logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 31 Avqust 2012

avatar

Adnan Oktar

Sevgisizlik ruhunuzu yandırır. O zaman Allahı da sevə bilməzsiniz.
A9 TV; 31 Avqust 2012
1046
avatar

Adnan Oktar

Siz sevgisiz olsanız, insanlar da sizə qarşı sevgisiz olarlar. Belə etmək olmaz.
A9 TV; 31 Avqust 2012
avatar

Adnan Oktar

Həşəratlarda, insan hüceyrəsində, canlılarda, heyvanlarda, bitkilərdə Allahın sənəti var. Əgər sevgini bilmirsənsə, gözəlliyi, estetikanı duymursansa, Allahın sənətini araşdırmağına da gərək yoxdur.
A9 TV; 31 Avqust 2012
avatar

Adnan Oktar

İslam aləmini kommunistlik ələ keçirib. Hələ təzə-təzə yaxalarını qurtarırlar. Bu, Ərəb baharı deyilən hadisədir. Yəni kommunist işğaldan hələ təzəcə canlarını qurtarırlar. Hal-hazırda Suriyada də xalq kommunist işğala qarşı müqavimət göstərir.
A9 TV; 31 Avqust 2012
avatar

Adnan Oktar

Xurafatçılığın təhlükəsi budur. Xurafatçılıqdan çıxan ateizmə girir. Yəni bir bəlanın içindən başqa bir bəlaya daxil olur. Elə buna görə "Darvinizm və materializmin yerlə yeksan edilməsi vacibdir" deyirik.
A9 TV; 31 Avqust 2012
avatar

Adnan Oktar

Yaxşılıq, gözəllik, barış, ədalət, müasirlik, sənət, elm, estetika, istəyirlərsə İslam Birliyini istəsinlər. Bütün bunlara görə Mehdiyyəti istəsinlər. Ondan başqa bir qurtuluş, bir yol yoxdur.
A9 TV; 31 Avqust 2012
avatar

Adnan Oktar

Cənub-şərqi, cənub-şərqli bacı-qardaşlarımızı canımız qədər, canımızdan da çox sevirik. Onları kommunistlərə təslim etmərik. Kommunistləri orda istəmirik. Fikirlərini dəyişdirsələr, gələ bilərlər. Amma təcavüzkar, qan tökən olaraq orada məskunlaşdırmarıq. Bundan əl çəkməlidirlər.
A9 TV; 31 Avqust 2012
avatar

Adnan Oktar

Biz millət olaraq qonaqpərvər, zəiflərə, kasıblara kömək edən mərhəmətli millətik.
A9 TV; 31 Avqust 2012
avatar

Adnan Oktar

ƏN BÖYÜK FƏRZ İSLAM BİRLİYİDİR. BÜTÜN BƏLALAR, XƏSTƏLİKLƏR, ƏZİYYƏTLƏRİ ARADAN QALDIRAN TƏK ÇIXIŞ YOLUDUR. Türkiyədə PKK, Suriyada Hafiz Əsəd problemi, İraqda bu qarışıqlıq, zülm siyasəti, Liviyadaki bu qarışıqlıq, Əfqanıstandakı zülm qalmaz. Çadda, Mərakeş, Tunis və Əlcəzairdə çəkilən iztirablara son qoyular. İqtisadi böhran da olmaz.
A9 TV; 31 Avqust 2012
avatar

Adnan Oktar

Mehdiyyət kommunizmi dünyadan silib atacaqdır.
A9 TV; 30 Avqust 2012
avatar

Adnan Oktar

Kommunistlər demokratiyanı, seçkini qəbul etməzlər, zorakıdırlar.
A9 TV; 30 Avqust 2012
avatar

Adnan Oktar

Kommunist terrorun sona çatması təkcə Mehdiyyətlə mümkündür. Polis Mehdiyyət dövrünə qədər bu işi görəcək. Başqa cür olmaz.
A9 TV; 30 Avqust 2012
avatar

Adnan Oktar

Allahdan, dindən uzaqlaşılsa, Mehdiyyətə, İslam Birliyinə, İsa Məsihin zühuruna əhəmiyyət verilməsə, Allah belə möcüzə yaradar. Hər birinin iqtisadçıları, iş adamları, pul çap edən maşınları, bankları vardır, amma, baxın, iqtisadi böhrandan xilas ola bilmirlər və iqtisadi böhran onları getdikcə məhv edir. Tək qurtuluş Allaha və imana təslim olmalarıdır.
A9 TV; 29 Avqust 2012
avatar

Adnan Oktar

Bir çox xəstəlik, dərd, nöqsanlar, xüsusilə, imtahan üçün dünyaya bağlanmamaq və düşünmək üçün, axirəti istəməyimiz üçün yaradılmışdır.
A9 TV; 29 Avqust 2012
avatar

Adnan Oktar

Allahın ağlı sonsuzdur. Hüceyrələrdə, xromosomlarda, atomların quruluşunda, hər yerdə bu, özünü göstərir.
A9 TV; 29 Avqust 2012
avatar

Adnan Oktar

Yunanıstanla Türkiyə birləşərək əvvəlki―Osmanlı dövründəki kimi olacaq. Onda siz bərəkətə, bolluğa baxarsınız. On iki ada, Krit hamısı birləşəcək. Problem təkcə sərhəddə pasportun soruşulmasıdır. Yunanıstan pasportu, vizanı qaldırsa, zənginləşər .
A9 TV; 29 Avqust 2012
avatar

Adnan Oktar

Marksizmin mənşəyi dialektik fəlsəfədir. Xəstəlik kökündən müalicə olunmalıdır. Darvinizm-materializm xəstəliyi müalicə edilməlidir.
A9 TV; 29 Avqust 2012
avatar

Adnan Oktar

Dövlət Darvinizm-materializmi dəstəkləməkdən birdəfəlik imtina etməlidir. PKK-nın əsas ideologiyası Darvinizm və materializmdir. Dövlət Darvinizm-materializmi dəstəkləyir. Belə olmaz.
A9 TV; 29 Avqust 2012
avatar

Adnan Oktar

Səmimi imana Allah bir nemət olaraq cazibə verir. İman itkisinə də anti-patiya verir. İmansız olsan da, Allah qorusun vicdanın, düşüncən, ruhun qapqara olar, yanarsan, çirkinləşərsən. Ruhundakı əvvəlki həyəcan, güc gedər.
A9 TV; 29 Avqust 2012
avatar

Adnan Oktar

Müsəlmanın dilində həmişə sevgi olar. Məhəbbət, birlik, bərabərlik sözləri olar.
A9 TV; 29 Avqust 2012
avatar

Adnan Oktar

Dünyada iki blok var: 1)kommunist ; 2) anti -kommunist blok. Hal-hazırda anti-kommunist blokla kommunist blokun qarşıdurması vardır.
A9 TV; 29 Avqust 2012
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Müsəlman onsuz da namazını qılmalıdır. Həm şərt, həm də fərzdir. Bütün haqq dinlərdə namaz fərzdir. Mütləq o ibadətini yerinə yetirməlidir. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi axır zaman əlamətlərinin reallaşdığını görmək istəmirlər. Sitatlar
Hədislərdə bildirildiyinə görə güvəniləcək kəslərin azalması axır zaman əlamətlərindəndir. Sitatlar
Namazın necə qılınması məlum olduğu üçün Quranda təfsilatları açıqlanmamışdır. Nəfəs almaq, yemək yemək necə məlumdursa, namaz da o qədər yaxşı bilinir. Sitatlar
Təhlükəli bölgə zirehsiz, müdafiəsiz olmaz. Məsələn, əsgərlər çöldə gəzərkən, paltarlarının altından zirehli geyim geyinir, başlarına da kaska qoya bilərlər. O formada gəzsinlər. Sitatlar
İctimai Darvinizmi və Darvinizmi dəstəkləyən dialektik fəlsəfəni hər cəhəti ilə qəbul etmiş sayılır . Dialektik fəlsəfəni müdafiə edirsənsə, o zaman tarixin dialektliyini də qəbul etməyə məcbursan. Tarixin dialektliyini qəbul edirsənsə, Marksist, kommunist, Stalinist, Leninist olursan. Sitatlar
Biz məkan və zaman çərçivəsində hərəkət edirik. Allah isə zamansız və məkansızdır. Bizə an içində zaman yaradır. O anın çərçivəsində zamanı gördüyümüz üçün hadisələri sanki arxa-arxaya baş verirmiş kimi hiss edirik. Halbuki, çoxdan olub bitib. Hamısı bitib. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) axır zaman müsəlmanlarının səhabələrdən əlli qat daha çox savab qazanacaqlarını bildirmişdir. Sitatlar
Qısa geyinən xanımlar da rahat olacaqlar. Çimərliyə getmək istəyən qardaşlarımız da istədikləri kimi gedə bilər. Çarşablı xanımlar istədikləri kimi çarşablarını geyinərlər. Çadralı olan başörtüsü ilə, şal və cübbə ilə gəzmək istəyənlər o şəkildə geyinib gəzərlər. Mehdiyyət dövründə bir sevgi topası yaranacaq. Qarşılıqlı anlayış və şəfqət mühiti olacaq. Sitatlar
Axır zamanda müsəlman alimlərin dəccaldan və Mehdidən bəhs etməməsi axır zaman əlamətidir. Türkiyədə heç bir yerdə alimlər, mollalar Mehdidən bəhs etməzlər. Bu çox nadir yaşanan hadisədir. Sitatlar
Allah "Əgər səmimi olaraq hər şeyi Mənim etdiyimi qəbul etsəniz, ağıla gələn hər şeyi tamamilə Mənim yaratdığıma inansanız, o zaman söz verirəm dünya hakimi edəcəyəm sizi" deyir. "Sayınız az da olsa." Lap on adam olsun. Tövratda da buna diqqət çəkilmişdir. Lap on adam olsun, dünya hakimi edəcəyəm, deyir Allah. Sitatlar
Biz necə yuxudan oyandığımızda əsl həyat bizi çaşdırır, "Nə qədər dəqiq, yuxu nə qədər alatoran" deyirik. Ölən də bu həyatını alatoran görür. Halbuki o da yuxu. Sitatlar
Əzablar, iztirablar, xəstəliklər olmasa imtahan olmaz. O zaman gözəlliyin də, sevginin də, həyatın da mənası qalmaz. Sitatlar
Atatürk musiqini, heykəli, incəsənəti, keyfiyyətli geyinməyi, gözəlliyi, ziyalılığı təşviq etmişdir. Həmçinin müasir dindarlığı da təşviq etmişdir. Quranın türkcə tərcüməsini dərc etdirib on minlərlə sayda paylatdırmışdır. Atatürkün dəyərini anlamayan cahillərə heç vaxt etibar etməyə ehtiyac yoxdur. Sitatlar
Mağazalarda işləyən insanlara lovğalıq etmək çox böyük əxlaqsızlıqdır. O insanlar onsuz da səhərdən-axşama qədər ayaqüstü dayanır, gələn insana yardım etmək üçün gününü keçirdir. O insana çətinlik yaratmaq, tərs üslub işlətmək çox böyük vicdansızlıq və mərhəmətsizlikdir. Sitatlar
Ağıllı qadın təbii olaraq çəkicidir. Ağıllı qadının baxışları da, səsi də çox təsir edicidir. Qurduğu hər cümlə o qadına cazibə qazandırar. Ağıl, qadını çox böyük gücə çevirər. Amma qadınların çoxu duyğusallıq, qorxu, narahatçılıq, lazımsız vəsvəsələrlə ağıllarını təzyiq altına alırlar. Bu da fitrətlərinin gözəlliyini lazımi kimi yaşamalarına mane olur. Sitatlar
Münafiq zehniyyətiylə, dinə kin və hirs duyaraq lağ edici üslub istifadə edənlərin yanında söhbətə qatılmaq olmaz. Bilmədiyindən ötəri bunu edən biri varsa, o adamı da, gözəl sözlə xəbərdar edirsən, "bu etdiyin Qurana uyğun deyil" deyərsən, o da peşman olar. Bir daha etməz inşaAllah. Sitatlar
Atatürkçüsənsə Atatürkün dini ilə, İslamla, Quranla, vətənlə, millətlə, bayraqla əlaqədar sözlərini izah et, bunlardan danış. Kommunizmlə bağlı Atatürkün sözlərini izah et. Sitatlar
Siz sevgisiz olsanız, insanlar da sizə qarşı sevgisiz olarlar. Belə etmək olmaz. Sitatlar
Türkcəni də yaradan Allahdır. Alman, Fransız və bütün dilləri də yaradan Allahdır. Sitatlar
BMT-dən fayda gözləməyə ehtiyac yoxdur. Fayda İslam Birliyində, Türk-İslam Birliyindədir. Bir-birimizi sevməyimiz, müdafiə etməyimiz vacibdir. Ələvi və sünni ayrı-seçkiliyi etmədən bütün bacı-qardaşlarımızı bağrımıza basmalıyıq. Sitatlar
Xurafatçıları ön cəbhədən götürüb onların yerinə müasir, keyfiyyətli, sevgi dolu müsəlmanları gətirmək lazımdır. Belə olsa Avropa rahatlayacaq. Sitatlar
İslam aləmində xurafat təhlükəsi çox böyük bəladır. Yavaş-yavaş xurafat nifrəti bütün dünyanı bürüməyə başladı. Bir-birilərinə nifrət bəsləyirlər. Bu axmaqlara, nifrət cahillərinə qarşı həll yolu Mehdiyyət və İslam Birliyidir. Sitatlar
Əsas odur ki, bütün müsəlmanların, dünyanın qardaş olması üçün İsa Məsih (ə.s)-ı  və Mehdiyyəti dəstəkləyək. MEHDİ (Ə.S)-I VƏ İSA MƏSİH (Ə.S)-I DƏSTƏKLƏMƏYƏN BİR HƏRƏKAT, İSTƏYƏRƏK VƏ YA İSTƏMƏYƏRƏK DƏCCALİYYƏTƏ XİDMƏT ETMİŞ OLAR. Sitatlar
Həşəratlarda, insan hüceyrəsində, canlılarda, heyvanlarda, bitkilərdə Allahın sənəti var. Əgər sevgini bilmirsənsə, gözəlliyi, estetikanı duymursansa, Allahın sənətini araşdırmağına da gərək yoxdur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur