HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Mehdi - Adnan Oktar - Harun Yahya - Harun Yəhya
mehdi | Bütün Əsərlər
Məqalələr
İmam Rəbbani Həzrətləri Hz. Mehdinin Gəlişi ilə Bağlı Mühüm Müjdələr Vermişdir
Digər dillər
Məqalələr
ABŞ-ın İrana hücumu ilə başlayan bu müharibə dini müharibədir
Digər dillər
"Mehdi gəlmədi, Mehdi gəlməyəcək" deyənlər Mehdinin çıxış əlamətlərindən heç vaxt bəhs etmirlər. Mehdi gəlməyəcək deyə səhər axşam çaxnaşma salanlar, "Peyğəmbərimiz (s.ə.v) bu əlamətləri saydı və bunlar hələ olmadı" desinlər. Deyə bilməzlər, çünki Peyğəmbərimiz (s.ə.v), 600-dən çox əlamət saymış və bu əlamətlərin hamısı tək-tək bu dövrdə meydana gəldi.
Allahın imtahan edəcəyini bəzi insanlar unudurlar. Mənəvi dərəcəsi yüksək insanları Allah daha çox imtahan edər. Məsələn Mehdi çox ağır əziyyətlərdən keçər.
Mehdi sözü möminlərin qəlbində fərahlıq yaradar. Küfr və münafiqlər isə Mehdi sözünün duyulmasından da, Mehdiyyətin izah edilməsindən də xoşlanmazlar.
Qadınlar həqiqi mənada Mehdi dövründə azad olacaqdır. (Əmirəl-möminin Əli buyurdu: Qaim Mehdi qalxdığı zaman göy yağışını yağdıracaq, yer əkinlərini cücərdəcək, insanların qəlbindən kin, həsəd, düşmənçilik çıxacaq, yırtıcı heyvanlar əhliləşəcək, HƏTTA BİR QADIN İRAQDAN ŞAMA TƏKBAŞINA SƏYAHƏT EDƏCƏK AYAĞI OTLARA, YAŞILLIQLARA DƏYƏCƏK, BAŞINDA ZİNƏTİ OLACAQ, LAKİN NƏ ZƏRƏR GÖRƏCƏK, NƏ DƏ QORXU DUYACAQ. (Kitabul Cifr, İmam Əli, səh. 475)
Allah münafiqləri vəsilə edərək Mehdi camaatını gücləndirər. Cəmiyyətin ən iyrənilən, namərd, zalım münafiqlərini göndərib Mehdi camaatında canlanma və dirilmə yaradar.
Zər aləmində Peyğəmbərimiz (s.ə.v) Mehdini də, Mehdi tələbələrini də görmüşdür. Meracda da Mehdini görmüşdür. Buna görə də, Mehdi eyni zamanda Peyğəmbərimiz (s.ə.v)-in məsum olan səhabəsidir.
Mehdi tələbələrinin metafizik xüsusiyyəti təbliğ bacarıqlarının və imkanlarının daha yüksək olması; xasiyyətlərinin də digər insanlarla müqayisədə yüksək olmasıdır. Mehdi tələbələrinin dünyaya bağlılığı yoxdur, mallarının və canlarının hamısını Allaha fəda edirlər, bu da metafizik xüsusiyyətdir. Bir-birinə bağlılıqları normal cəmiyyətlərdə görüləndən daha yüksək olar. Birinə zərər gəldikdə hamısı birlikdə sahib çıxarlar. Bunlar çox alışılan hallar deyil.
Cənnətdə peyğəmbərlərlə birlikdə olacağıq, eyni süfrələrdə, eyni məkanlarda olacağıq. Dünyada əziyyət çəkirlər, lakin cənnətdə əbədiyyən etibarlı, əbədiyyən çox sevilən olacaqlar maşaAllah. İmam Mehdi də cənnətdə çox seviləcəkdir. Peyğəmbərimiz (s.ə.v) Mehdi üçün; "cənnətin tovuz quşudur O" deyir.
Musəvilərin gözlədiyi Moşiyah, hədislərdə xəbər verilən Mehdidir. Mehdi həm müsəlmanların, həm xristianların, həm də musəvilərin mənəvi lideri olacaq. Mehdi gəldiyi zaman bütün insanlar sülh içində birlikdə qardaşcasına yaşayacaqlar.
Kasıblıq, işsizlik və iqtisadi böhranlar Mehdi çıxana qədər bitməz. Kasıblıq Mehdi və İsa Məsih dövründə metafizik olaraq Allah tərəfindən xüsusi dayandırılacaq. Bundan başqa, hər dövrdə hər zaman imtahanın tələbi olaraq kasıblıq və yoxsulluq olacaq.
Mehdi və tələbələrinə 30-dan çox dəccal müsəllət olacaq. Mehdi tələbələri həm küfr əhli, həm də münafiqlərlə fikri mübarizə aparacaq. Peyğəmbərimiz (s.ə.v) insanların Mehdi tələbələrindən uzaq dayanacaqlarını, onlarla iş görmək istəməyəcəklərini, evlənmək istəməyəcəklərini söyləyir. İnsanlar son dövrə qədər Mehdi tələbələrindən həmişə uzaq dayanacaq. Bu da onların imtahanının dəyəridir.
Peyğəmbərimiz (s.ə.v) Kəbənin altında qədim dövrə aid xəzinələrin olduğunu bildirir. Kəbənin dağılmadan altına baxıla bilməsi hal-hazırda mümkün olmaz, təkcə Mehdi (ə.s) dövründə olacaq. Digər bütün müqəddəs əmanətlərin tapılması da, təkcə Mehdi (ə.s) dövründə olacaq. Mehdinin zühurundan sonra hamısı ortaya çıxacaq, insanların imanlarında böyük artım olacaq.
Mehdi siyasətə heç vaxt qarışmaz. Mehdi dünyaya İslam əxlaqının gözəlliklərini sevdirəcək. Dünyaya məhəbbəti, dostluğu, bacı-qardaşlığı, sevgini öyrədəcək.
Mehdi peyğəmbərlər kimi vəhy almaz, lakin Mehdidə bütün peyğəmbərlərin xüsusiyyəti var. Hədislərdə hər peyğəmbərdən bir xüsusiyyətin Mehdidə olduğu bildirilir. Hədislərə əsasən Mehdi, səhabələrdən və bəzi peyğəmbərlərdən daha üstündür.
Mehdi gəlməyəcək deyənlər mehdiyyətin haqq olduğunu bildikləri üçün bu qədər təşvişə qapılırlar. Həqiqətən Mehdinin gəlməyəcəyini düşünsələr bu məsələ ilə heç maraqlanmazlar. Mehdinin gələcəyini, əlamətlərin hamısının reallaşdığını bildikləri, bundan əmin olduqları üçün "Mehdi gəlməyəcək" deyə hay-küy salırlar.
Mən necə Mehdi tələbəsi olacağam deyən insan onsuz da Mehdiyə tələbə olmuşdur. Mehdiyyət üçün zəmin hazırlayan Mehdi tələbəsidir.
Axırzaman böyük hadisələrlə keçən dövrdür. İnsanların heç alışmadığı heyrətamiz hadisələr Mehdi çıxana qədər davam edəcək.
Mehdi və İsa Məsih tanınıb məlum olacaq, lakin Mehdi tələbələrinin sayı çox dəqiq olmayacaq.
168
1
1
2
3
4
5
6
7
8
9
/ 9
1
1
2
3
4
5
9
168
/ 9
20