logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 25 mart 2018

avatar

Adnan Oktar

Biz zülm istəmirik. Biz Kürd canlarımızın hörmət və dəyər görərək, dinlərinə, namuslarına xələl gəlmədən, hüzurlu yaşamalarını istəyirik. Kommunist rejim altında əzilmələrinə icazə vermərik. Kürd analarımızın, bacılarımızın kommunist, dinsiz, Allahsız rejim altında əzilmələrinə icazə vermərik. PKK sevilmədiyini və istənmədiyini artıq anlasın. Kürdləri rahat buraxsın. Kürdlər kommunist dikdə təzyiqi altında deyil, öz seçimləriylə azad olaraq necə istəyirlərsə yaşasınlar.
A9 TV; 25 mart 2018
778
avatar

Adnan Oktar

Ağılın, Allaha bağlanmanın, cənnətin hər şeyi, açarı səmimiyyətdir. Allah yalnız səmimi olanların xilas olacağını bildirmişdir. Səmimiyyətin özünə xas xüsusi ləzzəti vardır. Səmimiyyətdə vücud çox böyük fərahlıq duyar, danışa bilmirsə danışacaq hala gələr, gözəl cümlələr quracaq hala gələr. Hər hansı sıxılma varsa tamamilə ortadan qalxar.
A9 TV; 24 mart 2018
avatar

Adnan Oktar

Tayyib hocamın Quranın yetərliliyi mövzusunda etdiyi şərhə bütün qadınların sahib çıxması vacibdir. Qadınlar əleyhindəki xurafatları tamamilə ortadan qaldıran rəftar göstərdi Tayyib hocam. Bütün qadın sənətçilərin, siyasətçilərin, alimlərin, yazıçıların və digərlərinin Tayyib hocama dəstək vermələri çox gözəl olar.
A9 TV; 24 mart 2018
avatar

Adnan Oktar

Allah sevgini sevər. Səmimiyyət sevgi üçündür. Quranın bütün hökmlərini yerinə yetirən insan səmimi, yəni sevgini bilən insandır. Sevgini yaxşı bilən insan təqva sahibidir. Allah Özünün əbədi açılan sevgiylə sevilməsini istəyər. Özü də sonsuza açılan sevgiylə sevər.
A9 TV; 24 mart 2018
avatar

Adnan Oktar

Dünyaya ilk gəldiyimizdə insan ilk başda şüurlu şəkildə analiz edə bilmir. Məktəb bitirilir, universitetə gedilər, evlənilir, hər kəs həyat mübarizəsi içində yaşamağa çalışır deyə bilir böyük əksəriyyət. Amma diqqətlə baxdığımızda hər şeyin beynimizin içində yaradıldığını və çöldə maddənin yalnız kölgə varlıq olaraq olduğunu görürük. Təkcə saata, stəkana baxdığımızda Allahın varlığını açıqca görürük. Allahın varlığını görər görməz, tək bir atomun quruluşunda möhtəşəm Ağıl və nizam olduğunu da görürük. 15 milyard ildir hərəkət edən atomlar bir dəfə belə bir-birinə dəymir. Bir elektronun içindəki aləmi düşünün. Allahın böyüklüyü əzəmətlidir. Bu əzəmət böyüklük qarşısında məktəb bitirmək, iş sahibi olmaq və s. həyatın tək məqsədi ola bilməz. Və həyatının tək məqsədi Allah olan insan üçün həyatının hər detalı mükəmməldir, yağ kimi axır.
A9 TV; 24 mart 2018
avatar

Adnan Oktar

Din olmadıqda şeytan dövrəyə girər. Şeytanın təsirinə girən insanın ruh halının sağlam olması mümkün olmaz. Bütün hərəkətləri qeyri-sabitdir. Həyat məqsədi olmadıqda insanlarda həyata küsmə, sevdiklərinə küsmə, intihar meyli inkişaf edir. Məqsədsizlik insanın bütün həyat enerjisini əlindən alır. İnsana həyat enerjisi qazandıran Allah sevgisi, Allahın böyüklüyünü anlamaq və imandır.
A9 TV; 24 mart 2018
avatar

Adnan Oktar

PKK kürd canlarımıza çox böyük zülm etdi. Aydındır ki, dindar insanlar kürdlərdir. Belə dindar insanları zorla kommunist, dinsiz etməyə çalışmaq çox böyük zülmdür. Kürd canlarımızı PKK-nın zülmünə əsla tərk etməyəcəyik.
A9 TV; 24 mart 2018
avatar

Adnan Oktar

Bir gənc qızın qarşısındakını sevə bilməsi üçün o insanın Allaha imanını, eqoist olmadığını, alicənab olduğunu görməsi lazımdır. Qarşısındakının gözəl əxlaqını görən gənc qız o insanı təbii olaraq candan sevər.
A9 TV; 24 mart 2018
avatar

Adnan Oktar

Şəhidimiz Muhsin Yazıcıoğlunun rəhmətlə və sevgiylə xatırlayırıq. Tam vəli əxlaqlı insan idi. Həmişə sevgini, dostluğu, qardaşlığı ön plana alardı. Sui-qəsdinin mütləq aydınladılmasını gözləyirik.
A9 TV; 24 mart 2018
avatar

Adnan Oktar

Allahı çox sevsəniz, Allahın bizə olan ilhamını dərhal görər, başa düşərik. Allah ayədə "Əgər Məndən qorxsanız sizə yaxşını pisdən ayırd edəcək anlayış verərəm" deyir. Allahı çox sevən insanın üzərində şeytanın təsiri olmaz.
A9 TV; 23 mart 2018
avatar

Adnan Oktar

Məktəbin məqsədi sevgini öyrənməkdir. Hər məktəb mərhəmətin, dostluğun, yoldaşlığın, sənətin, keyfiyyətin qalası olmalıdır. Gənclərin çoxu nə üçün məktəbə getdiyini belə bilmir. Sevgi üçün təhsil aldıqlarını bir ömür boyu bilmədən yaşayırlar. Qorxunun, narahatlığın aradan qaldırılması üçün məktəblərdəki sevgi və mərhəmət təhsili çox vacibdir.
A9 TV; 23 mart 2018
avatar

Adnan Oktar

Darvinizmi elmi olaraq yıxmaqla Dəccaliyyətin dinini aradan qaldırdıq və İslama ən böyük xidməti etdik. Darvinizmin etibarsızlığını anlatmamış olsaydıq hökumətin fikri zəmini bu qədər güclü ola bilməzdi.
A9 TV; 23 mart 2018
avatar

Adnan Oktar

İncəsənət olmayan yerdə həyat olmaz. Əfqanıstan, İraq, Suriya kimi ölkələrin ölümünə səbəb olan incəsənətin olmamasıdır. İncəsənət, Allah sevgisinin ən gözəl təcəllilərindən biridir. İmanın, Allah sevgisinin olduğu yerdə incəsənət həyat tapar. İncəsənəti öldürəndə həyat da ölər.
A9 TV; 23 mart 2018
avatar

Adnan Oktar

Bədiüzzaman metafizik şəxsdir. Ağlı, zəkası, yaddaşı fövqəladə maşaAllah. Çox çətin dövrdə xidmət etdi. Allah ondan qəni-qəni razı olsun.
A9 TV; 23 mart 2018
avatar

Adnan Oktar

Batmanda şəhid olan igidimizi təbrik edirik. Hər dəfə şəhidlərimizə qibtə edirik. Onların şərəfli, nurlu şəhadətlərinin üzərinə möhtəşəm gözəllik inşa ediləcək. İttihadı İslam meydana gələcək inşaAllah.
A9 TV; 23 mart 2018
avatar

Adnan Oktar

Bir ekranın başına yapışıq yaşayırıq. Böyük bir güc bizə bu ekranda təsvir izlədir. Təsvirdə həmişə düzgünlük və müntəzəmlik vardır. Atomlar, çiçəklər, meyvələr hər şey düzgündür. Belə vəziyyətdə bu gözəllikləri yaradan Gücün, haşa, yox saymaq, heç yoxmuş kimi davranmaq, çox böyük zülm olar. Sonsuz Ağla sahib olan Allahı sevmək çox zövqlüdür. Mömin bütün diqqətini Allaha imana, Allahı çox səmimi sevməyə və Allahın yaratdıqlarını sevməyə verəcək.
A9 TV; 22 mart 2018
avatar

Adnan Oktar

Bir insanın səmimiyyəti baxışlarından, üzündən və danışığındakı səs tonuyla istifadə etdiyi sözlərdən aydın olar. Eyni insanın səmimi danışması necə olar, süni danışması necə olar dərhal bilinər.
A9 TV; 22 mart 2018
avatar

Adnan Oktar

Quran sevginin necə yaşanacağını bizə öyrədən həyat kitabıdır. Qurana tam uyulduqda həqiqi dostluq və sevgi yaşanar.
A9 TV; 22 mart 2018
avatar

Adnan Oktar

Allaha candan dua edən hər kəs xoşbəxt olar. Allahın böyüklüyünü səmimi qavrayaraq dua etmək əhəmiyyətlidir. Böyüklük sözdə qalmayacaq, qavrayaraq, düşünərək dua edəcək.
A9 TV; 22 mart 2018
avatar

Adnan Oktar

Bir insan bütün həyatını Allaha həsr elədisə, həyatın bütün yönlərindən özünü çəkib yalnız Allah üçün yaşayırsa, bu, o insanın təqvasının dəlilidir. Amma buna baxmayaraq müsəlmanda yenə də həmişə Allah qorxusu və cəhənnəmdən çəkinmək olar.
A9 TV; 22 mart 2018
avatar

Adnan Oktar

Şəhidlik təbrik ediləcək məqamdır. Allah şəhidlərimizin şəhadətini mübarək etsin, nə gözəl onları cənnətinə layiq görmüş. Çətin olan dünyada qalmaqdır. Şəhidlərin arxasınca kədərli ifadə istifadə etmək şəhidlərin ruhu üçün incidici olar. Onlar çox gözəl yerdədirlər.
A9 TV; 22 mart 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bəzi insanların kürdlərə qarşı baxış bucağı çox çirkin olur. “Kürdüm” deyən insana, “əstəğfürullah, haşa” deyənlər olur. Belə nifrət dolu tiplərə kimsənin etibar etməməsi lazımdır. İrqçi, kinli düşüncə ilə baxanlar əxlaqı pozulmuş qeyri-sabit insanlardır. Türk, kürd, çərkəz, ərəb hamımız Hz. Adəmin övladlarıyıq, hər insan çox qiymətli və gözəldir. Sitatlar
PKK kürd canlarımıza çox böyük zülm etdi. Aydındır ki, dindar insanlar kürdlərdir. Belə dindar insanları zorla kommunist, dinsiz etməyə çalışmaq çox böyük zülmdür. Kürd canlarımızı PKK-nın zülmünə əsla tərk etməyəcəyik. Sitatlar
Dəccaliyyət insanların hamısına birdən hücum edərək və hücumun əhatəsini getdikcə artıraraq insanları Allaha yönəlməyə məcbur edər. Ledün yönü ilə Dəccaliyyət də Allaha xidmət edir. Amma biz Haqq tərəfdarı olaraq, Mehdiyyət qabaqcılı olaraq ledün yönünə görə deyil, zahiri istiqamətinə görə hərəkət etməklə və Dəccaliyyətlə var gücümüzlə elmi olaraq mübarizə aparmaqla məsuluq. Sitatlar
Quran müsəlmanlığı izah edilməzsə gənclərin dindən uzaqlaşması çox sürətli olar. Quran müsəlmanlığında din çox güclü iman üzərinə oturar. Biz Quran müsəlmanlığını izah etdiyimiz üçün gənclərin dinə yaxınlaşmasına vəsilə oluruq. Bizim bəhs etdiyimiz model xaricində gənclərin dinə yaxınlaşması mümkün görünmür. Sitatlar
Kürdlər çilə əhlidir, vəfalıdır, sadiqdir, dindardır. Bir insanın kürd dostu olması o insan üçün çox böyük nemətdir. Kürd deyildiyində ağılımıza mərdlik, dürüstlük, igidlik, əsalət və gözəl əxlaq gəlir. Sitatlar
Tayyib hocam cumhurun başı olaraq, dövlətimizin və millətimizin dəyərlərinə sahib çıxaraq, bozqurd işarəsi etməklə çox gözəl rəftar göstərmişdir. Bozqurd simvolunu hər kəsin istifadə etməsi millətçilərə xoşbəxtlik verir. Türklük demək Türküm deyən hər kəsi öz qardaşı görməkdir. Ülkücülər laz, kürd hər kəsi qardaş olaraq sevər və kim bozqurd işarəsi edirsə bundan xoşbəxtlik duyar. Dünyanın hər hansı yerində bozqurd işarəsi edəndə buna sevgi və hörmət edilər. Sitatlar
Münafiqlər özlərini dindar kimi göstərməyə çalışarlar amma həm din ilə, həm Mehdiyyət ilə, həm İsa Məsih ilə, həm də, haşa, Allah ilə istehza edərlər. Həm hədislərdə, həm ayələrdə bu çirkin əxlaqsızlıqlarına diqqət çəkilmişdir. (Tövbə surəsi, 65) Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: “BİZ SADƏCƏ BOŞ-BOŞ DANIŞIB ZARAFATLAŞIRDIQ!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? (Bəqərə surəsi, 14-15) Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” – deyirlər, ÖZ ŞEYTANLARI İLƏ TƏKLİKDƏ QALDIQDA İSƏ: “BİZ SİZİNLƏYİK. BİZ MÖMİNLƏRƏ ANCAQ İSTEHZA EDİRİK!” – deyirlər. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər. Sitatlar
Allah, siz yaxşı olsanız pislər sizə zərər verə bilməz deyə bildirir. Biz Allaha xidmət edib qərarlı olaraq Allahı sevəcəyik və Allaha təslim olacağıq. Allahın bizdən istədiyi bu. Sitatlar
İgidlərimizin şəhadəti millətimiz üçün qürur vəsiləsidir. Nə gözəl onlar cənnətə qovuşmuş, Peyğəmbərimiz (s.ə.v)-ə və şəhidlərə qovuşmuşlar. Biz hələ burada gözləyirik, bizi də çağırsınlar gələk inşaAllah. Allah ailələrinə səbri-cəmil nəsib etsin, xeyirlə və gözəlliklə əhatə etsin. Sitatlar
Münafiqlər, möminlərin azadlığına qarşı olduqlarını və azadlığı məhdudlaşdıracağını iddia edərək hücum edirlər. "Biz mütəəsib və daha təqvalıyıq" deyə ortaya çıxarlar amma əslində çox əxlaqsızdırlar. Fitnə çıxara bilmək, özlərini dindar, dürüst, təqvalı göstərmələri üçün inadla azadlıq əleyhinə olduqlarını vurğulayırlar. Sitatlar
Şəhid dəfnlərində hüznlü musiqi istəmirik. Biz millət olaraq şəhidlərimizlə qürur duyuruq, şəhidlərimizin ləyaqətlə, sevinclə yola salırıq. "Qəlbimizdən vurulduq", "evlərə atəş düşdü" kimi üslubları müsəlman millətimizə yaraşmaz. Millətimizin inancına tərs olan bu üslubun bütün mətbuatdan və bütün yazılardan silinməsini istəyirik. İgidlərimiz "biz toya gedirik" deyirlər. Onların bu igidliyinə qarşılıq, şəhid olduqlarında hüznlü musiqiləri çalmaq, hüznlü danışmaq şəhidlərimizi incidər. Sitatlar
Bəzilərinin narahatlığı əslində dekolte deyil. Əsas narahatlıqları İngiltərə dərin dövlətini ifşa etməyimizdir. Darvinizmin əsassızlığından bəhs edirik narahat olurlar. Biz darvinist, materialist ideologiyalara qarşı olduğumuz müddətcə, PKK-ya qarşı olduğumuz müddətcə, homoseksuallığa qarşı olduğumuz müddətcə, İngiltərə dərin dövlətinə qarşı olduğumuz müddətcə, AKP-ni müdafiə etməyə davam etdiyimiz müddətcə, MHP-yə dəstək olmağa davam etdiyimiz müddətcə mütləq bizdən narahat olacaqlar. Biz bu düzgün rəftarımızdan imtina etmərik. İngiltərə dərin dövlətinin oyunlarını hər dəfə qanunla, hüquqla, elmlə, irfanla pozarıq. Sitatlar
Biz PKK-nı, yəni kommunist, Stalinist quruluşu, cinayətləri və Türkiyəni parçalamağı istəyən quruluşu istəmirik, yoxsa Türkiyə ilə dost, İslama, Qurana, müqəddəs şeylərə hörmət edən kürd qardaşlarımız bizim canımızdır. Sitatlar
Ağlı zəif, nəzakətsiz, bəsit olan bəzi insanlarda kürd deyildikdə ağlına PKK gəlir. Bu onların axmaqlığından və cahilliyindəndir. Kürd, türk, çərkəz, laz, hamısı Türkiyənin təməl elementləridir. Hamımız bir-birimizə qarışmış vəziyyətdəyik. Hamımız hz. Adəmin övladıyıq. İrq əsaslı yanaşma tərzi Qurana uyğun deyil. Kürd canlarımızı öz aləmində aşağı hesab edən zehniyyətdəkilərin əxlaqsızlığına heç fikir verməyə ehtiyac yoxdur. İslamda kürdlərin ayrı yeri var. Böyük mücəddidlər, müctəhidlərin böyük hissəsi kürddür. Mənim ustadım kürddür. Mədrəsələrin qalası kürd canımızın olduğu torpaqlardır. Kürdlər çox dindar və alicənab olduqları üçün dəccaliyyət onları birinci dərəcə olaraq gördü və hədəf aldı. Dinsiz, imansız PKK-nı onlara müsəllət etdi. Lakin kürdlər aslan kimi dimdik ayaqdadırlar, dindar və güclüdürlər maşaAllah. Sitatlar
Kürd bacı-qardaşlarımız bizim canımızdır. Hər kəs kürd bacı-qardaşlarımızı bağrına bassın. Parçalanma İslam aləminə fəlakət gətirər. İraq, Suriya, Türkiyə bir və bütün olaraq qalacaq, dəccaliyyətin İslam aləmi üzərindəki bütün oyunlarını pozacağıq. Sitatlar
Kürd demək, nur deməkdir. PKK ayrı, kürd ayrıdır. Rusiya, Astana görüşlərində PKK-nın iştirak etməsini istəməklə çox çirkin təklif edir. Terror təşkilatının sülh görüşündə yeri olmamalıdır. Sitatlar
Tayyib hocamın Allah yolunu açmış, böyük vizyonla irəliləyir maşaAllah. Allahın izni ilə İttihadı İslamın qurulmasına vəsilə olacaq. Sitatlar
Həqiqi mənada ictimai ədalət üçün, həqiqi ictimai zəmanət üçün himayədarlıq sisteminin tam yaşanması lazımdır. Quranda Allah hər kəsin bir-birinin vəlisi olduğu sistem olmasını söyləmişdir. Elə bu Mehdiyyət vəsiləsiylə olacaq. Allahın izni ilə 3-5 il içində bu gözəlliyin reallaşdığını görəcəyik. Sitatlar
Hər çətinlik, hər əziyyət eşqi öyrənmək deməkdir. Bəla kimi görünən hər hadisə mömin üçün nemətdir. Hər bəla möminə xeyirdir. Bəla gəlib də sevgini öyrənməmək deyə bir şey yoxdur. Bəlanı yaşayanlar sevgini coşğuyla yaşayarlar, sevgini çox gözəl öyrənərlər. Sitatlar
Allahın böyüklüyünü anlayan və səmimi olan insan metafizik varlığa çevrilər. Bütün dünya onun xidmətində olar. İstədiyi hər şeyi Allah üçün istəyənə Allah hər şeyi açar. Mömin özü üçün bir şey istəməz, bu möminin əsla içinə düşmək istəməyəcəyi fəlakətdir. Sitatlar
Bir diyarda ağlı başında bir insan olanda ayna sistemi dövrəyə girər və zəncirləmə olaraq hər kəsə müsbət təsir edər. Bir insanın səmimi imanı bütün cəmiyyətin gözəl əxlaqına vəsilə olar. Sitatlar
Allahın varlığı sevgidir. Bütün kainatın yaradılmasının tək məqsədi sevgidir. Sevgi hər şeyi həll edir. Bu sonsuz xoşbəxtlikdir. Dünyadakı ən böyük zövq sevgidir. Şeytan isə dünyanın ən böyük əzabı olan nifrətə insanları çəkməyə çalışar. Sitatlar
Səmimi, sağlam, tərtəmiz İslamı bataqlıqda axtarırlar. Xurafat, şiddət və nifrət qoxuyan bu bataqlıqla İslamın heç bir əlaqəsi yoxdur. Quran və Qurana uyğun sünnə xaricindəki anlayış müsəlmanlara yalnız fəlakət gətirər. Bu fəlakəti millətimiz və dövlətimiz heç vaxt qəbul etməz. Türkiyə müasir, aydın, dindar və keyfiyyətli ölkədir. Sitatlar
Şəhidlərimizin arxasınca üzüntülü ağlamaq onları təhqir edir. Bizim igidlərimiz "toya gedirik" deyərək şəhadətə gedirlər. Şəhadətləri mübarək olsun. İgid şəhidlərimizin, igid ailələrinin qərarlı, mətanətli, cəsarət dolu danışıqları bütün millətimizə nümunə olur. Bu gözəl danışıqlar həmişə mediada gündəmdə olmalıdır. Sitatlar
Tayyib hocam, FETÖ-nu tarixə basdıran insandır. Əksi istiqamətdə ittihamda olanlara cavab verməyə ehtiyac da yoxdur. Tayyib hocam, FETÖ ilə etdiyi mübarizəylə tarixə keçmiş liderdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur