logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 21 oktyabr 2017

avatar

Adnan Oktar

Xristianlıq həqiqi isəvilik, musəvilik həqiqi musəvilik, müsəlmanlıq da həqiqi müsəlmanlıq olaraq güclənməlidir. İngiltərə dərin dövlətinin zehniyyətindəkilər "dialoq" deyərək hər 3 dindən də bəzi yerləri çıxardıb azaldaraq yeni sistem ortaya çıxardır. Dialoq dedikləri dinlərdən nə isə azaldaraq Allahın söyləmədiyi bir din ortaya çıxartmaqdır. Allahın endirdiyinə tam tabe olmaq lazımdır.
A9 TV; 21 oktyabr 2017
1903
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah adından yalan uyduranlar, dini yaşanmayacaq hala gətirirlər, üstəlik, çoxu buna özləri də tabe olmur, tabe olanlar da əzab içində yaşayırlar. Sitatlar
Allah atomu necə mükəmməl təfərrüatla yaradırsa, hüceyrənin içində necə möhtəşəm işləyən sistem yaradırsa, arıların pətəklərini necə mükəmməl riyazi düzgünlükdə yaradırsa, ölümdən sonra həyatı da eyni mükəmməllikdə yaradacaq. Sitatlar
Allah insanı acizlik içində yaratmışdır. İmtahanın tələbi olaraq həyat asanlıqla Özünə çatılacağı kimi olmaz. Necə ki, maneəli qaçış yarışında cürbəcür maneələr vardırsa, insanın Allaha çatmasında da bənzər çətinliklər var. Dünyadakı bu yarışın çətin olması şərtdir. Asan olduqda dünyada təhsil almağımıza ehtiyac yoxdur. Çətin olması üçün də zehin dağınıqlığı, bədən yorğunluğu, insanların tərs danışıqları lazımdır, küfr əhlinin, münafiqlərin hücumu lazımdır, zəif insanların ümidsiz danışıqları lazımdır. Həmçinin Allah başqa pərdələr də yaradar. Məsələn, Axırzamana xüsusi olaraq dinsiz fəlsəfə minlərlə qoldan möminə hücum edir. Cürbəcür dinsizlik və dini pozacaq dini dəyişdirmə cərəyanları var. Mömin məhz bütün bunların arasından keçərək Allaha yaxınlaşır. Sitatlar
Allah insanların vicdanına həmişə bilgi ötürər. Fasiləsiz gələn bu vəhyə səmimi olaraq tabe olsaq doğru yolda olarıq. Sitatlar
Allah Quranda münafiqlərin müsəlmanları həmişə təqib etdiklərini bildirir. Müsəlmanları təqib edərkən həmişə dini dinlədikləri üçün əzabları daha da ağırlaşır. Münafiqin edəcəyi hər həmlə taledə bəllidir. Nə irəli, nə geri gedə bilər. Allahın təqdir etdiyi qədər fəaliyyət göstərə bilər. Onun hər fəaliyyəti onu bəlaya sürükləyən hərəkətdir. Sitatlar
Dəccal İslamı dəhşət, vəhşət, qan dini kimi göstərmək istəyir. Bunu göstərmək üçün istifadə edəcəyi ağılsız insanlar da tapır. Dəccaliyyətin bu oyununa elmlə, irfanla imkan verməyəcəyik. İslamın ziyalılıq, gözəllik, nəşə, sevinc, keyfiyyət, incəsənət olduğunu bütün dünyaya göstərəcəyik. Sitatlar
Dəccal şeytanın əks olunmasıdır. Şeytanın insanı əhatə etməsi nəticəsində meydana gələn Allahın xüsusi olaraq yaratdığı varlıqdır. Yaxşılıq üçün çıxırmış kimi edər, halbuki zalımdır, alçaqdır. Dinsizliyi müdafiə edər. Qəddar xarakterə sahibdir, qantökəndir. Ona tabe olan münafiqlər də qantökən və mərhəmətsizdir, İslamı və müsəlmanları hədəf alarlar. Sitatlar
Dəccaliyyət özünə tabe olanı əzər, özünə tabe olmayanı əzə bilməz. Buna görə də, dəccaliyyət olan İngiltərə dərin dövlətinin ifşa olunması əhəmiyyətlidir. Sitatlar
Din, müasirliyi, keyfiyyəti aradan qaldırar, dindarlar da cahil insandırlar deyə geniş yayılan yanlış qənaət var. Ənənəçi ortodoks sistemin ortaya qoyduğu modeldən ötrü dindarlıqla keyfiyyətsizliyin iç-içə olduğu düşünülür. Çünki bu sistemin hansı yerinə baxılsa təmizlikdən, incəsənətdən, gözəllikdən uzaqlıq var. İnsanlar da buna görə İslamdan uzaq dayanırlar. Bu şeytanın çirkli oyunu, çirkli müvəffəqiyyətidir. Bu oyunu da dəccaliyyət dəstəkləyir. İngiltərə dərin dövləti ənənəçi ortodoks İslamı bütün gücü ilə qoruyur. Allahın icazəsi ilə biz bu düşüncəni yox edirik. İslam dini hər şeyin ən keyfiyyətli, ən gözəli deməkdir, hər şeyin ən gözəli birləşdikdə ona din deyilər. Sitatlar
Ənənəçi ortodoks sistem müsəlmanların dəyərsiz görülməsinə səbəb olur. Bu sistem qadını alçaldır, kişiləri potensial cinayət törədən maşın kimi görür. Hər şeyin cəzası ölümdür. İnsanı dəyərsiz görən anlayış hakimdir. Buna görə də, təkcə Qərb deyil, müsəlmanların çoxu da bir-birini dəyərsiz görür. Sitatlar
Həmişə haqlı çıxmağa çalışmaq müəyyən mənada ağıl xəstəliyidir. İnsanın özünü belə alçaldıcı hala salmaması lazımdır. Hər zaman qarşısındakının da haqlılıq payı olduğunu bilmək və doğru olana tabe olmaq əhəmiyyətlidir. Sitatlar
İrana qarşı aparılan əməliyyata digər müsəlman ölkələr laqeyd yanaşmasın. Başlanğıcda dayandırılması mühümdür. İran da azadlıq məsələsinə üstünlük versin. Gənclərin və qadınların rahat yaşaya biləcəyi, hörmət görəcəyi sistemi tezliklə hakim etsin, şiə-sünni qardaşlığını əsas götürsün. İngiltərə dərin dövlətinin münafiq qruplaşması var. Həm İranı, həm də Səudiyyə Ərəbistanı qarışdırmaq istəyirlər. Buna tamaşaçı qalmayaq. Müsəlman qardaşlarımızı qoruyaq. Sitatlar
İslama görə yeni ili qeyd etməkdə heç bir problem yoxdur. Yeni ili də qeyd edərsən, hz. İsanın ad gününü də qeyd edərsən. Bir Peyğəmbərin ad gününü qeyd etmək necə də gözəldir. Səhv olan alkoqol və s. olmasıdır. Bundan başqa qeyd etmək üçün hər gün bir bəhanə olması gözəllikdir. Hər gün bayram olsun. Həyata rəng qatan hər şey nemətdir. Yeni ilin qeyd edilməsinə qarşı gəlmək cihad deyil. Saatlarla yeni ilin qeyd edilməsinə qarşı çıxmaq əvəzinə, bir cümlə ilə İslam Birliyindən bəhs etsinlər. Şaxta baba simvollarının başına odun vurduqda İslam üçün çox böyük müvəffəqiyyət əldə etdiyini zənn etmək cahillikdir. Sitatlar
Mahnıların bir çoxunda həmişə qadınlara dair sevgiyə, hörmətə uyğun olmayan, təhqir tərzində üslublar işlədilir. Qadınları (guya) alçaltma və onların dəyərini az göstərmə mənası daşıyan və ya bilavasitə olaraq bu mənaya gələn heç bir bəstənin yazılmasına icazə verilməməsi lazımdır. Bütün incəsənət xadimlərimizin bu mövzuda çox həssas olmalarını xahiş edirik. Sitatlar
Münafiqlərin tək mübarizəsi təkcə çox faydalı gördükləri müsəlmanlarladır. Münafiq PKK-ya qarşı, darvinizmə qarşı, rumiliyə qarşı, dinsizliyə qarşı bir söz deməz. Təkcə müsəlmanları hədəf alar, müsəlmanlar arasından da ən faydalı gördüyü insanları hədəf alar. Sitatlar
Şeytan mövhumatçılıqla elə kilidləmə sistemi meydana gətirib ki, "dindən qaçdığın üçün asanlıq istəyirsən" deyir. Bu iddia ilə ortaya çıxıldığı zaman da yaxşı niyyətli insanlar çətinlik olmasını dinin şərti hesab edirlər. “Bəs o çətinliyi tətbiq edə bilərsənmi?” deyirik, onu da tətbiq edə bilmirlər. Halbuki dinin asan olduğunu bildirən Allahdır. Allah insanlar üçün çətinlik istəməz. Sitatlar
Tayyib hocamın Ecevit haqqında tənqid etməsində yanlış bir şey yoxdur. Bir insan ölmüş də olsa siyasi təhlil və ya tənqid edilməsi yanlış deyil. Ecevit də insandır və səhvləri vardır. Bir insanı tənqid edilə bilməz mövqeyə gətirmək doğru deyil. Ecevitin bəhs edilən fotoşəkilində tənqid ediləcək cəhət olduğu doğrudur. Tayyib hocam milli şərəflə bu fotoşəkli tənqid edir, bu tənqidində yanlış bir şey yoxdur. Sitatlar
Təkamülçülərin insanla meymunun ortaq əcdadı dedikləri fosillər ya lemur fosili çıxır, ya da donuz dişi çıxır. Heç bir elmi dəlilləri yoxdur. Sitatlar
Adı qoyulmamış kor müxalifət sistemi, bəzən birgə ağılsızlığa çevrilir və sakitləşdirmək çox çətin olur. Bunların çoxu qarşılarındakı insanın haqlı və doğru olduğunu bildikləri halda sırf çoxbilmişlik etmək üçün ya da mühitdən faydalanıb etibar qazanmaq üçün təcavüzkar tənqid dili istifadə edirlər. Bunların üslubundan çəkinənlər də doğru olanın yanında yer almaq yerinə o kor müxalifətə qatılırlar. Bu cür qorxu sistemi olmasa insanlar həqiqi fikirlərini, mühafizəkarlar dinə həqiqi baxışlarını çox rahat ortaya qoya bilərlər. Amma bir anda cəmiyyətə elektrik verənlər olduğu üçün bir-birlərindən çəkinib həqiqi fikirlərini deyə bilmirlər. Sitatlar
Türk üsulu başçılıq sistemi deyə bir sistem yoxdur. Bir dənə başçılıq sistemi vardır, o da federasiyaya gətirib çıxarar. Heç bir şəkildə qəbul etmirik. Sitatlar
Şəxsi mənəvi ucu-bucağı olmayan, başçısı olmayan bir sistemdir. Başçısı olmayan sistem onsuz da ölmüş sayılır. Sitatlar
Münafiqlərin içindəki kin və hirs onları korlayır, Quranın bizə  açıqladığı budur. Damar sistemləri, əzələ sistemləri pozulur, bədənləri özlərinə hücum edir. Allah, onları psixoloji əzabla çökdürəcəyini söyləyir. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur