-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Sevgisiz, eqoist, davakar, qorxuducu dünya meydana gətiriblər. Mən bunu istəmirəm. Dünya gözəl olsun, insanlar bir-birini sevsin istəyirəm. Nəzakət, yüksək keyfiyyət, incəsənət, bağışlayıcılıq, mərhəmət təkcə Türkiyədə deyil, hər yerdə hakim olsun istəyirəm. Bu bizim haqqımızdır. Bu bəladan xilas olmaq çox asandır, şeytan axmaqca bir oyun oynayıb insanları bir-birinə düşmən etdi. Əl birliyi ilə bu mənəvi çirkabı təmizləyib atacağıq, Türkiyənin rəhbərliyi altında sevgi dolu dünya yaradacağıq.
Adnan Oktar
Qüds üçün alınacaq tək bağlayıcı qərar İslam Birliyinin yaradılmasıdır. İslam Birliyi olmadığı müddətcə nə Qüds, nə də başqa yer üçün sülh və həll yolu yaranmaz, yaranmır. Birləşmiş Millətlər Təşkilatı bu günə qədər çox saylı qərar qəbul etdi, bu qərarların praktikada təsiri olmur. Bu qərarlarla bölgənin xoşbəxtliyi təmin edilmir. Bölgənin xoşbəxtliyi, sağlamlığı, təhlükəsizliyi üçün, dünyanın xilas olması üçün İslam Birliyi əsas şərtdir. İslam Birliyi, musəvi, müsəlman, xristian, hər kəsin xilas olması deməkdir.
Adnan Oktar
İslam Birliyi mühüm məsələdir. İslam Birliyi olmadığı müddətcə Allah heç bir yerdə rahatlıq verməz. Qüdsü xilas edəcək olan da İslam Birliyidir. İslam Birliyi olmadıqda Qüdsün mənası qalmaz. Qüdsün məna qazanması İslam Birliyi ilə təmin edilər. İslam Birliyi olsa, musəvilər, xristianlar, müsəlmanlar birlikdə çox gözəl yaşayarlar. Hər yeri bağlıq, bağçalıq edərik, hz. Süleymanın məscidini yenidən inşa edərik, hz. İbrahimin, hz. İsanın, bütün peyğəmbərlərin ayaqları basdığı yerləri tərtəmiz edərik. Hal-hazırda təkcə münaqişə və döyüş var. İslam Birliyi olsa bu münaqişələrin hamısı bitər. İslam Birliyi olmadığı müddətcə də nə müsəlmanlar, nə musəvilər, nə də xristianlar rahat ola bilərlər. Allahın əmri açıqdır: Fitnə yer üzündən aradan qalxana, İslam əxlaqı hakim olana qədər elmi mübarizə aparın. Ayrılmayın. Ayrılıb dağılmaq haramdır. Birlik olmaq fərzdir. Müsəlmanların mənəvi lider ətrafında birləşməsi Quranın hökmüdür.
Adnan Oktar