logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 21 may 2015

avatar

Adnan Oktar

Ayə deyirik; "Allah Quranda belə deyir" deyirik. "Hocalar belə demir" deyir. Sən niyə Qurana etibar etmirsən? Allahın Kitabına etibar etmirsən. Hökmən atalarının dinini Quranda tapmalıdır. Tapmasa qəbul etmir. Din birbaşa Qurandan öyrənilər. Atalardan öyrənilməz.
A9 TV; 21 may 2015
2358
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ın müvəffəqiyyəti mövzusu ola bilməz. Bunu tamamilə Allah yaradır. Allah, hz. Mehdi (ə.s)-ı vəsilə edir. Yəni hakimiyyət ayrı yaradılır, hz. Mehdi (ə.s) ayrı yaradılır.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) müstəqil güc sahibi deyil. Güc tamamilə Allaha məxsusdur. Hz. İsa Məsih (ə.s) müstəqil güc sahibi deyil, güc tamamilə Allaha məxsusdur. İnsanlar bəzi hallarda, məhz belə şirk düşüncəsinə sahib olurlar, hz. Mehdi (ə.s)-ın müstəqil güc sahib olduğunu zənn edirlər. Halbuki ilk nəfəsi, son nəfəsi, hamısı bəllidir.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Bütün dünyada əzan oxunmalıdır. Amerikada, Avropada. Ölkələrə bərəkət gələr, üzərlərindəki uğursuzluq yox olar. Məsələn, Nyu-Yorkda azan oxunsa, şəhəri bərəkət bürüyər.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Avtomagistral yolları bələdiyyə salmaz, Allah salar. O yol başının içindədir. Sən yolu beyninin içində görürsən. Elə ki, avtomobilə mindin, həmişə beyninin içində yol görünüşü meydana gəlir. O zaman kim yaratmışdır? Allah yaratmışdır. Bu elmi bir həqiqətdir.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

Ayələrdə, təbliğ edildiyi təqdirdə Fironun belə iman etmə ehtimalının olduğunu görürük. O zaman kommunistə də, PKK-lıya da, ateistə də, artıq hər kim varsa, hamısına təbliğ edilməlidir. Necə? Həlim, nəzakətli və hörmətlə.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

Sübh namazına necə oyanacaqlarının dərdini çəkirlər. Həmişə; "necə oyanacağıq?" deyə şikayət edirlər. Sabahı gün sizə təmənnasız şəkildə 5 min lirə pul verəcəyik desən, səhərə qədər yatmazlar. Əlli dəfə üzünü, əlli dəfə qolunu, əlli dəfə də ayağını yuduğun təqdirdə, hər səhər 5 min lirə pul alacaqsan desən, milyonlarla insan sıraya düzülər. Bax, Allah əbədi cənnət həyatı vəd edir, inanmadığı üçün etmir. İnansa edər.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

Allahı zikr etməkdə zəiflik göstərmək haramdır. Bütün İslam aləminin başında bu bəla var. Təbliğə ehtiyac duymurlar. "Onsuz da Diyanət İşləri Nazirliyi bunu edir, biz niyə edək?" deyirlər. Təbliğ bütün müsəlmanlar üçün fərzdir.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

Bir insan nə qədər sevimli olsa belə, Allah sevdirmədikdən sonra sevilməz. İnsanı sevimli edən də, sevdirən də Allahdır.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

Sağçıların ideoloji zəminini mən və yoldaşlarım hazırladıq. Sağçı bir hökumətin ideologiyası olmadan, hakimiyyətə gəlməsi qeyri-mümkündür. Nə etdik? Darvinizmi, materializmi elmi dəlillərlə yerli-dibli yox etdik. Türkiyədə solçular elmi və fəlsəfi cəhətdən öldü, bundan sonra isə sağçılar hakimiyyət sahibi oldu. Yoxsa darvinizm yox olmadığı halda, sağçı bir partiya addım belə ata bilməzdi.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

İnsan sevdiyi kimsəni tənqid edər. Dost tənqid edər. Dostun tənqid etməyi insanlara acı gələr. Amma dərman kimidir.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

Bir ölkədə tənqid varsa, deməli, həmin ölkə azad ölkədir. Tənqid olmayan məmləkətdə yaşamaq olmaz. Qoy tənqid edən çox olsun. Bu sağlamlıq əlamətidir, gözəllik, canlılıq əlamətidir. Heç kim səsini çıxartmırsa bu ölümdür, ölüm əlamətidir. Müxalif jurnalistlər olsun, müxalif televiziya kanalları olsun, uca səslə danışsınlar.
A9 TV; 20 may 2015
avatar

Adnan Oktar

Müşriklər təhqir edə bilər, pis sözdə deyə bilər, hücum edə bilər. Allah: "Onlara fikir vermə" deyir. Niyə fikir vermə deyir? Çünki onlara o gücü verən Allahdır. İstəsə müşrik olmazdı. Onların danışdıqları şeyləri də yaradan Allahdır. İstəsə hamısının ağzını bağlayar, heç danışa bilməzlər. Bunun üçün Allah müsəlmanlardan, çox soyuqqanlı ruh halına sahib olmalarını istəyir.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

İslam dini asanlıq dinidir, çətinlik dini deyil. Amma qatı dinçilər, onu çox çətin hala, yaşana bilməyəcək hala gətirdirlər. Buna görə də İslam aləmində xalqın böyük bir hissəsi İslam dinini yaşamır.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ı mən də axtarıram, siz də axtarırsınız. Amma tapa bilməməyimiz, hələ də onu görə bilməməyimiz fəaliyyətimizi, göstərdiyimiz səyi qətiyyən dəyişdirmir və dəyişdirməz də. Ölənə qədər davam edərik.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

İnsanlar bütün mehdilərə müqavimət göstərəcəklər. Bu, onun mehdi olduğunun əlamətidir. Əgər asanlıqla irəliləyəcək olsa, belə ki, Peyğəmbərimiz (s.ə.v); "40 il mübarizə aparacaq" deyir, onda niyə 40 il mübarizə aparsın? 40 gün belə davam etməz, dərhal nəticə alar. Amma belə olmur.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

Gələn peyğəmbərlər və mehdilər daim halalların sayını artırmış, haramların sayını isə azaltmışdırlar. Amma müşriklər də daim haramların sayını artırmış, halalların sayını azaltmışdırlar. Halbuki haqq dində halallar çoxdur.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

Səlahəddin Dəmirdaşın müsəlman olduğu məlumdur. Daim Allahdan, dindən bəhs edir. Heç kim ona dinsiz deyə bilməz. Bir dəfə belə “Allah” deyən insanın, müsəlman olduğu barədə hökm verilər.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

İran darvinist ölkədir. Darvinist ölkə olduğundan ötrü Allaha, dinə inanmır. Mollaların söylədikləri xurafatlar onsuz da dəhşət vericidir. Buna görə də, dinsizlik çox geniş yayılmışdır; gənclər arasında ateizm çox geniş yayılmışdır.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

"Mən çox zənginəm" deyir. Sən necə zəngin ola bilərsən? "Yaxtam var" deyir. Yaxta haradadır? Beyninin içindədir. Yaxta haradadır? Mənim beynimin içindədir. Sən necə zəngin ola bilərsən? Bütün mal, mülk Allaha aiddir. Allah kölgə varlıq olaraq yaradır.
A9 TV; 19 may 2015
avatar

Adnan Oktar

Ənənəvi Ortodoks müsəlmanlar sevgidən bəhs etməzlər. Bu bir möcüzədir. Qətiyyən bəhs etmirlər. Kainatın yaradılma məqsədi olan bir gözəlliyi ağızlarına belə almırlar.
A9 TV; 16 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Peyğəmbərimiz (s.ə.v)-in dövründə, səhabələrin dövründə məzhəblər yox idi. Vəhhabi,   sünni, şiə müsəlmanları yox idi. Quran müsəlmanlığı vardı. Sitatlar
İslam dini asanlıq dinidir, çətinlik dini deyil. Amma qatı dinçilər, onu çox çətin hala,   yaşana bilməyəcək hala gətirdirlər. Buna görə də İslam aləmində xalqın böyük bir   hissəsi İslam dinini yaşamır. Sitatlar
Ənənəvi ortodoks İslam, qadını yarım insan hesab edir. Halbuki qadın və kişi   bərabərdir. Allah bu həqiqəti bir çox ayədə bildirir. Sitatlar
Müşriklər Allahın hökmünü, Quranı qeyri-kafi görərlər. Öz aləmlərində Allaha əxlaq   öyrədir, Allaha din öyrədirlər, haşa. Buna görə də, İslam dininə ya əlavələr, ya da   çıxarışlar edirlər. Sitatlar
Müşrik nə deməkdir? Müşrik; Quranı qeyri-kafi görən, Allahın hökmünü qeyri-kafi görən   və haşa Allaha din öyrətməyə çalışan kimsə deməkdir. Allahın dininə Onun adından   istifadə edərək əlavələr edən kimsədir. Sitatlar
Qatı dinçilər, həyatı cəhənnəmə çevirən, İslamı cəhənnəm kimi göstərən hərəkətin, ən  təqvalı hərəkət olduğuna inanırlar. Məsələn, namazı qıla bilməyəcək hala gətirərsə,   onun təqvalı bir hərəkət olduğuna inanırlar. Dəstəmazı alına bilməyəcək hala gətirərsə,   bunun da təqvalı bir hərəkət olduğunu düşünürlər. Halbuki, Allah Quranda dəstəmazın   tərifini bir sətirlə vermişdir. Sitatlar
Quranda şiəlik vardır? Quranda sünnilik vardır? Haradan çıxarırsınız? Quranda   Vəhhabilik vardır? Bir Quran, bir İslam dini var. Hamımızın adı da müsəlmandır. Sitatlar
Qatı dinçilər müsəlmanları bir-birinə də qırdırırlar. O bunu öldürür, bu onu öldürür. Fəxr   edir sonrada. “Allaha çox şükür, bu gün iki yüz şiəni öldürdük” deyir. Digərləri də;   “Allaha çox şükür biz bu gün üç yüz sünnini öldürdük. Havadan bombaladıq” deyir. Qatı   dinçi İslam anlayışı özü ilə məhz bu fəlakəti gətirdi. Sitatlar
İslam dinini bütün dünyada, haşa, bəla kimi göstərən, cəhənnəm həyatı kimi göstərən   qatı dinçilər ortaya çıxdı və müsəlmanları məhv etdilər. Əfqanistanda müsəlmanları   boğdurdular, İraqda, Suriyada, Liviyada boğdurdular. Dünyanın hər yerində əzdirdilər. Sitatlar
Qatı dinçilər başlarını, daim Peyğəmbərimiz (s.ə.v)-in evlilik həyatı, qadınlara olan   sevgisiylə məşğul etmişdirlər. Həm bu mövzuyla əlaqəli ayələri heç söyləmək istəməz,   həm də bu barədə danışmaq belə istəməzlər. Gizlətmək istəyirlər. Məsələn, cənnətdə   xanımlar olduğunu da söyləmək istəmirlər. Sitatlar
Quranda tələb olunan şeylər çox azdır. Namaz çox qısa şəkildə izah olunmuşdur, oruc   qısa şəkildə izah olunmuşdur, zəkat qısa şəkildə izah olunmuşdur. Mərhəmətli olun,   şəfqətli olun, yalan danışmayın, dürüst olun. Yaxşı niyyətli olun, bir-birinizi sevin. Allahı   çox sevin. Bir-birinizə kömək edin, mal-dövlət yığma hərisliyiniz olmasın; mal-dövlət   Allahındır. Çox qısadır. Bunlardan başqa həmişə kafirlərin törətdikləri pis əməllər, küfr   əhlinin, azğınların, dəlalət əhlinin ədəbsizlikləri və bunlara verilən cavablar vardır. Sitatlar
Allah dünyanın bəzəkli olmasını, gözəl olmasını istəyir. Dünyanı möhtəşəm şəkildə   bəzəyir. Qatı dinçilər isə qaranlıq olmasını istəyir. Allahın yaratdığı bəzəyə toxunmayın.   Allahın yaratdığı bəzəyi yox etməyə cəhd etməyin. Siz Allahın yaratdığı bəzəyi ən gözəl   şəkildə göstərməlisiniz. Sitatlar
Mehdi (ə.s)-ın dini asanlaşdırması demək; Quranda olmayan haramları aradan   qaldırması deməkdir. Məsələn, musiqi haramdırmı? Deyil. Quranda belə bir ayə yoxdur.   Musiqinin haram olduğunu iddia edənlərə musiqinin halal olduğunu söyləyəcək. Sitatlar
Xurafatçılıqla İslamı bütün dünyada dəyərdən saldılar. İslam günəşini söndürmək   istəyirlər. Asma, kəsmə, döymə, qadınları alçaltma, qadınlara "yarım varlıq" demə   vardır, musiqi yoxdur, şəkil yoxdur, incəsənət yoxdur, xeyirxahlıq yoxdur, gözəllik   yoxdur, məhəbbət yoxdur, o yoxdur, bu yoxdur. Siz dəlisiniz? Sanki cəhənnəm   həsrətindədirlər. İslamda belə bir şey yoxdur. Sitatlar
Sən Qurana tabe olursansa, musiqiyə haram deyə bilməzsən, şəklə, heykələ, gülməyə,   əylənməyə haram deyə bilməzsən, amma qatı dinçi ənənəvi sistem içindəsənsə musiqi   haramdır, şəkil haramdır, heykəl haramdır. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) haramları Qurandan öyrənirdi. Quranda bildirilənlərdən başqa   haram, halal olmaz. Hz. Aişə anamızdan belə bir şey soruşurlar; "Rəsulullah (s.ə.v)-in   sünnəti nədir?", O da; “Qurandır” deyir. İş çıxarmayın. Quranda bildirilənlərdən başqa   haram, halal olmaz. Sitatlar
Qatı dinçilər; “atalarının dini” ucbatından, sanki gözəl İslam dinini yer üzündən silmək üzrədirlər. Müsəlmanları da məhv etdilər. Hər yerdə asıb kəsirlər, döyürlər, söyürlər, üzlərinə tüpürürlər. Bəziləri başlarını doğrayır, bəziləri avtomobilə bağlayıb yerlə sürükləyir, dəlik-deşik edir, barel bombası atırlar. Ağlasığışmaz zülm sistemi hakimdir. Qurana qayıtsalar hamısı bitəcək. Sitatlar
Mehdilərin xüsusiyyəti asanlaşdırmaqdır. Dini, əmri, həyatı asanlaşdırar, insanlar üzərindəki ağır zəncirləri qırarlar. Mehdi (ə.s)-ın da vəzifəsi asanlaşdırmaqdır. Ağır şərt zəncirlərini aradan qaldıracaq, amma xurafatçılar deyəcək ki, onların dinini öldürdü. “Bizim dinimiz ağır şərtli bir din idi, çox şərtlər vardı, bu dinimizi asanlaşdırdı, dini öldürdü" deyəcəklər. Sitatlar
Müşrik sistem Allahın nazil etdiyinə görə deyil, atalarından öyrəndiyinə görə hərəkət edər, dini atalarından öyrəndiyi kimi yaşamaq istəyər. Sitatlar
Din Allah rizası üçündür. Din Allah sevgisinə görədir. Haşa, dini çətinlik dərmanı kimi görmək olmaz. Rahatlamaq üçün, hüzur, dinclik tapmaq üçün din yaşanmaz. Dini Allah üçün yaşayarlar. Sitatlar
Vətən məfhumu iman edən insan üçündür. Din imanlı gənclik üçündür. Marksist, dini tiryək olaraq görür. Ailə yenə eyni şəkildə dindar üçün keçərlidir. Sitatlar
Cənub-şərqli qardaşlarımız, o zadəgan Bədiüzzamanın övladları mənəviyyatla yaşayarlar. Sən onların əlindən dini alsan, imanı, müqəddəsatı, adət-ənənəsini alsan, gözəllikləri alsan öldürərsən onu, məhv edərsən. Sitatlar
Fanatik düşüncə dindən soyutmaq üçün dini xeyli çətinləşdirir. Çox hiyləgərcəsinə şeytanın bir oyunudur. Çox asan olduğu halda dini çətinləşdirəndə adamlar dinin yaşana bilməyəcəyini düşünür və imtina edirlər. Halbuki, din çox asandır. Sitatlar
Din rahatlıq, sevgi, gözəllik, sülh, yaxşılıq, bağışlamaq, demokratiya, fikir azadlığı, sənətin, elmin ən inkişaf etmiş ən gözəl istiqamətlərinin nümayiş olunduğu möhtəşəm bir quruluşdur. Qarışıq hala gətirirlər dini. İnsanları dindən lazımsız yerə soyudurlar. Dəccala xidmət elə olur. Sitatlar
Hz. Mehdi (ə.s)-ın müvəffəqiyyəti mövzusu ola bilməz. Bunu tamamilə Allah yaradır.   Allah, hz. Mehdi (ə.s)-ı vəsilə edir. Yəni hakimiyyət ayrı yaradılır, hz. Mehdi (ə.s) ayrı   yaradılır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur