HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Əlaqə
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Türk birliyi - Sitatlar - Harun Yəhya
turk-birliyi | sitatlar | Bütün Əsərlər
Türk Millətini yox etməyə çalışanlara qarşı özümüzü qorumazsaq anormallıq olar. Hər Türk fərdi Tayyib hocamın bu haqlı davasında yanında və həmişə yanında olacaq. Millətimizə istiqamətli heç bir hücuma tamaşaçı qalmarıq. PKK-ya yol açılmasına millət olaraq icazə vermərik.
Dövlətin başçısına sadiq olmaq türk millətinin 5 min illik adətidir. Dövlətin tək bir başçısı var və 83 milyon o liderə bağlı şəkildə hərəkət edəcəyik. Millət olaraq cəsuruq, dəliqanlıyıq, mərhəmətliyik, gözəl əxlaqlıyıq. Hamısından əhəmiyyətlisi Allahın lütfü altında olan millətik. Mütləq çox gözəl günlər görəcəyik.
PKK-nın bölgədən tamamilə silinməsi lazımdır. Bölgədə terrorçu strukturun mövcudluğunu heç bir ölkə qəbul etməz. Türk ordusu çox ağıllı və çox mərhəmətlidir. Dünyanın ən alicənab, ən mərhəmətli, ən şəfqətli ordusudur. Ordumuz istəsə bu əməliyyat çox qısa müddətdə bitər. Lakin mülki vətəndaşlara zərər gəlməməsi üçün tək-tək, seçərək, diqqətlə irəliləyirlər. Heç kim Türkiyəyə və ordumuza qarşı fərqli ittihamla çıxış edə bilməz.
Türk dövlətlərinin birləşməsi, Azərbaycan və Türkiyənin bir olması, dərhal ola biləcək gözəllikdir. Rusiyanı da mütləq bu birliyə almaq lazımdır.
İngiltərə dərin dövləti Darvinin türk millətini haşa inkişaf etməmiş heyvan kimi görmək fikrinə sahibdir və əzilməsinin lazım olduğuna inanır. Bu çirkin fəlsəfəyə qarşı, tamamilə milli bir ölkə olaraq, bütün qurumları bunlara qibtə edənlərdən təmizləyərək təsirli ola bilərik.
İngiltərə dərin dövlətində türk millətinə qarşı nifrət hakimdir. Darvin də türklərin guya aşağı və yox edilməsi lazım olan bir irq olduğunu söyləyirdi.
"İŞİD-ə Türkiyə silah verdi iddiası" çox səmimiyyətsiz böhtandır, bu əsassız iddianın heç bir səbəbi, şərhi və məntiqi yoxdur. İŞİD-in silahları və güllələri həmişə xarici mənşəlidir, tək bir ədəd belə türk malı olan silahları yoxdur, olmayan bir şeyi söyləyib böhtan atırlar.
Bütün gəncliyin, bütün millətimizin təkidlə Turanın üstündə dayanması lazımdır. Tezliklə Türk Birliyi, İslam aləminin birləşməsi son dərəcə asan olacaq.
Digər dillər
Kürd, türk, ərəb olmağa biz yox, Allah qərar verir, qədərdə bizi o şəkildə yaradır. Bundan ötrü bir insanı alçaltmağa cəhd göstərmək, zərər vermək, əzab vermək çox böyük bir əxlaqsızlıqdır. Din qardaşıyıq, bizi birləşdirən İslamdır. Eyni ümmətdənik: Məhəmməd (s.ə.v) ümmətiyik.
Fikir azadlığına “hə”, təhqirə “yox” deyək. Heç bir türk məhkəməsi kiməsə fikrinə görə cəza vermir. Təhqir, küfrə görə cəza verilər.
Muxtariyyət, federasiya, əyalət sistemi― bunların hamısı mədəni şəkildə bölünmə adlarıdır. Türk əsgərləri bu adlara etiraz etdikləri üçün şəhid oldular. Heç bir şəhid bunu qəbul etməz. Heç bir türk gənci, müsəlman övladı bunu qəbul etməz.
Həyəcanlı, şövqlü, idealı olan, Türk-İslam Birliyini hədəfə alan bir gənclik yetişməsi üçün bütün Türkiyədə böyük bir ictimai hərəkat başlamalıdır. Başladılsın ki, güclü hücumla PKK fikrini ortadan qaldıra bilək.
Türkiyədə yaşayıb, türklüyü qəbul edən, özünü türk olaraq qəbul edən hər kəs türkdür. Burada bir qövm üstünlüyü, bir irqçilik, bir kor-koranə inanc yoxdur. Bir qardaşlıq ruhu var. Bir millətin adı olmalıdır. Bu vətənin də adı Türkiyədir.
PKK hərəkətinin Amerika tərəfindən də, Avropa tərəfindən də dəstəklənilməsinin səbəbi cənub-şərqi bir xətt olaraq bağlayıb Türkiyənin, Anadolunun İslam ölkələri və türk dövlətlərlə əlaqəsini kəsməsidir. Mehdiyyətə qarşı təşkil olunmuş hiyləgər, gizli bir işdir.
Darvinist- materialist təhsilin zarafatı olmaz. Yəni imanlı gənclik qalmaz. İddiası olan insanlar qalmaz. Olsun, Türkiyə qalar, türk torpaqları qalar, hökumət də qalar, amma imanı olan gənclik qalmazsa və ya çox azalsa heç bir şeyin qiyməti qalmaz.
Türk dövlətlərində ittifaqda mehdiyyətin əsas olması lazımdır. Quran ruhunun əsas olması lazımdır. Qurandakı sevgi, şəfqət, mərhəmət, dostluq, yoldaşlıq, sənət və elm anlayışı, estetika anlayışının əsas olması lazımdır. Bunlar əsas olmazsa, birləşməklə heç bir şey olmaz.
Mehdiyyət və İslam Birliyi anlayışı olmadan bir Türk-Birliyi təsirli olmaz. Türk dövlətlərlə ittifaqda Quran ruhu əsas olmalıdır.
Öcalana türk millətinin heç bir fərdi əhəmiyyət verməz. Millətimizin Öcalanı qəbul etməsi kimi bir şeydən bəhs edilə bilməz.
Həll Türk Silahlı Qüvvələrini gücləndirmək deyil, Türk milli mədəniyyətini gücləndirməkdir, Darvinizmin, materializmin etibarsızlığını elmi olaraq izah etməkdir. PKK-ya qarşı fikri mübarizə olmadığı müddət ərzində hər hansı bir nəticə əldə etmək mümkün deyil.
Cənub-şərqdə kommunist qüvvələri, kommunist gücləri hüquq qüvvəsi olaraq oraya salmarıq. Türk əsgərindən, Türk polisindən başqa orda heç kim olmaz. Müstəqil bir dövlət orada qurdurmarıq. Federasiya da olmaz. Avtonom bir bölgə də olmaz. Bunu unutsunlar.
29
1
1
2
/ 2
1
1
2
29
/ 2
20