HARUN YƏHYA
logo
HARUN YAHYA

  • Bütün Əsərlər
  • Kitablar
  • Məqalələr
  • Videolar
  • Audiolar
  • Rəsimlər
  • Sitatlar
  • Digər

ADNAN OKTAR KİMDİR?
Harun YahyaADNAN OKTAR KİMDİR?
ƏSƏRLƏR
KitablarMəqalələrVideolarAudiolarRəsimlərSitatlarDigər
MÖVZULAR
CavourVatikanSosializmİşıqlanma çağıFransız inqilabıDönməSabetayistJakobenizmMasonik mediaSiyasi sionizmJön Türkİttihat və tərəqqiAbdulhəmidAnti-NaziDünya sionist təşkilatıNuremberg qanunlarıMussolini1-cü Dünya müharibəsiAdolf EichmannGoyimRothschild xanədanıThink-TankCFRRockefellerSoyuq müharibəStalinOktyabr inqilabıSovet ittifaqıBilderbergVyetnamAIPACLobbiSərgiCənub-şərqYunanıstanYeni Dünya NizamıQırmızı dənizJeopolitikQaziVergiGömrük2023AntilopÖküzAvrasiya İslam ŞurasıNobel Şülh mükafatıXəstəxanaİctimai Təhlükəsizlik TəşkilatıƏli BabacanTurqut ÖzalSui-qəsdQaffar OkkanMuhsin YazıcıoğluRosette NebulaAstronomiya
  1. Videolar
  2. Xurmanın bilmədiyiniz faydaları

Xurmanın bilmədiyiniz faydaları

Harun Yahya
681
26 Oktyabr, 2017
İman həqiqətləri və yaradılış möcüzələri
Qısa filmlər - Mütləq baxın

Ən qədim bitki növlərindən olan xurma ləzzətli dadı ilə yanaşı, qidalandırıcı xüsusiyyətinə görə də əhəmiyyət daşıyır. Tərkibi 60-65% şəkərdən ibarətdir. 
Həkimlər bədənin enerjisini bərpa etmək və ana südünü artırmaq üçün hamilə qadınlara tərkibində meyvə şəkəri olan qidaların qəbul edilməsini tövsiyə edir. Doğuş zamanı baş verən qan itkisi bədəndə şəkərin miqdarının azalmasına səbəb olur. Xurma bədənin şəkər ehtiyacı baxımından olduqca vacibdir, həmçinin qan təzyiqinin aşağı düşməsinin qarşısını alır. 
Xurmanın tərkibində olan oksitosin maddəsindən müasir təbabətdə doğuşu asanlaşdıran dərman kimi istifadə edilir. Doğuşdan sonra isə ana südünün artmasına kömək edir. 
Bundan başqa, xurmada insan bədənini mexaniki və istilik enerji ilə təmin edən, bədəndə asanlıqla parçalanan şəkər növü – fruktoza var. Müxtəlif vitamin və minerallara malikdir. Həmçinin lif, yağ və zülal baxımından da olduqca zəngindir. Tərkibində natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd, fosfor, xlor, betakaroten maddəsi, A, B1, B2, B3 və B6 vitaminləri də bol miqdarda mövcuddur. 

Xurmanın tərkibindəki dəmir qırmızı qan hüceyrələrində mövcud olan hemoqlobinin sintezinə nəzarət edir. Bu da hamiləlikdə qan azlığının qarşısının alınmasını və körpənin inkişafı üçün həyati əhəmiyyət kəsb edən qandakı eritrosit balansının qorunmasını təmin edir.

Xurmanın tərkibindəki kalsium və fosfat isə bədən skeletinin və sümük quruluşunun formalaşması üçün lazım olan mühüm elementlərdir. Alimlər xurmanın gərginliyi və həyəcanı aradan qaldırdığını qeyd edirlər. Berkli Universitetinin mütəxəssislərinin apardığı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, sinirləri gücləndirən B6 vitamini və əzələlərin fəaliyyətində mühüm rol oynayan maqnezium xurmada yüksək miqdarda mövcuddur. 
Xurmanın tərkibində olan A vitamini görmə qabiliyyətini yaxşılaşdırır, bədənin müqavimətini artırır, sümükləri və dişləri gücləndirir. Zülal isə bədənin xəstəlik və infeksiyalardan qorunmasını, hüceyrələrin yenilənməsini təmin edir və bədəndəki mayenin miqdarını tənzimləyir. 

Müasir elmin son dövrlərdə müəyyən etdiyi xurmanın faydaları və xüsusilə hamiləlik dövründə istifadə edilməsinin zəruriliyi 14 əsr əvvəl Quranda bildirilmişdir. “Məryəm” surəsində Allahın hz. Məryəmə hamiləlik dövründə xurma ilə qidalanmağı vəhy etdiyi qeyd edilir: 
Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Dedi: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım”. Dərhal alt tərəfindən ona belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün aydın olsun...” (Məryəm surəsi, 23-26)


Sevgililər günü
Sevgisizlik
Sevgi
Allah sevgisi
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
mp4
mp3