logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 6 iyul 2018

avatar

Adnan Oktar

Edam doğru üsul deyildir. İran kimi ən çox edam cəzası tətbiq olunan ölkələrdə əxlaqi cinayətlər son dərəcə yüksək olur. Edam cəzası gətirilməsini dəstəkləyən bəzi seqmentlərin Türkiyəni pis vəziyyətə salmaq istəyən çox daha fərqli planı ola bilər. Məsələni əsas həll edəcək olan doğru təhsildir. Təhsillə bir insanı islah etmək varkən, edamla yox etmək doğru üsul olmaz.
A9 TV; 6 iyul 2018
950
avatar

Adnan Oktar

Allah ilə əlaqəni kəssən əgər, xoşbəxtliyi də kəsmiş olarsan. Sənə həyat verən, sənə nəfəs aldıran, sənə sayıla bilməyəcək qədər çox nemət verəni unutsan, bu zülmün ən böyüyüdür.
A9 TV; 6 iyul 2018
avatar

Adnan Oktar

Gənc qızı şort geydiyi üçün yataqxanadan atmaq çox səhv və çirkin hərəkətdir. Bu vəziyyəti dərhal təlafi etmək lazımdır. Bir insanın imanı, əxlaqı, dindarlığı, vicdanı, dərin düşünmə gücü paltarıyla qiymətləndirilə bilməz. Kimsə kimisə zorla heç nəyə məcbur edə bilməz. Gənc qızları, qadınları, cavanları təzyiq göstərməklə, bezdirməklə dəyişməyə çalışmaq çox ürküdücü və dəhşət vericidir. İnsanlar azad yaşamaq istəyər. Heç kim təzyiq göstərən zehniyyətdə olanlarla eyni düşüncədə olmaq və yaşamaq məcburiyyətində deyil.
A9 TV; 6 iyul 2018
avatar

Adnan Oktar

Heyvanların əlindən, üzündən məsumluq, dürüstlük, məzlumluq axdığı üçün insanlar onlardan çox böyük zövq alırlar. Allah heyvanları, sevməyimiz üçün hər yerlərini şirin yaradır.
A9 TV; 5 iyul 2018
avatar

Adnan Oktar

Sevgidə insan özünü deyil qarşısındakının ağlını, şəxsiyyətini, xarakterini ucaldar və tərifləyər. Eqoizm və böyüklük hissi olanda isə heç vaxt qarşısındakını ucaltmaq istəməz, yalnız özünü ucaltmağa çalışar.
A9 TV; 5 iyul 2018
avatar

Adnan Oktar

Tərifləmək sevgini inkişaf etdirər. İnsanların bir-birlərinə qarşı könül alıcı olması, əxlaqının və görünüşünün gözəl yönlərini tərifləməsi lazımdır.
A9 TV; 5 iyul 2018
avatar

Adnan Oktar

Quranda müdhiş azadlıq vardır. Quranda bildirilən haramlar çox azdır. Quran əxlaqı dünyaya hakim olduğunda insanlar çox azad və gözəl yaşayar.
A9 TV; 5 iyul 2018
avatar

Adnan Oktar

"Mehdi gəlmədi, Mehdi gəlməyəcək" deyənlər Mehdinin çıxış əlamətlərindən heç vaxt bəhs etmirlər. Mehdi gəlməyəcək deyə səhər axşam çaxnaşma salanlar, "Peyğəmbərimiz (s.ə.v) bu əlamətləri saydı və bunlar hələ olmadı" desinlər. Deyə bilməzlər, çünki Peyğəmbərimiz (s.ə.v), 600-dən çox əlamət saymış və bu əlamətlərin hamısı tək-tək bu dövrdə meydana gəldi.
A9 TV; 5 iyul 2018
avatar

Adnan Oktar

Hər mövzunu mütləq sevgiylə, dostluqla, ağılla həll etmək lazımdır. Qəzəblə heç bir mövzunu həll etmək mümkün olmaz. Həll edilər kimi görünsə də, iki tərəfə də böyük zərər verər.
A9 TV; 5 iyul 2018
avatar

Adnan Oktar

Uşaq sevindirmək gəmi ilə gəzməkdən, lüks məkanda yemək yeməkdən daha çox zövqlüdür. Uşaq ən kiçik bir şeylə xoşbəxt olar. Onları xoşbəxt etmək gözəllikdir.
A9 TV; 4 iyul 2018
avatar

Adnan Oktar

Allah ilə ağıllı əlaqə çox önəmlidir. Allaha qarşı, haşa, bilən, "mən edərəm" məntiqiylə hərəkət etmək, təkəbbür göstərmək çox pisdir. Səni kamil edən Allahdır. Sənə dərinlik verən Allahdır. Sənə Özünü dərk elətdirən Allahdır. Allah Özü ilə yaxın əlaqəni çox əhəmiyyətli görər. Allah ilə həmişə isti əlaqə həyatidir.
A9 TV; 4 iyul 2018
avatar

Adnan Oktar

Qəddarlıq və sevgisizliyin qanunla qadağan edilməsi lazımdır. Bütün müəssisələrin sevgini əsas alması lazım olduğu, həyat məqsədi olaraq sevginin izah edilməsi əsas şərt olduğu, dövlətin bütün qurumlarının sevgiyə görə hərəkət etməsi lazım olduğu konstitusiyaya qısa maddə olaraq əlavə edilməlidir.
A9 TV; 4 iyul 2018
avatar

Adnan Oktar

Şeytanın çirkin fısıltısını, münafiqləri dinləmək, Qurana görə haramdır. Heç bir münafiqin, heç bir şeytanın, İslam əleyhinə deyilən heç bir sözün dinlənilməməsi lazımdır. Allah, İslam əleyhinə danışılan yerdən uzaqlaşmaq lazım olduğunu bildirmişdir. Müsəlman, münafiqin pisliyiylə, lağım kimi dünyasıyla ünsiyyətdə olmaz.
A9 TV; 3 iyul 2018
avatar

Adnan Oktar

Münafiq, o axmaq halı ilə müsəlmanlara təsir etməyə çalışarkən bilmədən Quranı və İslamı istifadə edər. Münafiq, Qurana qarşı Quranı istifadə edən məxluqdur. "Siz İslama, Qurana gecə gündüz vaxt ayırırsınız, amma insanın tətilə ehtiyacı olur. Gedin 3 ay tətil edin" deyir. O vaxt İraqda, Suriyada onlarla müsəlmanın şəhid edilməsi münafiqi heç vaxt maraqlandırmaz.
A9 TV; 3 iyul 2018
avatar

Adnan Oktar

Şeytan müsəlmanlara pıçıldayar amma bunun təsiri yüngül olar. Bu pıçıldama ilə yazılı və vizual olaraq da təsir etmək istəyər. Bunun üçün də işçi istifadə edər. Boş, ölü məxluqları yəni münafiqləri istifadə edər. Əsas məqsədi də zəif olanı öz tərəfinə çəkməkdir. Şeytan, qotur itin üzərindəki bitləri təmizləyən qarğa kimidir. Münafiq qarğa kimi qotur it üzərindəki bitləri təmizləyər, o da onu aparar. Bunların təməlləri də qotur it kimidir.
A9 TV; 3 iyul 2018
avatar

Adnan Oktar

Uşaq itmələri və cinayətlərini tam olaraq əngəlləməyin yolu edam ya da xədim etmək kimi cəzalar deyildir. Əlbəttə cinayət sanksiyası tələb olunar və tətbiq olunmalıdır, ancaq belə vəhşicəsinə cinayət işləyən birinə bu cinayət sanksiyaları tək başına mane olmur, qorxutmur. Uşaq onsuz da şəhid olduqdan sonra bu vəhşiliyi edəni xədim etməyin mənası qalmaz. Mühüm olan uşaq zərər görmədən əvvəl tədbir almaqdır. Bunun üçün də əsas doğru təhsildir. Darvinist, materialist təlqinlərlə, "sən kor təsadüflərin məhsulusan", "var olmaq üçün mərhəmətsiz, eqoist olmaq məcburiyyətindəsən", "heyvanlar kimi mübarizə aparmalısan" təlqinlərlə insan yetişdirilsə bu cür zülmlər son tapmaz. Darvinist, materialist təhsil ləğv edilər, insanlara sevgi, mərhəmət, Allah qorxusu öyrədilsə hüzurlu və etibarlı cəmiyyət meydana gələr.
A9 TV; 3 iyul 2018
avatar

Adnan Oktar

Bu əsrdə insanlar heç bir dövrdə nəsib olmamış böyük möcüzələr görəcəklər. İslamın hakimiyyətini, Mehdini, iki min il sonra İsa Məsihi, Tabut-u Səkinəyi, Hz. Süleyman dövründən gələn müqəddəs əmanətləri görəcəklər inşaAllah.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

Bezmək, Allahın imtahanını istəməmək deməkdir. Sevgidən bezmək deməkdir. Belə bir şey möminin qədərində yoxdur. Mömində bezginlik olmaz. Bezginlik ölü olaraq yaradılmış varlıqlarda olar. Onlar yeməkdən, əylənməkdən, gəzməkdən hər şeydən bezərlər. Möminin isə hər anı həyəcan, hər anı yenilik, hər anı sevincdir. Mömin hara dönsə yaxşılıq, hara dönsə xeyirdir.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Hər kəsin hər kəsə salam verdiyi, dost olduğu dünya istəyirik. İnsanlar həmişə bir-birinə məsafəli və uzaqdır. Yalnız öz ailəsini sevir. Hər kəsin bir-birinə ailə olduğu dünya olması üçün məşğul oluruq.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

İnsanlardakı ən vəhşi instinkt gələcək qorxusudur. Bir çox insanın çəkdiyi acının təməlində gələcəkdən duyduqları qorxu vardır. Heç vaxt gələcəklərini zəmanət altına aldıqlarını düşünüb rahatlamırlar. Rahatlığı təmin edəcək yalnız Quranda izah edilən vəlayət sistemidir. Çünki vəlayət sistemində hər kəs hamının anası, atası, qardaşı, qoruyucusu olmaqla məsuldur.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

İnsanlar ən çox imanı güclü olan kəslərdən təsirlənər. Mömin gözəl təbliğ etmək istəyirsə imanının çox güclü, Allah sevgisinin çox dərin, Allaha güvənin tam olması lazımdır. O zaman bu insanın etdiyi təbliğ müdhiş təsirli olar, Allahın izni ilə.
A9 TV; 21 iyun 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Münafiq nə etsə başına keçər. Lağım vedrəsi hazırlayır öz başına tökülür. Amma arsızca, üstü başı pislik içindəykən belə, "nə olduki" deyər. Münafiqlərin arsızlığı müsəlmanların şövqünü artıran, möminlər üçün xeyir olan vəziyyətdir. Sitatlar
Münafiq, o axmaq halı ilə müsəlmanlara təsir etməyə çalışarkən bilmədən Quranı və İslamı istifadə edər. Münafiq, Qurana qarşı Quranı istifadə edən məxluqdur. "Siz İslama, Qurana gecə gündüz vaxt ayırırsınız, amma insanın tətilə ehtiyacı olur. Gedin 3 ay tətil edin" deyir. O vaxt İraqda, Suriyada onlarla müsəlmanın şəhid edilməsi münafiqi heç vaxt maraqlandırmaz. Sitatlar
Allah İslam ümmətinə birlik olmağı fərz etmişdir. Bölünmə haramdır. Müsəlmanlar arasında anlaşılmazlıq varsa barışdırmaq fərzdir. Allah bir çox ayədə İttihadı İslamın fərz olduğunu bildirmişdir. Sitatlar
Allah monotonluğu istəməz. Fərqli mədəniyyətlər, fərqli dillər, fərqli insanlar bir gözəllikdir və nemətdir. Allah istəsəydi bütün insanları eyni yaradardı, amma özümüzü inkişaf etdirməmiz və zövq almağımız üçün fərqli-fərqli yaradır. Sitatlar
Allah Özünü sevməyən insanların əsla xoşbəxt olmayacaqları şəkildə dünyanı yaratmışdır. Qəlblər ancaq Allah sevgisiylə, Allaha dostluqla rahat edə bilər. Dünya əksinə kilidlənmişdir. Allah sevgisi olmadan kimsə xoşbəxt ola bilməz. Sitatlar
Allah Qəhrəmanmaraş şəhidlərimizin şəhadətini mübarək etsin. Allah bizlərə də o igidlərin gözəl mövqeyini nəsib etsin. Sitatlar
Darvinist təhsil şüursuz, Allahdan uzaq, Allahdan qorxmayan insanların yetişməsinə səbəb ola bilər. Darvinizmin məqsədi onsuz da dinsiz nəsil yetişdirməkdir. "Allah yoxdur" təhsili verilərək gəncləri yetişdirmək çox böyük fəlakətdir. Sitatlar
Dərin düşünmək istəyən insan "mən taparam" şəklində hərəkət etsə olmaz. "Ya Rəbbi məni dərin düşündür" deyəcək, Allahın ona tapacağını biləcək. O zaman, sonu olmayan ola bildiyinə işıqlı tuneldə irəliləməyə başlayar. Səbəbə sarılsan, Allaha sığınsan Allah yolu göstərər. Sitatlar
Hər an Allah ilə birlikdə hərəkət etmək lazımdır. İnsanların ən böyük bəlası Allaha güvənməkdə şübhəyə düşmələridir. İnsanların bəzisi mənfəətlərinə zidd düşəndə Allahı buraxmaq meylində olar. Əksinə bəla, dərd gələndə Allaha daha güclü sarılmaq lazımdır. Allah onsuz da o hikmətlə bəlanı verər. O zaman bütün yollar o insana açılar. Sitatlar
İnsanlar ən çox imanı güclü olan kəslərdən təsirlənər. Mömin gözəl təbliğ etmək istəyirsə imanının çox güclü, Allah sevgisinin çox dərin, Allaha güvənin tam olması lazımdır. O zaman bu insanın etdiyi təbliğ müdhiş təsirli olar, Allahın izni ilə. Sitatlar
Namaz Allaha sevgidir, Allaha iltifatdır. İbadət Allaha sevgimizi göstərmə şəklimizdir. Bütün ibadətlər Allaha olan sevgini ifadə edər. Sitatlar
Quran ola bildiyi qədər azadlıq gətirər. Qurandakı azadlıq dünyadakı ən yüksək azadlıqdır. Qurana tam uyanlar azadlığı ucsuz-bucaqsız yaşayarlar. Qurana tam tabe olan insanın üzərində heç bir təzyiq olmaz. Sitatlar
Türkiyə, kin və nifrət ölkəsi olmamalıdır. Yaxşı olan hər hərəkətə yaxşılıqla cavab verilər. İnsanın düşməni belə olsa yaxşı rəftar edəndə, o yaxşılıq təqdir edilər. Biz millət olaraq qardaşıq, birik. Yaxşı olan, gözəl olan hər rəftarı yaxşılıqla cavab vermək gözəllikdir. Sitatlar
İnsanların çoxu uşaqlıqdan etibarən Allah sevgisini heç vaxt gündəmə gətirmədən yaşayar. Bir çox hoca kimi bilinən adamın evində belə "Allahı çox sevirəm" cümləsi heç vaxt istifadə edilmir. Ana sevgisindən, ailə sevgisindən, millət sevgisindən bəhs edir "pişikləri, çiçəkləri sevmək lazımdır" deyirlər amma hamısını verən hər şeyin sahibi olan Allaha olan sevgidən heç bəhs etmirlər. Bu, dəccaliyyətin sehrinin təsiridir. "Allahım Səni çox sevirəm, Sənə aşiqəm" demək heç ağlına gəlmədən yaşamaq dəhşətli vəziyyətdir. Sitatlar
Müsəlmanın özünü günahlandıraraq "imansızam, ağlım zəifdir, azmışam" kimi qorxularla vaxt keçirməsi doğru olmaz. Müsəlman Allaha güvənərək yaşayar. Müsəlman özü haqqında hüznü-zənn edər, sui-zənn etməz. Möminin qəlbinə şübhə gələr amma dinləməz. İman şübhəyə qarşı müqavimət göstərmənin adıdır. Sitatlar
İnsanların etdikləri tənqidləri qiymətləndirərkən, "nə olur olsun Allah eşitdirir" deyə düşünmək doğru olar. Hər tənqiddə, hər sözdə xeyir, gözəllik axtarmaq, hamısından faydalanmaq lazımdır. Sitatlar
Hörmətli Dövlət Bahçeli, zamanın klassik siyasət zamanı olmadığını gördü. Dövlətin gələcəyini əsas götürərək, dövlət tərbiyəsi ilə Tayyib hocama övladı kimi sahib çıxdı. Çox vicdanlı və doğru hərəkət oldu. Hal-hazırda iqtidarda Dövlət ağlı var inşaAllah. Sitatlar
Mən monotonluğu heç xoşlamıram. Bəzi insanların hər şeyi sabitdir, getdiyi yol, yediyi yemək, oturduğu kreslo həmişə eynidir, bəllidir. Mənim həyatım həmişə dəyişir. Perspektivim dəyişir, zövq anlayışım dəyişir, sevinc anlayışım dəyişir. Hər şeyin daha xoş hala gəlməsini istəyirəm. Hər şeyin dəyişik və həyəcan verici olmasını istəyirəm. Mənim ruhumu dərindən təsir edən, halal amma qeyri-ənənəvi şeylərdən çox zövq alıram. Sitatlar
Adı qoyulmamış kor müxalifət sistemi, bəzən birgə ağılsızlığa çevrilir və sakitləşdirmək çox çətin olur. Bunların çoxu qarşılarındakı insanın haqlı və doğru olduğunu bildikləri halda sırf çoxbilmişlik etmək üçün ya da mühitdən faydalanıb etibar qazanmaq üçün təcavüzkar tənqid dili istifadə edirlər. Bunların üslubundan çəkinənlər də doğru olanın yanında yer almaq yerinə o kor müxalifətə qatılırlar. Bu cür qorxu sistemi olmasa insanlar həqiqi fikirlərini, mühafizəkarlar dinə həqiqi baxışlarını çox rahat ortaya qoya bilərlər. Amma bir anda cəmiyyətə elektrik verənlər olduğu üçün bir-birlərindən çəkinib həqiqi fikirlərini deyə bilmirlər. Sitatlar
İnsanlar lağımdan diksinər kimi münafiqdən diksinir. Hər kəs münafiqlərdən iyrənər və qaçar. Amma münafiq çox axmaq olduğu üçün bunu heç cür anlamaz. Münafiq axmaqlığı da ayrı möcüzədir. Sitatlar
Çətinlik anlarında ağıl və iradə ən mükəmməl xəttə gəlir. Çətinliklər olmasa həyat çox boş olar. Bu dünyada qazandığımız gözəlliklərlə sonsuza qədər yaşayacağıq inşaAllah. Sitatlar
Tayyib hocamın təvazökarlığın əhəmiyyətinə dair etdiyi çıxış çox vacibdir. Xalqa təpədən baxan, xalqı dəyişməyə çalışan, xalqın həyat tərzinə hörmət göstərməyənlər verdiyi zərərlərin qarşısını alacağı mənasını verir. Allah razı olsun. Bu çox əhəmiyyətli və gözəl açıqlama oldu. Sitatlar
Uşaqların beyni çox təmizdir. Uşağa meyvələri, çiçəkləri, quşları göstərib "Allah nə gözəl yaratmış" deyiləndə bu onun beyninə dərhal yerləşər. Uşaqlarla danışarkən hörmət göstərərək danışmaq lazımdır. Anlamırmış kimi, ağılı yoxmuş kimi danışmaq olmaz. Sitatlar
Ağlı başında insanları axtarmaq, onlarla dost olmaq lazımdır. Ağıl isə Qurana, vicdana əməl etdikdə olar. Quran və vicdana əməl etməyəndə zəka ola bilər amma o zəka fayda verməz. Sitatlar
Hər şeyin həlli dindir, hər şeyin həlli İslamdır. Quran əxlaqını bilsələr insanlar çox rahat yaşayarlar. Dindən uzaqlaşdıqca bədbəxt olurlar. Qurana uyğun gələn insan çox stabil olar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur