logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 29 may 2015

avatar

Adnan Oktar

Şeytan insanı romantik hala salır, beyninə iynə yeridir, beyni keyləşir, sərxoş hala gəlir. İpi şeytanın əlinə verir, o da onu istədiyi kimi sürüyür. Müsəlman o ipi dərhal qoparmalıdır. Özünə; "nə baş verir?", "sən nə edirsən?" deməlidir, mən bu ipi qoparıram deyib, dərhal Allahın ipinə sarılmalıdır. “Hablullahul metin, urvetül vüska”, Allahın qopmaz, qoparılmaz ipi.
A9 TV; 29 may 2015
1872
avatar

Adnan Oktar

İnsan şeytana uyarsa, onu inciklik və ya kin sürükləyər. Yəni boğazından yapışar, sürükləyər. Müsəlman güclü bir zərbə endirməklə o pəncəni boğazından qoparmalıdır. Sürüklənməyə razı olmamalıdır. Sürüklənmək çox alçaldıcı bir şeydir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Müsəlman üçün qəzəblənmək çox gülünc bir şeydir. Qəzəb alovu adamı bürüyür, heyvanların sürüklədiyi kimi sürükləyir. İnsan da qəzəbini yatırda bilmir, özünü rəzil-rüsvay edir. Belə olmaz. Ağlını işlətməlidir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Əvvəla müsəlman anormal şeylərə müqavimət göstərməyi bacarmalıdır. Məsələn, qəzəblənməyə müqavimət göstərməyi bacarmalıdır. Qəzəblənmək heyvani instinktdir. Qəzəblənməmək insani üstünlükdür.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Bilə-bilə səhvi təkrarlamamaq, davam etdirməmək lazımdır. Buna baxmayaraq, meydana gələn hadisələrdə daim müsəlman üçün xeyir vardır. Taleyindəki hadisədir. Amma səbəbə sarılmalıdır.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Ağlı istifadə etmək, səmimi olaraq Allahla əlaqə içində olub təlaşlanmadan şeytanın, ağlı harada pozacağını düşünərək Allahın işarəsini görməyə çalışmaqdır. Çünki ağlı onsuz da Allah istiqamətləndirər. İnsan vicdanına tabe olduğundanda səhvi, təhlükəni fərq edər. Allah ona ilham edər, hiss etdirər.
A9 TV; 29 May 2015
avatar

Adnan Oktar

Allah imtahanın tələbi olaraq şeytana imkan verir. Bu vəsiləsiylə də insanlar mükəmməl imtahana çəkilmiş olur. İnsanın nəfsi, şeytanla mübarizə apararaq yetkinləşir, kamilləşir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Ayələrdə cihaddan bəhs edilərkən mübarizə aparmaq nəzərdə tutulur. Elmi mübarizə, çalışma, hər cür fəaliyyət. İnsanlar həmişə asıb-kəsmək kimi başa düşürlər. Cihad, Allah yolunda səy göstərməkdir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Bir şey bir az tərs getsə belə, müsəlman onda xeyir olduğunu düşünməlidir. Tərslik oldu deyir. Sən Allaha tam mənasıyla təvəkkül etsən, meydana gələn hadisə xeyirli olandır.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Bəziləri din deyildikdə qəribə romantizmə və ruh halına bürünürlər. Allah ağıllı rəftarla zikr edilməlidir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Səbir etmək və təvəkkül etmək. Bunlar Allahın sevdiyi, bəyəndiyi iki əxlaq xüsusiyyətidir. Təvəkkül nə deməkdir? Deməli, mömin böyük hadisələrlə qarşılaşacaq ki, təvəkkül edəcək, səbir edəcək. Belə olduqda təşvişə qapılmır, kədərlənmir, qorxmur.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Allahın vədi üçün olan vaxt artıq bitdi. Yəni qiyamətə təxminən yüz illik bir vaxt qalır. Hakimiyyət yalnız bu əsrdə təmin edilə bilər. Onun üçün artıq masonluq da, tampliyerlər də, sanhedrin də, dərin dünya dövləti də qərar verməlidir. Çünki başqa cür olduqda, dünya tamamilə yox olacaq. Artıq İslam Birliyini hakim etməyin vaxtı gəlib çatdı.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Göz çox mükəmməl bir orqandır. Sən mutasiya yoluyla, bayağı yolla meydana gəldi deyirsən. O, bayağı yolla meydana gəlməz. Bayağı bir şey səni kor edər. Mutasiya səni ayaq üstə dayana bilməyəcək hala gətirər. Mutasiya, ancaq korluq, karlıq meydana gətirər. Mövcud sistemi yox edər. Başqa bir şey olmaz.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Allah əsil dindarlığı nəzərdə tutur. Yoxsa sosial həyatı vardır, bir də guya dini yaşayır; belə şey olmaz. Sosial həyat deyə bir şey ola bilərmi? Din hər yerə hakimdir. Möminin hər şeyinə hakimdir. Sosial həyat nə deməkdir? Bebek məhəlləsinə gəzməyə gedərsən, Allah rizası ona hakimdir.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Allahı sevmək həm zövqlü, həm bərəkətli, həm də qəlbə rahatlıq, hüzur verən bir şeydir. Eləcə də tezliklə bərəkət gəldiyi görülər. İnsanın həyatındakı nizam, intizamdan özünü göstərər.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Allah dünyada milyonlarla, milyardlarla, trilyonlarla möcüzə yaradır, saymaqla bitməz. Allah nemətin təqdir olunmasını istəyir, sənətinin görülməsini, sənətinin ayrı-ayrılıqda təqdir edilməsini istəyir. Allah: "Qruplara ayırıb saysanız belə, yenə də sayıb bitirə bilməzsiniz nemətləri" deyir.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in iman gücü səhabələri həyəcanlandırmışdır. İmanlı insanın başqalarının arasında olması böyük şeydir. Bunun üçün şeyxləri sevərlər, təriqət şeyxlərini. İmanları güclü olduğu üçün, ən azından ətrafındakı insanlar bu cür gördükləri üçün.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Ölüm, müsəlman üçün elə də çətin şey deyil. Qəfildən yuxudan oyanma kimi olur. Allah "asanlıqla" deyir, Allah, tam asanlıq mənasında söyləyər, yarım asanlıq mənasında söyləməz. Məsələn, insanın canı bir qədər ağrıyırsa, bir qədər çətinlik çəkirsə buna asanlıq deyilməz. Heç bir çətinliyin olmamasına asanlıq deyilər.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Allah gözəl bir imtahanla imtahan edir. Əslində, eyni zamanda gözəl təhsil də verir. Sonunda yetkin, nəzakətli, cənnət əxlaqına uyğun bir xarakter meydana gəlir.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

İnsan gözündə böyütdüyü təqdirdə, səbir etməkdə çox çətinlik çəkər. O zaman dözməli olar. Dözmək ayrı, səbir ayrı şeydir. Səbir zövqlə, asanlıqla edilən ibadətdir.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Bir hadisə olur, səbir edirik. Amma səbrimizi yavaş-yavaş daha da gücləndiririk, daha da artırırıq. Bu nədir? Təhsildir. Nə üçün verilən təhsildir? Cənnət üçün verilən təhsildir. Allah bir sıra möminləri seçir, onlara burada təhsil verir. Birbaşa gedildiyi təqdirdə hz. Adəm (ə.s)-ın qarşılaşdığı ilk vəziyyət meydana gəlir. Alınmır yəni. Təhsil verildikdə ağıl yerinə gəlir. Şəxsiyyət yerinə gəlir, nemətin qiyməti bilinir.
A9 TV; 28 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İnsan şeytana uyarsa, onu inciklik və ya kin sürükləyər. Yəni boğazından yapışar, sürükləyər. Müsəlman güclü bir zərbə endirməklə o pəncəni boğazından qoparmalıdır. Sürüklənməyə razı olmamalıdır. Sürüklənmək çox alçaldıcı bir şeydir. Sitatlar
"Xəta elədikcə vicdan narahat olur, insan boğulurmuş kimi olur" deyir. Bu özünü şeytana boğdurmaqdan qaynaqlanır. Qardaşım bu nəyə lazımdır? Sən Allaha təvəkkül edirsən, tamam, Allaha tövbə edirsən. Tövbə nə deməkdir? Allahın tövbəni qəbul etməsini ümid edirsən. Onda niyə o vəziyyətə düşürsən? Deməli, belə çıxır ki, sən Allaha güvənmirsən. Xəta elədinsə taleyindəki xətanı edirsən. Bir daha etməməyə qərar verdinsə kifayətdir. Əzm etsən problem yoxdur. Sitatlar
Ağlı istifadə etmək, səmimi olaraq Allahla əlaqə içində olub təlaşlanmadan şeytanın, ağlı harada pozacağını düşünərək Allahın işarəsini görməyə çalışmaqdır. Çünki ağlı onsuz da Allah istiqamətləndirər. İnsan vicdanına tabe olduğundanda səhvi, təhlükəni fərq edər. Allah ona ilham edər, hiss etdirər. Sitatlar
Allah imtahanın tələbi olaraq şeytana imkan verir. Bu vəsiləsiylə də insanlar mükəmməl imtahana çəkilmiş olur. İnsanın nəfsi, şeytanla mübarizə apararaq yetkinləşir, kamilləşir. Sitatlar
Qısqanc, təhlükəli bir adam, dediyin hər şeyi şeytani yaddaşına həkk edər,  istifadə etmək məqsədiylə yaddaşında saxlayar. Çünki iblislə əlaqə saxlayır. Sən deyirsən, amma kimə dediyini bilirsənmi? Əsil həqiqəti gördüyündə qanın çəkilər. Şeytana deyirsən. İblis insan surətinə girir, ona demiş olursan. Deməməlisən. Çünki başına bəla olar. Amma dostdursa, mömindirsə de, çünki sevinər o. Sitatlar
Şeytan; ləyaqətsizliyin, ədəbsizliyin, laqeydliyin, romantikliyin ən yüksək səviyyəsinə çatmış bir manyakdır. Belə manyaklara cəmiyyətdə də rast gəlinər. Sitatlar
Kommunizm, Stalinizm bir inanc sistemidir. Terrorist, qan axıdan, psixopat, şeytani dindir. Şeytanın dinidir. Şeytanın dininə qarşı Allahın dini var, haqq din var. Biz bu haqq dini müdafiə edərik. Allahın tərəfdarları, şeytanın tərəfdarlarının qarşısında olar. Allahın tərəfdarları daim elm, irfan və qanunla bunların başlarını əzər. Sitatlar
Sevgisizlik insanı qaraldar. Şeytan qadınlar və şeytan kişilərdə sevgisizlik çox güclü yaşanır. Ağızlarından nifrətdən başqa bir şey çıxmır. Bunun üçün Allah bunların üzlərini qapqara qaraldır. Sitatlar
Şeytan qəsdən İslamı çətinləşdirib məhv etdi dünyada. Dini çətin göstərmək çox şeytani  bir metoddur. Şeytanın o pis zəkasının bir məhsulu olaraq ortaya çıxdı. Sitatlar
Şeytan müvəffəqiyyətli bir müsəlmanı devirmək istəyər. Faydalı bir şey edirsə, təsirsiz   hala gəlməsini istəyər. Məsələn, kitab yazırsa, yazmasını istəməz. Təbliğ edirsə,   etməsini istəməz. Xeyirli bir şey danışırsa, danışmasını istəməz. Sitatlar
Şeytan küfr şəraitində çox tez nəticə əldə edir. Yəni ardıcıl surətdə nəticələr əldə edir,   bir-birinin arxasınca. Qəzəbi dərhal ən yüksək səviyyəyə çıxarda bilir. Adamı çəkib   vurur. Dərhal zülm etməsini təmin edə bilər. Dərhal vəfasızlıq etməsini təmin edə bilər. Sitatlar
Dindar bir müsəlman şeytanı tam tanımaq məsələsində çətinlik çəkə bilər, lakin küfr   şeytanı çox yaxşı tanıyar. Müsəlman şeytanla əlbir olmur, onunla arasında elə də bir   əlaqə olmur. Çünki, hər dəfə qalib gəlir, ona əhəmiyyət vermir. Məsələn, səbir tələb   edən mövzularda bilavasitə səbir edir. Eqoistlik edilə biləcək bir şeydə heç vaxt eqoistlik   etmir. Sitatlar
Şiəlik hz. Əlini sevməkdir, gözəllikdir, barışdır,xurafata qarşı olmaqdır, rəsulullah (s.ə.v)-i sevmək, Allah eşqi ilə yanmaq, incə düşünmək, sevgini ön plana çəkmək və ən əsası qəbul etməkdir. Sitatlar
Allah insanların ruhlarını İslamı sevəcək şəkildə yaratmışdır. Sitatlar
Allah məzhəbləri qəbul etmir. İndi məcburiyyətdən var. Biz Mehdiyyət üçün cəhd göstərərək onları ortadan qaldırmaq məcburiyyətindəyik. BİR İNSAN ƏSRİ- SƏADƏT DÖVRÜ MÜSƏLMANLIĞINI MÜDAFİƏ ETMİRSƏ AXİRƏTDƏ BUNDAN DA HESAB VERMƏK MƏCBURİYYƏTİNDƏ QALAR. Sitatlar
Küfrə düşməmək üçün bir şey edərkən inşAllah deməlisən. Hər şeyi edən Allahdır. Sitatlar
"Allah Birdir" deyən insan Allaha dostluğunu elan etmiş olar. Sitatlar
Allah Axirətdə "O GÜN PƏRDƏ QALXMIŞDIR, GÖRÜNTÜ  DƏQİQDİR" deyir . Biz pərdənin üzərindəyik, pərdənin üzərindən seyr edirik. O pərdə qalxdığında gerçəyi görəcəyik. Müdhiş bir dəqiqlik meydana gələcək. Portağalı düşündüyündə necə beynində tutqun olaraq meydana gəlirsə, cənnətdə dərhal çox dəqiq şəkildə meydana gələcəərhal istədiyin, sevdiyin adamın yanında meydana gətirəcək . Allah bulanıq görüntünü bu halını bir nümunə kimi göstərir ki,burada qavrayaq. Sistem tam mənasıyla cənnətdə olacaq. Sitatlar
Allaha tam tabe olaq, çox gözəl bir dünya olacaq. Sitatlar
HƏR BİR GEYİMİ ALLAH YARADAR. GERÇƏK GEYİMLƏR ƏSLİNDƏ RƏNGSİZ VƏ ŞƏFFAFDIR. Allahın beynimizdə yaratdığı geyim əsl geyim olur. Allahın  xaricində kimsə maddənin əsli ilə əlaqə qura bilməz. Biz maddənin ancaq Allahın yaratdığı bənzəməsini görürük. Sitatlar
Cənnətdə insanın istədiyi bir şeyi ağılına gətirməsi ilə onun meydana gəlməsi eyni anda olar. Məsələn, Porsche avtomobil ağılına gələr, xəyal edər o anda da meydana gələr. Allah onu dərk etmək  üçün xəyal etmək xüsusiyyəti vermişdir . Allah cənnətdə tutqunluğu, dumanlığı qaldıracaq, hər şey gerçək hala gələcək. Sitatlar
Qardaşlarımız xurafatçıların və fanatiklərin "Kitab Əhlini asıb-kəsəcəyik" fitnəsinə əsla yaxınlaşmasın. Onları bu səhv məntiqə təşviq edən dəccaliyyətdir. KİLSƏLƏR, SİNAQOQLAR ALLAHın MÜHAFİZƏSİNDƏDİR, bu Quran ayəsidir. MÜSƏLMAN QARDAŞLARIMIZ YƏHUDİ VƏ XRİSTİANLARA EDİLƏN ZÜLMƏ QARŞI, ONLARA ŞƏFQƏTLƏ YAXINLAŞARAQ QAYNAYIB QARIŞSINLAR. Sitatlar
Allahın gücünə güvənsinlər, . Mehdi (ə.s) dövründə qan axıdılmayacaq. Niyə qan tökməyə ehtiyac olsun ki? Allah qan axıdılmasını istəmir. Sitatlar
ƏGƏR  DÜNYA  OLMASA, CƏNNƏTDƏN ALINAN ZÖVQ ÇOX OLMAZ, DEMƏK OLAR Kİ, HEÇ OLMAZ. Allah cənnətdən zövq almamız üçün dünyada bu proseslərdən xüsusi olaraq keçirir. Sitatlar
İnsanın müqavimət göstərmə gücü çox böyükdür. Beyninə əmr verəcək, etməyəcək. Məsələn, İslama xidmət etməlidir; "çox yorğunam" deyir. Təlqinlə edirsən, yorğun olmaq da nədir? Sənə 5 min lirə verəcəklərini eşitsən göyə uçarsan. Yalan deyirsən, elə bir şey olmaz. Əldən düşmüşəm, yorğunam, az qala yerə düşəcəyəm deyir. Bir mənfəətin olsa, bax gör necə dəliyə dönərsən. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur