logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 avqust 2015

avatar

Adnan Oktar

PKK gəncləri, misli görünməmiş siyasi təhsil və misli görünməmiş hərbi təhsil alırlar. Amma bizim gənclərimiz belə bir təhsil almır. Bizim gənclərimizə siyasi şüur verilmir. Bu baxımdan hərbi təhsil də alınmır. Bundan ötrü də, onlar bir dəstə itlə, böyük Türkiyə dövlətinə müqavimət göstərə biləcək hala gəlirlər. ABŞ da onları əl altından dəstəkləyir.
A9 TV; 7 avqust 2015
2300
avatar

Adnan Oktar

Bədən, ölməyi və yox olmağı qətiyyən istəməz. Hüceyrələr qətiyyən istəməz. İnsana ən şiddətli iztirab verən şey budur. Allah bu iztirabı İslam diniylə ortadan qaldırır.
A9 TV; 7 avqust 2015
avatar

Adnan Oktar

Axirət inancı olmayan insanın içi qaralır, üzü qaralır, ruhu qaralır. Amma axirət inancına sahib insan, ruhuna çox gözəl bir müjdə vermiş olur, sən sonsuzda yaşayacaqsan deyir. O zaman qəlb rahatlıq tapır.
A9 TV; 7 avqust 2015
avatar

Adnan Oktar

Gələcək baxımından möminin yeganə hədəfi axirətdir. Axirət möminin sevinci, mükafatıdır. Mömin həmişə cənnətə qovuşmağa ümid bəsləməlidir. Cəhənnəmə getməkdən qorxmalıdır, amma həmişə cənnəti düşünməlidir, fikrini cənnətə verməlidir.
A9 TV; 7 avqust 2015
avatar

Adnan Oktar

Türkiyə sərhədində və sərhədi daxilindəki ən böyük təhlükə PKK-dır. Bizim Cənub-Şərqi Anadolu bölgəmizi tamamilə işğal etmiş və orada öz hakimiyyətini bərqərar etmişdir. Eləcə də, bütün sərhəd zolağı tamamilə işğal altındadır.
A9 TV; 7 avqust 2015
avatar

Adnan Oktar

Müsəlman müsəlmanı xilas etməklə mükəlləfdir. Terrorist deyib kənara ata bilməzsən. Zorakılıq tətbiq etdiyinə görə kənara ata bilməzsən. Müsəlmandır, amma xətalıdır. Xətasını, yanlış tərəflərini düzəldərsən.
A9 TV; 5 avqust 2015
avatar

Adnan Oktar

Mən heç kəsin ölməsini istəmərəm. Terrorist də olsa ölməsini istəmərəm, amma bütün qaynaqları birdəfəlik yox edilsin. Yolları, körpüləri dağıdılsın, yerlə-yeksan edilsin ki, təslim olmalarını asanlaşdıraq. Məsələn, silah-sursat anbarlarını partlatsaq, o zaman azğınlıq edə bilməzlər.
A9 TV; 5 avqust 2015
avatar

Adnan Oktar

Biz ağlamarıq. Çanaqqala döyüşündə ağlamadıq. Dumlupınar döyüşündə də ağlamadıq, Malazgird döyüşündə də ağlamadıq. Biz niyə ağlayaq ki? Şəhidliyi bu qədər arzulayan bir millət olaraq, onu şərəf bilən millət olaraq nə üçün ağlayaq?
A9 TV; 5 avqust 2015
avatar

Adnan Oktar

Mən müsəlman bir cəmiyyəti kütləvi halda gözdən çıxartmaram. Hansı haramı işləsələr də, istənilən halda müsəlmandırlar. Biz müsəlmanları sevməklə mükəlləfik. Səhv edə bilər, xəta edə bilər, o səhvini düzəldərik. Danışarıq, başa salarıq.
A9 TV; 5 avqust 2015
avatar

Adnan Oktar

Bütün dünyada Moşiyah Mehdi gözlənilir. Onu mason düyününü açacaq insan olaraq gözləyirlər.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

İlluminatidən də üstün güc vardır. Onlar dünyanın necə şəkil almalı olduğunu pərgarla, transportirlə çəkərlər.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

Suriya dağılıb parça-parça olmalıdırsa, buna dərin dünya dövləti qərar verər və bu iş, Amerika dərin dövlətinə həvalə edilər. Orda tender qurular. Tenderi qazanar və icrasına başlayar.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

İllüminati adlandırdıqları dərin dünya dövləti vardır; 200-300 nəfərlik. Müharibə qərarlarını onlar verirlər. Müharibənin dayandırılması, hansı ölkə dağılacaq, hansı ölkə qalib gələcək, bütün bunlar orada qərarlaşdırılır. Yeni bir ölkə yaradılacaqsa, o da yenə orada qərarlaşdırılır.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

Bir yerdə anarxiya, müharibə yaradılacağı vaxt bu qərarı ölkələrin dərin dövləti verirmiş kimi görünür, amma dərin dövlət bir vasitədir. Dərin dövlətə o əmri dərin dünya dövləti verir. Amerika dərin dövləti də ciddi bir güc deyil, zavallı bir gücdür. O da əmr dinləyən bir əsgərdir.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

ABŞ İsa Məsihin yenidən enməsi üçün çox ağır və qanlı günlərin yaşanmalı olduğuna inanır. Buna görə də, dünyanı qan dənizinə döndərir ki, İsa Məsih gələ bilsin və qiyamət yaxın ola bilsin. Bu çox dəhşətli xətadır.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

Səfərbərlik elan edilsə, PKK inanılmaz dərəcədə qorxar. 1 milyon əsgəri vəzifəyə gətir, hazırda 600 mini də var, 1 milyon 600 min əsgərin olar. Bu görünməmiş gözdağı olar.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

PKK-nın aqibətinin fotolarını çəkib yayımlasalar, bu xalq üçün böyük mənəvi şövq olar. PKK-nı da mənəvi cəhətdən darmadağın edər.
A9 TV; 4 avqust 2015
avatar

Adnan Oktar

Sən gecə-gündüz darvinist təhsil versən kommunizm qar uçqunu kimi inkişaf edər. Yanğına benzin tökürsən. Darvinizm yanğına benzindir. Sən kommunizmin təməl fəlsəfəsini bütün gəncliyə öyrətsən orta məktəbdə, liseydə, universitetdə; sənin ulu babaların bataqlıqda yaranmış mikrobdur desən; adam da məhz kommunist olar.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Əsgərlərin və polislərin qorxutmaq üçün silah ehtiyatı çox olmalıdır. Uzunmüddətli qarşıdurma olmamalıdır. O silahdan xəbər tutsa, onsuz da ora kimsə gələ bilməz. Köhnəlmiş silahlardan istifadə etsən, adam da gələr.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Allahın tək istədiyi şey budur; Məni sevin deyir. Mənə eşqlə məhəbbət bəsləyin, sizə hər cür neməti verim, siz də xoşbəxt olun, Mənim də xoşum gəlsin deyir.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Nur surəsinin 55-ci ayəsi dünya hakimiyyətindən bəhs edir. Kəhf surəsi tamamilə mehdiyyəti izah edir. Yusif surəsi, Süleyman hekayəsi sanki mehdiyyətin xülasəsidir.
A9 TV; 3 avqust 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
PKK-ya kitab atılsa, bu, onlar üçün böyük şok olar. Darvinizmin, materializmin əsassızlığı izah edilsə, yük maşınlarıyla, vertolyotlarla, təyyarələrlə xalqa kitab paylansa, PKK-nın yanlış ideologiyası, darvinizmin, materializmin əsassızlığı izah edilsə yer yerindən oynayar. Dərin Amerika və İngiltərənin oyunları puç olar. Bu bütün dünyada qalmaqal yaradar. Sitatlar
PKK-lı qızlar qayaların arasında yatır. Bizim gənc qızlarımızın olduqca böyük hissəsinə isə, necə ər tapacaqları, necə evlənəcəkləri, necə iş görəcəkləri, mənfəətini necə təmin edəcəyi kimi mövzular barədə təhsil verilir. Milli təhsil verilməlidir, milli şüur dərsi keçirilməlidir. Sitatlar
PKK fasiləsiz surətdə Cənub-Şərqi Anadolu bölgəsində silahlanır. “Proses” deyilən şey yoxdur. PKK, “Proses” deyiləndə; Cənub-Şərqi Anadolu bölgəsinin özünə verilməsini, Abdullah Öcalanın da oraya prezident kimi təyin olunmasını başa düşür. Sitatlar
Milli şüur dərsi keçsən, gənclər sağlam olar. Barbut (zərlə oynanılan qumar növü) oynayırlar, tinər iyləməyə cəhd edirlər. Görəsən haradan narkotik tapa bilərəm dərdindədirlər. İnsanın iddiası olmasa belə olar. PKK-lılar niyə tinər iyləmir? Çünki onun pis, çirkin, əxlaqsız da olsa, bir məqsədi var. Buradakı gənclərin də bir məqsədi olmalıdır. Sitatlar
Kürd qardaşlarımız çox təmiz və möhtərəm, heysiyyətinə, şərəfinə düşkün mükəmməl əxlaqlı insanlardır. PKK əxlaqsız və murdardır. Onların qürurlarına toxunurlar. Zorla pul almaq, zorla uşağını götürmək, zorla evlərinə daxil olmaq, pəncərələrin şüşəsini qırıb, evin içinə silahla atəş açmaq. Kürd qardaşlarımıza hər yerdə sahib çıxmaq və üstünlük təmin edilməlidir. Sitatlar
PKK-lı qızlar batil davaları üçün daşların arasında yatırlar. Bizim qızların bir hissəsi isə, “Ağbəniz şahzadəsi” olmağı arzulayalar. Amandır evlənsin, zəngin olsun. Bəy axtarıb tapmaq üçün çalışırlar. PKK-nın ideoloji qətiyyətliliyinə bax, buradakı bəzi insanların laqeydliyinə və dünya ehtirasına bax. Belə olmaz. Dava adamının ruhu olmalıdır, milli şüur olmalıdır. Sitatlar
Kürdlər nurdur. Kürdlərin bir çoxu Axırzaman müctəhidləri və mücəddidləridir. Kürdlər dindar, alicənab, dürüst, dəliqanlı, mərd və təmizdirlər. Bütün müsəlman xüsusiyyətlərinə sahibdirlər, belə olduqda mən onları canımdan çox sevərəm. Mən PKK-nın düşməniyəm. Kürdün dostuyam. PKK murdardır, kürd nurdur. Sitatlar
Türkiyə sərhədində və sərhədi daxilindəki ən böyük təhlükə PKK-dır. Bizim Cənub-Şərqi Anadolu bölgəmizi tamamilə işğal etmiş və orada öz hakimiyyətini bərqərar etmişdir. Eləcə də, bütün sərhəd zolağı tamamilə işğal altındadır. Sitatlar
Hamısına da avtomatik silahlar verilsin. Yeri göyü inildədərlər. Bu vətənini, millətini qorumaqdır. Ölüm-qalım savaşı veririk. Əsgər nə lazımdırsa etsin. Bu hamısı üçün fərzdir. PKK-ya qarşı mübarizə aparmamaq haramdır. PKK-ya qarşı mübarizədə görülən hər cür qanuni iş halaldır. Sitatlar
Mən heç kəsin ölməsini istəmərəm. Terrorist də olsa ölməsini istəmərəm, amma bütün qaynaqları birdəfəlik yox edilsin. Yolları, körpüləri dağıdılsın, yerlə-yeksan edilsin ki, təslim olmalarını asanlaşdıraq. Məsələn, silah-sursat anbarlarını partlatsaq, o zaman azğınlıq edə bilməzlər. Sitatlar
Səfərbərlik elan edilsə, PKK inanılmaz dərəcədə qorxar. 1 milyon əsgəri vəzifəyə gətir, hazırda 600 mini də var, 1 milyon 600 min əsgərin olar. Bu görünməmiş gözdağı olar. Sitatlar
PKK-nın aqibətinin fotolarını çəkib yayımlasalar, bu xalq üçün böyük mənəvi şövq olar. PKK-nı da mənəvi cəhətdən darmadağın edər. Sitatlar
"Onsuz da əlimizdə bu cür hazır kütlə var, onların səslərindən rahat-rahat istifadə edək. Belə etməyimiz bizə bir müddət də kifayət edər" demək olmaz. Sürətlə yeni nəsil gəlir, kifayət qədər məlumat sahibi olurlar, məlumatlanırlar. Sən gəncləri ideoloji cəhətdən yetişdirmədikdə onlar da marksistlərin, leninistlərin, stalinistlərin əlinə keçir. Bu dəfə öhdəsindən gələ bilməzsən, çətin vəziyyətdə qalarsan. Sitatlar
Yeni yetişən gənclər arasında eqoist, darvinist, materialist quruluşlar meydana gəldi. Türkiyənin bölünməsi bunları maraqlandırmır. Buna qarşı tədbir alınmalıdır. Məktəblərdə; "Milli dəyərlər dərsi" keçirilməlidir. Bu dərsdə türk millətinin birliyi, bütövlüyü, PKK təhlükəsi, orduya sevgi, darvinizm-materializmin etibarsızlığı, bütün bunlar izah edilə bilər. Sitatlar
PKK yetişdirdiyi bütün gəncləri bilavasitə məqsədyönlü olaraq öyrədir. Tamamilə həyatın sosial tərəflərindən uzaqlaşmışlar. Yalnız hədəfə bağlanmışdırlar. Türk gəncliyi də belə olmalıdır. Milli-mənəvi hədəflərə bağlanmalıdırlar. Allah qorusun, belə olmasa fəlakət gələr. Sitatlar
Böyük Türkiyə üçün təcili surətdə mənəvi dəyərlərə əhəmiyyət verən bir gənclik   yetişdirilməlidir. Sitatlar
Millətçi gəncliyin yaxşı xüsusiyyəti, çox dəliqanlı, cəsur olmasıdır. Əslində bütün türk   gəncliyinin bu mənada dəliqanlı olması lazımdır. Qorxaq bir gənc ola bilməz. Vətəndən   söhbət getdikdə qız da, oğlan da dəliqanlı olmalıdır. Sitatlar
Türkiyədəki gənclər siyasi cəhətdən yetişdirilmir. Bir çoxu (xalq deyiminə görə)   varlansın, əylənsin, evlənsin, varlı bir qız tapsın, qız da varlı bir oğlan tapsın, onun   üstünə çöksün, bütün ailə üzvlərinə ona baxdırsın, yaxşı yemək yesin, yaxşı bir iş yeri   olsun. Amma PKK-nın məqsədi bu deyil. Sitatlar
Türk millətini, türk gəncliyini siyasi şüurla yetişdirmək lazımdır. Onlar darvinizmə,   materializmə qarşı yetişdirilməlidir. İşğalçı kommunist rejimə qarşı nələr ediləcəyi izah   edilməlidir. Gənclərə Allah, Kitab, din, iman, vətən, millət, bayraq sevgisi öyrədilməli və   bunlar qəlblərinə nəqş edilməlidir. Sitatlar
Türkiyə çox əhəmiyyətli bir dönüş mərhələsindədir, buna görə də, vətənpərvər gənclərin   dəstəklənməsi, qorunub himayə edilməsi çox əhəmiyyətlidir. Onların şövqlərinin   artırılması, onların gümrah saxlanılması çox əhəmiyyətlidir. Sitatlar
Gənclər televiziya kanallarındakı boş proqramlarla vaxt keçirir. Bu, zehinləri boşaldan təhlükəli mədəniyyətdir. Milli şüura sahib nəsil yetişməlidir. Sitatlar
Bəzi gənclər arasında istehsaldan, texnologiyadan, elmdən tamamilə uzaq, yaradıcı olmaqdan, incəsənətdən, estetikadan tamamilə uzaq, hazır olanı yeyən, hazır olanla bəslənən və müftəxor olan ruh sistemi çox sürətlə yayılır. Məktəblərin tədris proqramına milli şüur dərsi əlavə edilərək buna qarşı tədbir alınmalıdır. Sitatlar
İndi görüləcək iş gəncləri maarifləndirmək, milli şüur dərsi keçməkdir. PKK mütəmadi təhsil verir. Kommunist terroristlər təhsil ilə bu hala gəlirlər. Biz də gənclərə həftədə üç saat milli şüur dərsi keçsək, olduqca faydalı olar. Sitatlar
Gənclərə milli şüur dərsi verilərək, onlara, kommunizm, darvinizm və faşizm təhlükəsinin nə olduğu, terrorun ideologiyasının nə olduğu, zorakılığın, sevginin və mərhəmətin nə olduğu öyrədilməlidir. Milli hədəflərimizdən, məsələn, Türk-İslam Birliyindən bəhs edilməlidir. Sitatlar
İran bizim dostumuz və müttəfiqimizdir. İranı sevməliyik, İran düşmənçiliyi düzgün deyil. İranla dost olmalıyıq. Şiələr çox təmiz, dindar insanlardır. Təqvalıdırlar. Şiə düşmənçiliyi çox murdar şeydir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur