-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Lideri tənha qoymaq taktikası Osmanlıdan indiyə qədər gələn çirkin oyundur. Eyni oyunu bir müddətdir Tayyib hocama qarşı da tətbiq etmək istəyirlər. Tayyib hocamı və hökuməti, içəridə və çöldə ən təsirli olaraq müdafiə edənlərə müəyyən yolla mane olmağa çalışırlar. Eyni üsul Əbdülhəmid, Əbdüləziz, Menderesə də tətbiq olunmuşdu. İndi də; "baxın Ərdoğanı müdafiə edən heç kəs zəmanət altında deyil, siz də diqqətli olun" imici vermək istəyirlər. Digər tərəfdən də Tayyib hocamı hər kəsi nəzarətə aldıran, haşa haqq, hüquq tanımayan, qatı biri kimi göstərməyi hədəf seçirlər. Bu, İngiltərə dərin dövlətinin və piyadalarının ən əsas üsuludur. Xüsusən son dövrlərdə bu oyunu təşkil edən xüsusi struktur olduğu görünür. Bunların ortaq xüsusiyyəti İngiltərə dərin dövlətinə tərəfdar olmaları, qibtə edən xarakterə sahib olmaları, xalqın dəyərlərini bəyənməmələri və xalqa yuxarıdan-aşağı baxmaları, bütün bunlara baxmayaraq, xalq üçün ortaya çıxdıqlarını iddia etmələridir. Bunların bütün oyunlarını millət olaraq görürük və heç vaxt məqsədlərinə nail olmalarına qanunla, hüquqla icazə vermərik. Tayyib hocamın yanındayıq, heç vaxt tək qoymarıq.
Adnan Oktar
Münafiq özünü təkbaşına zənn edər. Hər addımının Allahın yaratması ilə olduğunu anlamaz. Münafiq, müsəlmanların tozsoranı kimidir. Müsəlmanın yanında nə qədər murdar insan varsa süpürüb alır. Nə qədər alçaq, xaraktersiz, şərəfsiz, ağılsız, hər şeydən şübhələnən ruh xəstəsi varsa münafiq toplayar, yanına aparar. Axmaq olduğu üçün öz yanına yeni murdarlar gəlməsinə sevinər. Murdarları toplayar, gedər arasında oturur, "nə çox murdar var" deyə də axmaqca sevinər. Tam bir lağım kanalizasiya maşını kimi çalışır, bütün murdarları toplayar və münafiqlər kanalizasiya maşını vəzifəsində də çox çalışqandırlar. Bu da möminlər üçün nemətdir. Murdarlıq təmizləndikcə möminlərin yanına həmişə yeni, gümrah insanlar gəlir. Bu sirkulyasiya içində mükəmməl quruluş meydana gələr. Hər gələn daha imanlı, daha sadiq, daha güclü, daha dinc, daha gözəl, daha keyfiyyətlidir. Gedənlər isə xəstə, murdar, qoxumuşdur. Bu səbəbdən möminlərin həmişə nur kimi tərtəmiz qalmasında münafiqlərin murdarlıq təmizliyi çox önəmlidir.
Adnan Oktar
Münafiq Rəsulun qoyduğu sərhədləri aşar. Əsas qarşı olduğu isə Allahın qoyduğu sərhədlərdir. Allahın sərhədlərini aşaraq sadə məntiqlə, sərbəst yaşamaq istəyər. Bu çirkin sərbəstlik anlayışıdır. Peyğəmbərimiz (s.ə.v) döyüşdə möminləri bir yerə yerləşdirər və ya möminlərə İslama xidmət üçün bəzi məsuliyyətlər verirdi. "Sən bu işi gör, sən burada keşik çək" deyirdi. Bu münafiqlərin iyrənc nəfsinə çox ağır gəlirdi. Məntiqlə Peyğəmbəri dəyərləndirib; "niyə bu işi görək?" deyir, Peyğəmbərin qoyduğu sərhədi aşırdılar. Allah Peyğəmbərin sərhədini aşanın, Allahın sərhədini aşdığını bildirmişdir. Bu rəftarın qarşılığı sonsuz cəhənnəm odudur, odun ən aşağı təbəqəsidir. Möminlər isə Peyğəmbərə həmişə hüsnü-zənlə, hər sözünün xeyir olduğunu bilərək, sevgi və hörmətlə bağlıdır. (Mücadilə surəsi, 5: Həqiqətən, Allaha və Rəsuluna qarşı (onların qoyduqları sərhədləri aşıb özləri sərhəd qoymağa cəhd edərək) çıxanlar, özlərindən əvvəlkilərin alçaldılması kimi, alçaldılıblar. Halbuki Biz açıq-aydın ayələr endirdik. Kafirlər üçün alçaldıcı əzab vardır.)
Adnan Oktar
Türkiyənin Suriya siyasətinin Suriya dövlətinin və torpaqlarının bütövlüyünün qorunmasından yana olması lazımdır. Suriyadakı dövlətin tanınmasına və bu dövlətlə birlikdə, Rusiya, İran, Türkiyə ittifaq edərək birgə hərəkət etməyə ehtiyac var, yoxsa PKK leqal hala gələr. Suriya hökuməti toplanmalı, dövlətin başçısı, yəni Əsəd Məclisi toplamalı; "gəlin mənə kömək edin" deməlidir. Rusiya, İran və Türkiyə birgə yardım etməlidirlər. O zaman PKK-nın Suriyanı parçalamaq planı tamamilə aradan qalxar. Suriya dövlətinin tələbi də bu baş verdiyi üçün BMT, ABŞ və s. heç kim etiraz edə bilməz. Əgər Türkiyə, Suriya dövləti belə ittifaq etməsə bölgədə (Allah qorusun) kommunist PKK dövlətinin yaradılmasına istəmədən kömək etmiş olar. Bu ehtimalın tamamilə aradan qalxması üçün Suriyanın ərazi bütövlüyünün qorunması, bu qorunmanın təmin olunması üçün də Suriya dövləti ilə əlaqə yaradılması əsas şərtdir. Bu məsələdə Rusiya, Türkiyəyə vasitəçi ola bilər. İran, Türkiyə, Rusiya və Suriya rəhbərlikləri bir yerə toplanar, birgə qərar alar. Suriya dövləti bu məsələdə əməkdaşlıq etmək vicdani cəhətdən də, siyasi cəhətdən də doğru qərardır. Hökumətimiz bu məsələdə cəsur olsun, çəkinməsin. Suriyanın cinayət işlədiyi doğrudur, zülm olduğu doğrudur, lakin bu görüşün keçirilməsi üçün maneə deyil. ABŞ, Rusiya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, İraq və s. hər bir ölkənin törətdiyi cinayətlər var. Bu məntiqlə yanaşsa Türkiyə heç kimlə dialoq qura bilməz. Ağıllı davranıb (PKK-nın bölgədən tamamilə silinməsi üçün) Suriya, Rusiya, İran və Türkiyənin əməkdaşlıq etməsini dəstəkləmək lazımdır.
Adnan Oktar
Dünyaya gəldiyimiz zaman nə olduğumuzu anlamağa çalışarıq. Bu təsvir nədir, bu səs nədir, toxunma necə olur, bunları kim bizə göstərir, kim eşitdirir, bu hissləri qəbul edən varlıq kimdir? Ucsuz-bucaqsız kosmosda niyə mövcuduq? Bunu düşündüyümüz zaman dərhal Yaradıcını görərik. O zaman Yaradıcının bizdən nə istədiyini düşünərik. Bu qədər zəhmət, bu qədər qayğı, bu qədər böyük və incə mühəndislik, bu qədər təfərrüat niyə var? İmtahan deyirik, bəs imtahan olunan insan nə üçün imtahan olunar? "Yaxşı olduğu aydın olar, gedib cənnətdə oturar", bu deyil. Quranı təhlil etdiyimiz zaman sevgidən başqa məqsəd olmadığını görürük. Dəccallar, fironlar, yaxşılıqlar, pisliklər, gözəlliklər, imtahanlar, əzablar, bunların hamısının məqsədinin saf sevgi olduğunu görürük. O zaman biz də bütün insanların dünyada sevgini, saf və həqiqi sevgi yaşamasını istəyirik. Allahın da insanları sevməsini istəyirik. Buna riza deyilər; Allahın rizası. Allahın rizasını qazanmaq, Allahın sevgisini qazanmaqdır. Həyatın bütün məqsədi sevgini qazanmaqdır. Axirətdə Allah möminlərdən; "Məndən razı oldunuzmu?" deyə soruşur. Əsas sual budur. Niyə oxuyursan? Allah rizası üçün. Niyə evlənirsən? Allah rizası üçün. Niyə işləyirsən? Allah rizası üçün. Niyə gözəl əxlaq göstərirsən? Allah rizası üçün. Bir hədəf var; Allahın sevgisi. Allahın rizasını qazanmaq məqsədi, Allahın sevgisini qazanmaqdır.
Adnan Oktar