-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Gənclərlə apardığımız küçə müsahibələrində eqoistliyin böyük nisbətdə aradan qalxdığını, mövhumatçılığa qapalı, Allaha iman gətirən, Quran müsəlmanlığını qəbul edən, ziyalı, mehriban, sevgi dolu, gözəlliyi və keyfiyyəti axtaran bir nəsil yetişdiyini görürük. Bu, mehdiyyətin təsirini, Allahın lütfünü bizə göstərir. Mehdiyyətə hekayə nəzəri ilə baxanların mübarizələrinə baxmayaraq, öz düşüncələrinə sahib bir nəsil yetişdirə bilmədiklərini, ənənəçi, içinə qapanıq bir nəsil yetişmədiyini görürük. Tam əksinə çox müsbət, ziyalı, həyat dolu, Allahı çox sevən, dindar, şən, üfüqü geniş bir nəsil yetişdiyini görürük.
Adnan Oktar
Bütün dünyada insanlığı, insani həyata çəkmək lazımdır. Nifrət, kin, dəhşət saçmaq qorxunc şeylərdir. Gözəl olan dostluq, yoldaşlıq, sevgidir. Bunu israrla insanlara izah etmək lazımdır. Filmlərdə, seriallarda, internetdə həmişə döyüş, qarşıdurma, silah, tələyə salma vardır. Halbuki hər yerdə sevgi olmalıdır. İnsana bu qədər gözəl həzz verən bir duyğu varkən döyüş fəlsəfəsini yaymaq çox böyük zülmdür.
Adnan Oktar
Süni sevgi, sevgi təqlidi etmək çox böyük bəladır. "Ay canım sənin üçün necə də çox darıxdım, inanmazsan heyrət edəcək şəkildə səni sevirəm" deyir. Olduqca süni üslubdur. "A! Müdir Kamal bəy gəldi" deyir pencəyini düymələyir, "biz sizi çox sevirik" deyir. Halbuki təkcə qorxur. Həqiqi sevgi Allah üçün, Allah qorxusu ilə Allah sevgisi ilə olar. Bir insan təmizdir, humanistdir, mərhəmətlidir, vicdanlıdır, Allahdan çox qorxur, cəsurdur, özünü Allaha həsr edir, bunların hamısını görərsən və elə sevirsən. Heç bir gözəl əxlaq xüsusiyyəti görmədən sevdiyini iddia etmək səmimi deyil.
Adnan Oktar
İslamın yayılmamasının tək səbəbi keyfiyyət əksikliyidir. Bir dinsizə də desən ki, "sevgi, mərhəmət, şəfqət, dostluq, yoldaşlıq, demokratiya, xoş niyyət, xoş söhbət olan bir mühit, ictimai ədalət, elmdə, sənətdə, estetikada ən yüksək dərəcədə inkişaf, nə deyirsən?" desən, "Dərhal qəbul edirəm" deyər. İslam budur.
Adnan Oktar