logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 19 dekabr 2015

avatar

Adnan Oktar

Əyləncə, İslam, Quran, yemək-içmək, hər şey; həyat tək halda bütövdür. İslamdan ayrı həyat yoxdur. Yəni; "bir hissəsi İslami, bir hissəsi də qeyri-islami" olmaz. Hər nəfəsində İslam var; əylənərkən, gülərkən, yatarkən, uzanarkən, qalxarkən; ağlına gələn hər yerdə İslam var. İslamın olmadığı bir yer qəflət deməkdir, pərişanlıq deməkdir.
A9 TV; 19 dekabr 2015
2061
avatar

Adnan Oktar

Biz olduqca müasir ölkə olsaq, çox ziyalı ölkə olsaq, qadın haqlarında ən qabaqcıl səviyyəyə gəlsək, elmdə, incəsənətdə, estetikada, keyfiyyətdə önə çıxanlardan biri olsaq dünyanın ən güclü ölkəsi olarıq. Lakin başqa cür olsa; Yaxın Şərq səviyyəsində qalan bir ölkə olacağıq, gələn vurar, gedən vurar, məhv olarıq Allah qorusun.
A9 TV; 18 dekabr 2015
avatar

Adnan Oktar

İman zəifliyi olduqda insan duyğusuz olar. İslamı yaymaq həyəcanı olmaz. Allahdan qorxma gücü olmaz. Öz mənfəətinin, öz problemlərinin ardınca qaçar. Bu böyük fəlakətdir.
A9 TV; 18 dekabr 2015
avatar

Adnan Oktar

İnsanların imanı zəif olduqda, onları, Mərakeşdə, Tunisdə, Əlcəzairdə, Liviyada müsəlmanların öldürülməsi, əzilməsi, darvinist təhsil verilməsi maraqlandırmır. Təkcə instinktlərlə hərəkət edirlər. Harada toy var, ona baxırlar. Harada əyləncə var, harada kef çəkə bilərlər, yəni macəra ardınca qaçırlar. İman zəifliyinin ən böyük fəlakəti bu laqeydlikdir.
A9 TV; 18 dekabr 2015
avatar

Adnan Oktar

İngilislər Osmanlı imperiyasını dağıtmaq üçün, darvinizmi ortaya çıxardılar və ağlasığmaz zərbə vurdular. Bütün dünyanı fəlakətə sürüklədilər, parça-parça etdilər, məhv oldu dünya. Həm I, həm də II Dünya müharibəsi baş verdi. İki müharibənin də təməlində darvinizm var. Çünki həm marksist, həm də faşist düşüncələr darvinizm mənşəli fəlsəfələrdir.
A9 TV; 18 dekabr 2015
avatar

Adnan Oktar

PKK-nın inkişaf etmə səbəbi darvinizmdir, türk əsgərinin və türk polisinin şəhid edilməsinin ən təməlində yenə darvinizm var. Bütün xəstəliyin kökü budur.
A9 TV; 18 dekabr 2015
avatar

Adnan Oktar

Qəbir əzabı deyilən nəsə yoxdur. Öldükdə başqa bir aləmə daxil olarsan. Öldüyün anda, sənə mömin olduğun dərhal hiss etdirilər, dərhal anlayarsan. Yaşayacağın o hüzurdan, rahatlıqdan dərhal anlayarsan. Bir də Allah Öz bəndəsinə zülm etməz, belə şey yoxdur. Haşa, Allah belə ədalətsiz zülm anlayışına sahib deyil. Sonsuz ağıl və sonsuz mərhəmət sahibidir.
A9 TV; 17 dekabr 2015
avatar

Adnan Oktar

Türkiyəyə, türklərə qurulan tələ, Türkiyənin çox müasir, çox keyfiyyətli, qadın hüquqlarına əhəmiyyət verən, incəsənətə, elmə dəyər verən quruluşu ilə pozula bilər. Bunun xaricində, bu tələ mükəmməl işləyir kimi görünür; Türkiyə mövhumatçılığın qaranlığına doğru çəkilir.
A9 TV; 15 dekabr 2015
avatar

Adnan Oktar

Mövhumatçılıqda evlər keyfiyyətsiz olar, avtomobillər keyfiyyətsiz olar, küçələr keyfiyyətsiz olar. Hər yerdə ağlasığmaz geriləmə olar. Geyimin keyfiyyəti azalar, rəsm əsərlərinin keyfiyyəti azalar, yeməklərin keyfiyyəti azalar, hər şey korlanar. Mövhumatçılıq korlanmanı, keyfiyyətsizliyi müdafiə edir. Bu böyük təhlükədir. Buna qarşı çox diqqətli olmaq lazımdır.
A9 TV; 14 dekabr 2015
avatar

Adnan Oktar

Biz səmimi davranmaqla mükəlləfik. Allah səmimi olanlara cəhənnəm içində cənnət yaradar. Müsəlmanlara heç gözləmədikləri yerdən ruzi bəxş edər. Bunların hamısı gizli bir Quran möcüzəsidir. İman əhli bunu anlayar, Allahın gizli işarələrini görər, lakin qəflət əhli bunları görməz.
A9 TV; 13 dekabr 2015
avatar

Adnan Oktar

Allah Öz yolunda olanlara bərəkət verər, bolluq verər, eləcə də, gördüyünüz kimi, pis niyyətli olanlara da bəla və dərd verir. Allah xeyir yolunda olanların önünü açar. Bu bir möcüzədir. Allah Öz yolunda irəliləmək istəyənlərə yolları xeyli asanlaşdırar.
A9 TV; 13 dekabr 2015
avatar

Adnan Oktar

Quran oxunduqda insan tam olaraq ağıllı olur. Ağıl kitabıdır Quran. Beyində ağılın yaranmasına səbəb olan nurdur. Normalda beyində ağıl yaranmır. Təkcə zəka yaranır. Quranla beyin əlaqəyə keçdikdə ağıl yaranır. Ağılın bundan başqa yolla yaranması qeyri-mümkündür. Təkcə zəka artar.
A9 TV; 13 dekabr 2015
avatar

Adnan Oktar

Peyğəmbər (s.ə.v) heyrətamiz dərəcədə dürüst və alicənabdır. Bütün ömrü boyu belə olmuşdur. Bu peyğəmbərliyinin əsas dəlillərindən biridir. Hər şey ağıllı, hər şey yerindədir. İnsanın səbir edə bilməyəcəyi hadisələr qarşısında heyrətamiz dərəcədə səbir göstərir. Heyrətamiz bağışlama gücü var. Heyrətamiz nəzakət və alicənablığı var.
A9 TV; 13 dekabr 2015
avatar

Adnan Oktar

Yalan adi bir hadisə deyil. Murdardır, insanın üzünü qaraldar, ağlını alar, çirkinləşdirər.
A9 TV; 13 dekabr 2015
avatar

Adnan Oktar

Yalan danışmaq dəliliyin bir növüdür və insanların diqqətini çəkmək üçün, insanları əyləndirmək üçün, cahil təbəqədə xüsusilə mədəniyyətsiz təbəqədə çox geniş yayılmışdır. Bu dəlilik növü olduğu və insanı alçaltdığı üçün, heç bir insan buna yaxın durmamalıdır. İnsanların diqqətini çəkəcəyəm, yaxud çoxbilmişlik edəcəyəm, böyüklüyünü göstərəcəyəm deyə yalan danışmaq alçaqlıqdır.
A9 TV; 13 dekabr 2015
avatar

Adnan Oktar

Allah Quranda insanın normal ağıla sahib olmasını təmin edəcək, çox gözəl sirlər vermişdir. Bir kərə insanın özünü Allaha həsr etməsi, bütün əxlaqsızlığı və anormallığı aradan qaldırır. Təvəkküllü olması özünə verdiyi əziyyəti aradan qaldırır. Səbirli olduğunda, hər kəslə dost olur. Vəfalı olduğunda, hər kəsin sevəcəyi şəxsiyyətə sahib olur. Özünü tənqid etdikdə ağlı başına gəlir. Başqası tənqid etdikdə isə, tamamilə ağıllı hərəkət edən, əməli və sözü bir-birini tutan bir insana çevrilir, sevilən bir insana çevrilir.
A9 TV; 11 dekabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ı sevəni Allah sevər. Mehdiyyətə bağlananı Allah xoşbəxt edər. Mehdiyyətdə bərəkət var.
A9 TV; 10 dekabr 2015
avatar

Adnan Oktar

Bir insan çox eqoistdirsə, özündən çox razıdırsa, təkəbbürlüdürsə, onu eqoistlik bürüyür. Tamamilə eqoistlik bürüyür. Bədəni xəstələnir. Yəni ruh xəstəsi kimi olur. Fironda, Nəmrudda olan budur. Ağlını itirir. Təbiidir ki, belə olduqda bədəninə şeytan yerləşir. Artıq normal hərəkətlər edə bilmir. Ağılla hərəkət edə bilmir.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

PKK-ya qarşı sakit və mülayim bir siyasət tətbiq edilməməlidir. Hüquq çərçivəsində, çılğın bir siyasət tətbiq edilməməlidir. Çünki şəhid əzizdir. Hər gün şəhid verilməsi bizə meydan oxunulmasıdır.
A9 TV; 8 dekabr 2015
avatar

Adnan Oktar

Kafir və münafiqlərdə sürü psixologiyası vardır. Heyvanlarda olduğu kimi. Ortaq hərəkət edərlər. Məsələn, şimal maralları, bizon sürüləri necə sürü halında hərəkət edirlərsə, küfür əhli də bu cür sürü halında hərəkət edərlər. Bir yerdən bir təhlükə gəldikdə, bizon sürüləri sürü halında ona hücum etməyə başlayır. Küfr əhli də belədir, toplu halda hərəkət etmə xüsusiyyəti vardır.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Bəzən mömin münafiqə çox bənzəyər, lakin münafiq olmaz, müvəqqəti xəstəliyə tutulmuş olar. Onu bu xəstəlikdən xilas etdikdə, o normal müsəlman olaraq davam edər. Lakin bu müalicə münafiqə tətbiq edildikdə (burada çox böyük təhlükə var) eynilə o da xilas olmuş kimi görünər, lakin gizlində münafiqliyə davam edər.
A9 TV; 7 dekabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bəzi insanlar Allahı qəzəbləndirən şeyin əyləncə olduğunu zənn edirlər. Halbuki, sevilməməsi Allahı çox qəzəbləndirər. Yəni unudulması, Özünə şükür edilməməsi və sevilməməsi. Sitatlar
İngiltərə dərin dövləti İslamın yerinə Mövləviliyi qoymağa çalışır. Müsəlmanlar bu oyuna qarşı çox diqqətli olmalıdır. Sitatlar
İslamda yəhudilərə nifrət yoxdur, xristianlara nifrət yoxdur. Onlar Quranda Kitab əhli kimi qorunurlar. Sinaqoqlarına və kilsələrinə də düşmənçilik göstərə bilməzsən. Allah Quranda xristian və yəhudi qadınlarla evlənə bilərsiniz deyir. Peyğəmbərimiz (s.ə.v)-in yəhudi və xristian həyat yoldaşları vardı. Sitatlar
Musiqi də, rəqs də olmalıdır. Əyləncə olmalıdır. Dinə süni şəkildə haramlar daxil etməyin, əlavə qadağalar çıxartmayın. Bu zaman İslam bütün dünyaya hakim olacaq. Sitatlar
Əbəs yerə İslamı bu qədər qorxunc vəziyyətə salırlar. Nə qədər qorxunc şey varsa, İslamda toplayıblar. Belə şeylər yoxdur. İslam bahar şənliyi kimidir. Sitatlar
Qadının şeytani varlıq olduğu, ona gözəl paltar verilməməli olduğu, çölə çıxmasının qadağan olduğu kimi hökmlər mövhumatçılıqda var, İslamda yoxdur. Sitatlar
Din yanlış izah edilir. Çox qorxunc və içindən çıxılmaz bir sistem kimi izah edilir. Allaha şükür, biz İslamın işıqlı üzü olaraq şeytanın oyununu pozduq. Yoxsa İslamafobiya bütün müsəlmanları məhv edəcək bir sistemdir. Sitatlar
Biz bütün dünya üçün İslamın işıqlı üzüyük. Müsəlmanlığı qorxunc, içinə qapalı, sevgisiz, qadınlara məsafə qoyan, həyatı dəhşətə çevirmiş bir sistem kimi tanıyanlar bizim yaşadığımız İslamı gördükcə səhabə İslamına olan heyranlıqları artır və İslamın bir qurtuluş olduğunu da görürlər. Əks halda əzab çəkirdilər. Sitatlar
Zorla niyə çətinlik istəyirsən? İslamda musiqi var, şəkil də var. Əylənərsən, gülərsən, oynayarsan, namazını da qılarsan, gəzərsən, üzərsən. Həyatı öldürərək müsəlmanlıq olarmı? Bütün halalları haram edirsən. Allah sənə onları nemət kimi vermişdir, sən Allahın o nemətlərini yox edərək, Allahın dininə qarşı mübarizə aparmış olursan. Sitatlar
İslamda cəmiyyət bayram ab-havasındadır, görünməmiş coşğu var. Hər kəs istənilən adamın evinə gecələməyə gedir, yeməyə gedir, o buna gedir, bu ona gedir. Məsələn, biri ev tikəcək, hamı birdən gəlir, evi birlikdə tikirlər. Orada yemək hazırlanır, hamısı birlikdə yeyir yeməkləri. Tam qardaşcasına yaşayırlar. Sitatlar
Musiqi halaldır, şəkil halaldır, əyləncə halaldır, heykəl halaldır. Yəni halalların həddi-hüdudu yoxdur. Haramlar Quranda müxtəsər, qısa şəkildə ifadə edilmişdir. Haramlar çox azdır. Allah: "Bunlardan savayı yerdə qalanları sizə halal etdim'' deyir. Sən haradan öz-özünə haramlar çıxarırsan? Sitatlar
Allah sevgisi insanda ətalətə icazə verməz. Müsəlman qafil olmaz. Hər zaman çevik, canlı və diqqəti açıqdır. Qafil olsa bəla hər tərəfdən bürüyər insanı. Allah qorusun. Sitatlar
Musiqi də olmalıdır, əylənməlisən də, gülməlisən də. Əks təqdirdə fitrətin pozular, tarazlığın pozular. Allah qorusun xəstə olarsan, fitrətini pozma. Şən ol, sevincli ol, əylən, gül, oyna. Allah səni elə yaratmışdır. İçinə qapanırsan, xəstə olarsan, sağlığın gedər, düşünmə gücün itər. İslamı da yaşaya bilməzsən. Sitatlar
Nə səbir edir, nə də əziyyətə razı olur, birbaşa nemət istəyir. Olmaz belə bir şey. Belə olsa nə cənnətə, nə də Allahın rizasına qovuşa bilərsən. Bura imtahan yeridir, əyləncə yeri deyildir ki. Allah; "əgər Biz əyləncə etmək istəsəydik əlasını edərdik" deyir. "Şənimizə layiq olanı edərik" deyir. Əyləncə yeri cənnətdir. Burada belə bir şey yoxdur. Sitatlar
Allah "Dünya oyun və əyləncə yeri deyildir" deyir. "Oyun və əyləncə yeri cənnətdir.   Dünya imtahan yeridir" deyir. Bunun üçün Allah: “Başınızı dünya həyatı ilə məşğul   etsəniz, burada ilişib qalarsınız” deyir. Amma axirəti, Mənim rizamı qazanmağı   qarşınıza məqsəd qoysanız, sizi əbədiyyən xoşbəxt edərəm, əylənərsiniz, gülərsiniz   deyir. Bunu deyim ki, başını dünya həyatıyla məşğul edən kimsə, ancaq sürünər. Ancaq   çırpınar. Başqa bir şey olmaz. Sitatlar
Dünyanın zövq alınacaq bir tərəfi yoxdur. Çünki zövq alınacaq yer cənnətdir. Niyə insan   burada yarımçıq əylənsin? Belində bir ton odun ola-ola; "gəlin əylənək" deyir. Həmin bu   bir ton odun Cənnətdə belindən enəcək. Ondan sonra əylənirsən. Burada əziyyət baş   alıb gedir. Sitatlar
Sən Qurana tabe olursansa, musiqiyə haram deyə bilməzsən, şəklə, heykələ, gülməyə,   əylənməyə haram deyə bilməzsən, amma qatı dinçi ənənəvi sistem içindəsənsə musiqi   haramdır, şəkil haramdır, heykəl haramdır. Sitatlar
İnsan ağlı qəflətə çox meyillidir. Tək bir saç telində o insanın eynisi var, o insana dair bütün məlumatlar var. Lakin qəflətlə baxan düşünə bilmir. Sitatlar
Atomda, molekulda, xromosomda görünən ağıl insanın ağlından qat-qat üstündür. İnsanların bunu düşünməməyi şeytani qəflət ucbatından olur. Sitatlar
Bəzi insanlar dolanışıq dərdinə qaldıq deyirlər, zülm altında əzilən müsəlmanları unudub qəflətə qapılırlar. Bu böyük vicdansızlıqdır. Dolanışıq dərdinə qalıb qəflətə qapılanlar ölümlə birlikdə hər şeyi geridə qoyacaqlarını unudur, sanki qəflət yarışına girirlər. Sitatlar
Bir insanın görmə, eşitmə, toxunmadaki sistemi bildiyi halda, Allahı heç zikr etməməsi əsla başa düşülən hal deyil. Çox böyük qəflətdir. Sitatlar
Kainatın uca Memarı, uca Yaradanı Allah Özünü pərdələmişdir. Sevənə pərdəni açır, qəflət gözüylə baxana pərdəsini bağlayır, o zaman onlar görə bilmirlər. Axırzaman şəxsi (Mehdi) üçün də elədir; sevənə pərdəsini qaldırır, Özünü sevməyənə o adamı da göstərmir. Sitatlar
Əslində insanlar cənnətdəki sistemi burada görürlər, amma bunu bəzən başa düşmürlər. Biz buna artıq qəflət deyirik. Qəflət pərdəsi gözlərini örtdüyü üçün insanlar Allahı görə bilmirlər. Sitatlar
Bütün süni mehdilik hərəkatları yox olar. Çünki bu, mehdiyyətlə lağ etmək deməkdir. Allah başına keçirər. Hər süni Mehdi namizədi məğlubiyyətlə nəticə qazanar. Sitatlar
Biz olduqca müasir ölkə olsaq, çox ziyalı ölkə olsaq, qadın haqlarında ən qabaqcıl səviyyəyə gəlsək, elmdə, incəsənətdə, estetikada, keyfiyyətdə önə çıxanlardan biri olsaq dünyanın ən güclü ölkəsi olarıq. Lakin başqa cür olsa; Yaxın Şərq səviyyəsində qalan bir ölkə olacağıq, gələn vurar, gedən vurar, məhv olarıq Allah qorusun. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur