logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 1 iyun 2015

avatar

Adnan Oktar

Allah dünyanı nuruyla əhatə etsin. Rəbbimiz "Hadi" ismiylə təcəlli etsin inşaAllah. Dəccalı məhv etsin. Dəccalı pərişan etsin. Dəccaliyyəti yox etsin.
A9 TV; 1 iyun 2015
1055
avatar

Adnan Oktar

Allah hər yerimizi nurla əhatə etsin. Bizi nurlandırsın. Hidayət versin. Ağlımızı açsın. Şeytanın şərindən qorusun. Pislərdən qorusun. Qəlbimizə əmin-amanlıq duyğusu versin. Bizi zənginləşdirsin. Gücləndirsin. İslamı hakim etsin. Mehdi (ə.s)-ı göstərsin. Mehdisini zahir etsin. Bizi Mehdi (ə.s)-ın, İsa Məsih (ə.s)-ın tələbəsi etsin.
A9 TV; 1 iyun 2015
avatar

Adnan Oktar

Allah sevilmək istəyir. Biz Allahı çox sevirik. O da bizi sevsin inşaAllah. İnşaAllah Allahın sevdiyi bəndələr olarıq.
A9 TV; 1 iyun 2015
avatar

Adnan Oktar

Xurafatçılar çox diktatordurlar. İnandırmağı yaxşı bacarırlar. Demaqoqluğu yaxşı bacarırlar. Saxtakarlıq, hiyləgərlik, aktyorluq etməyi yaxşı bacarırlar. Üzə gülərlər; lakin çox xaindirlər. Sistemli şəkildə plan hazırlayarlar. Lakin nəticədə Allah bəlalarını verər. Öz tələlərinə düşərlər.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Xurafatçıların ən böyük dərdi paxıllıq, qısqanclıqdır. Hal-hazırda, Axırzamanda da böyük fitnənin yaranma səbəbi Mehdi (ə.s)-a qarşı edilən paxıllıqdır. Saxta mehdilərin çıxması, saxta mehdilərin öz arasında mübahisə etməsi, mehdi olmadıqları halda insanları mehdi elan etməyə təşəbbüs etmək, mehdilik iddia etməyən insanları zorla mehdi kimi göstərməyə cəhd etmək; bu paxıllığın təzahürüdür.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

İsrail oğullarına qarşı nifrət bəsləmək, çox böyük uğursuzluq, bəla gətirər. Peyğəmbər nəslinə qarşı nifrət bəslənməsi Allahın heç xoşlamadığı bir şeydir. Yox, zalım olana nifrət bəslə; niyə günahsıza nifrət bəsləyirsən, niyə mömin olandan nifrət edirsən? Hamısına cəm olaraq pis yanaşır. Olmaz belə şey.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

İsrail nəslinə yersiz və ağılsız şəkildə nifrət edirlər. Halbuki bu bəla gətirər, uğursuzluq gətirər. Sən Quranın əlaqədar ayələrinə hücum etmiş olursan. Ağlını başına yığ. İsrail oğullarının hamısı müqəddəs deyil; amma sən təmiz və günahsız, mömin, müttəqi olanları da qarşına almış olursan. Peyğəmbər nəslini qarşına almış olursan. Onda Allah bəla verər, ağlını başına yığ.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Qısqanc, təhlükəli bir adam, dediyin hər şeyi şeytani yaddaşına həkk edər, istifadə etmək məqsədiylə yaddaşında saxlayar. Çünki iblislə əlaqə saxlayır. Sən deyirsən, amma kimə dediyini bilirsənmi? Əsil həqiqəti gördüyündə qanın çəkilər. Şeytana deyirsən. İblis insan surətinə girir, ona demiş olursan. Deməməlisən. Çünki başına bəla olar. Amma dostdursa, mömindirsə de, çünki sevinər o.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Gözəl şeydən danışdınsa, həsəd apararlar. Xəstə adamlara deyilməz. Ancaq səmimi, saleh mömindirsə deyilər. Onun qəlbi rahatlıq tapar. Amma qısqanc, təhlükəli, münafiq xarakterli adama söyləməməlisən. Deməsən ibadət olar. Ağzını tutmalısan, dilsiz olmalısan. Başqa şeylər danışmalısan.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Xristianlar; "Allah Özünə övlad götürdü!" deyirsə, Quran bunu düzəldir. Xristianlar Quranın düzəltdiklərini etsələr onda olar, doğru yolda olarlar. Allah: "Namazlarını qılsınlar, zəkatlarını versinlər, şirk qoşmasınlar, bəs edər" deyir. Belə olduqda xristian da müsəlman olar.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

“Rəhman və Rəhim” sözləri rahatlıq verir. Yalnız sevgi ifadə edər. Amma məsələn, Allahın “Qəhhar” adında sevgi ifadəsi gizlənib. Allah küfr əhlini məhv edər, mömini isə xilas edər. Möminin intiqamını alar, Allah sevdiyinin intiqamını alar. Bu da Allahın sevgisinin təzahür etməsidir. Allah möminləri sevdiyi üçün küfr əhlinə məhv edər. Bunda da gizlənmiş bir sevgi var.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Həmd sevgi sözüdür. Allaha həmd etmək nə deməkdir? Ey Rəbbim Səni mən çox sevirəm, dəlilər kimi sevirəm deməkdir. Sənə sonsuz təşəkkür edirəm deməkdir. Həmd bu deməkdir.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Rəhman və Rəhim, ikisi də sevgi ifadə edən sözlərdir. Hər ikisinin də kökündə sevgi var. Rəhim; sevərək qoruyan, sahib çıxan, daim xeyri üçün çalışan, xeyirlə yaradan mənasındadır.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

İran və Türkiyə Kandili mühasirəyə alsalar qarşıdurmaya ehtiyac olmaz, hamısı dayanmadan və sürətlə çölə çıxar. Çünki üç aylıq qida ehtiyatları olmaz heç. Mütləq gəlib təslim olarlar. Hökumət bunu etsin.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Kandil işğal altındadır, adamlar oradan polis bölməsi kimi istifadə edirlər. Əsgərləri, polisləri, müsəlmanları vurub şəhid edirlər. Türkiyə həm İran, həm də İraq hökumətiylə razılığa gəlib, Kandilə daxil olmalıdır. Oradakı mağaraların hamısını qanuni şəkildə təmizləməlidir. Bir dəfə mühasirəyə alsalar, üç aylıq mühasirədən sonra orada heç kim qalmaz.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər bütün gözəl şeyləri qadağan edirlər. Bütün çirkin, çətin şeyləri isə məsləhət görürlər. Ağlamağa təşviq etmələri inanılmazdır. Allah bunun küfr əhlinin xüsusiyyəti olduğunu söyləyir; "Onlar çox ağlayacaq, siz isə güləcəksiniz" deyir. Onlar da tərsini söyləyirlər. "Əsla gülməyin, bol-bol ağlayın" deyirlər. İnsan buna nə qədər dözə bilər? Get idman et, ye, iç, gül. İbadətlərini yerinə yetir. Hər yeri gözəlləşdir. Hər yerə incəsənət hakim olsun.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər; “atalarının dini” ucbatından, sanki gözəl İslam dinini yer üzündən silmək üzrədirlər. Müsəlmanları da məhv etdilər. Hər yerdə asıb kəsirlər, döyürlər, söyürlər, üzlərinə tüpürürlər. Bəziləri başlarını doğrayır, bəziləri avtomobilə bağlayıb yerlə sürükləyir, dəlik-deşik edir, barel bombası atırlar. Ağlasığışmaz zülm sistemi hakimdir. Qurana qayıtsalar hamısı bitəcək.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

İnsanlar qəlblərini din ilə yuduqları vaxt, ona bir nur, işıq gəlir. Amma bir çox insan da dinin, insanların həyatını əlindən aldığını düşünür. Halbuki dinsizlik dünyanı əldən alar, həm də kökündən alar. Hər şey başına bəla olar. Yemək bəla olar, avtomobili, evi, arvadı, yoldaşları, məktəbi, hər şeyi başına bəla olar. Amma imanlıdırsa həyat yoldaşı nemət olar, yoldaşları gözəllik olar, evi zikir yeri olar, həyatı nurlu olar, hər yeri nur olar, qəlbində rahatlıq olar.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Daha dindar olana Allah daha yaxşı imkanlar, daha gözəl nemətlər nəsib edər. Bu da gözlə görülər. Amma təbiidir ki, mömin səbir etməlidir. Yəni əziyyəti də, neməti də gözəl görməlidir.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Dünyada hansı millət səmimi dindardırsa, Allah oraya daha çox bərəkət verir. Dindən uzadırlarsa Allah fəlakət verir, bərəkətsizlik verir. Bu ayrılıqda hər bir şəxs, hər bir fərd üçün məqbuldur.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Din nemətdir, insanların böyük bir hissəsi dini bəla hesab edir, haşa. Halbuki din dünyanın bəzəyi, həyatın sevinci, ağlın nuru, qəlbin rahatlığıdır, bərəkətdir.
A9 TV; 30 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah hər yerimizi nurla əhatə etsin. Bizi nurlandırsın. Hidayət versin. Ağlımızı açsın. Şeytanın şərindən qorusun. Pislərdən qorusun. Qəlbimizə əmin-amanlıq duyğusu versin. Bizi zənginləşdirsin. Gücləndirsin. İslamı hakim etsin. Mehdi (ə.s)-ı göstərsin. Mehdisini zahir etsin. Bizi Mehdi (ə.s)-ın, İsa Məsih (ə.s)-ın tələbəsi etsin. Sitatlar
İnsana bir zərər gəldikdə necə dua edir? Mükəmməl. Allaha necə bağlanır? Mükəmməl. Necə hörmət edir? Mükəmməl. Amma başına bəla gəlmişdir. Bəla gəlmədən motivasiya olmur. Niyə bəlanın gəlməsini gözləyirsən? Həmişə bəlaya düçar olduğun vaxtlardakı kimi olmalısan. Sitatlar
Ehtiyac içindəki insan deyildikdə, bir çox adam ilk növbədə həmin insanın çörəyə, yeməyə ehtiyac duyduğunu düşünür. İmana ehtiyacı var, Allah sevgisinə ehtiyacı var. Dua etsən Allah səndən razı qalar. Sevgiyə, dərinliyə ehtiyacın var, Allahı dərindən sevməyə ehtiyacın var. Sitatlar
Hər bir dəccalın ömrü 40 ildir, bunu unutmayın. Dəccal gəldiyində dəccallıq etmədən getməz, ona verilən möhlət bitmədən getməz. Sitatlar
PKK ilə mübarizə aparmaq müsəlmanlar üçün fərzdir. Heç kim; "mənə nə dəxli var" deyə bilməz. Allah: "Onlar haqlarına təcavüz edildikdə, birlik olub qarşı çıxanlardır" deyir. Bütün müsəlmanların PKK-ya qarşı çıxması fərzdir. Əksini etmək haram olar. PKK ilə mübarizə aparmasa harama girər. Çünki PKK müsəlman kürd qardaşlarımıza hücum edən bir dəccal hərəkatıdır. Sitatlar
Allahın hökmü aydındır; PKK-ya da deyirəm, yaxın zamanda məğlubiyyətə məruz qalacaqlar. 40 illik dəccallıq müddətləri sona çatdı. Hamısı həbsxanaya atılacaq, ağıllarını başlarına yığsınlar. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) Dəccalı təsvir edərkən; "bütün dünyaya Allahın varlığını inkar etdirəcək" deyir. Hal-hazırda inkar etdirdi, insanlar darvinizmdən ötrü Allahı inkar edir. Deməli, dəccal gəlmişdir. O zaman mehdiyyətin buna qarşı öz kəskin mövqeyini göstərdiyini də görməlisən. Dəccal varsa Mehdi susmaz. Onun başını elmlə, irfanla əzər. Sitatlar
Dəccalın təkcə bir xüsusiyyəti var, insanlara Allahın varlığını inkar etdirməsidir. Mehdiyyət də dəccalın təxribatını ortadan qaldıran gücə deyilir. Sitatlar
Vətənin bölünməsi taledə yoxdur. Amma ümməti oyandırmaq üçün Dəccala ehtiyac var. Dəccal xoruz kimi banlayar, insanları oyandırar. Yoxsa insanlar yatar. Dəccal olmadan hərəkətə keçməzlər. Vəzifəsini tamamladıqdan sonra hamısı yox olar. Sitatlar
Mehdi (ə.s) dövründə Allahın “Hadi” adı hakim olacaq. Mehdi (ə.s)-ın vəfatından sonra Allahın artıq “Hadi” adı deyil, dəlalətə salan adı təcəlli edəcək. Onsuz da İsa Məsih qısa müddət yaşayacaq, insanlar onun vəfatından sonra manyak olacaq. Dünya tam cəhənnəmə dönəcək. Sitatlar
Sevgimizi gücləndirək, birliyimizi gücləndirək nəticəni görəcəyik. Allah hal-hazırda bizi seyr edir, söylədiklərimizi də eşidir. Hazırda O, bizi bir yerə topladı. Bir-birimizə olan etibarımızı, sevgimizi, hörmətimizi Allah yaradır. Bütün güc Ona məxsusdur. Biz dua edirik, dünyanın yaxşı olmasını, gözəl olmasını istəyirik, inşaAllah olacaq. Sitatlar
Mömin duanı çox əhəmiyyətli görməlidir, Allahın dəyər vermə səbəbi, möminin Ona dua   etməsidir. Sitatlar
Sitatlar
Allah bəzən bəzi insanlara bir mövqe verir, bir güc verir, imkan verir. Sən: "Allah ona   niyə bu vəzifəni verdi? Niyə bu asanlığı verdi?" desən yenə doğru yolda olanlardan   olmazsan. Allahı sorğulayan adam doğru yolda olanlardan olmaz. "Hikmət var, xeyir   var" deyəcəkdir. "Allah bilir, mən bilmirəm" deyəcəkdir. Sitatlar
Sitatlar
Hidayət; beyni və şüuru açan xüsusi bir ruhdur, beyinin fəaliyyətini təmin edən xüsusi bir   məlumatdır. Adamın beyni hidayət aşkarlamadıqda İslama qarşı məhdudlaşmış olaraq   yaradılır. Belə olduqda anlamır, yəni beyninin bir hissəsi işləmir. Sitatlar
Ağıl Allahdan bir nurdur, insana Allah tərəfindən ilhamla verilir. Öz-özünə ağıl meydana gəlməz. Allah ağlı alsa bir anda donub qalarsan, bəsirətin qapanar, lal olub belə baxarsan. Sitatlar
Sevgisizlik insanı pis insan halına salar. Qızları, oğlanları nursuz edər. Kinli, nifrət ruhu, küskün ruhu, ölmüş insan forması verər. İnsan bu bəlanı birbaşa özü hiss edər. Öz-özünə çökər. Yəni bu, özünü yandıran sistemdir. Sitatlar
Vəziyyətini, niyyətini düzəldən bir insana “sən münafiqsən”, “sən daha əvvəl belə idin”, demək olmaz. Düzəldisə əgər son halı əsasdır. Nə gözəl, sevin. Daha əvvəl sən necə idin? Sənin də dindən, imandan heç xəbərin yox idi, Allah hidayət nəsib etdi. İnsan düzəldiyində qəbul olar. Allah qəbul edir, sən onsuz da qəbul etməlisən. Sitatlar
Bütün kainatda Allah Nurdur. Nur; insanın ağlının qəbul edə biləcəyi ən gözəl görünüş, qəlb açıqlığı, gözəllik, imandan qaynaqlanan fərahlıqdır. Sitatlar
Nuru yaradan, gözəlliyi yaradan Allahdır. Bir insan yaraşıqlıyam deyə öyünsə, bu gülməli olar. Allah ona təcəllisini göstərir. "Ya Rəbbi, nə gözəl təcəlli edirsən" deyəcək. "Mən nə gözələm" deməyəcək, "Nə gözəl yaradırsan" deyəcək. Sitatlar
Allah gözəl əxlaqda xüsusi bir nur endirər. Əks halda Firon və yaxud Nəmrud kimi bir üz yaranar. Özünü Allaha təslim et, nur kimi ol. Sitatlar
Allah milləti hidayətlə, nuru ilə qucaqlamışdır. Millətin üzərində nurdan zireh çəkilib. Millət Allahın nuru ilə qorunur. Mələklər, hz. Xızır (ə.s) təhlükədən qoruyur. Sitatlar
Allah sevilmək istəyir. Biz Allahı çox sevirik. O da bizi sevsin inşaAllah. İnşaAllah Allahın sevdiyi bəndələr olarıq. Sitatlar
Xurafatçılar çox diktatordurlar. İnandırmağı yaxşı bacarırlar. Demaqoqluğu yaxşı bacarırlar. Saxtakarlıq, hiyləgərlik, aktyorluq etməyi yaxşı bacarırlar. Üzə gülərlər; lakin çox xaindirlər. Sistemli şəkildə plan hazırlayarlar. Lakin nəticədə Allah bəlalarını verər. Öz tələlərinə düşərlər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur