logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 8 dekabr 2017

avatar

Adnan Oktar

Ənənəçi ortodoks İslam sisteminin yaşanması qeyri-mümkündür. Bəhs etdikləri dini özləri də yaşamırlar. Özləri də bəhs etdikləri sistemi yaşaya bilmədiklərini bilir, özlərini günahkar kimi görüb bunun acizliyini yaşayırlar. Bizim kitablarımızda Quran müsəlmanlığından aydın dəlillərlə, mübahisəyə yer verməyəcək şəkildə, demaqoqluq və boş söz olmadan, səmimi və açıq izahatla bəhs edilir. Buna görə də, bizim kitablarımızın girdiyi yerə Allahın icazəsi ilə dəccaliyyət girə bilmir.
A9 TV; 8 dekabr 2017
2438
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah adından yalan uyduranlar, dini yaşanmayacaq hala gətirirlər, üstəlik, çoxu buna özləri də tabe olmur, tabe olanlar da əzab içində yaşayırlar. Sitatlar
Allah qorxusunun yaranması üçün insanın əvvəlcə Allahın sənətini anlaması lazımdır. Aya, ulduza, kainata, böcəklərə, çiçəklərə baxıb düşünmək lazımdır. Lakin insanların çoxu bunlarla bağlı məlumat alma imkanına sahib deyil. Buna görə də, Allahı sevənlərin bu məlumatları insanlara hazır təqdim etməsi əhəmiyyətlidir. Mən bunun üçün kitablarımda insanlara bu məlumatları çatdırıram və insanlar dəstə-dəstə Allaha üz tutur, əlhamdulillah. Sitatlar
Atatürk əleyhinə proqram yayımlanmasını istəmirik. Biz 83 milyonuq. Atatürkü canımız kimi sevirik. Atatürkün əleyhinə söz eşitmək istəmirik. Qanunla, hüquqla buna icazə verməyəcəyik. Sitatlar
Ateizmin qar uçqunu kimi sürətlə yayılmasının səbəblərindən biri ənənəçi ortodoks İslam anlayışı idi. İnsanlara; “baxın bu dində rəsm yoxdur, musiqi yoxdur, elm yoxdur, heykəl yoxdur, gözəl evdə yaşamaq yoxdur, təmizlik yoxdur. Üstəlik hər nöqtəsində zorakılıq var. Saqqalını kəsəni, namaz qılmayanı, içki içəni öldürürlər. Bu dini qəbul edərsinizmi?” deyirdilər və insanlar İslamdan qaçırdılar. Biz İslamın belə olmadığını, Quran müsəlmanlığının olduqca sərbəst, keyfiyyətli və gözəl olduğunu həyatımızla ortaya qoyduq. Sitatlar
Ayrılıqda fəlakət var, rəhmət deyil. Allah tək bir din endirmişdir. Bu din Quranda izah edilən İslam dinidir. Dörd ayrı məzhəbin dörd fərqli dini olmasının nə qədər anormal vəziyyət olduğunu görmələri lazımdır. Quran kafi deyil demələri bu deyənlər üçün çox acınacaqlı haldır. Allah Quranı hər şeyi izah edən olaraq endirmişdir. Allah hər şeyi izah etmişdir. Bilə-bilə Allahın sözünü qəbul etmirlər. Haşa Quran kafi deyil, biz tamamlayırıq deyirlər. Bu çox yanlış fikirdir. Sitatlar
Bərzaninin şüurlu, idealist yetişmiş dəstəkləyən kütləsi yoxdur. Buna görə də, kiçik addımında PKK tərəfindən asanlıqla əzilə bilər. Bərzani alçalmağı deyil, böyüməyi əsas götürsün, bu da İslam aləminin birləşməsi, İslam Birliyinin yaradılması ilə olar. Parçalanmaq, asan həzm olmaq mənasını verər. Sitatlar
Bir insan ənənəçi ortodoks inanca mənsubdur deyə, ona təzyiq tətbiq olunmaz. Səhvini söyləyərsən, lakin inancına hörmət edərsən. Doğru olduğuna inandıqları həyatları var, heç kimə zərərləri yoxdur. Bu insanları kədərləndirməyə çalışmaq, bədbəxt etmək, zorla və təzyiqlə yola gətirməyə çalışmaq qəbul edilməz. Sitatlar
Biri istədiyi ideologiyaya inana bilər. Lakin bu ideologiyaya əsaslanaraq məzlumlara, inananlara zülm edirsə, məscidlərə, ibadətgahlara hörmətsizlik edirsə, məzlum xalqın üzərində terror həyata keçirirsə, bunu heç kim qəbul etməz və buna qarşı hər cür hüquqi tədbir alınar. Sitatlar
Bizim proqramımızda Quranla ziddiyyət təşkil edən xüsus yoxdur, lakin ənənəçi ortodoks sistemlə ziddiyyət təşkil edər. Çünki bizim həyatımızda qadına hörmətsizlik, haşa qadını heyvan yerinə qoyan, incəsənəti, elmi, keyfiyyəti düşmən görən anlayış yoxdur. Quran həyata sevinc, fərəhlik, gözəllik, hörmət və sevgi gətirər. Bizim həyatımız Qurana, Peyğəmbərimiz (s.ə.v) dövründəki İslam anlayışına tam uyğundur. Sitatlar
Darvin qadınlar üçün "inkişafı tamamlamamış heyvandır" deyir. Ənənəçi ortodoks sistem də qadınlar üçün; "insanla heyvan arası varlıqdır" deyir. Qadın yarımdır, yarım varlıqdır deyir. Qadın əleyhinə sistem çox işləmişdir. Uydurma hədislərə əsaslanan bu izahları bəzi müsəlman qadınlara da qəbul etdiriblər. Halbuki Peyğəmbərimiz (s.ə.v) qadınları canı kimi sevər, mübarək və müqəddəs varlıq kimi görərdi. Bəzi ənənəçi ortodoks şəxslərin qadınlara dair hədis deyə irəli sürdükləri bu cür uydurma sözlər o dövrün münafiqlərinin Peyğəmbərimiz (s.ə.v)-ə dair böhtanlarından ibarətdir. Sitatlar
Darvinist, materialist sistemin ruhsuzluğunu və ənənəçi ortodoks sistemin insanların sevincini əlindən alan sistemini fikri olaraq aradan qaldırsaq beyin axını yaranmaz. İnsanlar gözəlliyi, incəsənəti, sevinci axtardıqları üçün incəsənəti gördükləri yerə getməyi üstün tuturlar. Allahın icazəsi ilə 3-5-7-9 ilə qədər Türkiyə çox dəyişəcək. Sitatlar
Din bütündür, İslam bütündür, Quran bütündür. Quranda, hökmü ləğv edilən heç bir ayə yoxdur. Sitatlar
Din ən aydın, ən açıq həqiqət olduğu, həyatın ən gözəl neməti olduğu halda, onu insanlara fəlakət həyatı kimi nəql edirlər. Buna görə də, İslamın adını eşidən dəhşətə gəlir. Gənclər İslamı yaşasa, ömrünün bitəcəyini düşündüyü üçün 60-70 yaşına çatanda yaşayaram deyir. Əbəs yerə İslamı qorxunc göstərdilər. Həm darvinist, materialist sistem, həm də ənənəçi ortodoks İslam anlayışı ilə gənclər iki tərəfdən sıxışdırıldılar. Bizim Quran müsəlmanlığından bəhs etməyimiz gənclərin üzərinə Günəş kimi doğdu, maşaAllah. Sitatlar
Dinin çətin olmasının lazım olduğu müşrik inancıdır. Allah insanlardan çətinliyə düşmələrini istəmir. İslam dini asandır. Allah, İslam dini İbrahimin dini kimi asandır deyə bildirir. Allah qullarının çətinlik yaşamasını, əzab çəkməsini istəməz. Sitatlar
Dövrün ənənəçi ortodoks hocaları Bədiüzzamana qarşı çıxırlar. Ustadımızın Quran tələbəsi olduğunu bilirdilər. Buna görə də, ustadımıza qarşı əks mövqe alıblar. Sitatlar
Tayyib hocamın Qurana dönülməsi mövzusundakı çıxışları Qurana da, Peyğəmbərimizin sünnəsinə də uyğun. Tayyib hocam, yalnız Allahdan qorxan dürüst insan. Dedikləri haqda səmimiyyətsiz şərh yazanlar mənə gəlsinlər. Tayyib hocam harada miskin varsa Xızır kimi yetişir. İslam aləminin hər yerinə sahib çıxmaq üçün səmimiyyətlə səy göstərir. Ona söz deyənlərin isə heç bir dənə belə xidməti yoxdur. Sitatlar
Öcalan və PKK İslam Birliyini müdafiə etsinlər. Zülm heç bir zaman əbədi olmaz. Allah Quranda söz vermişdir: Batil mütləq məğlub olacaq, yox olacaq. Haqq daim qalib gələcəkdir. Sitatlar
Təkidlə xeyir söz deyilsə, o xeyir hər yerə yayılar. İnsanların ürəyinə Allah ilham edər və istənilən şey olar. Dayanmadan "İslam Birliyi olacaq" desən, olacaq. Sitatlar
Millət olaraq əsarəti qəbul etməz, şərəfimizə söz gəlməsinə izn vermərik. Türk millətinin yaxasını buraxacaqlar. Həll yolu İslam Birliyi, Mehdiyyətdir. Yaxşılıq istəyən Mehdiyyətə gəlsin. Sitatlar
İslam Birliyi yaransa, təhqirdən söz gedə bilməz. Amma müsəlmanlar parçalansa, müsəlmanları da, haşa, peyğəmbər (s.ə.v)-i də, Quranı da təhqir edərlər, Allah qorusun. Rəbbimizə, digər dinlərə də çirkin söz söyləyirlər, Allah qorusun.  İSLAM BİRLİYİ QURULSA, NƏ İSLAM, NƏ XRİSTİANLAR, NƏ YƏHUDİLƏR, NƏ DƏ BAŞQA KİMSƏ TƏHQİR OLUNAR. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur