28 fevral 2026-cı il tarixində ABŞ və İsrailin İrana hücumu ilə başlayan və ardınca müharibənin bölgədəki ərəb ölkələrinə yayılması ilə inkişaf edən hadisələr bir çox insanlar tərəfindən fərqli şəkildə şərh olunsa da, bu müharibə açıq şəkildə Axırzamanda baş verəcək bir hadisəyə işarə edir. Sözügedən hücumlar hədislərə görə, Mehdinin zühurundan əvvəl baş verəcək böyük əlamətlərdən biridir. Hədislərdə xəbər verilən bu müharibənin xüsusiyyətləri isə belədir:

Müharibə İran bölgəsini hədəf alacaq,

Qərb ölkələri ilə İran arasında baş verəcək,

Müharibə Ramazan ayında başlayacaq,

Demək olar ki, bütün Yaxın Şərqə yayılacaq və geniş bir ərazidə təsirləri hiss olunacaq,

Ramazan ayının 13-cü gecəsində baş verəcək Ay tutulması ilə ən şiddətli mərhələsinə çatacaq. 

Bu müharibə də digərləri kimi ancaq və ancaq Mehdinin zühuru ilə sona çatacaq.

 

Xorasandan çıxacaq qara bayraqlar və Ramazan ayında müharibə:

İmam Məhəmməd Baqir (əleyhissəlam) belə buyurmuşdur:

“‘Sonra firqələrin arasında ziddiyyət düşdü.’ ayəsi Əmirülmöminin (əleyhissəlam)-dan soruşulduqda o belə buyurdu:
‘Üç şeydən Hz. Mehdinin zühurunu gözləyin.’
Dedilər ki: ‘Ey Əmirülmöminin! O üç şey nədir?’
Buyurdu ki: ‘Şam əhlinin öz aralarında ixtilaf etməsi, Xorasandan çıxacaq qara bayraqlar və Ramazan ayında baş verəcək dəhşət (yəni müharibə).’”
(Gaybeti Numani, 14-cü bölüm, hədis № 8)

Hədisdə diqqət çəkilən qara bayraqların qaldırılması və Ramazan ayında dəhşət, yəni müharibənin başlaması tam şəkildə gerçəkləşmişdir.

İranda qara sancaq qaldırılmışdır.

Mənbə: https://www.sondakika.com/guncel/haber-iranda-hamaneyin-olumu-sonrasi-imam-riza-19612544/

Ramazan ayının 13-cü gecəsində Ay tutulması ilə birlikdə baş verəcək böyük hadisələr

Böyük İslam alimi Muhyiddin İbn Ərəbi Ramazan ayının 13-cü gecəsində Ay tutulmasının baş verdiyi dövrdə insanları yuxularından oyadacaq, qorxu doğuracaq böyük hadisələrin yaşanacağına diqqət çəkmişdir. Onun izahında qeyd edilən “göydə şimşək və göy gurultularının çoxalacağı” ifadəsi səmada göy gurultusuna bənzər güclü səslə hərəkət edən və partlayışları ilə şimşək kimi işıq yaradan raketlərə işarə edir.

 

Diqqət çəkən digər mühüm məqamlardan biri isə “Qərbdə qarışıqlığın yaranması” ifadəsidir.

 

“Əgər Ay Ramazan ayının 13-cü gecəsində tutulacaq olarsa, Qərbdə qarışıqlığın yaranacağına, göydə şimşək və göy gurultularının artacağına, insanların qorxu ilə yuxularından oyanacaqlarına, bir qrup insanın isə huşunu itirəcəyinə işarə sayılır.”
(Muhyiddin İbn Ərəbi, Saatlərin Xəzinəsi, səh. 257)

Tam da izah edildiyi kimi:

3 mart 2026-cı il gecəsi qanlı Ay tutulması baş vermişdir. Bu tarix Ramazanın 13-cü gününə təsadüf edir.

İranda müharibənin başlaması və bu müharibəyə ərəb ölkələrinin qoşulması

Hədislərdə Faris, yəni İranda bir müharibənin başlayacağı və bu müharibəyə ərəb ölkələrinin də daxil olacağı bildirilmişdir:

 

“Faris (İran) tərəfindən gələcək bir qövm olacaq ki, belə deyəcəklər:
‘Ey ərəblər! Siz həddən artıq təəssübkeşlik etdiniz! Əgər siz onlara layiq olduqları haqqı verməsəniz, heç kim sizinlə birlik qurmayacaq… Bir gün onlara, bir gün də sizə verilsin və qarşılıqlı verilən sözlərə əməl edilsin…’
Onlar Mutıka tərəfə çıxacaqlar, müsəlmanlar isə oradan aşağı düzənliyə enəcəklər… Müşriklər isə digər tərəfdə “Rakabə” adlanan qapqara bir çayın kənarında dayanacaqlar…
Onların arasında müharibə olacaq: hər iki ordudan Allah zəfəri götürəcək.”
(Qiyamət Əlamətləri, Əl-Bərzənci, s. 179)

Hədisdə bildirildiyi kimi Faris yəni İran bölgəsində həmin ölkə ilə ərəb ölkələri arasında ixtilaf baş verəcəkdir. Bu ixtilaf isə müharibəyə çevriləcəkdir. Məlum olduğu kimi, İran ilə başda Səudiyyə Ərəbistanı olmaqla ərəb ölkələrinin böyük əksəriyyəti arasında uzun illərdir davam edən anlaşmazlıq mövcuddur. ABŞ və İsrailin İrana hücumundan sonra isə İran bir çox ərəb ölkəsini raket və dronlarla hədəfə almışdır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, Oman, İordaniya və İraq bu ölkələr sırasındadır.

 

Hicaz bölgəsindən çıxacaq “atəş”

Bir hədisdə axır zamanda Hicaz bölgəsindən çıxacaq bir “atəş”dən bəhs edilir. Buradakı “atəş” ifadəsi məcazi olaraq müharibəni bildirir:

“Hicaz bölgəsindən bir atəş çıxmadıqca qiyamət qopmaz. Bu atəş Busradakı dəvələrin boyunlarını işıqlandıracaqdır.”
(Buxari, Fitən 24; Müslim, Fitən 42, 2902)

Ərəb ölkələrini əhatə edən bu genişmiqyaslı müharibə hədisdə “atəş” bənzətməsi ilə ifadə olunmuşdur. Axırzamanda Mehdinin zühurundan dərhal əvvəl baş verəcək bu hadisənin artıq yaşandığı qeyd olunur.

 

Ədən körfəzində çıxacaq atəş

Başqa bir hədisdə isə Ərəbistan yarımadasında yerləşən Ədən körfəzinə işarə edilir. Burada da “atəş”, yəni müharibənin həmin bölgədə baş verəcəyi bildirilir:

 

“Biz (qiyamət haqqında) danışarkən Peyğəmbər (s.ə.v.) yanımıza gəldi və:
‘Nə barədə danışırsınız?’ – deyə soruşdu.
Səhabələr: ‘Qiyamət haqqında danışırıq’ – dedilər.
Bunun üzərinə Peyğəmbər (s.ə.v.) belə buyurdu:
‘Siz on əlaməti görmədikcə qiyamət qopmayacaqdır:
Duman (Duxan),
Dəccal,
Dabbətül-ərz,
Günəşin qərbdən doğması,
Məryəm oğlu İsanın enməsi,
Yəcuc və Məcuc,
Biri şərqdə, biri qərbdə, biri də Ərəbistan yarımadasında olmaqla üç çökmə,
və bunların sonuncusu – Yəməndən (Ədən çuxurundan) çıxıb insanları məhşər yerinə sürəcək bir atəşdir.”
(Səhih-i Müslim, Fitən, hədis № 2901)

Xorasan və Fars torpaqlarına yayılan müharibə

Hədisdə Xorasan və Fars bölgələrində baş verəcək müharibəyə də diqqət çəkilmiş və bu hadisələr sanki günümüzdə yaşananları təsvir edir:

“Süfyan ordusunu Xorasan və Fars torpaqlarından şərq insanlarına qarşı göndərər. Şərq əhli ilə dəfələrlə döyüşər. Bu müharibələr davam edərkən…”
(Əl-Müttəqi, Axır zaman Mehdinin əlamətləri, hədis № 4:55)

“Süfyanın ordusu Xorasan, Fars diyarı və daha sonra şərqdəki insanlara qədər çatacaq. Şərq əhli onlara qarşı çıxacaq və onlarla dəfələrlə döyüşəcək.”
(Əl-Kavlu’l Muxtəsər fi Əlamətil-Mehdiyyil-Muntazar, hədis № 20)

Hədislərin göstərdiyi vəziyyət açıqdır. Hal-hazırda İran mərkəzli, demək olar ki, bütün Yaxın Şərqi əhatə edən “şərq” mərkəzli müharibə hədislərdə təsvir edildiyi şəkildə baş verir. Axırzamanın ən mühüm əlamətlərindən biri kimi göstərilmiş bu hadisələrin indi, olduğu kimi yaşanması çox böyük və inkar olunmaz bir möcüzədir.

 

“Dini müharibə”nin baş verməsi ilə bağlı etiraflar

Hal-hazırda İsrail və ABŞ mənbəli olaraq davam edən Yaxın Şərq müharibəsi bəzi Yəhudi və Xristianlar tərəfindən axır zamanda gözlənilən Məsih/Moşiyahın gəlişi üçün xüsusi olaraq təşviq edilmiş bir müharibədir.

 

Bəzi Yəhudilər Tövratın bəzi hissələrindən sitatlar gətirərək gözlədikləri bu böyük müharibəni dini mətnlərdə Armageddon adlandırılan qiyamət müharibəsi kimi təsvir edirlər. Onların inancına görə, bu müharibə dünyanın sonunda İsrail torpaqlarında baş verəcək, son zəfər Yəhudi xalqına aid olacaq və gözlənilən Moşiyah ortaya çıxacaq. Bu gözlənti Xristianlıqda da mövcuddur.

 

Bəzi Xristianların inancına görə, gözlənilən böyük müharibə, yəni Armageddon, İncilin Vəhy bölümündə keçir. Bu müharibə onların nəzərində dünyanın son günlərində Allah tərəfdarları ilə Dəccalın orduları arasında baş verəcək son mübarizəni təmsil edir. İsa Məsihin zəfəri ilə nəticələnəcək bu müharibə yeni bir dövrün başlanğıcı kimi görülür.

 

Lakin buradakı müharibə izahı ciddi bir yanılgıdır. Tövrat və İncilin tahrif olunmuş bölmələrinə əsaslanan bu izahlar əslində Tövrat və İncilin dəyişməz pasajları ilə ziddiyyət təşkil edir. Hədislərlə uyğun olan izahlar isə axır zamanın çətinlik və dəhşətini təsvir edir və bütün bu çətinliklərin ardından gözlənilən Mehdinin (Moşiyahın) gəlişini müjdələyir. Mehdinin gəlişi hal-hazırkı müharibə tərəfdarlarının inancının əksinə olaraq, yerüzünə sülh və ədalət gətirəcək və dünyanı əvvəllər görünməmiş bir rahatlıq mühitinə qovuşduracaqdır.

 

Hal-hazırda dini dövlət xüsusiyyəti daşıyan İsrail və eyni zamanda evanjelik dairələrin dəstəyini alan, Donald Trump rəhbərliyindəki ABŞ, yuxarıda izah edilən yanlış inancın təsiri ilə hərəkət edərək, baş verməsinin zəruri olduğuna inandıqları dini münaqişəni təşviq edirlər. Bu yanaşmanın əsas səbəbi isə dünyanın son mərhələyə yaxınlaşdığına dair qənaətin formalaşması, Tövrat və İncil mətnlərində qeyd olunan bir çox əlamətin axır zamana işarə etdiyinin düşünülməsi, eləcə də xristianların İsa Məsihi, yəhudilərin isə Moşiyahı (Mehdini) qeyri-düzgün metodlarla gözləmələridir. Bu yanlış yanaşmaya görə, həmin zuhurun reallaşması üçün müharibənin təşviq olunmasının zəruri olduğu düşünülür.

 

İranın isə uzun illərdir Mehdini gözlədiyi məlumdur. Bu ölkə axırzamanda Mehdinin zühurunun yaxınlaşdığına inanan və bu inancı böyük bir inam və qətiyyətlə gözləyən cəmiyyətlərdən biridir. Lakin bəzi xristian və yəhudi qruplar əslində eyni xilasedicini gözlədiklərini hələ də dərk edə bilmirlər. Bu səbəbdən, İranın bu gözləntilərini düzgün qiymətləndirməyən həmin çevrələr, yalnız öz maraq və üstünlüklərini təmin etməyə yönəlmiş təşəbbüslərin təsiri ilə, heç bir Müqəddəs Kitabda açıq şəkildə yer almayan bir dini münaqişənin yaranmasına zəmin hazırlamışlar.

Hazırda Yaxın Şərqi əhatə edən müharibənin əsas səbəbi tam olaraq budur.

Bu mövzu ilə bağlı müxtəlif rəsmilər tərəfindən edilən açıqlamalar da diqqət çəkicidir. Bunlardan biri:

 

ABŞ Dövlət Katibi Marco Rubio:
Aleksandr Duqin

Putinin “ağıl məsləhətçisi” olaraq tanınan, rusiyalı siyasətşünas və strateq Aleksandr Duqin sosial media vasitəsilə hal-hazırda bir dini müharibənin baş verdiyini tez-tez xatırladır.

 

metin, ekran görüntüsü, yazı tipi içeren bir resim

Yapay zeka tarafından oluşturulmuş içerik yanlış olabilir.

“Zühur yaxınlaşır. Güclü qalın. Gözlənilən şəxslər yaxın zamanda yenidən ortaya çıxacaqlar. Hər iki tərəfdə də.”

metin, ekran görüntüsü, yazı tipi içeren bir resim

Yapay zeka tarafından oluşturulmuş içerik yanlış olabilir.

“Heç bir şübhə yoxdur ki, biz tarixi dövrün son mərhələsinə daxil oluruq. Tarixin sona çatmasına.

Böyük İsrail layihəsi və gerçəyi, (müasir İsrailin özü kimi), tamamilə Qiyamət Zamanı anlayışıdır.

Eyni şey, İranda (şiə) tarixi mövqeyi üçün də keçərlidir – Son Mübarizə.
 

Benjamin Netanyahu

 

İsrail Baş naziri Benjamin Netanyahu 

 

İsrail Baş naziri Benjamin Netanyahu İrana “Amalek” deyə müraciət etmişdir. İrana hücumlarla bağlı çıxışında belə demişdir:

Bu həftənin Tövrat bölümündə yazılıb: ‘Amalekin sənə etdiklərini unutma.’ Biz xatırlayırıq və hərəkətə keçirik.

(https://www.aa.com.tr/en/middle-east/netanyahu-equates-iranian-regime-to-ancient-biblical-foe/3848109)

 

Amalek” Tövratdakı düşmən fiquru olduğundan bu təsvir müharibənin dini məna daşımasının ən aydın nümunələrindən biri hesab olunur. Amerikan-İslam Əlaqələri Şurası (CAIR) bu təsviri “müqəddəs müharibə dili” olaraq qiymətləndirmişdir.

 

Əslində isə, İran həm də Yəhudilərin gözlədiyi, yerüzünə sülh və ədalət gətirəcək Mehdini gözləyir. Netanyahunun dini mənada bir düşmən fiquru İrana bənzətməsi ciddi bir yanılgıdır. Bütün müharibə artıq bu yanılğının üzərinə qurulmuşdur.

 

Mayk Hakkabi
insan yüzü, kişi, şahıs, bayrak, giyim içeren bir resim

Yapay zeka tarafından oluşturulmuş içerik yanlış olabilir.
Mayk Hakkabi

ABŞ-ın İsrail böyükelçisi Mayk Hakkabi İsrailin Yaxın Şərqin böyük hissəsində İncilə əsaslanan bir hüququ olduğunu bildirmişdir. The Guardian qəzetinə verdiyi müsahibədə, İbrahim soyuna “Misirdən Fərata qədər” torpaqların vəd edildiyi xatırladılınca Hakkabi belə demişdir:

Hamısını alsalar da problem olmaz.”

(https://www.reuters.com/world/asia-pacific/us-envoys-remarks-israel-middle-east-land-draw-condemnation-region-2026-02-22/)

 

Hakkabi də İncil və Tövratın təhrif edilmiş bölmələrinə əsaslanaraq bu açıqlamaları vermişdir. Halbuki, vəd edilmiş torpaqlara müharibə və qətliamla sahib olmaq Mehdi’nin tətbiq edəcəyi üsul olmayacaq. Mehdi bütün bu savaşları aradan qaldıracaq, yerüzünə ədalət, sülh və barışı gətirəcək bir xilas edicidir.

 

ABŞ hərbi komandanları

dBəzi ABŞ hərbçiləri komandanların müharibəni “Allahın ilahi planı”, “Armageddon” və “Axırzaman” dili ilə təqdim etdiklərini qeyd etmişlər.

Yaşanmaqda olan həqiqətlər

insan yüzü, giyim, kişi, şahıs, adam, insan içeren bir resim

Yapay zeka tarafından oluşturulmuş içerik yanlış olabilir.Hazırda bütün dünya Mehdi gözləntisi içində qarışıq və gərgin bir vəziyyət yaşayır. Mehdinin zühurunu gözləmək və ya sürətləndirmək məqsədilə müharibə planları qurmaq, qadın, uşaq və kişilərə zərər vermək böyük bir xətadır. Allah, Mehdi’nin zühurunu və hz. İsanın yer üzünə enişini öz vaxtında həyata keçirəcək. Bu proses bir an belə təxirə salınmayacaq. 

 

Mehdi yerüzündə ədalət, sülh, sevgi və dostluğun təmsilçisi olacaq. Bir qisim Musəvi və Xristianların bu zühuru sürətləndirmək üçün yaratdıqları dəhşət Tövrat və İncilin təhrif edilmiş hissələrinə əsaslanır. Bu yanılğı Mehdinin zühuru və Hz. İsanın yerüzünə geri dönüşü ilə sona çatacaqdır.

 

Mehdinin zühuru ilə savaşların sonlanması

Hədislərə əsasən Mehdi çıxmadan əvvəl müharibələr, zorakılıqlar və günahsız insanların öldürülməsi bütün dünyaya yayılacaq. “Tam “BİTDİ” deyildiyi anda isə yeni bir böhran başlayacaq, insanlar rahatlıq, təhlükəsizlik və sülh axtaracaqlar. Eyni zamanda iqtisadi böhran, yoxsulluq və qıtlıq baş verəcək.

 

Bütün bu çətinliklər yalnız Mehdi’nin zühuru ilə aradan qalxacaq. Ondan əvvəl görülən heç bir tədbir bu sarsıntıları həll edə bilməyəcək.

Hədislərdə bildirilir ki, bir fitnə meydana çıxacaq və hər kəsi əhatə edəcək. Bu fitnə səmanın göndərəcəyi münadinin “Ey insanlar əmriniz artıq Mehdidir!” çağırışına qədər davam edəcək.
(El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, hədis №22)

Münadinin çağırışı Mehdinin açıq şəkildə zühur etməsi və bütün insanların bunu tanıyıb bilməsi deməkdir.

         Fitnələr və savaşlar Ramazan və ondan sonrakı Zilhiccə ayına qədər davam etdikdən sonra, Məhərrəm ayında insanlar Mehdi’ye biat edəcəklər. Yanan atəşlərin alovlarını söndürəcək qədər şiddətli olan bu fitnə və savaşlardan sonra… O, öz istəyi olmadan, insanların zorlamaları nəticəsində rəhbərlik və mövqedə biatları qəbul edəcək.

(El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, hədis №58)

 

Mehdinin hakimiyyəti və sülh dövrü

 

Mehdi hakimiyyətə gəldikdə, dünyada heç vaxt görülməmiş bir sülh və təhlükəsizlik mühiti hökm sürəcək. Mehdi, üstün bir ədalət sistemi yaradaraq, bənzəri olmayan bir rifah dövrü təşkil edəcək. Onun dövründə yatan şəxslər oyandırılmayacaq, heç kimin burnu belə qanamayacaq.

Hz. Mehdi (ə.s) Peyğəmbər (s.a.v.)’in yolunda gedəcək, yatan şəxsləri oyandırmayacaq, qan tökülməyəcək.
(Məhəmməd B. Rəsul əl-Hüseyni əl-Bərzənci, “Qiyamət Əlamətləri”, Pamuk Nəşriyyatı, s. 163)

Hz. Mehdi (ə.s) zamanında heç kimin uykusu pozulmayacaq, heç kimin burnu belə qanamayacaq.
(“El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar”, s. 44)

Zülm və fəsadla dolu olan dünya Hz. Mehdi (ə.s) gəldikdən sonra ədalətlə dolub daşacaq.
(“El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar”, s. 20)

Yer üzündəki sülh dolu bir qabın su ilə dolması kimi olacaq. Heç bir düşmənçilik qalmayacaq, bütün düşmənliklər, mübahisələr və qısqanclıqlar tamamilə yox olacaq.
(sss-i Müslim, c. 1, s. 136)

Onun dövründə yaxşı insanların yaxşılığı artacaq, pis insanlara qarşı belə yaxşılıq göstəriləcək.
(“Burhan Kitabı: Axır Zamanda Gözlənilən Mehdi Əlamətləri”, s. 17)

Onun dövründə bütün savaşlar sona çatacaq, yer üzünü sülh və təhlükəsizlik bürüyəcək.

 

Təsvir etdiyimiz Mehdi gerçəyi bu qədər sarsıcı və önəmli bir həqiqətdir. Dünya hazırda bu həqiqət əsasında formalaşır və hər şeyin nəzarəti Allaha aiddir. Kim nə tədbir görürsə görsün, Allah öz Mehdisini çıxaracaq, Hz. İsanı göydən göndərəcək və yer üzünə qızıl dövrü nəsib edəcək. Dünya bu həqiqət üzərində fırlanır, amma bunu görməyənlərin yanılması böyükdür.