logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 26 mart 2017

avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) və səhabələrin Qurandan başqa dini yox idi. Sonrakı nəsillər Qurandan uzaqlaşmağa səbəb oldu.
A9 TV; 26 mart 2017
1052
avatar

Adnan Oktar

Əgər İslam Quranda izah edildiyi kimi yaşansa dünya cənnətə dönər. Mövhumatçıların izah etdiyi heç nə Quranda yoxdur. Mövhumatçılığın məntiqi davam etsə, Allah qorusun insanlar tamamilə İslamdan uzaqlaşar. Bu təhlükənin tək həll yolu Quran İslamıdır.
A9 TV; 26 mart 2017
avatar

Adnan Oktar

Suriyada yaranacaq fitnələr təfərrüatlı şəkildə hədislərdə də izah edilib. Bu fitnələr Mehdi zahir olana qədər davam edəcək.
A9 TV; 25 mart 2017
avatar

Adnan Oktar

Tövratda Şam, Misir, İraq kimi bölgələrdə yaşanacaq hadisələr ətraflı izah edilib. Dərin qüvvələr bu izahatlara görə hərəkət edərlər.
A9 TV; 25 mart 2017
avatar

Adnan Oktar

Allah zalımları lənətləyər. Bir cəmiyyəti bütövlüklə, məzlumu, zalımı ayırd etmədən lənətləməz. Bu cür lənət inancı bütpərəst düşüncədə vardır.
A9 TV; 25 mart 2017
avatar

Adnan Oktar

Atatürk də çox yaraşıqlı idi, çox baxımlı idi. Tayyib hocama da yaraşıqlılıq çox yaraşar. O xalqın rəisidir, milləti təmsil edir, istədiyi kimi yaraşıqlı olmalıdır.
A9 TV; 25 mart 2017
avatar

Adnan Oktar

Dabbətül-ərz, dünyada imanın çökdüyü dövrdə Allahın verdiyi söz, yəni Mehdi zahir olduqda Mehdiyə kömək edəcək internet texnologiyasıdır.
A9 TV; 25 mart 2017
avatar

Adnan Oktar

Günahsız xristian və musəviləri sevirik. Qurana görə onlar Kitab əhli və müsəlmanların qoruması altında olan gözəl insanlardır.
A9 TV; 25 mart 2017
avatar

Adnan Oktar

Dabbətül-ərz ilə əlaqədar hədisləri araşdırdığımız zaman bugünkü internet və televiziya texnologiyasını xəbər verdiyini görərik.
A9 TV; 25 mart 2017
avatar

Adnan Oktar

Yəcuc və Məcuc İsa Məsih və Mehdidən sonra ortaya çıxacaq iki böyük terrorist, anarxist qüvvədir.
A9 TV; 25 mart 2017
avatar

Adnan Oktar

Osmanlını parçalara ayıran, Yaxın Şərqin xəritəsini çəkən Çörçill millətimiz tərəfindən təriflənəcək insan deyil.
A9 TV; 25 mart 2017
avatar

Adnan Oktar

İngiltərə dərin dövlətinin siyasəti irqçilik üzərində qurulub. Hitleri yetişdirib böyüdən də İngiltərə dərin dövlətinin sərmayədarları olmuşdur.
A9 TV; 25 mart 2017
avatar

Adnan Oktar

Çörçill irqçi və faşist idi. Türkləri, kürdləri, zənciləri, ərəbləri, hindləri aşağı irq hesab edir və yox edilmələrinin lazım olduğunu müdafiə edirdi.
A9 TV; 25 mart 2017
avatar

Adnan Oktar

Çörçill Anqlosaks irqini üstün hesab edən, digər irqləri isə sanki heyvandan aşağı hesab edən, süni qıtlıqlarla on minlərlə insanın ölümünə səbəb olan biridir.
A9 TV; 25 mart 2017
avatar

Adnan Oktar

Faşizmin də, kommunizmin də qurucusu İngiltərə dərin dövlətidir. Dolayısilə Nasizmi yaradıb bəsləyən də İngiltərə dərin dövlətidir.
A9 TV; 25 mart 2017
avatar

Adnan Oktar

İngiltərə dərin dövlətinin hücum və təzyiqi çox güclüdür, buna baxmayaraq, Hökumətin müvəffəqiyyətlə ayaqda qalıb xidmətinə davam etməsi böyük müvəffəqiyyətdir.
A9 TV; 24 mart 2017
avatar

Adnan Oktar

Yəhudilərin əleyhinə çıxmaq səmimiyyətsiz davranışdır və şeytani yanaşmadır. İstər yəhudilər, istərsə də başqa hər hansı məzlum cəmiyyətlə mübarizə aparmaq Allahın məmnun olmayacağı davranışdır və günahdır.
A9 TV; 24 mart 2017
avatar

Adnan Oktar

Hədisə görə qalibiyyət və üstünlük hz. Mehdi (ə.s) zühur edəndə gerçəkləşəcək. (İmam Baqir əleyhissalamdan nəql edilən başqa hədisdə belə qeyd olunur: BU QƏLƏBƏ (QALİBİYYƏT) VƏ ÜSTÜNLÜK ALİ MƏHƏMMƏDDƏN OLAN HZ. MEHDİ (Ə.S) QİYAM ETDİKDƏ GERÇƏKLƏŞƏCƏK. BELƏ Kİ, YER ÜZÜNDƏ HZ. MƏHƏMMƏD MUSTAFANI (ONUN PEYĞƏMBƏRLİYİNİ) TƏSDİQ ETMƏYƏN BİR NƏFƏR QALMAZ". (Tefsir-i Burhan, 2-ci cild, səh. 121))
A9 TV; 24 mart 2017
avatar

Adnan Oktar

Dəccal, İngiltərə dərin dövlətinin başıdır.
A9 TV; 24 mart 2017
avatar

Adnan Oktar

Mehdiyyət inancı insanların şüur altında mütləq surətdə vardır.
A9 TV; 24 mart 2017
avatar

Adnan Oktar

Cənnətdə çiçək qopardıldığı an, həmin anda yenə budağında yaradılar, cənnətdə çiçəklər danışa bilər.
A9 TV; 24 mart 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Quran kafi deyildir demək ən böyük fitnələrdən biridir. Quranda Allah hər şeyi izah etdiyini və Quranın kafi olduğunu bildirmişdir. Sitatlar
Mövhumatçılıq ucbatından insanlar İslamı yaşadıqda həyatın bütün sevincini və gözəlliklərini itirəcəklərini zənn edirlər. Halbuki Quran İslamı yaşandığı zaman dünyanın bütün gözəllikləri insanın həyatında olar. İnsanlar həqiqi sevinc və xoşbəxtliyi tapar. Sitatlar
Allah Quranda hər şeyin izah edildiyini bildirmişdir. Quran kafi deyildir, deyənlər Allahın bu hökmünə qarşı çıxırlar. (Nəhl surəsi, 89: Hər ümmət içində öz nəfslərindən onların üzərinə bir şahid gətirəcəyimiz gün, səni də onlar üzərində bir şahid olaraq gətirəcəyik. Biz Kitabı sənə hər şeyi izah edən, müsəlmanlara da hidayət, rəhmət və müjdə olaraq nazil etdik.) Sitatlar
Əgər Qurana əsaslanan İslam yaşansa müsəlmanların başındakı fəlakətlərin hamısı bitər. Sitatlar
Hz. Əli və digər xəlifələrin şəhid edilməsinin əsas səbəblərindən biri dövrün münafiqlərinin Quranın kafi olmasını qəbul etməmələridir. Sitatlar
Qurana görə Peyğəmbərimiz (s.ə.v)-in axirətdə İslam ümmətindən tək şikayəti, Quranı tərk etmiş olmalarıdır. (Furqan surəsi, 30: Nəhayət elçi dedi: “Ey Rəbbim, həqiqətən, mənim qövmüm bu Quranı tərk edilmiş (kitab) olaraq buraxdılar”.) Sitatlar
Səhabələr Mehdi haqqında çox maraqlanalar, həmişə Peyğəmbərimiz (s.ə.v)-ə suallar verirdilər. Peyğəmbərimiz (s.ə.v) də Mehdidən çox ətraflı bəhs etmişdi. Sitatlar
Mövhumatçılıq İslamı daxilən çökdürmək üçün xüsusi istifadə etdikləri modeldir. Mövhumatçılıq əleyhinə çıxan müsəlmanları gördükləri zaman oyunları puç olur. Həyat dolu, şən, baxımlı, cazibəli, ağıllı, nəzakətli, keyfiyyətli müsəlmanlar olduğunu gördüyü zaman bütün dünya İslama qaçaraq gəlir. Buna görə də bizim izah etdiyimiz Quran İslamı, İslamiyyətə qarşı olanların heç xoşuna gəlmir. Bütün sistemlərini təməldən elmlə dağıtmış oluruq. Sitatlar
Ziyalı, müasir Türkiyəni tam fərqli mövqeyə gətirməyə çalışanlar boşuna çalışırlar. Quran İslamı dünyaya hakim olacaq, mövhumatçılıq deyil. Sitatlar
Özləri Qurandan uzaq din yaratdıqları üçün biz Qurandan bəhs etdikdə öz dinləriylə ziddiyyət təşkil etdiyini görüb heyrətə gəlirlər. Əsil din Qurandır. Sitatlar
Məzhəb qarşıdurması İslam aləmini məhv etdi. Səhabə müsəlmanlığı, yəni Peyğəmbərimiz (s.ə.v)-in dövründəki İslam anlayışı yaşansa dünya çox gözəl olar. Sitatlar
Mühafizəkar təbəqənin böyük hissəsi həqiqətən Quranın kafi olduğunu bilmir. Onlara şəfqətlə doğrunu izah etməyə davam edəcəyik. Sitatlar
Ənənəpərəst ortodoks bacı-qardaşlarımızın çoxu Quranın kafi olduğunu eşitdikləri zaman çox təəccüblənirlər. Vəsvəsəyə qapılmadan Qurana sarılsınlar. Quranın kafiliyini köklü izah etmək lazımdır. Allahın Kitabı əskiksizdir. Allahın Kitabının əskik olduğunu söyləmək günahdır deyə izah edilməlidir. Sitatlar
Trampın “Radikal İslam”dan bəhs etməsində yanlış cəhət yoxdur. Bununla, Qurana uyğun olmayan səhabə İslamından uzaq İslamı nəzərdə tutur. Sitatlar
Dünyanın resepti Qurandır. İslam səhabə dövründəki kimi yaşanmadığı üçün hər yerdə əzab yaşanır. Hüzur, Quranla hakim olar. Sitatlar
Hal-hazırda darvinistlər də daxil olmaqla, Türkiyədə heç kimin darvinizmə əslində inanmaması Allahın bizə nəsib etdiyi müvəffəqiyyətdir. İngiltərə dərin dövlətini, fəlsəfəsi olan rumiliyi ifşa etməyi də Allah bizə nəsib etdi. Müasir İslam anlayışını ilk dəfə dünyaya göstərtdik. Bizdən kənarda belə model yoxdur. Quranın kafiliyini çox əhatəli izah etdik. İlk dəfə mövhumatçılığı ağıllı, şəfqətli üslubla yerlə-yeksan etdik. PKK-ya bir çox insan az qala təslim olmuşdu. PKK-nın bütün oyunlarını göz qabağına gətirdik. PKK təhlükəsinə qarşı hökumət ağlasığmaz hücuma keçdi. Rumiliyin İslamdan uzaq fəlsəfə olduğunu açıq məlumatlarla göstərdik, ziyalılarımız vəziyyətin dəhşətli olduğunu gördülər. Mehdiyyət unudulacaqdı mehdiyyəti ən ağıllı, ən elmi, ən doğru halı ilə 1300 ildən sonra ən əhatəli izah edən bizik. Münafiqlərin dövrümüzdəki halını heç kim bilmirdi, heç kim bunları görə bilmirdi. Münafiqliyin nə demək olduğunu biz izah etdik. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) bir hırka ilə əyləşər, 2-3 xurma yeyərdi deyə yanlış inancları var. Halbuki Allah Peyğəmbərimiz (s.ə.v)-i zəngin etmişdir. Peyğəmbərimiz (s.ə.v)-in ehtiyac içində yaşadığını iddia etmək səhabəyə də böhtan atmaq olar. Heç bir səhabə Peyğəmbərimiz (s.ə.v)-i ehtiyac içində qoymaz. Sitatlar
Səid Nursi həzrətləri dünyanı idarə edən mənəvi məclisin millət vəkilidir. Çox dəyərli insandır. Bədiüzzaman öz əsrinin ən müasir müsəlmanıdır. Müvəffəqiyyətlə müasir səhabə anlayışını müdafiə edən insandır. Sitatlar
Qadınlar Peyğəmbərimiz (s.ə.v) və səhabə dövründə azad idi. Hz. Mehdi dövründə yenə azadlığa qovuşacaq, istədikləri kimi azad yaşayacaqlar. Sitatlar
Münafiq əhəmiyyətli hesab etmədiyi kəsləri hədəf almaz. Onun seçdiyi bir siyahı var. Ən başda peyğəmbər, sonra səhabələrin qabaqcılları. Bir vəlidirsə, məsələn, o vəli olan insan və vəli olan insana ən yaxın kəslər, ən güvəndiyi kəslər, birbaşa onları hədəf alar münafiq. Sitatlar
Mövhumatçılıq azacıq önü açıldıqda corab söküyü kimi gedər. Olduqca təhlükəlidir. Dövlət bu mövzuda çox qərarlı bir siyasət izləyərək, müasir dövlət quruluşu, müasir incəsənət anlayışı və müasir düşüncəni mütləq yaymağa çalışmalıdır. Yəni İslam müasir mənada yaşanmalıdır. Hansı mənada müasir? Səhabə dövründəki kimi. Sitatlar
Səhabələr Allah üçün mübarizə aparırlar. Münafiqlər isə; “evimiz nəzarətsiz qalıb”, “vuruşa bilsəydik gələrdik” deyirlər. "Sənə qırx kisə qızıl veriləcək, bu şərtlə ki, vuruşa bilmədiyin halda, gəlib vuruşmalısan" desən dərhal gələr. Çünki, mənfəət vardır. Məhz insanın mənfəəti gözəl əxlaq olmalıdır. Qızıl yerinə, pul yerinə imanını qoymalıdır, vicdanını qoymalıdır. Başqa cür olsa insan heyvana dönər. Sitatlar
Sən müvəqqəti dünyanı istəsən, Allah dünyanı səndən həmişə uzaqlaşdırar, dünya bu dəfə başına bəla olar. Halbuki, fədakar insanlarla dünya gözəl olar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) fədakar idi. Səhabələr də fədakar idi. Heç biri mənfəətpərəst deyildi. Mənfəətpərəst insanların olduğu cəmiyyətlər çökür. Sitatlar
Biz bütün dünya üçün İslamın işıqlı üzüyük. Müsəlmanlığı qorxunc, içinə qapalı, sevgisiz, qadınlara məsafə qoyan, həyatı dəhşətə çevirmiş bir sistem kimi tanıyanlar bizim yaşadığımız İslamı gördükcə səhabə İslamına olan heyranlıqları artır və İslamın bir qurtuluş olduğunu da görürlər. Əks halda əzab çəkirdilər. Sitatlar
Əgər İslam Quranda izah edildiyi kimi yaşansa dünya cənnətə dönər. Mövhumatçıların izah etdiyi heç nə Quranda yoxdur. Mövhumatçılığın məntiqi davam etsə, Allah qorusun insanlar tamamilə İslamdan uzaqlaşar. Bu təhlükənin tək həll yolu Quran İslamıdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur