logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 mart 2016

avatar

Adnan Oktar

Yas tutmaq Qədim Şumerlərin, Akkadların, Xetlərin, bütpərəst qövmlərin, Qədim Misirin tətbiqidir, Quranda bir çox ayə və hədislərlə qadağan edilmişdir. Allaha təvəkkül etməyə zidd davranışdır.
A9 TV; 7 mart 2016
2473
avatar

Adnan Oktar

Allahı zikr etməyənlərin, Allahdan uzaq olanların qəlbində narahatlıq, gərginlik olar. Səbəbsiz qorxu, dəlisov həyəcan. Allah qəlblərinə həmişə narahatlıq verər.
A9 TV; 7 mart 2016
avatar

Adnan Oktar

Şeytan İslamı yox etmək üçün, mövhumatdan istifadə edərək güclü zərbə endirib. Şeytanın təsiriylə namazı qılına bilməyəcək, dəstəmazı alına bilməyəcək hala gətiriblər.
A9 TV; 7 mart 2016
avatar

Adnan Oktar

Allah sevgisi insanda ətalətə icazə verməz. Müsəlman qafil olmaz. Hər zaman çevik, canlı və diqqəti açıqdır. Qafil olsa bəla hər tərəfdən bürüyər insanı. Allah qorusun.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Mömin, müttəqi bir insanın Allah sevgisi, Allah qorxusu, üzündə həyəcan formasında özünü bəlli edər, görünər, hiss edilər. Lakin ruhu çökmüş, içi çökmüş, zehni çökmüş bir insanda bunu görmək qeyri-mümkündür. Çünki Allah ilə əlaqəsini kəsdiyi üçün qafildir. Qafil olduğu üçün də həyəcanı yox olmuşdur.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Mömin cihad, yəni cəhd etmə şövqü ilə həyəcan yaşayar. Əgər bir insanın qəlbində ətalət varsa, qəflət varsa yorğun və laqeyd olar. İçinə qapalıdır. Çünki, din onu maraqlandırmır. Allah qorxusu maraqlandırmır. Allah sevgisi maraqlandırmır. Onun üzünə əks olunacaq həyəcanı olmaz.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

"Şükür etsəniz" demək, "çox səmimi müsəlman olarsınız" deməkdir. Yoxsa insan marixuana satar, qazanar, şükür edər. Zülm edər, silah satışıyla məşğul olar, şükür edər. Belə deyil. Qurana tam tabe olaraq, səmimi olmaqla şükür edilər.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Xızır (ə.s) hərdən insanları imtahan edər, hz. Musa (ə.s)-ı imtahan etdiyi kimi. İnsanlar onun imtahan etdiyini anlaya bilməz. Həm öyrədər, həm də imtahan edər.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in baxışları çox kəskin idi. Niyə? Çünki, qəlbi həmişə Allah ilə birlikdə idi. Allahdan qorxurdu. Lakin müşriklər axmaq kimi baxırdılar. Çünki onlar acgöz idilər. Heyvan kimi, heyvanlardan da aşağı mövqedədirlər. Təbii ki, baxışlarında da heyvan görünüşü olur.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Allah qorxusu, Allah sevgisi mənasız baxışın yaranmasına mane olar. Allah qorxusuna sahib insanın boş-boş baxmasının heç bir izahı olmaz. Allahdan qorxursa mütləq baxışları dərrakəli, kəskin və diqqətli olar.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Qəlb əgər Allah ilə bərabərdirsə, baxışda gözəllik, dərinlik, xoşluq vardır. Lakin Allahdan uzaq qafil qəlbdə, insanın gözü dərhal bunu bəlli edər. Allah ayədə bunu bizə deyir: "əgər istəsəm onları simalarından tanıyarsan". Sima dedikdə, baxışı nəzərdə tutulur. Baxışdakı mənasızlığın səbəbi, ruhunun boş olmasıdır.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Biz Bədiüzzamanı sevirik, niyə sevirik? Fədakarlığından ötrü sevirik. Yoxsa geriyə nə qalardı? Sunqur Ağabəyi əziyyət çəkdiyi üçün sevirik. Bədiüzzamanın tələbəsi olan digər Ağabəylərdən də sevdiklərimiz var, lakin çəkdikləri əziyyətlərə görə sevirik. Az əziyyət çəkəni daha az sevirik. Çox əziyyət çəkəni daha çox sevirik.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Rəsulullah, Rəsulullah olsa da çəkdiyi əziyyətin həddi-hüdudu yoxdur. Allah "Həbibim" deyir, Peyğəmbərimiz (s.ə.v)-i heyrətamiz dərəcədə sevir. Lakin bu üstünlüyündən ötrü sevir.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Şəhidlik gözəl nemətdir, lakin cəhd də çox gözəldir. Yəni illərlə, məsələn, 60 il, 70 il, 80 il ömrünü cihadla keçirmək çox gözəldir. Bunun savabı təsvir edilməzdir, çünki bu cür olduqda vəlayət mərtəbələrinə çıxılır.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Mömin çox saf varlıqdır. Qurana möhkəm şəkildə sarıldığı zaman, heç vaxt batmayan və doğru istiqamətdə hərkət edən bir gəmidə olmuş olar, dümdüz gedər o zaman.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

Şeytan beynin qapanmasını istəyər. Ən güclü təsiri də zəiflədərək edər. Bu bir çox insanın gözündə görülər. Boş, durğun baxış olar. Mömin şahin kimidir. Belə şeyə təslim olmaz.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

Şeytan insana cürbəcür təsir göstərər. Ən bərbad təsirlərindən biri də durğunluq verməsidir. Mömin bunu iradəsiylə, ağlıyla yox etməlidir.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

Quranın çərçivəsindən kənara çıxan insanın mühakimə qabiliyyəti yox olar və nəzarətdən çıxar. Mömin şeytanın bu oyununa icazə verməz.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

İslam aləminin başındakı fəlakətlərin əsas səbəbi, Qurana tabe olunmamasıdır.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

Türkiyə hər hansı ölkə deyil. Türkiyənin bölündüyü təqdirdə, İslam Birliyi bitər. Türk aləminin də birləşməsi bitər. Buna səbəb olacaq heç nəyi qəbul etmərik.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

Sevgisizlik insanı pis insan halına salar. Qızları, oğlanları nursuz edər. Kinli, nifrət ruhu, küskün ruhu, ölmüş insan forması verər. İnsan bu bəlanı birbaşa özü hiss edər. Öz-özünə çökər. Yəni bu, özünü yandıran sistemdir.
A9 TV; 4 mart 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Biz Allahdan razıyıq. Allahın etdiyi hər şeyi hikmətlə və gözəl etdiyinə inanırıq. Şəhidlərimizlə də fəxr edirik. Yas tutmuruq, matəmə girmirik. Bunun da şirk olduğunu bilirik. Heç kim, bizi belə çirkin günaha, harama dəvət etməsin. Sitatlar
İslamı yaşana bilməyəcək hala gətirdikdə bunu qəhrəmanlıq zənn edir. Haramların çox olmasını istəyir. Öz meydana gətirdiyi haramlara da tabe olmur. Yoxsa "hər şey halal olar" deyir. Qardaşım, hər şey halaldır, doğru. Çox az haram var. İslamda belə çətinlik yoxdur. Namazlar da olduqca asandır. Dini çətinləşdirib məhv edirlər. Sitatlar
Həmişə ağlamağı, yas tutmağı təşviq edirlər. Millət olaraq çürüyərik, bu çox təhlükəlidir. Mömin ağlamamalıdır, küfr, dəccal tərəfdarları ağlasın. Mömin gülməlidir, şən olmalıdır. İmanlı millətimizi kədərlə, yasla, qorxuyla, ümidsizliklə, sıxıntıyla, əsəb pozğunluğuyla və ruhi xəstəliklərlə çürütmək istəyirlər. Buna icazə verməyək. Sitatlar
Nəşə, sevinc, həyəcan və gözəllik hər yeri bürüyəcək. Biz cəhənnəm pisliyi istəmirik. Cənnət gözəlliyi, cənnət sevinci istəyirik. Mömin heç bir hadisədə Allaha üsyan etməz. Hər şeydə Ondan razı olar. Hər şeydə xeyir görər, hər şeydə təvəkkül edər. Sitatlar
Ağlamaq nə deməkdir? "Ey Rəbbim, sənin bu etdiyini mən bəyənmədim" deyirsən. Bu günahdır, üsyandır, tüğyandır, olmaz belə şey. Bilmədən edirsə bu ayrı, lakin bilərək edirsə küfrə düşər Allah qorusun. Sitatlar
Dəccal hüzn, əzab və iztirab gətirər. Cəmiyyətin ümidsizlik, yas içində olmasını, Allaha güvənməməsini, Allahı sevməməsini təlqin edər. "Sizi Allah yaratmadı, təsadüfən yarandınız" deyər. Biz də hər şeyi Allahın yaratdığını, nizam verdiyini, sevginin, gözəlliyin, sevincin əsas olduğunu söyləməklə mükəlləfik və edirik. Sitatlar
Ailələrə şəhidlik xəbəri veriləcəyi zaman, əvvəlcədən mənəvi cəhətdən hazırlanmaları lazımdır. Şəhidliyin böyük şərəf olduğu, şəhidlərin Allah qatında sağ olduğu, əgər buna inanmasaq, təvəkkül etməsək bunun haram olacağı gözəl şəkildə izah edilməlidir. Rəbbimiz nə edərsə gözəl edər deyilməlidir. Sitatlar
Kişilər arası əlaqə əbədiyyən haramdır. Dünyanın ən başından etibarən həmişə haram olmuşdur və sonsuza qədər də haram olacaq. Allah belə bir çirkinliyi əsla qəbul etmir. Sitatlar
Şəhidlərimizə yas tutmağı təşviq edənlər bilmədən PKK-nın istəyini reallaşdırmış olurlar. Halbuki, PKK-nın hədəfini yox etməlisiniz. Tam tərsini etməlisən. Ağlayın deyirsə, gülməlisən. Musiqi dinləməyin deyirsə, dinləməlisən. Sevinməyin deyirsə, sevinməlisən. Həyat dayansın deyirsə, həyatı canlandırmalısan. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) ölən birinin ardından yas tutmağı haram etmişdir. Təvəkkül etməmək, Allahın etdiyinə razı olmamaq haramdır. Sitatlar
İslamda tam azadlıq vardır. Sadəcə halallar və haramlar var, bu qədər. İnsanlar bunun içində mümkün qədər sərbəstdir. Yəni İslamda cəmiyyət təzyiqi yoxdur. Sitatlar
Homoseksuallıq fitrətə tamamilə tərs və iyrənc azğınlıqdır. Allah nikahlı olmaqla qadınları halal etmişdir. Gözəllik və nemət budur. Sitatlar
Allah qadınları nur kimi tərtəmiz yaradıb, tam fitrətə uyğun. Halal yolla al, nikahla. Ömür boyu bax, axirətdə də birlikdə ol. Homoseksuallıq əbədiyyən haramdır. Tərtəmiz qadın varkən, gözəl, təmiz qadın varkən kişilər arası əlaqə qorxunc və iyrənc hərəkətdir. Sitatlar
Qadın cazibədar, baxımlı, cəlbedici, lakin çox iffətli olmalıdır. Cazibədar olmaq haram deyil. Haram olan iffətsizlikdir. Sitatlar
Kədərlənmək, ağlamaq və qışqırıb-bağırmağın olmamasına təvəkkül deyilir. Təvəkküllü insan demək, hadisələr qarşısında sarsılmayan, kədərlənməyən, ağlamayan, məhv olmuş reaksiyası göstərməyən insan deməkdir. Təvəkkül ayələrinin hamısı eyni zamanda yası ləğv edən ayələrdir. Sitatlar
Mömin ağılla hərəkət edər. Kədərlənməsi gözlənilən bir hadisədə təvəkkül edər, Allaha güvənər, sevinc içində olar. Onsuz da təvəkkül, bu cür hadisələr qarşısında yanlış reaksiya göstərilməməsinə deyilir. Sitatlar
Yas tutmaq haramdır, qədim bütpərəst adətidir. Qədim Şumerlərdə, Qədim Misirdə, Perslərdə (farslar), Xetlərdə axirətə, şəhadətə inanmadıqları üçün ölümü bir fəlakət kimi görürdülər. Allaha üsyan olaraq ağlayardılar. Biz müsəlmanlar şəhadəti şərəf kimi görürük. Sitatlar
Səbri tolerantlığa çevirməmək lazımdır, başqa cür səbir əziyyət olar. Səbir Allaha təvəkküllə, məmnuniyyət içində “Allah yaradırsa xeyir vardır” deyib sıxıntı, iztirab çəkmədən gözləməkdir. Başqa cür olduqda dözümlülük olur ki, o çətindir, Allah verməsin. Sitatlar
Şəhidlik sevinc vəsiləsidir. Şəhidlik şərəfdir. Şəhidlərin arxasınca yas tutulmaz. Yas tutmaq müşrik adətidir. Sitatlar
Şəhid olmağın şərəf olduğunu, yas tutmağın dinə uyğun olmadığını dəfələrlə söylədik. Millətimizə dəliqanlı ruhu hakim oldu. Sitatlar
Möminin əhval-ruhiyyəsi həmişə yüksək olar. Kədərlənmək nə deməkdir? Bu haşa, "Allahın etdiyini bəyənmirəm" deməkdir. Allah bir şey yaradanda biz onu xeyir kimi görərik. Şəhid verdikdə bunda xeyir görərik, kədərlənmərik, yas tutmarıq. Yas tutmaq bütpərəst adətidir. Sitatlar
Ləyaqətsiz münafiqlər Allah üçün aparılan mübarizəni ağılsızlıq kimi görərlər. Mənfəətləri olsa, məsələn, Peyğəmbərimiz (s.ə.v) onlara beş kisə, on kisə qızıl versə, heç vaxt: "bu istidə döyüşə çıxmayın!" deməzlər. "Döyüşməyi bacara bilsəydik sizinlə gələrdik" sözünü heç vaxt söyləməzlər. Yaxud: "burada əbəs yerə canımızı veririk" deyə heç vaxt deyinməzlər. On kisə qızıl alsa, havalanar, çox şövqlənər. Sitatlar
Allahı zikr etməyənlərin, Allahdan uzaq olanların qəlbində narahatlıq, gərginlik olar. Səbəbsiz qorxu, dəlisov həyəcan. Allah qəlblərinə həmişə narahatlıq verər. Sitatlar
Kommunizmə həyat verən darvinizmdir, yəni şah damarıdır. Bu kəsilsə kommunizm yox olar. Bunun üçün hökumətdən bu barədə xahiş edirik, dövlət kanallarında darvinist təbliğata son qoyulsun. Orta məktəb və universitetlərdə darvinist təbliğata son qoyulsun. Sitatlar
Şeytan İslamı yox etmək üçün, mövhumatdan istifadə edərək güclü zərbə endirib. Şeytanın təsiriylə namazı qılına bilməyəcək, dəstəmazı alına bilməyəcək hala gətiriblər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur