HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Privacy Policy
Terms of Use
Əlaqə
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
meshur-qirginlarin-meydana-gelmesi | Bütün Əsərlər
İnsanların çökməsinə səbəb olan darvinist, materialist təhsildir. Terrorun səbəbi darvinist, materialist təhsildir. Məktəblərdə gəncləri "sizin atanız mikrobdur", "hər şey kor təsadüflərin məhsuludur" deyə yetişdirməyə davam edildiyi müddətcə cinayətlər, qırğınlar, anarxiya, qarşıdurma son tapmaz. Darvinizm elm deyil. Darvinizm bütpərəst nağıldır. Gəncləri müasir elmin tapıntılarına görə hazırlayaq. Fosilləri görsünlər, zülalın necə meydana gəldiyini öyrənsinlər, elmin təkamülü rədd etdiyini görsünlər.
A9 TV; 1 iyul 2018
Quran əxlaqı çox böyük azadlıqdır. İnsanların beyninə fərahlıq verər. İnsanların beynindəki təzyiq, sıxılma Quran əxlaqının yaşanmamasından qaynaqlanır. Quran əxlaqı yaşansa insanların üzərindən 10 ton yük qalxmış kimi olar. İndiki acılar küfrün təzyiqindən meydana gəlir. Quran əxlaqı olduğunda gənclər, qadınlar, hər kəs ola bildiyi qədər azad yaşayar. Heç kimin başqasından qorxmasına gərək qalmaz.
A9 TV; 30 may 2018
Şirk ağlın bağlanmasına səbəb olar. Mühakimə, düzgün qərar vermə pozular və insan qeyri-sabit olar. Ümumi şüursuzluq halı meydana gələr.
A9 TV; 18 may 2018
Əsas olan ruhumuzu inkişaf etdirməkdir. Allahın böyüklüyünü yaxşı düşünəcəyik, səmimi olacağıq, həqiqi inkişaf və zənginlik o zaman meydana gələr.
A9 TV; 11 may 2018
Seçkilərdən sonra Tayyib hocamın güvənə biləcəyi geniş millət vəkili heyəti meydana gəlməsi üçün, millət olaraq lazım olan dəstəyi verək. Tayyib hocamı cumhurun başı edəcəyik, Milli Məclisdə də Cumhur İttifaqının güclü olması, vətən, millət üçün çox vacibdir.
A9 TV; 3 may 2018
Qüsur axtarışı gözüylə baxılanda sevgi meydana gəlməz. Günahlandıracaq, şübhələnəcək mövzu axtaranda sevgi meydana gəlməz. Sevgidə həmişə təmir vardır. Sevdiyinin qüsurunu görməz, görəndə təmir edərsən. İnsan Allahın yaratdığı sənət əsəri olaraq qarşısındakını görəcək və böyük diqqət və qəti incəsənət gücüylə sevgini davam etdirəcək.
A9 TV; 23 aprel 2018
Ən böyük xidmət dərin imanlı olmaqdır. Dərin imanlı insanın olduğu cəmiyyətdə böyük bərəkət meydana gələr.
A9 TV; 12 aprel 2018
Batmanda şəhid olan igidimizi təbrik edirik. Hər dəfə şəhidlərimizə qibtə edirik. Onların şərəfli, nurlu şəhadətlərinin üzərinə möhtəşəm gözəllik inşa ediləcək. İttihadı İslam meydana gələcək inşaAllah.
A9 TV; 23 mart 2018
İnsanın özünə hörməti yoxdursa, sevmə qabiliyyəti və sevmə gücü olmaz. Əvvəl özünün sevmə qabiliyyəti qazanması lazımdır. Bunun olması üçün də Allahın böyüklüyünü qavraması, Allahı çox sevməsi və Allahdan çox qorxması lazımdır. O zaman sevgiyə aç hala gəlir və sevmə qabiliyyəti meydana gələr.
A9 TV; 4 mart 2018
İnsanı Allahın ruhu olaraq görmədikləri üçün hörmət də göstərmirlər. Ya təkamüllə meydana gəlmiş varlıq olaraq görür ya da ənənəçi sistemin təsiriylə qadınları yarım varlıq olaraq görürlər. Belə cəmiyyətdə kimsənin heç kimə hörməti qalmaz. Hörmətin meydana gəlməsi üçün Quran əxlaqı lazımdır.
A9 TV; 19 fevral 2018
Hər çətinlik, hər bəla hikmətlə və xeyirlə hazırlanmışdır. Heç bir çətinlik təsadüfi meydana gəlməz. Hər şey düzgün, vaxtı-vaxtında, sistemli, intizamlı olaraq meydana gətirilir.
A9 TV; 12 fevral 2018
Ölkələr arasında mina tarlaları, tikanlı məftillər olması normal hesab edilməməlidir. Hamımız insanıq, dostuq, yoldaşıq. Bunlar sevgisizliyin meydana gətirdiyi dəhşətdir. Tikanlı məftillər hər ölkəni açıq həbsxana mövqeyinə gətirir. Aralarda divarlar, tikanlı məftillər, kilidlər olmamalıdır. Bunun üçünsə kəskin və qətiyyətli sevgi lazımdır.
A9 TV; 28 dekabr 2017
İmtahanda insanda meydana gələn fiziki xüsusiyyətlərin hamısı möcüzədir. Qəzəblənmək və qəzəbə hakim olmaq ibadətin mühüm cəhətlərindən biridir. Qəzəb hissinin olması başlı-başına möcüzədir.
A9 TV; 19 noyabr 2017
Dəccal şeytanın əks olunmasıdır. Şeytanın insanı əhatə etməsi nəticəsində meydana gələn Allahın xüsusi olaraq yaratdığı varlıqdır. Yaxşılıq üçün çıxırmış kimi edər, halbuki zalımdır, alçaqdır. Dinsizliyi müdafiə edər. Qəddar xarakterə sahibdir, qantökəndir. Ona tabe olan münafiqlər də qantökən və mərhəmətsizdir, İslamı və müsəlmanları hədəf alarlar.
A9 TV; 9 noyabr 2017
Təkamül nəzəriyyəsi, təsadüf kimi kor düşüncənin möhtəşəm həndəsə, müntəzəm qızıl nisbət, fizika və kimya qanunları yaradacağına, görən, eşidən, toxunan, iyləyən, dadan şüur meydana gətirəcəyinə inanmaqdır. Belə primitiv fəlsəfəyə inanmaq ciddi ağıl zəifliyi ortaya qoyar. Təsadüf ilahı bütpərəst dövrlərdən gələn xurafatdır.
A9 TV; 6 noyabr 2017
Axırzamanda çox böyük bolluq olacaq. Dəccal tayfasının iqtisadi böhran meydana gətirən fəaliyyətlərinə son veriləcəyi üçün tarixdə misli görünməmiş zənginlik yaranacaq.
A9 TV; 26 oktyabr 2017
Rəsmi, heykəli, musiqini, elmi qadağan edən ənənəçi ortodoks İslam anlayışının meydana gətirdiyi təxribatı aradan qaldırmaq öncəlik olmalıdır.
A9 TV; 4 sentyabr 2017
Böyük partlayış yaradılışın açıq və konkret sübutudur. Sıfır həcmdən bir anda meydana gəlmək, yoxluqdan yaradılmaq deməkdir. Allahın mövcudluğunun sübutudur.
A9 TV; 2 iyul 2017
Bir cəmiyyətdəki keyfiyyət qadının azadlığı ilə meydana gələr. Qadının cinayət maşını kimi görüldüyü, baxımlı olmasının qadağan edildiyi cəmiyyət mədəni deyil.
A9 TV; 27 may 2017
100 il sonra var gücüylə bəla çıxmağa başladı. Əvvəlcə darvinizmin ucbatından I Dünya və II Dünya müharibələri yaranmağa başladı. İndi də bütün dünyada bir qətliam və intihar qasırğası başladı. Mehdi (ə.s)-ın zühuru ilə bu bəla dayanacaqdır, inşaAllah.
A9 TV; 11 yanvar 2015
Digər dillər
40
1
1
2
/ 2
1
1
2
40
/ 2
20