-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Terroru və PKK-nı aradan qaldırmaq üçün ən mühüm məsələ darvinist təhsilin dərhal dayandırılmasıdır. Orta məktəb və liseydən etibarən darvinist, materialist təhsil alan gənclərə bunun əvəzinə Allahın mövcudluğu, təkliyi və darvinizmin elmi dəlillərlə əsassızlığından bəhs edilməlidir. Gənclər orta məktəbdən etibarən əcdadlarının meymun olduğu, ilk əcdadlarının kommunal cəmiyyətlərdə yaşadığı şəklində elmə zidd təhsil alır. Bu təlqinlə yetişən insanları "terror, anarxiya, tezis, antitezis münaqişəsi"dir deyə yola gətirmək PKK üçün asan olur. Bu gəncləri elmlə, inandırma və təlqinlə tərbiyə etməliyik. Onlardakı bu təxribatı, təkcə belə yox edə bilərik. Dəccaliyyət darvinizmdən istifadə edir, bizim də buna qarşı antidarvinist təhsilə ehtiyacımız var. Darvinizmə qarşı Quran möcüzələrindən, iman həqiqətlərindən kitablarla, jurnallarla, konfranslarla həmişə bəhs edilməsi lazımdır. Türkiyənin dəccaliyyətə müqavimət göstərməsi təkcə Quranla olar.
Adnan Oktar
Musiqiyə, rəsmə, heykələ, müasirliyə qarşı olduğunu iddia edənlərin çoxu, uşaqlarını təhsil alması üçün Səudiyyə Ərəbistanına və ya başqa İslam ölkəsinə deyil, Avropaya göndərirlər. Çünki səmimi deyildirlər. Bu gözəllikləri özləri də bəyənirlər və sevirlər. Həmişə Avropaya heyrandırlar, həmçinin düşmənmiş kimi üslub işlədirlər. Portret, heykəl, gözəllik gördükləri zaman hücum etmələrinin lazım olduğunu düşünürlər. Heykələ tüpürdükdə də böyük vəzifə yerinə yetirdiklərinə inanırlar. Madam ki, rəsm haramdır, heykəl haramdır, heykəl gördükdə tüpürmək lazım olduğunu düşünürsünüz, o zaman uşaqlarınızı təhsil almaları üçün niyə bunların hamısının olduğu Avropaya göndərirsiniz?
Adnan Oktar
Musiqi, əyləncə, dekolte, incəsənət əleyhinə olanlar xüsusən sahil bölgələrində yaşayanların AKP-dən uzaqlaşmasına səbəb olur. Tayyib hocam müasirdir, baş nazirimiz müasir və ziyalıdır. AKP insanların həyat tərzlərinə hörmət göstərir, lakin bəzi kütlələrin üslubları AKP əleyhinə olur. Bunu insanları AKP-dən uzaqlaşdırmaq üçün xüsusi olaraq edə bilərlər. Musiqi, rəqs, qadın azadlığı, fikir azadlığı, sevinc, incəsənət, elm Quran əxlaqına görə halaldır. Allah insanların azad yaşamasını istəyər.
Adnan Oktar