logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 fevral 2016

avatar

Adnan Oktar

Bir insan nəfsini dəli kimi müdafiə edirsə, bu əqli xəstəlikdir. İnsan orada dayanmalıdır, Allaha sığınmalıdır. "Mən necə bu qədər anormal bir insan ola bilərəm?" deməlidir. Qarşı tərəfi ağıllı şəkildə dinləməlidir. Müsəlman, yaxşı işlər görməyi əmr edib, pis əməlləri qadağan etməyə meyillidir. Buna görə də ağlı çox gözəl inkişaf edər.
A9 TV; 7 fevral 2016
1167
avatar

Adnan Oktar

Qəlbində xəstəlik olan, qürur nümayiş etdirər, eqoistlik edər, təkəbbürlənər. Təkəbbürü qiymətli bir ibadət kimi görür. Halbuki şeytanın sözü ilə etdiyindən xəbərsizdir. Şeytani şəkildə fəaliyyət göstərdiyini görə bilmir.
A9 TV; 7 fevral 2016
avatar

Adnan Oktar

Şeytan qəlbində xəstəlik olanları xüsusi formada müəyyənləşdirib onlara hücum edər. İnsan Allahı unutduğu zaman bundan xəbərsiz olur, üzəri ion təbəqəsi kimi şeytanla örtülür. Artıq şeytan ondan əl çəkmir. Bədəninə yapışır.
A9 TV; 7 fevral 2016
avatar

Adnan Oktar

Münafiqlər dünyada təkəbbür göstərərlər. Qudurub azarlar, lakin axirətdə Allahın hüzurunda, haşa, bu cür çoxbilmişlik, intellektuallıq və hiyləgərlik etməyə gücləri qalmaz.
A9 TV; 7 fevral 2016
avatar

Adnan Oktar

Bəzən qəlbində xəstəlik olan müsəlmanlar da eynilə münafiq kimi davrana bilər. Münafiq deyil əslində, lakin qəlbində xəstəlik vardır; Allah ayədə: “Qəlbində xəstəlik vardır” deyə bildirir, eynilə münafiq kimi davranar. Yəni bir mərhələsindədirlər. Bəzən şəfa tapar, bəzən də münafiqlik uçurumuna düşər.
A9 TV; 7 fevral 2016
avatar

Adnan Oktar

Münafiqin ən mühüm silahı gizlilikdir. Xarakterinin və fəaliyyətləri bütün incəlikləri ilə birlikdə açılsa, ən mühüm silahı faydasız hala gələr.
A9 TV; 7 fevral 2016
avatar

Adnan Oktar

Əziyyət Peyğəmbərimiz (s.ə.v)-i gözəlləşdirirdi. Əziyyət hz. Yusif (ə.s)-ı dünyanın ən gözəl insanına döndərdi. Həyatı həmişə əzab içində keçdi. Ağlasığmaz dərəcədə gözəl idi. Musa (ə.s) ömrü boyu əzab və əziyyət çəkdi. Əla yaraşıqlı idi, qövmün ən yaraşıqlısıydı.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Münafiq ümumi mədəniyyətə çox əhəmiyyət verər, hər şeyi öyrənmək istəyər, dindən də nifrət edər. Onu təkcə din narahat edər, təkcə İslam narahat edər.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqləri öz aləmlərində Peyğəmbər (s.ə.v)-dən daha ağıllı olduqları iddia edirdilər. Özlərini guya daha ağıllı zənn etdikləri üçün, yekəxana danışırdılar. Münafiq çox nəzakətsiz və ədəbsiz olar.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Hədisdə: “Ümmətimdəki münafiqlərin əksəriyyətini təhsil alanlar təşkil edər" deyir. Bilikləri nəticəsində həmişə havalanar, ayrı olmaq istəyərlər. Münafiqlər öz aləmlərində “mən daha ağıllıyam, daha bilikliyəm” deyə təkəbbürlənərək müsəlmanlardan ayrılmaq istəyərlər.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Münafiqin qəlbində getmək arzusu hər gün olar. İmam Qəzali “Əhya” əsərində: "Məsciddəki münafiq qəfəsdəki quş kimidir. Qəfəsin qapısı açılan kimi, quş uçub qaçar" deyir.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Müsəlmanlar; “münafiq getsəydi rahatlayardıq” deyərlər, lakin biri daha gələr. İbadət üçün münafiq lazımdır, əhəmiyyətlidir. Sadəcə Quran vasitəsilə mübarizə aparmaq üsulunu yaxşı bilmək lazımdır.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Münafiq təhlükəsinə qarşı zəifləmək çox təhlükəli olar. Münafiqə qarşı ömür boyu ayıq-sayıq olunmalıdır. Çünki münafiq qatran kimidir, yapışar. Biri getsə digəri gələr müsəlmanların yanına. Münafiqsiz müsəlman cəmiyyəti olmaz.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Münafiq tək deyil. Müsəlmanlardan ayrıldığı vaxt, hazır bir münafiq cəmiyyətinin arasına doğru gedər. Həmişə özünü qoruyacaq və himayə edəcək dəstəsi olar. Lakin onlardan da nifrət edər, onlar da ondan nifrət edərlər.
A9 TV; 6 fevral 2016
avatar

Adnan Oktar

Sevgidə qürur olmaz. Çünki qürur olduqda sevgi bitər. Qürur və bağışlamamaq sevginin zəhəridir. İnsanlar bundan ötrü sevgini davam etdirə bilmirlər. Lakin bağışlamaq, qürura nəzarət etmək və onu əzə bilmək sevginin yolunu sonuna qədər açar.
A9 TV; 5 fevral 2016
avatar

Adnan Oktar

Dünyanın sonu gəldi, Allah gözəl bitməsini istəyir. Xristianlıq, yəhudilik və müsəlmanlığın bu cür şirk və pərişanlıq içində olarkən bitməsini istəmir. Hər üçünün də tövhid inancı ilə ehtişamlı şəkildə bitməsini istəyir. Hz. Mehdi (ə.s)-ın zühuru, hz. İsa Məsih (ə.s)-ın enişi və İslamın hakimiyyəti. Onsuz da ardınca sürətli pozulma baş verəcək.
A9 TV; 5 fevral 2016
avatar

Adnan Oktar

Ağıl Allahdan bir nurdur, insana Allah tərəfindən ilhamla verilir. Öz-özünə ağıl meydana gəlməz. Allah ağlı alsa bir anda donub qalarsan, bəsirətin qapanar, lal olub belə baxarsan.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) dövründəki bütün münafiqlərin xüsusiyyəti özlərini Peyğəmbər (s.ə.v)-dən üstün görmələri və ön plana çıxartmalarıdır. Münafiq qadınlarda və münafiq kişilərdə, hədəf həmişə ən qabaqda olmaq, ən böyük olmaqdır. Özlərini haşa Allah kimi görərlər.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbər (s.ə.v) və səhabələrə: "Döyüşməyi, mübarizə aparmağı bacarsaydıq sizinlə gələrdik" deyirlər. Münafiq bilərəkdən bacarıqsız kimi özünü göstərər. Həmçinin müsəlmanların da İslam üçün fəaliyyət göstərməsini istəməz. Onları da dayandırmağa çalışar.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

İslam aləminin məhv olmasının səbəbi münafiqlərdir. Münafiq dəhşətli gücdür. İnsanlar yanlış bilirlər, küfr əhlini əsas götürürlər. Kafirin gücü mində birdirsə, münafiqin gücü mində doqquz yüz doxsan doqquzdur. Əsas təhlükə münafiqdir.
A9 TV; 4 fevral 2016
avatar

Adnan Oktar

Dərin dünya dövləti Mövləviliyi İslama qarşı din kimi düşünür. Çox əhatəli hazırlıq görüblər, gizlicə bünövrədə bir din yaradılıb. İnsanları İslamdan ayıra bilməyəcəkləri üçün, İslamın yerinə keçəcək din kimi Mövləviliyi görürlər.
A9 TV; 4 fevral 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bir şeyin ziddi olmadıqda doğru olan necə ortaya çıxa bilər? Şeytan olmayacaq, nəfs olmayacaq və biz imtahan olacağıq? Gözəli və doğru olanı görəcəyik? Bu qeyri-mümkündür. Yüksək sevgini əldə etməyimiz qeyri-mümkündür, yüksək ağlı əldə etməyimiz qeyri-mümkündür. Uşaq dövrümüzdəki kimi qalarıq, təkmilləşmərik. Sitatlar
Mömin ağılla hərəkət edər. Kədərlənməsi gözlənilən bir hadisədə təvəkkül edər, Allaha güvənər, sevinc içində olar. Onsuz da təvəkkül, bu cür hadisələr qarşısında yanlış reaksiya göstərilməməsinə deyilir. Sitatlar
Ağıl Allahdan bir nurdur, insana Allah tərəfindən ilhamla verilir. Öz-özünə ağıl meydana gəlməz. Allah ağlı alsa bir anda donub qalarsan, bəsirətin qapanar, lal olub belə baxarsan. Sitatlar
Mömin nəsihətə açıq olmalıdır. Xətalı olması problem deyil, lakin söz dinləyən olmalıdır. Yəni həyasız, nəzakətsiz olmamalıdır, lovğalıq etməməlidir. Nəzakətiylə Quran ölçüsü çərçivəsində dinləyib: "etməyə səy göstərəcəyəm" deməlidir, edə bilməsə də. Sitatlar
Müsəlman səhv edə bilər, səhv etməkdən qorxmamaq lazımdır. Çox böyük səhv də edə bilər, müsəlman qardaşını xəbərdar edər, lakin xəbərdarlığa dəlicəsinə reaksiya vermək çox anormaldır. "Yaxşı düşünərəm" deyərsən, "Allah razı olsun etməyə çalışaram" deyərsən olub bitər. Həddindən artıq reaksiya vermək anormal hərəkətdir. Sitatlar
"Allahın rəhmətindən kafirlərdən başqası ümid kəsməz" deyir Allah. Bir insanın düzəlməsindən ümid kəsmək çox anormaldır. Nəsihət verib doğru yola gəlməsi üçün səy göstərmək lazımdır. Sitatlar
Münafiqə nəsihət kimi Allahdan bəhs et desən dəli olar, küfr əhlindən uzaq dur desən dəli olar. Şeytan seansı kimidir. Şeytan necə birdən birə dəli olur? O da bu cür dəli olar. Bunun üçün də, münafiqlə danışarkən çox diqqətli, çox təmkinli danışmaq lazımdır. Sitatlar
Münafiqlə danışarkən çox diqqətli olmaq lazımdır. Yaxşı işlər görməyi əmr edib pis işləri qadağan etdikdə münafiq havalanar, dəliyə dönər. Ruhu üsyana və şeytanlığa meyilli olduğu üçün, nəsihətdən çox narahat olar. Sitatlar
Münafiq nəsihətdən çox narahat olar, dəliyə dönər. Sitatlar
Şeytan insana cürbəcür təsir göstərər. Ən bərbad təsirlərindən biri də durğunluq verməsidir. Mömin bunu iradəsiylə, ağlıyla yox etməlidir. Sitatlar
Allah rizası üçün, İslama xidmət üçün, bir gün yuxusuz qal desən, yıxılıb özündən gedər. Lakin bu avtomobili sənə verəcəyik desən, üç gün yatmaz, oyaq qalar. Özü də ayaq üstə. Məhz insan xarakterinin kiçikliyini, səthiliyini, heyvanlara necə uyğun olduğunu buradan görürük. Sitatlar
Əgər nəfsi özbaşına buraxsan, birbaşa heyvan kimi baş bəlası olar. Yəni özünü ibtidai heyvan kimi göstərər. Sitatlar
İnsanı nəzarətsiz buraxsan, onsuz da bədəni heyvan kimidir; dərhal acar, yuxusu gələr, qorxar, eqoistləşər. Bu heyvani yönünü imanla tarazlamalısan. Heyvan olmasına icazə verməməlisən. Sitatlar
Quran çox sadə bir Kitabdır. Lakin fövqəladə bir ağıl Quranı büsbütün əhatə etmişdir Sitatlar
Şeytan, nəfs, davakar insanlar, qan tökənlər, döyüşçülər, oğrusu, uğursuzu, hamısı imtahanın bir parçasıdır. "Onlar olmasaydı" deyirlər. Onlar hər zaman olacaq. İmtahanın olduğu hər yerdə onlar olar. Sən ağıl və iradə işlədib onlara səbirlə qarşılıq verməli, onları məğlub etməlisən. Sitatlar
Bağışlayıcı olmaq Allahın çox bəyəndiyi xarakterdir. Çünki intiqam, ruha nəfsani zövq verər. Bağışlamaq çox çətindir. Yəni iradə tələb edir, ağıl tələb edir. Çünki insan bağışlamaqla məmnunluq hissinə çata bilməz. Lakin intiqam almaqla məmnun olar. Bunun üçün Allah bağışlamağı əsas götürür. Sitatlar
Allah Quranda insanın normal ağıla sahib olmasını təmin edəcək, çox gözəl sirlər vermişdir. Bir kərə insanın özünü Allaha həsr etməsi, bütün əxlaqsızlığı və anormallığı aradan qaldırır. Təvəkküllü olması özünə verdiyi əziyyəti aradan qaldırır. Səbirli olduğunda, hər kəslə dost olur. Vəfalı olduğunda, hər kəsin sevəcəyi şəxsiyyətə sahib olur. Özünü tənqid etdikdə ağlı başına gəlir. Başqası tənqid etdikdə isə, tamamilə ağıllı hərəkət edən, əməli və sözü bir-birini tutan bir insana çevrilir, sevilən bir insana çevrilir. Sitatlar
Bəzi insanlara diqqət yetirin, özünə tək bir söz belə dedirtməz. Hamısına tək-tək izah gətirər. Həqiqətən tənqid olunacaq şeyi qəbul etməz. Bu böyük ziyan verər və insanda çox ciddi psixoloji problem meydana gələr. Yaxşı baxın, görərsiniz. Lakin özlərini tənqid edənlər çox həlim olurlar. Nə etdiyini çox yaxşı bilən, eləcə də, sözü və əməli bir-birini tutan insan olurlar. Bunu da görə bilərsiniz. Bu Quranın bir möcüzəsidir. Sitatlar
Ağılla hərəkət edən və nə etdiyini bilən insan olmaq üçün, mütləq nəfsi tənqid etmək lazımdır. Hərdənbir olsa da, mütləq tənqid etmək lazımdır. İnsanların içində də tənqid etmək lazımdır. Bu zaman insan ağılla hərəkət edən və nə etdiyini bilən biri olar. Bu Quran möcüzəsidir. Gözlə görünən möcüzədir. Sitatlar
İnsan özünü tənqid etməsə, mükəmməl hesab etsə dəli kimi olar. Müsəlman mütləq özünü tənqid etməli və etdirməlidir. Əqli sağlamlığı baxımından bu lazımdır. Yoxsa əqli pozğunluq yaranar. Mühakimə qabiliyyəti yox olar. Bəsirəti, fərasəti bağlanar. Baxın ətrafınıza, görərsiniz. Qeyri-stabillik yaradar. İnsan ağılla hərəkət edən biri olmaz. Sitatlar
Kimin kimisə öz aləmində tərbiyə etmə haqqı yoxdur. Hər kəs öz mövqeyinə baxmalıdır. Müsəlman təkcə doğrunu və yanlışı söyləyər. Sitatlar
Gözəl öyüd qəlb qırmayan, təhqir etməyən, sarsıtmayan, narahat etməyən şəkildə olar. Sitatlar
Yerli idarə etmənin gücləndirilməsi, PKK-nın çörəyinə yağ çəkməkdir. Sən bələdiyyəyə böyük sərbəstlik versən nə olacaq? Bəzi bələdiyyələr PKK-nın qalasına çevrilər. Başqa bir işə yaramaz. Onsuz da onların istəyi də budur. Sitatlar
YPG kommunist, Stalinist, Allahsız və Kitabsız təşkilatdır. Kürd fərqlidir, kürd alicənabdır, Allahdan qorxar, Allahı sevər. Böyük əxlaqa sahib, nəcib insanlara Kürd deyilər. YPG, PKK-nın digər adıdır. Sitatlar
Biz Yaxın Şərqin müasir və keyfiyyətli millətiyik. Bizi məhv etməyə cəhd edən dünyanı yox etməyə cəhd etmiş olar. Bu da Allahın icazəsi ilə qeyri-mümkündür. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur