BÜTÜN İŞLƏR
Tayyib hocam kimi müsəlmanlara sahib çıxan, İslam aləmini qorumaq məsələsində şövqlü olan, məzlum müsəlmanları qoruyan başqa lider yoxdur. Buna görə də, vətənpərvər, millətçi, mömin olan hər kəsin Tayyib hocamı dəstəkləməsinin lazım olduğu aydındır. Dindar, müsəlman kürdlər də Allah rizası üçün Tayyib hocamı dəstəkləməli olduqlarını imani fərasətlə bilərlər. Hüda partiyası, SP, BBP, MHP və AKP Tayyib hocamın şəxsinin ətrafında möhkəm birləşsin, seçkilərə də birlikdə girsinlər. Türkiyənin və İslam aləminin gələcəyi üçün bu çox əhəmiyyətlidir. CHP-nin müxalifəti də mütləq milli və yerli olmalıdır. Türkiyə üçün ən mühüm məsələ bütün partiyaların milli və yerli olmasıdır. Peyğəmbərimiz (s.ə.v) Zeyd ilə birlikdə Taifə getdiyi zaman küfr əhli və münafiqlərin alçaqcasına hücumu ilə qarşı-qarşıya qalmış, təxminən 2,5 km boyunca alçaqlar tərəfindən daşlanmışdır. Peyğəmbərimiz (s.ə.v)-in küfr əhlinin və münafiqlərin Taifdəki alçaq hücumlarından sonra gözəl duası belədir: "Allahım! Gücümün çatışmazlığını, çarə və vasitələrimin acizliyini, insanların gözündə dəyərsiz görünməyimi Sənə bildirirəm. Ey Mərhəmətlilərin ən Mərhəmətlisi, Sənsən zəiflərin Rəbbi və Sənsən mənim Rəbbim! Məni Səndən uzaq olan və məni gördükcə sifətini turşudan kobud insanların əlində qoyma. Üzərimə çökən bu müsibət və bəla həqiqətdə Sənin mənə qarşı qəzəbindən irəli gəlmirsə, heç qəm çəkmərəm. Mən, Sənin nuruna sığınıram! O nura ki, qaranlıqlar onun sayəsində açılmış, dünya və axirət işləri onunla düzəlmişdir. Mənim üçün Sənin bağışlamağın, qəzəbindən daha genişdir. Həmçinin hər şey Sənin rizan üçündür. Bütün qüvvət və qüdrət təkcə Sənin əlindədir".