HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Kürdüstan - Adnan Oktar - Harun Yahya - Harun Yəhya
kurdustan | Bütün Əsərlər
Bəzi insanların kürdlərə qarşı baxış bucağı çox çirkin olur. “Kürdüm” deyən insana, “əstəğfürullah, haşa” deyənlər olur. Belə nifrət dolu tiplərə kimsənin etibar etməməsi lazımdır. İrqçi, kinli düşüncə ilə baxanlar əxlaqı pozulmuş qeyri-sabit insanlardır. Türk, kürd, çərkəz, ərəb hamımız Hz. Adəmin övladlarıyıq, hər insan çox qiymətli və gözəldir.
Biz zülm istəmirik. Biz Kürd canlarımızın hörmət və dəyər görərək, dinlərinə, namuslarına xələl gəlmədən, hüzurlu yaşamalarını istəyirik. Kommunist rejim altında əzilmələrinə icazə vermərik. Kürd analarımızın, bacılarımızın kommunist, dinsiz, Allahsız rejim altında əzilmələrinə icazə vermərik. PKK sevilmədiyini və istənmədiyini artıq anlasın. Kürdləri rahat buraxsın. Kürdlər kommunist dikdə təzyiqi altında deyil, öz seçimləriylə azad olaraq necə istəyirlərsə yaşasınlar.
PKK kürd canlarımıza çox böyük zülm etdi. Aydındır ki, dindar insanlar kürdlərdir. Belə dindar insanları zorla kommunist, dinsiz etməyə çalışmaq çox böyük zülmdür. Kürd canlarımızı PKK-nın zülmünə əsla tərk etməyəcəyik.
Kürdlər çilə əhlidir, vəfalıdır, sadiqdir, dindardır. Bir insanın kürd dostu olması o insan üçün çox böyük nemətdir. Kürd deyildiyində ağılımıza mərdlik, dürüstlük, igidlik, əsalət və gözəl əxlaq gəlir.
Tayyib hocam cumhurun başı olaraq, dövlətimizin və millətimizin dəyərlərinə sahib çıxaraq, bozqurd işarəsi etməklə çox gözəl rəftar göstərmişdir. Bozqurd simvolunu hər kəsin istifadə etməsi millətçilərə xoşbəxtlik verir. Türklük demək Türküm deyən hər kəsi öz qardaşı görməkdir. Ülkücülər laz, kürd hər kəsi qardaş olaraq sevər və kim bozqurd işarəsi edirsə bundan xoşbəxtlik duyar. Dünyanın hər hansı yerində bozqurd işarəsi edəndə buna sevgi və hörmət edilər.
Biz PKK-nı, yəni kommunist, Stalinist quruluşu, cinayətləri və Türkiyəni parçalamağı istəyən quruluşu istəmirik, yoxsa Türkiyə ilə dost, İslama, Qurana, müqəddəs şeylərə hörmət edən kürd qardaşlarımız bizim canımızdır.
Türkiyə kürdlərin əzilməsini istəmir. Türkiyə kürd qardaşlarımızın Stalinist təzyiq altına alınmasını istəmir. Buna görə də, böyük fədakarlıqla həm kürdləri, həm də bütün xalqları qorumağı öhdəsinə götürür.
MHP ilə AKP ittifaqının kürd qardaşlarımız əleyhinə olacağı iddiasına heç bir qardaşımız aldanmasın. MHP irq partiyası deyil. Millətçilik anlayışı mədəniyyət millətçiliyidir. Kürd qardaşlarımız əleyhinə ən kiçik düşüncə, ən kiçik hərəkət nə MHP də, nə də AKP də olmaz, olmayacaq. Keçmişdə yaşanan bəzi hadisələr keçmiş dərin dövlət zehniyyətinin zülmləridir. Bu struktur müsəlmanlara da, dindarlara da, sol təbəqəyə də, ülkücülərə də, hər kəsə zülm edirdi. AKP-nin də, MHP-nin də kürd qardaşlarımız əleyhinə heç nəyə icazə verməyəcəyinə Allahın icazəsi ilə biz zaminik.
Ağlı zəif, nəzakətsiz, bəsit olan bəzi insanlarda kürd deyildikdə ağlına PKK gəlir. Bu onların axmaqlığından və cahilliyindəndir. Kürd, türk, çərkəz, laz, hamısı Türkiyənin təməl elementləridir. Hamımız bir-birimizə qarışmış vəziyyətdəyik. Hamımız hz. Adəmin övladıyıq. İrq əsaslı yanaşma tərzi Qurana uyğun deyil. Kürd canlarımızı öz aləmində aşağı hesab edən zehniyyətdəkilərin əxlaqsızlığına heç fikir verməyə ehtiyac yoxdur. İslamda kürdlərin ayrı yeri var. Böyük mücəddidlər, müctəhidlərin böyük hissəsi kürddür. Mənim ustadım kürddür. Mədrəsələrin qalası kürd canımızın olduğu torpaqlardır. Kürdlər çox dindar və alicənab olduqları üçün dəccaliyyət onları birinci dərəcə olaraq gördü və hədəf aldı. Dinsiz, imansız PKK-nı onlara müsəllət etdi. Lakin kürdlər aslan kimi dimdik ayaqdadırlar, dindar və güclüdürlər maşaAllah.
Kürd olmaq şərəfdir. Mənim qız dostlarımın bir çoxu kürddür. Kürdlər mərddir, dəliqanlıdır. Onların mövcudluğundan xoşbəxtlik duyuruq. Hamısını çox sevirik. Kürd əleyhinə olanlar əxlaqsız və alçaqdırlar. Kürdlərdən nifrət edən alçaqları heç vaxt ciddiyə almasınlar.
Kürd demək, nur deməkdir. PKK ayrı, kürd ayrıdır. Rusiya, Astana görüşlərində PKK-nın iştirak etməsini istəməklə çox çirkin təklif edir. Terror təşkilatının sülh görüşündə yeri olmamalıdır.
Kürd bacı-qardaşlarımız bizim canımızdır. Hər kəs kürd bacı-qardaşlarımızı bağrına bassın. Parçalanma İslam aləminə fəlakət gətirər. İraq, Suriya, Türkiyə bir və bütün olaraq qalacaq, dəccaliyyətin İslam aləmi üzərindəki bütün oyunlarını pozacağıq.
Kürd bacı-qardaşlarımızın igidliyi, vəfa duyğusu, ailəyə verdikləri əhəmiyyət, onların yüksək vicdanını göstərən çox gözəl məziyyətləridir.
Dəccaliyyətin sevgisizliyinə tabe olan insanlar mütləq düşmən olacaq birini tapırlar. Ələvi, yunan, ərəb, kürd, musəvi fərq etmir.
Hər cəmiyyətin, hər xalqın xain və pis olanı ola bilər, lakin bir cəmiyyətə bütünlüklə qarşı çıxılmaz. Bu ölkədə rum, kürd, ələvi, bütün ünsürlər millidir.
Kürdləri irqlərinə görə öz aləmlərində aşağı hesab edənlər ağılsız və namərddirlər. Kürd qardaşlarımız belə əxlaqsız insanları ciddiyə almasınlar. Kürdlərin çoxu seyiddir. Hamısı dəliqanlıdır, gözəl əxlaqlıdır, vəfalı və şərəflidir. Onlar bizim analarımız, bacılarımız, qardaşlarımız, başımızın tacıdırlar.
Bacı-qardaşlarımızı ələvi və kürd olduğu üçün təcrid edən insanlar öz əxlaqsızlıqlarını göstərmiş olurlar.
Suriyadan gələn ərəb, kürd, türkmən hər kim olursa olsun bizim başımızın tacıdır. Türkiyə hamısına sevərək ev sahibliyi edir.
Kürdü kürd, türkü türk, lazı laz idarə etsin fikri çox qorxuncdur. Bizim laz qubernatorumuz cənub-şərqə gedəcək, kürd qubernatorumuz Egeyə gəlib idarə edəcək. Bu gözəldir. Biz hamımız qardaşıq, iç-içəyik. Allah ayəsində ―"müsəlmanlar qardaşdır" ―deyə buyurur.
Türk, kürd, laz, çərkəz hamısı bərabərdir. Türkiyədə bunun əksini iddia edən yoxdur .
48
1
1
2
3
/ 3
1
1
2
3
48
/ 3
20