HARUN YƏHYA
logo
HARUN YAHYA

  • Bütün Əsərlər
  • Kitablar
  • Məqalələr
  • Videolar
  • Audiolar
  • Rəsimlər
  • Sitatlar
  • Digər

ADNAN OKTAR KİMDİR?
Harun YahyaADNAN OKTAR KİMDİR?
ƏSƏRLƏR
KitablarMəqalələrVideolarAudiolarRəsimlərSitatlarDigər
MÖVZULAR
CavourVatikanSosializmİşıqlanma çağıFransız inqilabıDönməSabetayistJakobenizmMasonik mediaSiyasi sionizmJön Türkİttihat və tərəqqiAbdulhəmidAnti-NaziDünya sionist təşkilatıNuremberg qanunlarıMussolini1-cü Dünya müharibəsiAdolf EichmannGoyimRothschild xanədanıThink-TankCFRRockefellerSoyuq müharibəStalinOktyabr inqilabıSovet ittifaqıBilderbergVyetnamAIPACLobbiSərgiCənub-şərqYunanıstanYeni Dünya NizamıQırmızı dənizJeopolitikQaziVergiGömrük2023AntilopÖküzAvrasiya İslam ŞurasıNobel Şülh mükafatıXəstəxanaİctimai Təhlükəsizlik TəşkilatıƏli BabacanTurqut ÖzalSui-qəsdQaffar OkkanMuhsin YazıcıoğluRosette NebulaAstronomiyaGülXütbəyi ŞamiyəNüvə Silahıİyad AllaviNautilusDənizaltıDalış hüceyrəsiƏli BardakoğluTeleviziyaTelevoleÇanaqqala
  1. Videolar
  2. Əncirin faydaları

Əncirin faydaları

Harun Yahya
1297
03 Mart, 2018
İman həqiqətləri və yaradılış möcüzələri
Qısa filmlər - Mütləq baxın

Lif baxımından əncir digər meyvə və tərəvəzlərdən daha zəngindir. 1 ədəd quru əncirdə 2 qram lif var. Son 10-15 ildə aparılan tədqiqatlar bitki mənşəli qidalarda mövcud olan liflərin həzm sisteminin düzgün fəaliyyəti üçün vacib olduğunu ortaya qoyub. Qida kimi qəbul edilən lifin həzmə kömək etdiyi və xərçəngin bəzi növlərinin yaranma riskini azaltdığı məlumdur.
ABŞ-ın Nyu-Cersi ştatındakı Ratgers Universiteti tərəfindən aparılan tədqiqatda quru əncirin tərkibindəki omeqa-3, omeqa-6 yağ turşuları və fitosterol sayəsində xolesterolun aşağı düşdüyü öyrənilmişdir. Məlumdur ki, omeqa-3 və omeqa-6 yağ turşuları bədəndə yaranmır, yalnız qida vasitəsilə qəbul edilməlidir. Bu yağlar ürək, beyin və sinir sisteminin sağlam fəaliyyəti baxımından böyük əhəmiyyətə malikdir. Fitosterol isə heyvan mənşəli qidalardakı ürək və damar üçün təhlükəli olan xolesterolun qana qarışmadan bədəndən atılmasını təmin edir.

Tərkibində yağ, natrium və xolesterol olmadığı və lif baxımından da zəngin olduğu üçün əncir artıq çəkidən xilas olmaq istəyən insanlar üçün lazımlı qidadır. Həmçinin əncir digər bütün meyvələrə nisbətən minerallarla daha zəngindir. 40 qram əncirin tərkibində 244 mq kalium, 53 mq kalsium və 1,2 mq dəmir var. Tərkibindəki kalsium baxımından meyvələr içərisində portağaldan sonra ikinci yerdədir. Bir kasa quru əncirlə bir kasa süddə eyni miqdarda kalsium var. 
Əncir fiziki və zehni yorğunluğu aradan qaldırır, bədənə enerji və güc verir. Tərkibindəki ən mühüm qida maddəsi bu meyvənin 51-74 %-ni təşkil edən şəkərdir. Astma, öskürək və soyuqdəymə zamanı da müalicə məqsədilə əncirin istifadəsi tövsiyə edilir.
Burada qısa şəkildə bəhs etdiyimiz əncir və onun faydaları Allah’ın insanlara mərhəmətinin göstəricisidir. Rəbbimiz zövqlə yediyimiz bu meyvənin tərkibində insanın sağlamlığı üçün lazım olan maddələri ən uyğun nisbətdə yaratmışdır. “Tin” surəsinin 1-ci ayəsində Allah’ın “and olsun” deyərək əncirdən bəhs etməsi bu meyvənin faydaları baxımından olduqca hikmətlidir. 

«And olsun əncirə və zeytuna». («Tin» surəsi, 1)


Sevgililər günü
Sevgisizlik
Sevgi
Allah sevgisi
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
mp4
mp3