logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 19 aprel 2015

avatar

Adnan Oktar

Sənin ağlın, vicdanın gözəldirsə, onsuz da Allah taleyində qarşına gözəl bir insan çıxardar. Allah hz. Süleyman (ə.s)-ın qarşısına niyə o qədər gözəl şeylər çıxartdı? Hz. Süleyman (ə.s) o gözəl şeyləri səy göstərərək, çalışaraq əldə etmədi. Sadəcə təqvasından ötrü Allah ona verdi.
A9 TV; 19 aprel 2015
1692
avatar

Adnan Oktar

Din asanlıqdır. Allah; "sizi asan şeydə uğurlu edəcəyəm" deyir, "Allah sizin üçün çətinlik istəməz, asanlıq istəyər" deyir. Hz. İbrahim (ə.s)-ın dini kimi asandır.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Əgər şövqlü sevgi varsa, şövqlü iman da vardır. Əgər insan qadını şövqlə sevirsə, bilin ki, o, iman şövqünə də sahibdir. Bu, onun əlamətidir.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Namazda vəsvəsəyə qapılmamaq lazımdır. Çünki sən namazdan çəkinmirsən. Dəstəmazdan da çəkinmirsən. Dəstəmaz almağa getdiyinə görə, deməli çəkinməmisən. Əlini üzünü yuyursan. Nə lazımdırsa edirsən. Onda niyə narahat olmalısan ki?
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Sevgini istədikdə əvvəlcə Allah sevgisi hədəf alınmalıdır. Allah sevgisi, Allah qorxusu yoxdursa, sevgi də yoxdur.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Sevgi, ağıldan istifadə etdikcə əhatə dairəsi genişlənən bir quruluşdur. Ağılla mütənasib şəkildə inkişaf edər. Məsələn, vəfa göstərsən, sevgisi artar. Şəfqət göstərsən, sevgisi artar. Səbir göstərsən, artar. Qoruyub himayə etsən, artar. İncə, dərin düşünsən, artar. Gözəl danışsan, artar. Yalan danışmasan, artar. Daim dürüst davransan, artar. Daim yaxşı niyyətlə, mehribanlıqla yanaşsan, artar. İnsan əksini görsə nifrət edər.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

İnsan ətdən, sümükdən, qandan əmələ gəlmiş bir varlıqdır. Min bir cür də acizliyi vardır. İnsan bunu mu sevəcək? Bunu etməsi üçün dəli olmalıdır. Ancaq Allahın ruhunu daşıyırsa, nəcib bir varlıqdırsa, sonsuzluğu yaşayacaq bir varlıqdırsa sevilər.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Bir insan Allaha inanmırsa, ruhunda Ona qarşı güvən hissi olmaz. Allahı görməyəcək bir ağıla sahibdirsə, onu necə görə bilər? Allaha şükür edə bilməyəcək bir vəziyyətdədirsə, insana necə təşəkkür edə bilər? Allaha vəfa göstərməyən, quluna necə vəfa göstərə bilər? Sevginin enerjisini, nəcibliyini təmin edən imandır.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Türkiyəni bölməyə cəhd edərlərsə qiyamət qopar. Ağıllarını başlarına yığsınlar. Heç kim Türkiyəni asan əldə olunan görməsin. Alçaqlıq etmələrinə izin vermərik. Türkiyənin bölünməsinə izin vermərik. Türkiyəni bölünməyə aparan şeylərə də izin vermərik. Məsələn, federasiya; rəsmi surətdə bölmək deməkdir. Buna da izin vermərik. Prezident idarəetmə sistemi və federasiya bir biriylə yaxın şeylər isə, onu da qəbul etmərik.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Qərbli böyük güclərin hədəfi, Türkiyənin federativ ərazilərə ayrılması, Cənub-Şərq bölgəsinin ayrılması, kommunist dövlətin yaranması, Antalya, İzmir və İstanbulun ayrılmasıdır, Allah qorusun. Bu oyunların sıxlaşdığı dövrdə; möhkəm şəkildə bir-birimizə birləşməli, heç vaxt güzəştə getməməli, birlik və bərabərliyimizi qorumalıyıq.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Qərbli güclər Sevr müqaviləsindən sonra Türkiyəni parça-parça etməyə qərar veriblər. Sevr müqaviləsinin tətbiq olunması mövzusunda çox qərarlı davrandılar, imtina etmədilər. Buna görə də prezident idarəetmə sistemini tam biçilmiş libas kimi görürlər.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Hal-hazırda Türkiyə üçün ən böyük təhlükə prezident idarəetmə sistemidir. Çünki biz, Türkiyəni bölməyə çalışdığı, hər hansı bir cəhd göstərdiyi təqdirdə qanunla, hüquqla PKK-ya lazımi qarşılığı verərik. Amma prezident idarəetmə sistemi hakim olduqdan sonra edəcək bir şey yoxdur. Türkiyə böyük bir fəlakətə, vətəni parça-parça edəcək bir sistemə sürüklənmiş olur.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Təbliğ edən möminə lağ edən kimsə, onsuz da sərt təsirə məruz qaldığı üçün lağ edir. Yoxsa niyə mübarizə aparsın ki. Təsirə məruz qalmasa ona qarışmaz, çıxıb gedər, işinə gücünə baxar. Lağ etməsi özünə təskinlik verməsi üçündür. Çünki içindəki vicdanı onu sıxmağa başlayır. Bu küfrün aldığı bir tədbirdir.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Təbliğ edərkən savabın üçdürsə, lağa qoyularkən davam etsən otuz olar. Lağın dərəcəsi böyükdürsə üç yüz olar. Olduqca böyükdürsə üç min olar. Sənin məqsədin nədir? İbadət deyildirmi? Allah sənin üçün ibadət yaradır.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

"Hocam izah edirik, təbliğ edirik, bizimlə lağ edirlər" deyirlər, kim lağ elətdirir? Allah elətdirir. Təbliğ ilə lağ eyni anda yaradılır. Təbliğin, ibadətin qiymətini artırmaq üçün Allah tərəfindən edilən gizli bir nemətdir bu. Küfrün əleyhinə, möminlərin lehinədir. Mömin üçün lütfdür, küfr üçün bəladır. Sən lağ etmələrinə fikir vermədikdə savabın qat- qat artır.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Cənnətdəki sevgiyə inanmağın üçün, bir fədakarlıq, igidlik, cəsarət, səbir, təmizlik, təqva göstərməyin lazımdır. Mömin o əxlaqı göstərdiyi üçün özündən əmin olur, sevildiyindən əmin olur. Sevənlər də onu, o xüsusiyyətinə görə sevirlər onsuz da.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Cənnətdə səbir yoxdur, cəsarət yoxdur, cəsarətə ehtiyac yoxdur. Səbir, cəsarət, igidlik edə bilməzsən. Təvəkkül göstərməli bir şey yoxdur. Təmizlik, fədakarlıq bunların heç biri yoxdur. Yalnız əyləncə yurdudur. Əlbəttə ki, həmd etmə, şükür etmə ibadəti vardır, Allahın təcəllisini görüb sevmək vardır.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Möminlərin imtahanı həqiqətən çətindir. Yəni asan imtahan, müsəlman üçün alçaldıcıdır, həqiqətən onun üçün çox acı bir vəziyyət vardır, bir qəribəlik vardır. İmtahanı nə qədər çətindirsə o qədər məqbuldur.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

"Allah səbir edənləri sevər". Çünki sevgi buradan aydın olur. Səbir edə bilmirsə, sevmir deməkdir. Məsələn, insanın sevdiyi olar, amma o sevgisini qoruması əhəmiyyətlidir. Yəni iki günlük sevgi olmaz. Bəziləri elədir, məsələn, bir günlük sevir. Bir gecəlik sevir. Daha dəqiq desək, həvəsi vardır yəni. Amma mömin sevgini ömür boyu və sonsuzadək istəyir.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Səbir ibadətdir. İbadət olaraq gözləməyə səbir deyilir. Dözümlülükdə, yalnız insan dözür. Səbir ibadətin adıdır. Yəni namaz kimi ibadət adıdır.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Dünyada kasıblığı təşkil edən xüsusi bir sistem var. Bu sistemin başında duran şəxslər var. Bunlara da əmr verənlər var. Əmir verənə, əmr verən var. Görə bilmədikləri əmr verən biri var. Kasıblıq xüsusi olaraq yaradılır və kasıblığın qarşısını ala bilmirlər. Allah; "Şükür edilmədikdə kasıblıq meydana gətirərəm" deyir. Allahın dediyi olur, insanlar qarşısını ala bilmir.
A9 TV; 17 aprel 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Sevgi, gözəllik, incəsənət həyatın məqsədidir. Bunlar yoxdursa, sən niyə körpü inşa  edirsən, niyə quruda və dənizdə çayların, kanalların altından keçən tunel inşa edirsən?   Bunların hamısı boş şey olar. Sevginin olması üçün, sevgini bəsləyən, incəsənət və   estetikaya da çox əhəmiyyət verilməlidir. Sitatlar
Hz. Süleyman (ə.s)-ın Allah ilə daimi, sıx və çox ağıllı bir əlaqəsi var. Bu çox əhəmiyyətlidir. Allahı heç vaxt unutmur. Bir dəqiqə, bir saniyə belə unutmur. Sitatlar
Yaxşı niyyətli, təmiz qəlbli bir qadın çox gözəl olur. İçi şeytanlıqla dolu olduqda, üzü çox çirkin olur, ağlı da itir. Mənfur olurlar. Sitatlar
Sitatlar
İnsanlar var-dövlət, güc və hakimiyyət sahibi olmağı xoşlayırlar. Gözəl qadınlar, gözəl avtomobillər, gözəl musiqi, gözəl həyat, gözəl paltarlar insana çox müsbət təsir edər. Normal, qanuni ölçü çərçivəsində bunlara sahib olub, dini də izah etsən, din insan həyatına daxil olar, İslam geniş kütlələrə çatar. Sitatlar
İslam olduqca müasir, şən, sağlam, elmə, incəsənətə, gözəlliyə və estetikaya açıq olaraq yer üzündə zühur edəcək. Cənnət kimi zühur edəcək. İslam, murdar, qaranlıq, əzablar çəkdirən, asan, kəsən, estetikadan uzaq, leş kimi qoxuyan insanların yaşadığı bir mühit şəklində təzahür etməz. Allah İslama belə pislik etdirməz, müsəlmanlara da etdirməz. Sitatlar
Mələklərə iman, taleyə iman. Bunlar barədə ayrı-ayrılıqda düşünmək, təfəkkür edilib beyində tam iman kimi oturtmaq lazımdır. Yəni xalqın böyük hissəsində səthi məlumat şəklində bunlara qarşı inanc var. Lakin sarsılmaz məlumat olaraq, bu yalnız təqvalı müsəlmanlarda olur. Möhkəm məlumat halına gətirmək lazımdır. Sitatlar
Sitatlar
Hz. Süleyman (ə.s) incəsənət və estetikanın sultanıdır. Dünyaya sənəti, estetikanı öyrədən insandır. Xristianlar sənəti həmişə ondan öyrəndilər. Sarayın, məscidin və binanın necə bəzənəcəyini. Avropa və Osmanlı imperiyasındakı saraylar həmişə hz. Süleyman (ə.s)-ın sarayına bənzədilərək inşa edilmişdir. Hz. Süleyman (ə.s) bütün sarayların atasıdır, incəsənətin atasıdır, estetikanın, gözəlliyin atasıdır. Sitatlar
Hz. Süleyman (ə.s), Mehdi (ə.s)-ın cəddidir. Mehdi (ə.s) hz. Süleyman (ə.s)-a bənzəyir. Mehdi (ə.s) da sənəti çox sevəcək, gözəlliyi çox sevəcək, əzəməti çox sevəcək. Dünyanı bəzəyəcək. Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) barədə; "bütün dünyanı rifah halına gətirər" deyir. Sitatlar
İslamiyyəti qorxunc bir şey kimi göstərdilər, dəhşət sistemi kimi göstərdilər, cəhənnəm kimi göstərdilər. Müsəlmanları da qətliam maşını kimi göstərdilər. İnsanları müsəlmanlıqdan fövqəladə dərəcədə soyutdular. Halbuki müsəlmanlıq gözəllik, estetika, incəsənət, ağıl, fikir, elm, irfan, xeyirxahlıq və səmimiyyətdir. Sitatlar
İgidlik üstün xüsusiyyətdir və sırf insana məxsusdur. Bunun nəticəsində ya şəhid olunar, ya da qazi. Amma mələklərdə belə şey yoxdur. Döyüş olur, heç nə olmur mələyə. Səbir deyilən şey də yoxdur. Bunun üçün Allah, əgər təqvalıdırsa, gözəl əxlaqlıdırsa, insanı mələkdən üstün yaratmışdır. İnsan, mələkləri qat-qat ötüb keçə bilər. Sitatlar
Hz. Süleyman nemət əldə etmək üçün çalışmadı, nemətdən qaçdı, nemət ona tərəf gəldi. Hz. Yusif (ə.s) nemətdən qaçdı, nemət onun arxasınca getdi. Mən ömrüm boyu nemət əldə etməkdən qaçdım. Həmişə neməti Allah yanıma göndərdi. Əlhəmdülillah. Sitatlar
Allah Quranda mehdiyyətdən üstüörtülü şəkildə bəhs etmişdir. Kəhf surəsində bəhs etmişdir, Süleyman hekayəsində bəhs etmişdir, Yusif surəsində bəhs etmişdir, lakin üstüörtülü üslubla bəhs etmişdir. Sitatlar
Musəvi mənbələrə görə, hz. Mehdi xaraketrcə ən çox hz. Musa (ə.s)-a bənzəyəcək, zarafatcıllığı isə hz. Süleyman (ə.s)-a bənzəyəcək. Sitatlar
Bəzi müsəlman qardaşlarımızın xətası, hz. Süleyman (ə.s)-ı, hz. Musa (ə.s)-ı, hz. İbrahim (ə.s)-ı sanki yox hesab edirlər, başa düşmürlər. Halbuki Peyğəmbərimiz (s.ə.v)-in həyatı kimi, onların həyatı da çox əhəmiyyətlidir. Allah, biz onları da nümunə götürək, deyə bildirir. Sitatlar
Qurandakı bütün peyğəmbərlərin əxlaqına nail olmağa çalışmaq məcburiyyətindəyik. Məsələn hz. Süleyman (ə.s)-ın ehtişamına, onun gözəllik anlayışına, incəsənət və estetika anlayışına heyran olub ona bənzəmək məcburiyyətindəyik. Bəzi müsəlmanlar digər peyğəmbərləri yad hesab edir, bu çox yanlış aspektdir. Sitatlar
Səmimiyyət çox əhəmiyyətlidir. Ona görə əhəmiyyətlidir ki, qurtuluş yoludur. "Allah Qatında ən yaxşı olan, ən təqvalı olandır" deyir. Allah təqvalı olmağın əsas şərtinin səmimiyyət olduğunu qeyd edir. Sitatlar
Əsas təqvadır. Möminin gözəl olduğuna dair, imanından qaynaqlanan bir mühakimə meydana gəlir, buna görə onu çox sevirsən. Allah onu sənə bundan ötrü o qədər gözəl göstərir. Sitatlar
Müsəlman ''Ya Rəbbim, mənə sonsuz sevgi, sonsuz səmimiyyət ver'' deyəcək. Eşqin sonu yoxdur. Çünki bura imtahan, yarış yeridir. Allah Quranda ''önə keçənlər'' deyir. Önə keçmək nə deməkdir? Təqvada önə keçmək, cəhd etmək, Allahın sevgisini qazanmaqdır. Sitatlar
Peyğəmbərimizin Axırzamanda reallaşan möcüzələrini gizlədirlər. Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini gizlədən adam necə təqva iddiasında ola bilər? Sitatlar
Hər kim məmləkət üstünlüyü iddia etsə səhv edər. Məsələn, biz ingilisdən üstünük, biz fransızdan üstünük, biz almandan üstünük demək olmaz. Hamısı hz. Adəm (ə.s)-ın övladlarıdır. İnsanlar fərd olaraq təqva ilə üstün olarlar. Bölgə ilə olmaz. Torpaq parçasıyla olmaz. Sitatlar
İnsanların irqinə, məmləkətinə, şəhərinə görə üstünlük olmaz. Ancaq fərd olaraq əxlaqına görə üstünlük ola bilər, bunu da Allah təqdir edər. Sitatlar
Din asanlıqdır. Allah; "sizi asan şeydə uğurlu edəcəyəm" deyir, "Allah sizin üçün çətinlik   istəməz, asanlıq istəyər" deyir. Hz. İbrahim (ə.s)-ın dini kimi asandır. Sitatlar
Mehdi (ə.s)-a tabe olan hər kəs, müttəqi olan hər kəs Mehdi (ə.s) tələbəsidir və Allahın   təqdiri ilə cənnət əhlidir. Peyğəmbərimiz (s.ə.v) o 313 tələbənin əsas rol oynayacağını   söyləyir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur