logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 3 iyun 2017

avatar

Adnan Oktar

Qadınlara hər mövzuda üstünlük göstərilməli, çox yüksək hörmət göstərilməli çox mübarək varlıqlardır.
A9 TV; 3 iyun 2017
613
avatar

Adnan Oktar

Nəyin doğru nəyin yanlış olduğu səmimiyyətlə analiz edildikdə dərhal görünər. Allah doğrunu hər insana ilham edər.
A9 TV; 3 iyun 2017
avatar

Adnan Oktar

İslam əxlaqı hakim olsa aclıq, kasıblıq, yoxsulluq əsla olmaz. İnsanların hamısı çox böyük bolluq içində yaşayar.
A9 TV; 3 iyun 2017
avatar

Adnan Oktar

Şeir də, musiqi və rəsm əsəri kimi çox təsiredici incəsənət sahəsidir. Nazim Hikmət də ruha təsir edən çox səmimi, nəfis şeirlər yazan dəyərli incəsənət xadimidir.
A9 TV; 3 iyun 2017
avatar

Adnan Oktar

Hər kəsin hər kəslə dost olduğu, qadınların azad yaşadığı, musiqinin, rəsm əsərlərinin, heykəl sənətinin ən gözəlinin hazırlandığı sistem müasir İslamdır.
A9 TV; 3 iyun 2017
avatar

Adnan Oktar

Müasir İslam Peyğəmbərimiz (s.ə.v) və səhabələrin yaşadığı İslamdır. Hz. Süleymanın, hz. İbrahimin və bütün peyğəmbərlərin yaşadığı İslam, müasir İslamdır.
A9 TV; 3 iyun 2017
avatar

Adnan Oktar

Cüzi iradə vardır deyənlər; "Allahın nəzarət etmədiyi bir sahə olduğunu" iddia edirlər. Cüzi iradə deyə bir şey yoxdur, hər şeyi edən Allahdır.
A9 TV; 3 iyun 2017
avatar

Adnan Oktar

Allah hər duanı qəbul edər, insana xeyirli olanı nəsib edər.
A9 TV; 3 iyun 2017
avatar

Adnan Oktar

Pişiklər sevgini çox yaxşı anlayan və çox gözəl qarşılıq verən heyvanlardır. Pişiklərin mövcudluğu çox gözəl nemətdir.
A9 TV; 3 iyun 2017
avatar

Adnan Oktar

Türkiyəni incəsənətə, rəqsə, musiqiyə qarşıymış kimi göstərənlər çox yanlış hərəkət edirlər. Türkiyə müasir ölkədir.
A9 TV; 3 iyun 2017
avatar

Adnan Oktar

Putin dindar dəliqanlıdır, Türkiyə və bölgə baxımından mühüm insandır.
A9 TV; 3 iyun 2017
avatar

Adnan Oktar

Allah Demba Banın nurunu və hidayətini artırsın, sağlam, uzun, bərəkətli ömür versin, İslama xidmətini Allah daimi etsin.
A9 TV; 3 iyun 2017
avatar

Adnan Oktar

Allah bütün qardaşlarımıza sağlam uzun ömür və güclü iman nəsib etsin, hamımızı hz. Mehdiyə tələbə etsin, İslamın hakimiyyətini bizə göstərsin.
A9 TV; 3 iyun 2017
avatar

Adnan Oktar

Bir gənc qız təkbaşına rahat gəzib dolana bilmirsə, həm sevməkdən, həm də sevilməkdən qorxursa, bu o ölkədə ciddi mədəniyyət çatışmazlığı olduğu mənasını verər.
A9 TV; 2 iyun 2017
avatar

Adnan Oktar

Səmimi vicdanından istifadə edən insan hadisələrin onu sürükləməsinə icazə verməz, o hadisələri yönləndirər.
A9 TV; 2 iyun 2017
avatar

Adnan Oktar

Allahı düşünməyi istəməmək çox qorxunc, ayıb və çirkindir. Dünya səviyyəsində çox böyük səhv edilir. Bu səhvin düzəlməsi üçün çalışaq. Allah sonsuz səbirli və mərhəmətlidir. İnsanların əksəriyyətinin nankorluğuna baxmayaraq, Allah insanlara rahatlıq və nemət təqdim edir.
A9 TV; 2 iyun 2017
avatar

Adnan Oktar

Allah layiqincə təqdir edilsə dünyada heç bir dərd qalmaz. İnsanlar Allahı unutduqları üçün çox dərdli yaşayırlar.
A9 TV; 2 iyun 2017
avatar

Adnan Oktar

Allahın dərman yaratması da çox böyük sənətdir. Xəstəliyi də, şəfanı da Allah yaradır. İnsan allergiya olur, dua olaraq bir dərman alır dərhal keçir. Allah bu dərmanı "bu vəsilə olmasaydı, necə olardı" düşünək deyə yaradır.
A9 TV; 2 iyun 2017
avatar

Adnan Oktar

Allahın qədrini layiqincə təqdir edə bilmək üçün dua etmək lazımdır. Allahdan, sənətini yaxşı yadda saxlamaq üçün yaxşı yaddaş, Allahın qədrini layiqincə təqdir etmə qabiliyyəti, sənətini gözəl görmə və heyran olma qabiliyyəti istəmək lazımdır.
A9 TV; 2 iyun 2017
avatar

Adnan Oktar

Dünyada hal-hazırda işlənən ən böyük vicdani cinayət; Allahın sənətini lazımınca təqdir edə bilməmək, Allahın sənətini görməzlikdən gəlməkdir. Avtomobildə musiqi dinləyir, avtomobili də, musiqini də yaradanın Allah olduğunu bir dəfə belə düşünmür. Lakin Allah qulların rahatlığını düşünür. Meyvə satanın qarşısından keçirlər, heyrətverici gözəllikdə meyvələr hamısının dadı, qoxusu, rəngi ayrı gözəldir, bir dəfə belə Allahı xatırlamadan keçib gedirlər. Allah milyonlarla təfərrüatla rahatlıq təqdim edir, insanların çoxu heç Allahı xatırlamadan yaşayıb gedir. Bu qədər nemətə bu qədər biganəlik zülm olar.
A9 TV; 2 iyun 2017
avatar

Adnan Oktar

Allahın sənətini anlamazlıqdan gəlmək çox çirkindir. İnsanların bu çirkinliyi normal qarşılamaları da çox böyük möcüzədir. Tək bir xalçanın tək bir tükündə yunun alındığı qoyunun genetikasına dair bütün məlumatlar var. Təkcə bu belə Allahın sənətini görmək üçün əhəmiyyətlidir.
A9 TV; 2 iyun 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Müasir İslam anlayışı, keyfiyyəti, üstün xüsusiyyətli olması və ağlı ilə, Türkiyə tarixinin ən mükəmməl lideri Atatürkdür. Sitatlar
Həyatın hər sahəsində qadınlara üstünlük verilməsi, qadınların gələcək üçün narahat olma vəziyyətinin olmamağı lazımdır. Xəstəxanalar qadınlara pulsuz olmalıdır, iş yerlərində qadınlara üstünlük verilməlidir, qadınlar hər sahədə haqq sahibi olmalıdır. Sitatlar
Ümumi bilik əhəmiyyətlidir. Gənclərin təhsilində ümumi biliyin üstün olması lazımdır. Sitatlar
Üst ağıl xurafat demək çox yanlış və savadsız ifadədir. Üst ağıl vardır və bu üst ağıl İngiltərə dərin dövlətidir. Sitatlar
Türkiyənin zənginləşməsi üçün əkinçiliyə və heyvandarlığa üstünlük verilməsi lazımdır. Sitatlar
Kainat təsadüflərin əsəri deyil. Kainat üstün bir ağlın, Allahın əsəridir. Sitatlar
İngiltərə dərin dövlətinin tərəfdarları özlərini hər kəsdən üstün görən, hər şeyi ən yaxşı özlərinin bildiyini düşünən lovğalıq ruhu içindədirlər. Sitatlar
İşsizlik probleminin aradan qalxması üçün Türkiyənin əkinçilik və heyvandarlığa üstünlük verməsi lazımdır. Əkinçilik və heyvandarlığa prioritet verilsə əlavə sahələri ilə birlikdə milyonlarla insan üçün iş sahəsi yaranar. Sitatlar
Maddi imkanla çox gözəl xidmətlər edilər və böyük nemətdir, lakin heç vaxt maddiyyat sevgidən üstün tutulmaz. Sitatlar
Təsadüfən canlıların yaranması qeyri-mümkündür. Canlılar təkcə üstün Ağılın yaratması ilə yarana bilər. Bu, Allahın yaratmasıdır. Sitatlar
Allahın üstün əxlaqı qadınlarda çox sıx təcəlli edər. Mərhəmət, şəfqət, humanistlik, səbir, vəfa, təmizlik, incəlik qadınlarda çoxdur. Sitatlar
Qadınlara qarşı uca səslə, özünü onlardan üstün görən üslub işlətmək heç kimə yaraşmaz. Müsəlman təvazökar olar. Sitatlar
Adam olmaq deyil, müsəlman olmaq əhəmiyyətlidir. Adamlıq dini deyə yaradılan sistemin özünəməxsus çirkin qaydaları var və təməlində özünü haşa Allahdan üstün görən və Allahı unudan zehniyyət var. Bir guşəyə çəkilib aparılan gizli söhbətlər, sözdə üstün gəlmə oyunları, lovğalıq, adamlıq dininin xüsusiyyətləridir. Müsəlmanda isə həyatının hər anında təvazökarlıq, dürüstlük və səmimiyyət hakimdir. Sitatlar
Allah Quranda münafiqlərdən yüzlərlə ayə ilə bəhs edir. Münafiqliyi gündəmdə saxlamaq, Quranın hökmüdür. Quran ayələri ilə münafiqlərin rəftarlarının, sözlərinin eynilə üst-üstə düşməsi Quranın möcüzəsidir. Münafiqlik mövzusundan, ayələrdəki hadisələrin eynisi reallaşdığı üçün bəhs edirik. Quranın möcüzəsinə şahid olduğumuz üçün bəhs edirik. Sitatlar
Allahı heç unutmasaq, Allahı çox sevdiyimizi və yaxın dost olduğumuzu həmişə yadda saxlasaq, şirkdən şiddətlə çəkinsək, gücün sahibinin Allah olduğunu heç unutmasaq çox doğru bərəkətli yolda irəliləyərik. Allahın gücünün hər şeydən üstün və hər şeyə hakim olduğunu düşünmək əhəmiyyətlidir. Haşa müəyyən yerə qədər gücü varmış kimi düşünmək olmaz. Sitatlar
Atatürkün üstün xarakteri, tərbiyəsi, nəzakəti, ağlı, zəkası, Quran müsəlmanlığı çox gözəldir. Atatürkün dırnağı qədər olmayan, sayı da çox az olan bəzi tiplərə heç kim əhəmiyyət verməsin. Sitatlar
Bacı-qardaşlarımız mütləq Allahı sevənlərlə birlikdə olmağa diqqət yetirsinlər. 2-3 nəfər də olsa Allahı sevənlərə üstünlük versinlər. Ətrafında belə insanlar yoxdursa Allahı sevəcək, Allahdan qorxacaq insanlar yetişdirsinlər. Birlikdə gözəl şəkildə Allahı zikr edərlər, sevgini, dostluğu yaşayarlar. Sitatlar
Mövsümi işçiləri üçün daha uzunmüddətli işlə təmin etmək gözəl olar. Əgər Türkiyə əkinçilik və heyvandarlığa üstünlük versə, iş imkanları da çox artar. Sitatlar
Münafiq o axmaq ağlı ilə Peyğəmbərdən daha yaxşı düşündüyünü iddia edər. Hətta elə ruh xəstəsidir ki, özünü haşa Allahdan belə üstün görər. Allaha dinini öyrətməyə cəhd edəcək qədər ağılsızdır. Sitatlar
Münafiqlərin hər cür mənfi arzusu özünə bəla olaraq qayıdar. Münafiq çox xəstə ruha sahibdir. Üstü açılmayan cinayətlərin bir çoxunun arxasında münafiqlər vardır. Sitatlar
Müsəlman bütün peyğəmbərlərin bütün üstün xüsusiyyətlərini nümunə götürər. Peyğəmbərlərin səhvlərini isə Allah ibrət almağımız, eyni səhvi etməməyimiz üçün yaratmışdır. Müsəlman bütün Quran ayələrini və bütün peyğəmbərləri nümunə götürər. Sitatlar
Müsəlmanların böyük hissəsi darvinizm qarşısında qorxaqlıq göstərmişdir, elmi cavab verə bilmədikləri üçün təslim olmuşdular. Mərakeş, Əlcəzair, Misir, Pakistan kimi ölkələrdə təkamül yayılmağa başlamışdı. Bizim elmi izahatlarımız nəticəsində müsəlmanlar darvinizmə qarşı üstün gəldilər. Sitatlar
Quran müsəlmanlığına dəccaliyyət diş keçirə bilməz. Quran müsəlmanlığı yaşandığı zaman dəccaliyyətin sonu gəlmiş deməkdir. Çünki Quran müsəlmanlığında incəsənətin, keyfiyyətin, zövqün, nəzakətin, sevincin və hər şeyin ən gözəli hakimdir. Quran müsəlmanlığı qəti qələbə və üstünlük deməkdir. Sitatlar
Quranda qadının döyülməsi yoxdur. Kişinin qadından üstünlüyü də yoxdur. Qadın və kişinin fərqli qabiliyyətləri və xüsusiyyətləri olduqları bildirilmişdir. Kişi qadından üstün deyil, qadınları qorumaqla, gözəl davranmaqla məsuldur. Sitatlar
Quranda təbəqə ayrı-seçkiliyi yoxdur. Fəhlə, kəndli, komandir, çəkməsilən, prezident, nazir, əsgər, məmur, hamısı birlikdə namaz qılarlar. Hər kəs hər kəsin hamisidir. Hər kəs mövqeyi nə olsa da, bir-birini qorumaqla məsuldur. Heç kimin heç kimə maddi üstünlüyü yoxdur. Üstünlük təkcə təqva, yəni Allaha yaxınlıq və gözəl əxlaqladır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur