-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Türkiyə böyük gücdür deyiləndə əsgəri, tankları, topları olan, hərbi güc mənasında başa düşürlər. Əslində isə sevgi, mehdiyyət böyük gücüdür. İsa Məsihdən qaynaqlanan, Allaha əsaslanan mükəmməl bir gücdür. Sevgi və məhəbbət, mərhəmət, şəfqət və qulluqdan qaynaqlanır. Yoxsa qoçuluq, böyüklük, böyük qardaşlıq, sıraya gətirmək ruhu deyil.
Adnan Oktar
Gənclərlə apardığımız küçə müsahibələrində eqoistliyin böyük nisbətdə aradan qalxdığını, mövhumatçılığa qapalı, Allaha iman gətirən, Quran müsəlmanlığını qəbul edən, ziyalı, mehriban, sevgi dolu, gözəlliyi və keyfiyyəti axtaran bir nəsil yetişdiyini görürük. Bu, mehdiyyətin təsirini, Allahın lütfünü bizə göstərir. Mehdiyyətə hekayə nəzəri ilə baxanların mübarizələrinə baxmayaraq, öz düşüncələrinə sahib bir nəsil yetişdirə bilmədiklərini, ənənəçi, içinə qapanıq bir nəsil yetişmədiyini görürük. Tam əksinə çox müsbət, ziyalı, həyat dolu, Allahı çox sevən, dindar, şən, üfüqü geniş bir nəsil yetişdiyini görürük.
Adnan Oktar
İngiltərə dərin dövləti bir ölkəni dağıtmaq və ya parçalamaq istədiyi zaman, əvvəlcə o ölkədə incəsənətin, elmin, mədəniyyətin olmadığı, zövqsüz, çirkli, davakar, sevgi və nəzakəti bilməyən insanlardan ibarət olan mühit yaradır. Bu zaman belə ölkələri dağıtmaq çox asan olur. "Baxın, İslamı yaşayan bu ölkələr belə fəlakətin içinə sürüklənirlər, bu ölkələri dağıdıb yenidən quraq" deyirlər. Suriyada və İraqda həmişə eyni taktikanı tətbiq etdilər. İndi də Türkiyəyə eyni şeyi tətbiq etmək istəyirlər. İncəsənətin, gözəlliyin, qadın azadlığının, sevincin, elmin olmadığı, insanların yaşama sevincinin qalmadığı, içinə qapanıq bir ölkə yaratmaq istəyirlər. Biz buna elmlə, irfanla imkan vermədik və verməyəcəyik. Quranın parlaq, müasir, keyfiyyətli, nəzakətli, sevgi və həyat dolu ruhunu həyatımızla göstəririk və bütün Türkiyəyə, dünyaya bu gözəl Quran əxlaqının hakim olmasını istəyirik.
Adnan Oktar
Gənclərin zehninin açılacağı şən mühitlər olması əhəmiyyətlidir. Gecə-gündüz dərs çalış, evə gəl internetə bax, bir az televizora bax, səhər qalx təkrar avtobus növbəsinə gir, gənclərin sevincini əlindən alan həyat olmamalıdır. Əyləncə gənclərin zehnini açan gözəllikdir. Gənclər dost olmalıdır, yoldaş olmalıdır, yaxşılığı, keyfiyyəti görməlidir, gözəl şeylər görməlidir, dolu-dolu yaşamalıdır. Bunlar hökmən pul tələb edən şeylər deyil, qəlb işidir bunlar. Əyləncə ruhun qidasıdır. Əyləncə, sevinc, fəallıq, sevgi olmadığı zaman gənclərin zehinləri qapanar, dəriləri və sağlamlıqları da pozular. Gənclərin əylənməsi, gülməsi, fəal, şən olması milli məsələ olaraq müzakirə olunmalıdır.
Adnan Oktar
Türkiyənin vəzifəsi coşğun bir şəfqət, sevgi və sülh, dostluq mövzusunda da çox qərarlı bir millət olmaq, alçaqlıq edənləri də içimizdə saxlamamaq, mafiyanı, alçaqları, qadınlara qarşı zorakılıq edənləri, tərbiyəsiz , kobud insanları elmlə, sevgi ilə, təhsillə tərbiyə edib öz içərimizdə əritməkdir. TÜRKİYƏ O ZAMAN AVROPANIN BAŞININ TACI OLAR.
Adnan Oktar