logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 6 noyabr 2017

avatar

Adnan Oktar

Tayyib hocamın dindarlığı çox gözəldir. Əlinə keçən hər fürsətdə Qurandan, imandan gözəl xatırlatmalar edir. Bu gözəl davranışı ona bərəkət gətirir. MaşaAllah. Tayyib hocama sahib çıxma məsələsində millət olaraq çox diqqətli və ayıq-sayıq olaq.
A9 TV; 6 noyabr 2017
1685
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıl, ehtiras və dərinlik kimdədirsə qadın ona yönələr. Eşqin sonsuz dərinliyinə özünü çəkə bilən kişi üçün qadın dəli-divanə olar. Sitatlar
Ağıllı, dürüst, vicdanlı yaşadıqsa öldüyümüz zaman bizi həyəcanla gözləyən izdihamla qarşılaşacağıq. O andan etibarən hər mərhələsi mömin üçün cənnətdir. Möminin ölümlə birlikdə keçdiyi hər mərhələ cənnətdir. Möminin narahat olduğu, qorxduğu, narahatçılıq yaşayacağı heç nə olmaz. Mömin ölüm anında heyrətamiz, çox güclü əmin-amanlıq duyğusu hiss edər. Bu, Allahın möminlərə nemət olaraq verdiyi sakitlikdir. Mömində ölümlə birlikdə çox kəskin və aydın fikir aydınlığı və hüzur yaranar. Mömin üçün axirətə keçdiyi andan etibarən hər dəqiqə cənnətdir. Möminin sorğusu da ucalığını, yaxşılığını, gözəlliyini ona vurğulamaq üçündür, mömini ən kiçik şəkildə belə narahat edən his olmaz. Sitatlar
Ağlı zəif, nəzakətsiz, bəsit olan bəzi insanlarda kürd deyildikdə ağlına PKK gəlir. Bu onların axmaqlığından və cahilliyindəndir. Kürd, türk, çərkəz, laz, hamısı Türkiyənin təməl elementləridir. Hamımız bir-birimizə qarışmış vəziyyətdəyik. Hamımız hz. Adəmin övladıyıq. İrq əsaslı yanaşma tərzi Qurana uyğun deyil. Kürd canlarımızı öz aləmində aşağı hesab edən zehniyyətdəkilərin əxlaqsızlığına heç fikir verməyə ehtiyac yoxdur. İslamda kürdlərin ayrı yeri var. Böyük mücəddidlər, müctəhidlərin böyük hissəsi kürddür. Mənim ustadım kürddür. Mədrəsələrin qalası kürd canımızın olduğu torpaqlardır. Kürdlər çox dindar və alicənab olduqları üçün dəccaliyyət onları birinci dərəcə olaraq gördü və hədəf aldı. Dinsiz, imansız PKK-nı onlara müsəllət etdi. Lakin kürdlər aslan kimi dimdik ayaqdadırlar, dindar və güclüdürlər maşaAllah. Sitatlar
AKP gəncləri Tayyib hocama sahib çıxarkən təkcə mən varam, mən hər şeyə sahib çıxmalıyam məntiqində və vətənpərvərliyində olmalıdır. Millət olaraq Tayyib hocamı dəstəkləmək vətən millət məsələsidir. Sitatlar
AKP-nin Atatürkü sevməsi və müdafiə etməsi çox təbiidir. Atatürk də, AKP də müasir Quran müsəlmanlığını müdafiə edər, ideologiyaları eynidir. Atatürk əleyhinə aparılan danışıqlara millət olaraq heç vaxt fikir vermərik. Sitatlar
Allah bütün müsəlmanların bir-birini himayədarlıq sistemi ilə, öz doğma bacı-qardaşı, anası, atası, həyat yoldaşı, uşağı kimi qorumasını əmr edər. Müsəlmanın topladığı pulu olmaz. Qazandığını Allah yolunda dərhal xərcləyər. Mənim sahib olduğum hər şey Allah üçündür. Malın, mülkün sahibi Allahdır. Sitatlar
Allah mənə 300-dən çox 65 min səhifədən ibarət külliyyat yazmağı nəsib etdi. Bu kitablar 100-dən çox ölkədə satılır. Kitablardan hazırlanan 1000 internet saytı var. Saytları hər ay 47 milyon insan ziyarət edir. Münafiqlər fitnə-fəsadla, pisliklə vaxt keçirərkən möminlər hər an xeyirli işlər görürlər. Sitatlar
Allah möcüzəvi şəkildə hal-hazırda dünyada Hadi ismi ilə təcəlli edir. Bu, mehdiyyətin reallaşmasının dəlillərindən biridir. Gənclərə baxdığımız zaman, hamısı yaxşılıq, gözəllik, sevinc, sevgi, dostluq və sülh istəyirlər. Sitatlar
Allah münafiqlərin içindəki yaşlı, nifrət dolu qadınlara xüsusi diqqət çəkər. Peyğəmbərimiz (s.ə.v) dövründə də yaşlı, yaşlılıqdan içi keçmiş bəzi qadınlar münafiqlərin arasında Peyğəmbər əleyhinə fəaliyyət göstərirdilər. Ayədə keçən; "düyünlərə üfürən qadın" ifadəsi bu yaşlı qadın münafiqlərə işarə edir. Bunlar axmaq beyinləri ilə hiss etdirmədən qaş-göz hərəkətləri edir, möminlərə lağ etdiklərini zənn edirdilər. Sitatlar
Allah qadının üzərində təzyiq edilməsinə icazə verməz, nə edəcəyini qadının öz vicdanına buraxmışdır. Qadın bir insanı xoşagəlməz hesab edirsə əl uzadıb görüşməz. Məqbul hesab edirsə əl uzadıb görüşər. Qadını, potensial cinayətkar ünsürü və ağlı zəif hesab edərək ona nəyisə zorla qəbul etdirmək, üzərində təzyiq yaratmaq düzgün deyil. Sitatlar
Allah Quranda münafiqlərdən yüzlərlə ayə ilə bəhs edir. Münafiqliyi gündəmdə saxlamaq, Quranın hökmüdür. Quran ayələri ilə münafiqlərin rəftarlarının, sözlərinin eynilə üst-üstə düşməsi Quranın möcüzəsidir. Münafiqlik mövzusundan, ayələrdəki hadisələrin eynisi reallaşdığı üçün bəhs edirik. Quranın möcüzəsinə şahid olduğumuz üçün bəhs edirik. Sitatlar
Allahın inkar edənlərə verdiyi iqtisadi imkanlar onların xeyrinə deyil. Əsasən çoxunda malı və mülkü toplayıb yığma hərisliyi var. Həyatları boyu bunları itirmək qorxusu ilə hüzursuz yaşayarlar. Sitatlar
Allahın Quranda qulağı və gözü möhürlü dediyi insanların şüuru yoxdur. Bunların orqanları robot kimi işləyər. Ruh sahibi olmadıqları üçün robot kimi vəzifələrini yerinə yetirərlər. Sitatlar
Amerika Türkiyəyə qarşı münasibəti ilə səhv edir. Bütün türk dövlətlərini və İslam ölkələrini qarşısına almış olar, tək qalar. Sitatlar
Atatürk bu millətin dəyərli övladıdır. Zülmə son qoyan insandır. Şəhiddir. İgiddir. Qəhrəmandır. Sitatlar
Atatürk dindar və ziyalı insan idi. Dəyanət İşlərini Atatürk qurdurdu. İmam Hatipləri Atatürk açdı. Quranı türkcəyə tərcümə etdirib bütün Anadoluya paylatdırdı. İslama böyük xidmətləri oldu. Sitatlar
Atatürk igid Anadolu dəliqanlısıdır, səmimi müsəlmandır. Atatürkə çirkin şəkildə dil uzadılmasına qanunla, hüquqla icazə vermərik. Atatürkə qarşı olanlar bütün türk millətini, bütün türk gəncliyini qarşılarına aldıqlarını bilməlidirlər. İlahiyyat fakültələrini açdıran Atatürkdür. İmam Hatibləri açdıran Atatürkdür. Quranı türkcəyə tərcümə etdirib, on minlərlə sayda Anadoluya paylatdıran Atatürkdür. Atatürkü tənqid edən bəzi kəslərin Atatürk qədər İslama və müsəlmanlara xidməti yoxdur. Atatürkün zəkası, keyfiyyəti, incəsənət anlayışı, təmizliyi, yaraşıqlığı, hər cəhəti çox gözəl idi. Atatürkdən bütün gözəl cəhətləri ilə həmişə bəhs edəcəyik, həmişə gündəmdə saxlayacağıq. Tayyib hocamın Atatürk sevgisini də qəbul edə bilməyənlər boşuna çalışmasınlar. Sitatlar
Avropalılar gözəl insandırlar, onları Dəccalın əlinə tərk etməyək. Hamısına sahib çıxaq. Dəccaliyyət narkotik aludəsi, alkoqolik, homoseksual, yaşama həyəcanını itirmiş, hər şeydən sıxılan bir kütlə yaratmağa çalışır. Dəccaliyyətin bu oyununa qarşı Avropa və Amerikaya sahib çıxacağıq. Sitatlar
Bir insan ənənəçi ortodoks inanca mənsubdur deyə, ona təzyiq tətbiq olunmaz. Səhvini söyləyərsən, lakin inancına hörmət edərsən. Doğru olduğuna inandıqları həyatları var, heç kimə zərərləri yoxdur. Bu insanları kədərləndirməyə çalışmaq, bədbəxt etmək, zorla və təzyiqlə yola gətirməyə çalışmaq qəbul edilməz. Sitatlar
Bir qadın yaşlandı deyə ona sevgidə, hörmətdə qüsur etmək çox böyük əxlaqsızlıqdır və günahdır. Müsəlman qarşısındakı insanın sədaqətini, vəfasını gördükcə həmişə daha çox sevər. Sitatlar
Din ən aydın, ən açıq həqiqət olduğu, həyatın ən gözəl neməti olduğu halda, onu insanlara fəlakət həyatı kimi nəql edirlər. Buna görə də, İslamın adını eşidən dəhşətə gəlir. Gənclər İslamı yaşasa, ömrünün bitəcəyini düşündüyü üçün 60-70 yaşına çatanda yaşayaram deyir. Əbəs yerə İslamı qorxunc göstərdilər. Həm darvinist, materialist sistem, həm də ənənəçi ortodoks İslam anlayışı ilə gənclər iki tərəfdən sıxışdırıldılar. Bizim Quran müsəlmanlığından bəhs etməyimiz gənclərin üzərinə Günəş kimi doğdu, maşaAllah. Sitatlar
Dünya miqyasında müvəffəqiyyətlərimiz, təsirimiz həmişə qat-qat artır. Adnan Oktarın kitablarının, məqalələrinin və bu əsərlərdən faydalanılaraq hazırlanan konfransların, sənədli filmlərin təsiri dəccaliyyətə heyrətamiz elmi zərbə vurur maşaAllah. Sitatlar
İnşaAllah və maşaAllah zikrlərini çox işlətmək insanlara bərəkət gətirər. Bu zikrlər şirki aradan qaldırar. Peyğəmbərimiz (s.ə.v); "inşaAllah və maşaAllah zikrlərini çox edənlər dünyaya hakim olacaqlar" deyib. Sitatlar
Münafiqlər axirətdə it yalı kimi murdar yeməklər yeyəcəklər. Müsəlmanlar həm dünyada, həm də axirətdə həmişə Cənnət süfrələrindədirlər. MaşaAllah. Sitatlar
Münafiqlər müsəlmanların dəyərini artıran məxluqdurlar. Münafiqlərin olmamasını istəmək imtahanın olmamasını istəməkdir. Mömin Cənnət dərəcəsini münafiqlər və küfr əhlinin hücumları ilə qazanar. Taifdə Peyğəmbərimiz (s.ə.v)-i daşlayan cahil alçaq münafiqlər Rəsulullah (s.ə.v)-in Cənnətdəki məqamını ucaltmışdır. Peyğəmbərimiz (s.ə.v) çox soyuqqanlı və təvəkküllüdür maşaAllah, 2,5 km əndişələnmədən yerimişdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur