logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 18 mart 2018

avatar

Adnan Oktar

Münafiqlər ölü, xüsusi olaraq yaradılmış, başı boş varlıqlardır. Tamamilə həyatın həqiqətlərinə kilidlənmiş, guya Quranın hökmlərini dəyişdirərək bütün ömürlərini müsəlmanlarla mübarizəyə həsr edirlər. Belə bir axmaqlıq ola bilməz. Böyük küfr, dəccaliyyət varkən bütün ömrünü bir ovuc müsəlmanla məşğul olmağa həsr etmələri möcüzədir. Münafiqlərin bu mübarizəsinin müsəlmanların hər vəziyyətdə lehinə olması və müsəlmanların çox əylənməsinə səbəb olmaları da ayrı möcüzədir.
A9 TV; 18 mart 2018
909
avatar

Adnan Oktar

Bizim ordumuz dəliqanlıdır. Afrini alan igidlərimizin hamısı qoçudur maşaAllah. Qoçular elə güc nümayiş etdi ki, böyük güclərə şan-şöhrət olmuşdur. Türkiyəni digər ölkələr kimi sandılar. İstədiyimiz kimi qarışdırarıq deyə plan qurdular. Gördülər ki, əsgərimizin də, millətimizin də ürəyi manqal kimidir. Ordumuz çox qabiliyyətlidir maşaAllah. Sanki cərrah dəqiqliyi ilə hərəkət etdilər, vətəndaş itkisi mövzusunda çox həssas davrandılar.
A9 TV; 18 mart 2018
avatar

Adnan Oktar

Qiymətli dövlət böyüyümüz, hörmətli böyük qardaşım Həsən Cəlal Gözəl bəyə Allahdan qəni-qəni rəhmət diləyirik. Məkanı cənnət olsun, Peyğəmbərimiz (s.ə.v) ilə cənnət süfrələrində əyləşsin. Sevdiklərinin, dostlarının və ailəsinin başı sağ olsun.
A9 TV; 18 mart 2018
avatar

Adnan Oktar

Türk Silahlı Qüvvətlərimizin Afrin zəfəri mübarək olsun. Allah qəhrəman ordumuzu qiyamətə qədər müzəffər etsin. Şəhidlərimizi rəhmət, sevgi və hörmətlə xatırlayaq.
A9 TV; 18 mart 2018
avatar

Adnan Oktar

Münafiqlərin möminlərə təmin etdikləri ən böyük faydalardan biri də kanalizasiya təmizləyən maşın kimi harada çürümüş, qəribə, murdar məxluq, töküntü, kir, pas varsa yığıb aparmalarıdır. Münafiqlər, müsəlmanların kanalizasiya təmizləyən maşını kimi çalışır, peyin böcəyi kimi pislikləri yığıb yanlarına alırlar. Bu da möminlər üçün böyük fərahlama və gözəllik olur.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Gözəl əxlaqdan güzəştə gedən insan, Allah əsirgəsin, məhv olar. Gözəl əxlaqdan güzəştə getdiyi anda, həmin an insanda çöküntü başlayır. Gözlənilmədən bir anda güzəştə getsə belə dərhal Allaha sığınıb düzəltməsi lazımdır.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Ələvilərin əleyhinə danışanlar sevgisiz, ağılsız insanlardır. Belə insanları ciddiyə almamaq lazımdır. Ələvilik sevgi, dostluq, qardaşlıq, aydınlıq, müasirlik, nəzihlik deməkdir. Ələvilər nəcib və vəfalı insanlardır. Ələvilərin varlığı mövhumatçılığa qarşı qaladır. Nə gözəl Hz. Əlini sevirlər, nə gözəl əhli beyti sevirlər. Hz. Əlini və Əhli Beyti sevəni kim sevməz?
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Allah əsgərimizi, xüsusi təyinatlıları bütün namərd güllələrdən qorusun. Müzəffər etsin. Millət olaraq onların yanındayıq.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Səmimiyyətsizlik insanı boğar. İnsan səmimiyyətsiz olanda tarazlığını qoruyamaz, üzərinə çətinlik, kədər gəlir. Səmimi olan insanda fərahlama və açılma olur. Səmimi olmayan insanda çirkinləşmə meydana gəlir.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Bütün dinlərin əsas xüsusiyyəti himayəçilik sisteminin olmasıdır. Bu namaz, oruc kimi təməl hökmdür amma təəccüb doğuracaq şəkildə insanlara bunu unutdurmuşlar. Din yaşandığında hamı hər kəslə qardaş olur, hamı hər kəsin anası, atası olur. Küçədəki uşağın yeməyi, qalacağı yer, geyəcəyi paltardan bütün ümmət məsul olur.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Dürüst olmaq gözəldir amma insanlar kompleks olmağı seçir. Kompleks olmaq da onları üzür və yorur. Halbuki hər zaman dürüst olan insan qiymətlidir, dürüst olan sevilər.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Allah Özünün və sevginin hədəf edildiyi hər duanı qəbul edər. Özünün və sevginin hədəf edildiyi hər şeyi verir.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Mən monotonluğu heç xoşlamıram. Bəzi insanların hər şeyi sabitdir, getdiyi yol, yediyi yemək, oturduğu kreslo həmişə eynidir, bəllidir. Mənim həyatım həmişə dəyişir. Perspektivim dəyişir, zövq anlayışım dəyişir, sevinc anlayışım dəyişir. Hər şeyin daha xoş hala gəlməsini istəyirəm. Hər şeyin dəyişik və həyəcan verici olmasını istəyirəm. Mənim ruhumu dərindən təsir edən, halal amma qeyri-ənənəvi şeylərdən çox zövq alıram.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Mömin gücü Allahdan alar. Mən bu mövzuda güclüyəm deyən insanı, Allah qorusun, Allah elə o mövzuda əzər. Mən zəifəm demək də özünü bütləşdirmə olur. Güc Allahın deyil? Allahdan istəsən Allah səni son dərəcə güclü hala gətirər. Utancaqdır, Allahdan istəyər Allah onu cəsur edər. Narahatlıqları vardır, Allaha sığınar, Allah bütün narahatlıqlarını ortadan qaldırar. Mömin bütün gücün qüvvətin Allahdan olduğunu bilərək, yalnız Allaha güvənər.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Şəhidlərimizin ailələri də aslan kimi maşaAllah. Nə xoşbəxt belə şanlı övladlar yetişdiriblər. Dünyada da, axirətdə də həm özləri, həm övladları şanlıdır. Allah bizlərə də nəsib etsin. İsrarla bizi çağırmağa davam etsinlər inşaAllah. Allah möminə yataq ölümü verməsin, şəhadət nəsib etsin.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Darvinizmi yerlə bir etmək qeyri-mümkün görünürdü. Bizim vəsiləmizlə dünya səviyyəsində məğlub oldular. Əvvəllər hər həftə guya "itmiş halqa" tapardılar. Tək-tək elmi cavabını verincə artıq darvinistlərin "səsləri" çıxmır.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Cənnətin ən gözəl xüsusiyyəti ehtirasın dəli kimi yaşanmasıdır. Cənnətdə hər yerdə sevgi hakimdir.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Cənnətdə kompüter kimi hər cür texnoloji cihaz vardır. İnsan cənnətdə ən mükəmməl rəssamdan daha gözəl şəkil çəkər. Qitaranı əlinə aldığında möhtəşəm çalar. İnsan istədiyi dildə çox axıcı danışa bilər cənnətdə.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Duyğusallıq zövqlü də görünsə müqavimət göstərmək lazımdır. Ağıllı olmaq, Quranla düşünmək ən doğrusudur. Duyğusallıq, Allaha hörmətə, Allaha təslimiyyətə uyğun olmayan ruh halıdır. Duyğusallığı faciə olaraq görüb, hörmət etməmək lazımdır. Romanlarda, mahnılarda, seriallarda duyğusallıq müqəddəs göstərilir. Bu şeytani əzab şəklidir. Yüksək ağıl bunu heç vaxt qəbul etməz.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Mehdiyyət dövrü savabın əziyyət cəhətdən ən çox azaldığı amma Allah eşqi və iman yüksəkliyi cəhətdən ən çox artdığı dövrdür. Çünki Mehdiyyətin tam yaşandığı dövrdə hər şey rahat olacaq. Dəccal olmayacaq, münafiq olmayacaq, bəlalar, dərdlər olmayacaq. Amma rahatlıq, dostluq, qardaşlıq göylərə çıxacaq. İnsanlar nemətlərin sevincindən havalara uçacaqlar. Bu səbəbdən Mehdi dövründə savab əziyyət cəhətdən az olacaq amma insanlardakı Allah sevgisi çox yüksək olacaq, Aynəl-yaxın çox yüksək iman meydana gələcək. İnsanlar əziyyətə görə deyil, iman yüksəkliyindən, Allah eşqinin yüksəkliyindən çox savab alacaqlar. Tarixdə görülməmiş dərəcədə yüksək Allah eşqi olacaq dünyada. Savabın əziyyət cəhətdən ən çox yüksəldiyi dövr isə Hz. İsa və Hz. Mehdi vəfat etdikdən sonra, yəni 1542-ci ildən sonra olacaq. O dövrdə İslam aləmində artıq pozulma başlayacaq. Dözümü mümkün olmayan həyat olacaq. Çox çətin imtahanlar olacaq. Amma savabı da əziyyət cəhətdən bir o qədər çox olacaq inşaAllah.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Sonsuz ağla sahib olan Yaradıcımızın, Allahımızın varlığı ola biləcək ən gözəl şey bizim üçün. Allah bizim hər saniyəmizi nəzarət edir. Ucsuz-bucaqsız Gücün idarəsi altındayıq. Necə gözəldir.
A9 TV; 16 mart 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah əsgərimizi, xüsusi təyinatlıları bütün namərd güllələrdən qorusun. Müzəffər etsin. Millət olaraq onların yanındayıq. Sitatlar
Bütün dinlərin əsas xüsusiyyəti himayəçilik sisteminin olmasıdır. Bu namaz, oruc kimi təməl hökmdür amma təəccüb doğuracaq şəkildə insanlara bunu unutdurmuşlar. Din yaşandığında hamı hər kəslə qardaş olur, hamı hər kəsin anası, atası olur. Küçədəki uşağın yeməyi, qalacağı yer, geyəcəyi paltardan bütün ümmət məsul olur. Sitatlar
Şəhidlərimizə Allah qəni-qəni rəhmət etsin. Şəhidlərin ruhu cənnət əhli olur, nə gözəl, ən gözəl mövqeyə qovuşdular. Şəhidlərimizin heç birinin qanının yerdə qalmayacağını bütün dünyanın görməsi lazımdır. Sitatlar
Bir çox yerdə sünilik təşviq edilir. Əl boyda uşaqlara belə sünilik öyrədilir. Bu çox pisdir. Sünilik bir insanın yox olması, həqiqi insan olmaqdan çıxması deməkdir. Sitatlar
Bütün əziyyətin, iztirabın qaynağı müsəlman ölkələrin parçalanmasıdır. Biz ana, ata, qardaş birlikdə yaşayaq deyirik. Yox, gərək ayrı olaq deyirlər. O zaman da acı və dərdlər bitmir. Mehdiyyət deyəndə bir şəxsə kilidləndik sanırlar. Mehdiyyət döyüşlərin bitməsi, ədalətin hakim olması, dünyanın hüzur içində yaşamasıdır. Sitatlar
Xəstəxanaların çiçəklərlə, rəsmlərlə, bəzəkli ürək açan yerlər olması əhəmiyyətlidir. Xəstəxanaların nəhəng və gözəl məkanlar olması yalnız xəstələr üçün deyil səhiyyə işçiləri üçün də hüzur verici olur. Hüzur verən məkan etmək çox maliyyətli deyil. Mühüm olan qərar alma mexanizminin yaxşı işləməsidir. Sitatlar
Bir insan bütün həyatını Allaha həsr elədisə, həyatın bütün yönlərindən özünü çəkib yalnız Allah üçün yaşayırsa, bu, o insanın təqvasının dəlilidir. Amma buna baxmayaraq müsəlmanda yenə də həmişə Allah qorxusu və cəhənnəmdən çəkinmək olar. Sitatlar
Bir ekranın başına yapışıq yaşayırıq. Böyük bir güc bizə bu ekranda təsvir izlədir. Təsvirdə həmişə düzgünlük və müntəzəmlik vardır. Atomlar, çiçəklər, meyvələr hər şey düzgündür. Belə vəziyyətdə bu gözəllikləri yaradan Gücün, haşa, yox saymaq, heç yoxmuş kimi davranmaq, çox böyük zülm olar. Sonsuz Ağla sahib olan Allahı sevmək çox zövqlüdür. Mömin bütün diqqətini Allaha imana, Allahı çox səmimi sevməyə və Allahın yaratdıqlarını sevməyə verəcək. Sitatlar
Din olmadıqda şeytan dövrəyə girər. Şeytanın təsirinə girən insanın ruh halının sağlam olması mümkün olmaz. Bütün hərəkətləri qeyri-sabitdir. Həyat məqsədi olmadıqda insanlarda həyata küsmə, sevdiklərinə küsmə, intihar meyli inkişaf edir. Məqsədsizlik insanın bütün həyat enerjisini əlindən alır. İnsana həyat enerjisi qazandıran Allah sevgisi, Allahın böyüklüyünü anlamaq və imandır. Sitatlar
Dünyaya ilk gəldiyimizdə insan ilk başda şüurlu şəkildə analiz edə bilmir. Məktəb bitirilir, universitetə gedilər, evlənilir, hər kəs həyat mübarizəsi içində yaşamağa çalışır deyə bilir böyük əksəriyyət. Amma diqqətlə baxdığımızda hər şeyin beynimizin içində yaradıldığını və çöldə maddənin yalnız kölgə varlıq olaraq olduğunu görürük. Təkcə saata, stəkana baxdığımızda Allahın varlığını açıqca görürük. Allahın varlığını görər görməz, tək bir atomun quruluşunda möhtəşəm Ağıl və nizam olduğunu da görürük. 15 milyard ildir hərəkət edən atomlar bir dəfə belə bir-birinə dəymir. Bir elektronun içindəki aləmi düşünün. Allahın böyüklüyü əzəmətlidir. Bu əzəmət böyüklük qarşısında məktəb bitirmək, iş sahibi olmaq və s. həyatın tək məqsədi ola bilməz. Və həyatının tək məqsədi Allah olan insan üçün həyatının hər detalı mükəmməldir, yağ kimi axır. Sitatlar
Bir diyarda ağlı başında bir insan olanda ayna sistemi dövrəyə girər və zəncirləmə olaraq hər kəsə müsbət təsir edər. Bir insanın səmimi imanı bütün cəmiyyətin gözəl əxlaqına vəsilə olar. Sitatlar
Məscidlərin geniş pəncərəli çoxlu yaşıllıq içində olması çox gözəl olardı. Hər məsciddə istixana kimi çoxlu bitki olmalı. Müsəlmanların bir arada söhbət etdikləri şahanə mühitlər yaradıla bilər. Sitatlar
Eqoist olmayan insan mələk kimi olar. Eqoistlik insanları məhv edir. O bəlanın içindən çıxsalar çox gözəl yaşayarlar. Eqoist olsan da bir qab yemək yeyirsən, olmasan da, eqoist olsan da bir yataqda yatırsan, olmasan da. Nə gərək var özünə bu qədər əziyyət etməyə. Burax özünü, Allah üçün yaşa. Allah üçün yaşayan həm özü, həm də həyatı çox gözəl olar. Sitatlar
Fələstinli canlarımızın hüzuru və dindar yəhudilərin rahat yaşaması üçün qardaşlığı və sevgini xatırladan üslubdan istifadə etmək lazımdır. Döyüş məntiqiylə hərəkət etmək olmaz. "Bu insanları buradan söküb atacağıq" deyərək yaxınlaşmazlar. Öncəlik sevgi, dostluq və qardaşlıq olmalıdır. Bunu dindarlar bir araya gələrək edə bilərlər. İki xalqı bir-biriylə dost etmək əsas olmalıdır. Bölgənin torpaqları geniş, hər yer hər kəsin olsun, hər kəs istədiyi yerə istədiyi kimi yerləşsin, yetər ki, bu döyüş bitsin. Sitatlar
İncəsənət və keyfiyyətin artmasını Türkiyənin bir nömrəli mövzusu halına gətirək. Bütün Yaxın Şərqdə incəsənət və keyfiyyətdən uzaq olmanın fəlakəti yaşanır. Türkiyədə incəsənət və keyfiyyətin şaha qalxdığı mühit olması lazımdır. Tayyib hocam bu mövzuda çox gözəl addımlar atır maşaAllah. Sitatlar
Şiə, sünni hamısı nur kimi müsəlman. Bir-birinə düşmənçilik edəcək, bir-birini öldürəcək qədər nifrət həddinə gəlməsi çox böyük anormallıqdır. Sitatlar
Bir çox yerdə səmimi dindarlıq hakim olmadığı üçün insanların sevinc yaşayacaqları mühit da olmur. İnsanların bədbəxtliyinin səbəbi də, imanın sevincinin bilinməməyidir. Arada parazitlər olduğu üçün yaranan mühit gəncləri çox narahat edir. Heç bir yerdə sevgi olmamasına alışmış olurlar. Qorxunc həyatı əvvəldən qəbul edirlər. Ya da süni sevgiyə, faydaya söykənən sistemə razı olurlar. Həqiqi sevgini deyil, sevginin ədəbiyyatını bilirlər. Sitatlar
Küçə sənətçilərinin dəstəklənməsi əhəmiyyətlidir. İncəsənət əzm tələb edən çətin peşədir. Xüsusilə gənclər küçədə yaradıcılıq nümayiş etmək istədiklərində onlara imkan vermək, sahə yaratmaq və təqdir etmək lazımdır. Bir küçə sənətçisini təqdir etmədən keçmək böyük vicdansızlıqdır. Sitatlar
Müsəlman ziyalıların bir-birini sayıb, sevib, qoruması lazımdır. Bunun içində Süleymanlılar da, Nəqşibəndilər də, Qadirilər də var, hər cür təriqət mənsubundan var. Mütləq bir yerə gəlib, bir-birlərini sevdiklərini, dost, qardaş olduqlarını izah etməlidirlər. Əks halda vəziyyət son dərəcə təhlükəli olar. Sitatlar
İslamla əlaqəli həddindən artıq anti-təbliğat edildiyi üçün, din anladılanda bir çox insan özünü fəlakətə dəvət edildiyini zənn edir. Gülməyəcək, musiqi dinləməyəcək, heç bir yerə baxmayacaq, qadınları yarım insan biləcək, incəsənətlə maraqlanmayacaq, uzun illər qılmadığı namazları qılacaq, tutmadığı orucları tutacaq, baxımlı ola bilməyəcək, müasir geyinə bilməyəcək, təmiz ola bilməyəcək, oxumayacaq, düşünməyəcək sanır. İslamı izah edə bilmək üçün əvvəl bütün bu ön mühakiməni ortadan qaldırıb, mehribanlıqla insanlara yaxınlaşıb gözəl sözlə izah etmək lazımdır. Sitatlar
Yuxuda da insan çox gözəl təhsil alır. Adətən qarşılaşmayacağı bir çox vəziyyəti yuxuda görür və bu vəsiləylə ruhu tam inkişaf edir. Sitatlar
Qadınla kişinin bir-birinin imanına, müqəddəs olana, vicdanına güvənməsi lazımdır. Güvən yoxdursa o insanı təqib edərək, nə etdiyini, kimlə danışdığını izləmək olmaz. Güvən olmaması dəhşətli vəziyyətdir. Güvənmədiyin insana sevgi və hörmət hiss etmək mümkün deyil. Sitatlar
Həyatın həqiqətləri, iman zəifliyinə girən insanların içinə düşdüyü aşağı qaranlıq aləmdir. İki aləm vardır. Biri möminlərin yaşadığı üst, təmiz, keyfiyyətli aləm. Bir də, həyatın həqiqətləri məntiqi aləmi. Bu, aşağı aləmdir. Bir insan həyatın həqiqətləri məntiqinə girdiyində üslubu, əli, üzü hər şeyi qaralar. Sürünmələr, davalar, anlaşılmazlıqlar o aləmə girənin ilk qarşılaşacağı hadisələrdir. O qapıdan girən sürünməyə başlayar. Münafiqlərin hamısı o qapıdan içəri girər və o qaranlıq dünyanın içində boğularlar. Sitatlar
İnsanların bir hissəsində Allah qorxusu zəif olur. Allaha qarşı utanma qorxusunun çox şiddətli olması lazımdır. İmanlı insanın Allaha qarşı utanmasından qorxmamağı mövzusu ola bilməz. Sitatlar
Münafiq gecə gündüz həsəd içində müsəlmanların xəbərlərini təqib edər. Bir tərəfdən öz əxlaqsızlığını, cəhənnəmə sürüyən həyatını bilmənin əzabını yaşayar, digər tərəfdən də, müsəlmanların sevincinə həsəd aparar. Bu da Allahın münafiqlərə verdiyi dünya əzablarından biridir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur