logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 24 dekabr 2017

avatar

Adnan Oktar

Yaşlanma olmasa insanların böyük əksəriyyəti çox tərs və təkəbbürlü ola bilər. 25 yaşından etibarən gözlə görünəcək şəkildə qocalıq görünür. İnsanın gənc yaşayacağı dövr təkcə 20-30 yaş arasıdır və o da göz qırpımı qədər sürətlə keçir. Allah insanların dünyaya bağlanmasına mane olacaq möhtəşəm sistem yaradıb. Belə olması çox xeyirlidir.
A9 TV; 24 dekabr 2017
2243
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Afrin şəhidimizin şəhadəti mübarək olsun. Allah onu və ailəsini nə gözəl şərəflə şərəfləndirib. Nə xoşbəxt ona, nə xoşbəxt ailəsinə. Şəhadəti mübarək olsun. Bu böyük zəfərlərin ilk şəhididir. Allah digər aslanlarımızı qorusun, ordumuzu müzəffər etsin. Biz hər ölkənin ərazi bütövlüyünə hörmət göstəririk. Terror təşkilatı olan PKK ilə mübarizə var. Tayyib hocamın qətiyyətini və əzmini təqdir edirik. Qəlbi çox rahat olsun, millət olaraq onun yanındayıq. Sitatlar
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı insan özünə və ətrafına zərər verməz, hüzurludur. İnsan yanında sıxılmaz. Mövcudluğu təsiredicidir, göz həmişə onu axtarar. Ağıllı baxış çox mənalı və gözəl olar. Ağıllı insan sakitləşdiricidir, qəlbə fərəhlik verər. Ağıllı insan gəldiyi zaman insanlar təbii olaraq onun həmişə Allah ilə birlikdə olduğunu hiss edərlər. Ağıl Allahdan gələn nurdur. Sitatlar
Ağıllı olan qadın mütləq gözəl və cazibədardır. Ağıllı olub da gözəl olmayan qadın yoxdur. Sitatlar
Ağıllı olan, səmimi olan hər qadın gözəldir. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir. Sitatlar
Allah bütün İslam aləminin başına bəla olan, münafiqlərin ciyərlərinə od salsın, beyinlərin məhv etsin, heç vaxt sağalmayan xəstəliklərlə pərişan etsin, möminləri də qalib etsin, müzəffər etsin. Sitatlar
Allah çoxlu pərdə arxasında gizlənib. İnsanların bir hissəsi bu pərdələrə, bir hissəsi də insanların əksəriyyətinə fikir verib qəflətə qapılır. Allahı 70 min pərdə də olsa hamısından görmək möminin xüsusiyyətidir. 700 min pərdə də olsa mömin Allahı görər və çox sevər. Heç nə möminə Allahı unutdura bilməz. Allah əbədiyyən insanı yaşadacağı üçün bu dünyada alacağı tərbiyə çox-çox əhəmiyyətlidir. Sitatlar
Allah duanın, səmimi, insanın özünün eşidəcəyi səslə için-için və ixlasla olmasının lazım olduğunu Quranda bildirmişdir. Sitatlar
Allah gözəl günləri yaxınlaşdırsın, dünyaya sülh hakim olsun. Allah sevgisindən hər yerdə bəhs edilsin. Allah bizi o mübarək günlərə qovuşdursun. Sitatlar
Allah müsəlmanlara sevginin tam yaşama zəminini təqdim etmişdir. Küfr əhlində də sevginin tam yaşama zəminini əllərindən alır Allah. Sevginin yaşanması üçün lazım olan çox şərt vardır. Ən başda insanın Allahı çox sevməsi, Allahdan çox qorxması lazımdır. Eqoist olmaması, səmimi, vəfalı, təmiz, bağışlayan olması lazımdır. Bu cür onlarla şərt həqiqi sevginin yaranması və yaşanması üçün zəruridir. Bu şərtlərdən təkcə biri çatışmadıqda belə sevgidə ciddi sarsıntı yaranar. Küfr əhlində isə bu şərtlərin demək olar ki, hamısında əksiklik olduğu üçün, küfr əhlində sevgi ölü doğar. Sitatlar
Allah Özünü unudan insanlara az və ya çox sıxıntılar verərək Özünü xatırladar. Allah insanı mütləq müəyyən yolla Özünə yaxınlaşdırar. Bu, Allahın gözəl nemətidir. Sitatlar
Allah qorxusu hörməti təmin edər. Hörmət olmadan sevgi olmaz. Allah qorxusu və Allah sevgisi iç-içədir. Allah qorxusunun içində olan ən güclü duyğu Allaha qarşı xəcalətli olmamaq istəyidir. Sitatlar
Allaha iman gətirməyən insanın həqiqi mənada xoşbəxt olması qeyri-mümkündür. Səhər oyanır duş qəbul edir, işə gedir, gəlir, ertəsi gün yenə eyni şeyləri təkrarlayır və sonunda da yox olacağına inanır. Belə həyatda insanın xoşbəxt olması qeyri-mümkündür. Həyat təkcə Allaha imanla mənalı olar. İmanla həyatın hər hissəsi sevinc vəsiləsidir. Sitatlar
Allahı zikr etmək Allahın həmişə qəlbdə saxlanılması, həmişə yaddaşda olması, şüurda olmasıdır. İnsanın Allahı həmişə sevməsi, ağlında Allahı təfəkkür etməsi, düşünməsi, Allahın möhtəşəm sənətini, əbədiliyini qəlbində saxlamasıdır. Sitatlar
Allahın dünyada çox sayda qadın yaratması Allahın möminlərə rəhməti, bərəkəti, lütfüdür. İnsanların yarısının qadın olması Allahdan çox böyük nemətdir. Qadın Allahın ən görkəmli, ən həyəcan verici nemətidir. Allahın ən gözəl təcəllisidir. Allahın Rəhman, Rəhim, Nur və Cəlal adlarının təcəllisidir. Qadın quzu kimi tərtəmizdir. Çox nəzakətli, nazənin varlıqdır. Qadını hər zaman şəfqətlə, mərhəmətlə, hörmətlə dəyərləndirmək lazımdır. Qadın eşqin, ehtirasın qapısıdır. Eşqi ən mükəmməl şəkildə yaşayacağımız, Allahın verdiyi mükəmməl nemətdir. Qadın Allahın təcəllisi olaraq sevilər. Qadını sevmək, qadına heyran olmaq Allahı sevmək, Allaha heyran olmaqdır. Sitatlar
Allahın razı olduğu yeganə şey sevgidir. Allah xromosomları, çiçəkləri, bitkiləri, böcəkləri, səmanı, içi maqma dolu yer kürəsinin üzərində güvən içində yaşamağımızı, hər şeyi təkcə sevgi üçün yaratmışdır. Allah sevildiyini görsə qulunu heyrətamiz sevər. Allah bütün gözəlliyi, yaxşılığı göstərdiyi halda, haşa Özü ilə maraqlanmayan, hətta Özünü unutmağa çalışan rəftar görsə bu Allahın qəzəbini cəlb edər. Sitatlar
Allahın rizasının ən çoxu vicdana həmişə vəhy edilər. Vicdana fasiləsiz vəhy olması möcüzədir. İnsan tək buraxılmayıb. Allah nə istədiyini insana həmişə hiss etdirər. Sitatlar
Cəhənnəmin mövcudluğu insanın təhsili üçün lazımdır. Cəhənnəmin mövcudluğu eyni zamanda cənnət əhlini motivasiya edər. Gözəllik müqayisə ilə olar. Hər kəsin gözəl olduğu mühitdə gözəlliyin dəyəri o qədər bilinməz. Cəhənnəm müqayisə olması üçün xüsusi olaraq yaradılıb. Sitatlar
Ağıllı qadın təbii olaraq çəkicidir. Ağıllı qadının baxışları da, səsi də çox təsir edicidir. Qurduğu hər cümlə o qadına cazibə qazandırar. Ağıl, qadını çox böyük gücə çevirər. Amma qadınların çoxu duyğusallıq, qorxu, narahatçılıq, lazımsız vəsvəsələrlə ağıllarını təzyiq altına alırlar. Bu da fitrətlərinin gözəlliyini lazımi kimi yaşamalarına mane olur. Sitatlar
Dinsiz ordu məğlub olar, əzilər, alçaldılaraq məhv olar. Dindar ordu isə ali olar. Sitatlar
Ordu dinlə bərəkət tapar. Millət dinlə, imanla bərəkət tapar. Onun üçün bizim ordumuz həmişə dindardır. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur