logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 16 oktyabr 2015

avatar

Adnan Oktar

Əlbəttə ki, Peyğəmbər (s.ə.v)-in yanında olmaq çox əhəmiyyətlidir. Səhabələrin rahatlığına söz ola bilməz. İnsanlar İslam cəmiyyətini yaxşı tanımır. Müsəlmanların hamısı bir ailə kimi olur. Məsələn, insanın otuz otaqlı köşkü varsa, müsəlmanları doldurur içinə. Hamısına yemək çatır. Malını paylayır. Birlikdə ticarət edir, hamısını şərik edir. Görünməmiş bir sistemdir.
A9 TV; 16 oktyabr 2015
936
avatar

Adnan Oktar

Qadınlara əxlaq öyrətməyi buraxsınlar. Kişiləri öyrətsinlər. Qadınlar nə edəcəklərini bilirlər. Belə geyinməlisən, belə gülməlisən, belə oturmalısan, belə baxmalısan deyirlər, bunlara son qoyulmalıdır.
A9 TV; 16 oktyabr 2015
avatar

Adnan Oktar

İnsanların cəmiyyət halında yaşaya bilməsi üçün gözəl əxlaq lazımdır. Gözəl əxlaqın mənbəyi də Qurandır. Cəmiyyətlər yalnız Qurandakı bəşəri gözəl hökmlər tətbiq edildikdə normal yaşaya bilir.
A9 TV; 14 oktyabr 2015
avatar

Adnan Oktar

Qadınlar dünyanın ən gözəl bəzəyidir, onlardan üstün bəzək yoxdur və onlardan üstün nemət də yoxdur. Allah onları olduqca gözəl, zərif, gözəl xasiyyətli və nemət olaraq yaratmışdır.
A9 TV; 13 oktyabr 2015
avatar

Adnan Oktar

Hansı ölkədəki ki, Qadına təzyiq, zülm varsa həmin ölkə süqut edər. Allah bunu xoşlamaz, Allah qullarına zülm edilən yeri yox edər.
A9 TV; 13 oktyabr 2015
avatar

Adnan Oktar

Təbliğ etdiyin insan iman etmədikdə sənin mövqeyin daha da yüksəlir. O az, sənsə çox həyəcanlısansa, sənin mövqeyin daha da yüksəlir. Sən heç nə itirməzsən.
A9 TV; 13 oktyabr 2015
avatar

Adnan Oktar

Möminlər qardaş/bacıdırlar. Allah: "Möminlər bir-birlərinin vəliləridir" deyir. Elə bir sistem meydana gətirək ki, bütün möminlər bir-birini sevsin. Onların hamısı qardaş/bacıdır. Bax: "Bir-birlərinin vəliləridir", yəni himayədarlarıdır deyir. Bir-birlərinə baxarlar, kömək edərlər, xəstələndiklərində bir-birləriylə maraqlanarlar, hər şeyləriylə maraqlanarlar. Yəni öz uşağıyla maraqlanırmış kimi.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Kim olursa olsun cənazəyə hörmət göstərmək lazımdır. Cənazə alçaldılmaz, artıq həmin insan ölmüşdür, ruhu getmiş, əti sümüyü qalmışdır, o da çürüyəcək. Kim olursa olsun belə etmək olmaz.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Allah sevgisi insanlara rahatlıq verər. Gecə-gündüz Allah sevgisindən danışılan ölkə bərəkət və bolluqla dolar, həyatları cənnət olar. Başqa cür etdikdə çox sıxılarlar.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Qadın əleyhinə olmaq çox çirkindir, bunu unutmalısan. Onlar dünyaya rəng qatan ən gözəl varlıqlardır. Qadınlar olmasaydı, dünya qəribə şəkildə qaralardı, qapqara olardı. Onlar dünyanın günəşi, işığıdırlar.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Bu PKK-nın klassik metodudur; öz tərəfdarlarını bombalayar və hiddət oyandırar, beləliklə də, insanları öz tərəfinə çəkməyə çalışar. Dəhşət mühiti, zorakılıq mühiti nümayiş etdirər və belə deyərlər; "Budur gördüyünüz kimi, faşistlər sizi bombalayır, əzib keçirlər. O zaman tək çıxış yolu müharibədir. Siz də dağa çıxın, silahlanın". PKK bu imici verməyə çalışır.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Möminin əhval-ruhiyyəsi həmişə yüksək olar. Kədərlənmək nə deməkdir? Bu haşa, "Allahın etdiyini bəyənmirəm" deməkdir. Allah bir şey yaradanda biz onu xeyir kimi görərik. Şəhid verdikdə bunda xeyir görərik, kədərlənmərik, yas tutmarıq. Yas tutmaq bütpərəst adətidir.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Həyat möminlər üçün gözəldir, küfr əhli üçünsə, sıxıntılı, çətin dolanışıqlı və iztirablıdır. Mömin şükür edər, quru çörək də olsa Allaha şükür edər.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Allah mələkləri yaradır, lakin onlar sevməyə məcburdurlar. Allah insana: "Məni görməməyinizə baxmayaraq sevməlisiniz. Kafirlər olacaq, münafiqlər olacaq, dinsizlər olacaq. Əzab çəkəcək, əziyyət çəkəcəksiniz, Məni eşqlə sevməlisiniz" deyir. Allah: "O zaman Mən sizi daha çox sevərəm" deyir. Allah mələkləri sevir, lakin bunu insana olan sevgisiylə müqayisə etmək qeyri-mümkündür.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Allah: "Mənə olan eşqinizi görmək istəyirəm" deyir. Allah yalnız olmaq istəmir. Sevdikləri olsun istəyir, Onu sevənlər olsun istəyir. Allahın hər şeyi var. Gücü var, imkanı var, Özünü sevənlərin də olmasını istəyir.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Allah sənə üçölçülü görünüş verəcək, bunu beyninin içində seyr edəcəksən, bütün gözəl qoxuları qəbul etmək imkanı verəcək qoxulayacaqsan, dad almaq imkanı verəcək ləzzət alacaqsan, toxunma hissi verəcək toxunacaqsan, dənizdə üzəcəksən, qayıqda gəzəcəksən, dünyadan zövq alacaqsan, Yaradandan söz düşdükdə isə: "Mən bu barədə danışmaq istəmirəm" deyəcəksən. O zaman Allah bəlanı verir. Bura əyləncə yeri deyil.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Bura imtahan dünyasıdır. Mühüm məsələ İslamın dünyaya hakim olmasıdır. Qalan məsələlər əhəmiyyətli deyil. İslam dünyaya hakim olsa, hər kəs rahatlıq tapar, hər şey zəmanət altında olar. Hakim olmadıqda isə, dünya cəhənnəm olar.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Üçüncü körpü, dördüncü körpü; problem bunlar deyil. Sən körpü inşa edərsən, düşmənsə gəlib bütün körpülərini ələ keçirər. Hamısını sənin əlindən alar. Sən 40 il çalışarsan, o 40 gündə bütün malına-mülkünə əl qoyar. Əsl böyük təhlükə, parçalanmaqdır.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Türkiyə İslam Birliyinin qalası olduğu üçün, Türkiyənin bölünməsinə icazə verəcək hər şeyə çox kəskin reaksiya verilməlidir. Millətin bütövlüyünü təmin etmək çox əhəmiyyətlidir.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Quranla ziddiyyət təşkil etməyən hər hədis məqbuldur. Quranı təsdiq edən hər hədis keçərlidir. Məsələn, Peyğəmbər (s.ə.v) Axırzamanda baş verəcək bir hadisəni xəbər verdikdə və bu da reallaşdıqda, bunu bildirən hədis səhih və məqbuldur.
A9 TV; 3 oktyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) gəldi. Hz İsa Məsih (ə.s) da gəldi, zahir olmurlar. Onların çıxış vaxtını, zahir olma vaxtını, Allah hazırlayır. Hadisələr, ağlasığmaz ölçülərə çatacaq. Biz hələ bir mərhələsindəyik. Yəni Suriyada, İraqda, bölgədə baş verən hadisələr ağlasığmaz dərəcədə kəskinləşəcək. Bunlardan qat-qat böyük hadisələr baş verəcək, daha böyük hadisələr yaşanacaq. Bundan sonra Allah Mehdisini zahir edəcək.
A9 TV; 3 oktyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Möminə dəli deyilməsi, onun imanının kamil olduğunu göstərir. Peyğəmbərimiz (s.ə.v): "Bir möminə dəli deyilmədikcə, imanı kamil olmaz" deyir. Hətta səhabələr barədə, onların İslama, Qurana sədaqətlərindən, şövqlərindən ötrü; "siz səhabələri görsəydiniz, onlara dəli deyərdiniz" deyilir. Malını mülkünü paylayır, hər şeyini paylayır. Sitatlar
Biz bütün dünya üçün İslamın işıqlı üzüyük. Müsəlmanlığı qorxunc, içinə qapalı, sevgisiz, qadınlara məsafə qoyan, həyatı dəhşətə çevirmiş bir sistem kimi tanıyanlar bizim yaşadığımız İslamı gördükcə səhabə İslamına olan heyranlıqları artır və İslamın bir qurtuluş olduğunu da görürlər. Əks halda əzab çəkirdilər. Sitatlar
Bəziləri ehtiyac sahibi qardaşlarımıza kömək etmək məsələsində “pulu haradan tapacağıq?” məntiqiylə danışırlar. Allah qat-qat bərəkətini gətirər. Savabı əhəmiyyətlidir, Allahın rizasını qazanmaq əhəmiyyətlidir. Rizasını qazansan Allah da bərəkətini gətirər. Rizasını qazanmaq əvəzinə xəsislik etsən, Allah əlindəkini də alar, malın-mülkün hamısı əlindən gedər. Sitatlar
Quranda bildirilən əxlaqda mülkiyyət hərisliyi yoxdur. Hər şey hər kəsin olur. Qardaşlıq ön plana çıxır. Hər kəs malını-mülkünü qardaşıyla paylaşır. Yediyini, içdiyini, paltarını, əşyasını, hər şeyini. Bir yerdə bir şey yığıb toplamaq, hərislik etmək, belə şeylər olmaz. Sonradan uydurublar: “Qızılın qırx da bir (1/40) hissəsini verməlisən” deyə. "Belə şey yoxdur. Quran, ehtiyacdan artıq qalanı verin” deyir. Sitatlar
Əsgərin ürküdücü, heybətli olması Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Məsələn, əsgərlərə bığlarını qısaltdırmırdı. Hətta əl dırnaqları belə uzun olurdu, səhabələrin çox yırtıcı və ürküdücü görüntüləri vardı. Bığları ta qulaq dibinə qədər uzanırdı, yekə bığlı. Görən xeyli titrəyir, qorxur. Əsgərimizin də belə sarsıdıcı görünüşdə olması yaxşı olar. Xüsusilə də PKK üçün, onların kabusu olmalıdırlar. Sitatlar
İslam aləmi hal-hazırda xurafatlardan ötrü sürünür, məhv olmuş vəziyyətdədir. Qatı dinçilik özü ilə qorxaqlıq da gətirir. Bu zaman insanlar səhabələr kimi cəsur və igid olmurlar. Sitatlar
İsa (ə.s), hz. Mehdi (ə.s)-ın vəziri olaraq nüzul edəcək, Peyğəmbərimiz (s.ə.v) belə söyləyir. Allah Mehdini şərəfləndirmək üçün, Mehdinin böyüklüyünü vurğulamaq üçün, İsa Məsihi ona vəzir olaraq göndərir. Mehdinin böyüklüyünü buradan anlayın. Hətəmə vəli deməkdir. Gəlib keçmiş ən böyük övliya, ən böyük vəlidir. Yəni imam Mehdi, səhabələrdən üstündür. Sitatlar
Sən müvəqqəti dünyanı istəsən, Allah dünyanı səndən həmişə uzaqlaşdırar, dünya bu dəfə başına bəla olar. Halbuki, fədakar insanlarla dünya gözəl olar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) fədakar idi. Səhabələr də fədakar idi. Heç biri mənfəətpərəst deyildi. Mənfəətpərəst insanların olduğu cəmiyyətlər çökür. Sitatlar
Səhabələr Allah üçün mübarizə aparırlar. Münafiqlər isə; “evimiz nəzarətsiz qalıb”, “vuruşa bilsəydik gələrdik” deyirlər. "Sənə qırx kisə qızıl veriləcək, bu şərtlə ki, vuruşa bilmədiyin halda, gəlib vuruşmalısan" desən dərhal gələr. Çünki, mənfəət vardır. Məhz insanın mənfəəti gözəl əxlaq olmalıdır. Qızıl yerinə, pul yerinə imanını qoymalıdır, vicdanını qoymalıdır. Başqa cür olsa insan heyvana dönər. Sitatlar
Mövhumatçılıq azacıq önü açıldıqda corab söküyü kimi gedər. Olduqca təhlükəlidir. Dövlət bu mövzuda çox qərarlı bir siyasət izləyərək, müasir dövlət quruluşu, müasir incəsənət anlayışı və müasir düşüncəni mütləq yaymağa çalışmalıdır. Yəni İslam müasir mənada yaşanmalıdır. Hansı mənada müasir? Səhabə dövründəki kimi. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in iman gücü səhabələri həyəcanlandırmışdır. İmanlı insanın   başqalarının arasında olması böyük şeydir. Bunun üçün şeyxləri sevərlər, təriqət   şeyxlərini. İmanları güclü olduğu üçün, ən azından ətrafındakı insanlar bu cür gördükləri   üçün. Sitatlar
Mehdi (ə.s) müasirliyi, gözəlliyi, sevgini, dostluğu, qardaşlığı gətirəcək. Müsəlmanların   üzərindəki zəncirləri yox edəcək. Səhabə dövründəki İslam anlayışını gətirəcək. Dünya   cənnətə dönəcək. Maneə törətməyə çalışsalar da, bu olacaq. Allahın “Cabbar” adıyla bu   gözəl nəticə meydana gələcək. Sitatlar
Mal paylayarkən hesaba vurmaq, qrama, ölçüyə vurmaq möminə yaraşmaz. Mömin malını hesabsız verər, gözəlliklə verər, verdiyinin ardınca danışmaz. Sitatlar
Sən kasıba mal paylayırsansa, kilo ilə niyə verirsən? Gücünün çatdığı qədər ver, göndər. Geyim, yemək insana daşıya bildiyi qədər ver. Niyə çəkirsən? Niyə qramla ölçürsən? Paylayarkən qramla ölçmək, tərəziyə qoymaq İslam əxlaqına yaraşmaz. Ovuc-ovuc paylamalısan. Bol-bol paylamalısan. Sitatlar
Sitatlar
Münafiq əhəmiyyətli hesab etmədiyi kəsləri hədəf almaz. Onun seçdiyi bir siyahı var. Ən başda peyğəmbər, sonra səhabələrin qabaqcılları. Bir vəlidirsə, məsələn, o vəli olan insan və vəli olan insana ən yaxın kəslər, ən güvəndiyi kəslər, birbaşa onları hədəf alar münafiq. Sitatlar
Hz. Əbu Bəkir zərrə qədər də olsa narahat olmadan bütün malını və mülkünü Allah rizası üçün verir, kasıb yaşamağı qəbul edir. Sitatlar
Allah pulu, malı, mülkü toplayıb yığmağı deyil, xeyriyyəçilik işlərində istifadə etməyi əmr etmişdir. Sitatlar
Sevən adam necə xəsis olsun? Səxavətli olur, hesabını getmədən malını paylayır. iİnsan sevdiysə Allah eşqindən sanki Allahın dəlisi olur. Gözü başqa şey görməz. "Malı nə edim mən?" deyər. Sevgi axtarar, Allah eşqi ilə divanə olar. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) bir hırka ilə əyləşər, 2-3 xurma yeyərdi deyə yanlış inancları var. Halbuki Allah Peyğəmbərimiz (s.ə.v)-i zəngin etmişdir. Peyğəmbərimiz (s.ə.v)-in ehtiyac içində yaşadığını iddia etmək səhabəyə də böhtan atmaq olar. Heç bir səhabə Peyğəmbərimiz (s.ə.v)-i ehtiyac içində qoymaz. Sitatlar
Mömin heç vaxt mənfəət axtarmaz, əlindəkini Allah rizası üçün paylayar. Sitatlar
Bütün mallar paylanacaq, Allah yolunda xərclənəcək. Malı yığıb nə edəcəksən, nə işinə yarayar, nə faydası var? Amma (Allah yolunda) xərcləsən daha da zəngin, daha gözəl olarsan. Dünya həyatında da, axirətdə də rahatlıq taparsan. Sitatlar
Axirətdə təkcə Qurandan sorğu-sual ediləcəyik. Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi Qurandır. Sitatlar
Bizim millətimiz vətənin həqiqi sahiblərini dinləyər, peyğəmbərimiz (s.ə.v)-in sözünü dinləyər, Allahdan qorxanları, səmimi ürəkdən gələn danışıqları dinləyər. Sitatlar
Qadınlara əxlaq öyrətməyi buraxsınlar. Kişiləri öyrətsinlər. Qadınlar nə edəcəklərini bilirlər. Belə geyinməlisən, belə gülməlisən, belə oturmalısan, belə baxmalısan deyirlər, bunlara son qoyulmalıdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur