyyətlidir. Səhabələrin rahatlığına söz ola bilməz. İnsanlar İslam cəmiyyətini yaxşı tanımır. Müsəlmanların hamısı bir ailə kimi olur. Məsələn, insanın otuz otaqlı köşkü varsa, müsəlmanları doldurur içinə. Hamısına yemək çatır. Malını paylayır. Birlikdə ticarət edir, hamısını şərik edir. Görünməmiş bir sistemdir. Sitatlar
Möminə dəli deyilməsi, onun imanının kamil olduğunu göstərir. Peyğəmbərimiz (s.ə.v): "Bir möminə dəli deyilmədikcə, imanı kamil olmaz" deyir. Hətta səhabələr barədə, onların İslama, Qurana sədaqətlərindən, şövqlərindən ötrü; "siz səhabələri görsəydiniz, onlara dəli deyərdiniz" deyilir. Malını mülkünü paylayır, hər şeyini paylayır. Sitatlar
Biz bütün dünya üçün İslamın işıqlı üzüyük. Müsəlmanlığı qorxunc, içinə qapalı, sevgisiz, qadınlara məsafə qoyan, həyatı dəhşətə çevirmiş bir sistem kimi tanıyanlar bizim yaşadığımız İslamı gördükcə səhabə İslamına olan heyranlıqları artır və İslamın bir qurtuluş olduğunu da görürlər. Əks halda əzab çəkirdilər. Sitatlar
Sən müvəqqəti dünyanı istəsən, Allah dünyanı səndən həmişə uzaqlaşdırar, dünya bu dəfə başına bəla olar. Halbuki, fədakar insanlarla dünya gözəl olar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) fədakar idi. Səhabələr də fədakar idi. Heç biri mənfəətpərəst deyildi. Mənfəətpərəst insanların olduğu cəmiyyətlər çökür. Sitatlar
Müsəlmanın izzəti-nəfsi vardır, şərəfi vardır, qüruru vardır. Söydürməz özünü. Müsəlmanları söyülməyə alışdırmağa çalışırlar. Bunu qəbul etmərik. Belə bir şey olmaz. Sitatlar
Monotonluq, keyfiyyətsizlik gözəl deyil. Estetikadan uzaq bir quruluşun yayılması qorxuncdur. İnsanlar, evlər, avtomobillər, hər şey təmiz və baxımlı olmalıdır. Sitatlar
Allaha aşiq olsan, coşğu dolu sevgini dadsan, cənnətin torpağını belə öpərsən. Hər şey sənin üçün çox gözəl olar və sonsuza qədər də bezməzsən. Sitatlar
Öcalan tövbə edib özünü Allaha təslim etsin, Quran oxusun, namazlarını qılsın, axirətə hazırlıq etsin və İslam Birliyini istəsin. Edə biləcəyi ən yaxşı şey bunlardır. Sitatlar
Ediləcək ən gözəl şey, İslam Birliyinin həyata keçirilməsidir. Sitatlar
Bizim millətimiz Allahın icazəsi ilə beton kimi möhkəmdir. Millətimizə bölünməyə istiqamətli anormal bir şey təklif edə bilməzlər. Sitatlar
Küfr elə azad deyildir. Münafiq azad deyil. Adam zənn edir ki, azaddır. Azad deyil. Münafiq ucsuz-bucaqsız azad olduğunu zənn edir. Halbuki, ən kiçik incəliyinə qədər onun nə edəcəyi müəyyəndir. Qədərdəkini edə bilər, başqa bir şey edə bilməz. Sitatlar
İslamın yayılmasında, insanların İslamı qəbul etməməsində əsas problem keyfiyyətdir. Başqa heç bir şey yoxdur. Sitatlar
Ölüm, müsəlman üçün elə də çətin şey deyil. Qəfildən yuxudan oyanma kimi olur. Allah   "asanlıqla" deyir, Allah, tam asanlıq mənasında söyləyər, yarım asanlıq mənasında   söyləməz. Məsələn, insanın canı bir qədər ağrıyırsa, bir qədər çətinlik çəkirsə buna   asanlıq deyilməz. Heç bir çətinliyin olmamasına asanlıq deyilər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur