logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 19 iyun 2015

avatar

Adnan Oktar

Elm Allahın varlığını göstərmək üçün istifadə olunan bir üsuldur. Onsuz da elmin vəzifəsi budur. Allahın sənətini sübut edər, izah edər. Allah ayədə; "Allahdan ancaq alimlər içi titrəyərək qorxar" deyir. Bu kimsələr, qəti şəkildə iman edərək Allahdan qorxur.
A9 TV; 19 iyun 2015
937
avatar

Adnan Oktar

Dünya fırlanır, Dünya Günəşin ətrafında fırlanır, o Süd Yolu qalaktikasının içində dövr edir. Ucsuz-bucaqsız boşluqda. Elə bil, nəhəng bir təyyarədəyik. Nə pilotu, nə də nəzarət qülləsiylə əlaqəsi var. Milyonlarla göy cisminin içində heç bir yerə dəymədən hərəkət edir, özü də bizi heç silkələmədən. Bu çox inanılmaz bir şeydir.
A9 TV; 18 iyun 2015
avatar

Adnan Oktar

Sırf insan beynini düşünsən iman edərsən. Sırf hörümçəyin həyatına baxsan iman edərsən. Sırf arının həyatına baxsan iman edərsən. Tamamilə qeyd-şərtsiz iman edərsən.
A9 TV; 18 iyun 2015
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) son Rəsul, son Nəbidir. Hz. İsa (ə.s) Axırzamanda gəlir, amma bir din gətirmir. İslama tabe olur. Yəni ümmətin bir fərdi olaraq gəlir.
A9 TV; 18 iyun 2015
avatar

Adnan Oktar

Allah, güclənmiş bir imanı istəyir. Amma bu səmimi ruhla əldə edilir. Səmimi vicdana sahib olmadan bunu əldə etmək olmaz.
A9 TV; 18 iyun 2015
avatar

Adnan Oktar

Mələklərə iman, taleyə iman. Bunlar barədə ayrı-ayrılıqda düşünmək, təfəkkür edilib beyində tam iman kimi oturtmaq lazımdır. Yəni xalqın böyük hissəsində səthi məlumat şəklində bunlara qarşı inanc var. Lakin sarsılmaz məlumat olaraq, bu yalnız təqvalı müsəlmanlarda olur. Möhkəm məlumat halına gətirmək lazımdır.
A9 TV; 18 iyun 2015
avatar

Adnan Oktar

Allahı sevməyə qərar verən insanın baxışı açılır. Beynindəki məlumat axımı artır. Mühakimə qabiliyyətinə sahib olur.
A9 TV; 18 iyun 2015
avatar

Adnan Oktar

Allah axirətə və cənnətə iman etməyin, buna görə hazırlıq görməyin üstündə dayanır. Müsəlman da bu məsələ üzərində ciddi şəkildə dayanmalı və özünü bu istiqamətdə tərbiyə etməlidir. Yəni bunlara qeyri-dəqiq məlumatlarla deyil, qəti məlumatlarla iman etməlidir. Dünya həyatı və cənnət həyatı daim iç-içə olmalıdır.
A9 TV; 17 iyun 2015
avatar

Adnan Oktar

Əgər cənnət barədə səthi düşünülsə, insan beyni onu səthi qavrayar və ona səthi inanar. Amma diqqətlə düşünüb qəti şəkildə iman edərsə, bunu etməsi üçün Allahdan özünə lazımi məlumatları verməsini israrla tələb edərsə, cənnət və axirət həyatını aydın şəkildə qavrayar.
A9 TV; 17 iyun 2015
avatar

Adnan Oktar

İnsanlar Allaha tam təslim olmurlar. Mənfəətləriylə zidd düşəcəyi vaxt, dini tərk edəcək çox böyük bir insan kütləsi olduğunu görürəm. Mehdi (ə.s) isə, bütün mənfəətləriylə zidd düşsə belə, daim Allahın razılığını istəyən bir insandır. Çünki həyatın bütün yönlərindən əl çəkdiyi hədislərdən aydın olur.
A9 TV; 17 iyun 2015
avatar

Adnan Oktar

Müsəlman gün ərzində cənnət üçün ciddi hazırlıq görməlidir, bütün fikrini cənnətə yönəltməlidir. Cəhənnəm qorxusu olacaq, amma özünü ciddi şəkildə axirətə hazırlamalıdır. Cəhənnəmə hazırlamamalıdır. Müsəlman özünü cənnətə hazırlayar.
A9 TV; 17 iyun 2015
avatar

Adnan Oktar

Müasir, aydın, sevgi dolu, sevgini əsas götürən bir İslam anlayışı dünyaya hakim olacaq. Bundan savayı boş-boşuna çalışmasınlar. Müasir İslam anlayışından başqa hər hansı bir şey olması qeyri-mümkündür.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Ənənəvi bataqlığa düşmək dibsiz quyuya düşmək kimidir, insan getdikcə çirklənər. Qatı dinçilik fasiləsiz surətdə qat-qat artan bir bəladır. Adam; "mən qatı dinçiyəm" deyir. Başqası da; "mən daha çox qatı dinçiyəm" deyir. Yarış halında ağlasığmaz bir çirkabın içinə girərlər.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

İslam olduqca müasir, şən, sağlam, elmə, incəsənətə, gözəlliyə və estetikaya açıq olaraq yer üzündə zühur edəcək. Cənnət kimi zühur edəcək. İslam, murdar, qaranlıq, əzablar çəkdirən, asan, kəsən, estetikadan uzaq, leş kimi qoxuyan insanların yaşadığı bir mühit şəklində təzahür etməz. Allah İslama belə pislik etdirməz, müsəlmanlara da etdirməz.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

İnsan fitrətinə uyğun olmayan bir İslam anlayışını dünya əsla qəbul etməz. Ən başda Allah qəbul etməz. Hər dəfə zorla belə üfunətli, çürümüş, cəhənnəmi xatırladan, çirkli, pis din anlayışını gətirməyə çalışdıqlarında Allah onları zəlil edər, rəzil edər, yerlərdə sürüyər, məhv edər, açıq şəkildə deyirəm. Bunu unutmalıdırlar.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Musiqi olsun, rəsm olsun, heykəl olsun, estetika olsun, gənc qızlar çox baxımlı gəzsin, gənc oğlanlar bu cür yaraşıqlı, nümunəvi halda gəzsinlər. Hər yer sənət qalereyası kimi olsun. Bu təqdirdə dünya müsəlmanlara heyran olar.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Ən əhəmiyyətli şey keyfiyyət və estetikadır. Həyata rəng qatan, gözəllik qatan şey budur.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Təkidlə deyirəm; Misirdə müasir İslam anlayışını müdafiə etsələr bütün Avropa, Amerika, hər kəs dəstək verər. İnanılmaz bir güc olaraq bütün dünya da sevər. Namazını qılacaqsan, orucunu tutacaqsan, zəkatını verəcəksən, həccə gedəcəksən, sadəcə müasir olacaqsan. Onun üçün müqavimət göstərirlər.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Hökmən bütlə mübarizə aparmaq lazım deyil. İnsan yeri gəlsə bütün tərəfini tuturmuş kimi görünüb imanını qoruya bilər. Yəni təhlükəlidirsə, büt onu zərər verəcək, öldürəcəksə, dinini yaşamasına mane olacaqsa, zərər verəcəksə özünü bütün tərəfini tuturmuş kimi göstərə bilər. Bu ayədə də var, insan bundan ötrü məsuliyyət daşımaz.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

İman sayəsində Allahın olduğu hər yer - olmadığı heç bir yer yoxdur - cənnət olar. Allaha inanmırsansa, hara gedirsən get ora sənin üçün cəhənnəm olar.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

İslamı müşrik, bütpərəst bir sistemə çevirdikləri üçün, Allah da yola gətirmək, islah etmək üçün bəla, fəlakət, aclıq, müharibələr, terror yaratmaq üsullarından istifadə edir. Allah imtina etsinlər deyə inanılmaz dəhşət meydana gətirir. O zaman daha çox bütünə sarılır. “Qurtuluş bütə sarılmaqdadır” deyir. Bütünə sarıldığın üçün bu hala düşürsən.
A9 TV; 16 iyun 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İnsanları böyük səy göstərməklə elmə, müasir fizikaya təşviq etməliyik. Elm Quran kimi, Allahın ayələrinin güclü şəkildə təcəlli etdiyi bir şeydir. Sitatlar
Ağlamaq müşriklərin ümumi xüsusiyyətidir. Özlərini ağlayan, zırıldayan belə həssas, mərhəmətli, kədərlənən insanlar kimi göstərirlər və beləliklə, yolları da açılar. Halbuki insan Allah qorxusundan, Allah sevgisindən ötrü ağlayar; amma bunlar müşrik ruhuyla, göstəriş üçün, oyun və taktikaları üçün ağlayarlar. Sitatlar
Allah qorxusu sevginin təməlini meydana gətirir. Allah qorxusundan ötrü səbir edirsən, şəfqətli, kömək sevər və əliaçıq olursan. Bunlar sevginin təməlini meydana gətirir. Sitatlar
Bütün Quran ayələrinə baxın, hamısına sevgi hakimdir. Quran sevgiyə zəmin hazırlayır. Quran, Allah qorxusuyla, Allah sevgisiylə, cəhənnəm qorxusu ilə sevgini çox sağlam təməl üzərinə oturdur. Sitatlar
"Rəhman və Rəhim", sevgidir bu. Bütün Quran ayələrinin məqsədi sevgidir. Allah qorxusunun məqsədi sevgidir. Allahdan qorxan, sevgiyə zəmin hazırlamış olur. Allahdan qorxan asanlıqla sevə və sevilə bilir. Allahdan qorxmayan, nə asanlıqla sevə, nə də asanlıqla sevilə bilir. Sitatlar
İslam dərin imandır, Allahı çox sevməkdir. Allahı sevdirə bilirsənmi? Yox. Bəs özün sevirsənmi? Heç sevənə bənzəmirsən. Allahdan qorxmaq və Allahı çox sevmək, bu təmin edilməlidir. Bunu təmin etdikdən sonra dinin aydın olmayacaq bir tərəfi yoxdur. Çox bilmiş kimi, böyük-böyük danışmağa ehtiyac yoxdur. Sitatlar
Azadlıq olsun, demokratiya olsun. Bunun üçün hər kəs mümkün qədər mübarizə aparsın. Çünki azad mühitdə ağıl, incəsənət və elm inkişaf edər. Dövlət təzyiqi olduqda ağıl kütləşər. İnsanın müəllif gücü olmaz. İncəsənət xadimi çıxmaz, elm adamı çıxmaz. Sənaye də kütləşər, insanlar işləmək şövqlərini itirərlər. Sitatlar
Mükəmməl sevgi üçün, mükəmməl əxlaq lazımdır. Mükəmməl əxlaq üçün, mükəmməl Allah qorxusu lazımdır. Hamısı sevgi ilə əlaqəlidir və məqsədi sevgidir. Sitatlar
Dindən uzaq olduqda, İslamdan uzaq olduqda, Allahdan qorxmadıqda, Allahı   sevmədikdə həyat kabus olur. Allahdan tək sözlə belə bəhs etmirlər. Bir dəfə "Allah" de.   Dilin mi qopar, bir "Allah" de, bir şey olmaz. Demirlər. İnanılmaz bir narahatlıq,   inanılmaz bir gərginlik var. Qətiyyən sevgi yoxdur. Sevgi deyə bir şey yoxdur, bitmişdir   sevgi. Hörmət də yoxdur, hörmət də qalmamışdır. Sitatlar
Sevgini istədikdə əvvəlcə Allah sevgisi hədəf alınmalıdır. Allah sevgisi, Allah qorxusu   yoxdursa, sevgi də yoxdur. Sitatlar
Biz Avropalı, ziyalı, sevgi dolu olsaq, qadınlara dəyər versək, onların azad olduğu açıqca görülsə, incəsənətə, elmə, estetikaya çox əhəmiyyət versək, dünyanın ən keyfiyyətli ölkəsi olarıq. Hər kəs bizə heyran qalar. Bu olmasa qovrulub yox olarıq. Sitatlar
Tarix təkrarlanmır. Sistem həmişə irəliyə doğru gedər və yeniliklər gətirər, hər dövrdə dəyişər. Sən romantik bir tarix anlayışı ilə eyni şeyləri etməyə cəhd etdiyin zaman əzilərsən, məğlub olarsan. Dövrümüz elm, ağıl, sevgi, iman dövrüdür. Sevgiylə, imanla qalibiyyət gələr. Başqa şeylə nəticə ala bilməzsən. Sitatlar
Elm inkişaf etdikcə Allahın yaratma sənətinin möcüzələri ortaya çıxdı. Mövcud olan hər şey çox səthi bilinirdi, ancaq kənardan görünən qədəri bilinirdi. İç aləminə daxili olduğun zaman böyük bir dünya ilə qarşılaşdıq. Görülənin bir milyon misli, iki milyon misli möcüzə ilə qarşılaşdıq. Sitatlar
İslam aləmi birləşəcək, lakin bəzilərinin düşündüyü tərzdə; asan-kəsən sevgisiz İslam anlayışı əsla hakim olmayacaq. Bundan sonra incəsənətin, gözəlliyin, elmin, müasirliyin, keyfiyyətin hakim olduğu İslam anlayışı formalaşacaq və güclənəcək. Mövhumatçılıq güclənə bilməz. Sitatlar
Elm, Allahın incəsənətini görmək üçün olduqca əhəmiyyətlidir. İnsan elmlə Allahın sənətinin çox mühüm təfərrüatlarını öyrənir. Sitatlar
Şeytan müsəlmanların əlindən musiqini, incəsənəti, elmi, gözəlliyi almışdı. Quranda halal olan bütün bu gözəllikləri yenidən müsəlmanlara qazandırdıq. Sitatlar
Şeyx Mahmud müəllimimiz Osmanlıdan qalan ən son və ən böyük alimlərdən biridir. Mahmud bəyin qayğısına qalınmalıdır. Sitatlar
İngiltərə dərin dövlətinin bir çox İslam ölkəsində “alim” görünüşlü tərəfdaşları var. Bunlar müsəlmanların əleyhinə fəaliyyət göstərir. Sitatlar
Qarşıdakı illərdə İslam Birliyi birdən parlayacaq, gündəmdə olacaq. Hər kəs İslam Birliyini müdafiə etməyə başlayacaq. O zaman daha əvvəl müdafiə etməyən, alim görünən, özünü alim kimi tanıdan kəslər çox xəcalət çəkib utanacaqlar. Sitatlar
Həqiqi vəli, alim, müsəlman alim olduğunu söyləməz, cahil olduğunu söyləyər. ALİM OLDUĞUNU SÖYLƏYƏN, CAHİL OLDUĞUNU SÖYLƏYƏR. CAHİL OLDUĞUNU SÖYLƏYƏN DƏ ALİM OLDUĞUNU SÖYLƏYƏR. Sitatlar
Elmin sahibi Allahdır. Həqiqi müsəlman, alim olduğunu söyləməz. Sitatlar
Dinin, imanın, vətənin, millətin ali mənfəətləri vardır. Biz İslamın, Quranın ali mənfəətlərinə görə hərəkət edərik. Sitatlar
Mən dini təhsil almamışam, hoca deyiləm, alim deyiləm. Sadəcə səmimi insanam, səmimi düşüncələrimi izah edirəm. Sitatlar
Bütün bilgi Allaha məxsusdur. Alim olan Allahdır, insan cahildir. Sitatlar
Dünya fırlanır, Dünya Günəşin ətrafında fırlanır, o Süd Yolu qalaktikasının içində dövr edir. Ucsuz-bucaqsız boşluqda. Elə bil, nəhəng bir təyyarədəyik. Nə pilotu, nə də nəzarət qülləsiylə əlaqəsi var. Milyonlarla göy cisminin içində heç bir yerə dəymədən hərəkət edir, özü də bizi heç silkələmədən. Bu çox inanılmaz bir şeydir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur