-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Sevgisiz, estetikadan uzaq, baxımsız, dağınıq, əzik, özünə qapanan bir dünya ilə, musiqi yox, sənət yox, demokratiya yox, coşğu yox, həyəcan yox, elə o şəkildə İslam hakim olmaz. Allah belə qorxunc bir sistemi də bizə fərz etməz. Allah belə qorxunc şeyləri bizdən qaldırmışdır. İnsanlar özləri icad edirlər bu qorxunc sistemləri, dəhşət verici sistemləri.
Adnan Oktar
Peyğəmbərimiz (s.ə.v) Zeyd ilə birlikdə Taifə getdiyi zaman küfr əhli və münafiqlərin alçaqcasına hücumu ilə qarşı-qarşıya qalmış, təxminən 2,5 km boyunca alçaqlar tərəfindən daşlanmışdır. Peyğəmbərimiz (s.ə.v)-in küfr əhlinin və münafiqlərin Taifdəki alçaq hücumlarından sonra gözəl duası belədir: "Allahım! Gücümün çatışmazlığını, çarə və vasitələrimin acizliyini, insanların gözündə dəyərsiz görünməyimi Sənə bildirirəm. Ey Mərhəmətlilərin ən Mərhəmətlisi, Sənsən zəiflərin Rəbbi və Sənsən mənim Rəbbim! Məni Səndən uzaq olan və məni gördükcə sifətini turşudan kobud insanların əlində qoyma. Üzərimə çökən bu müsibət və bəla həqiqətdə Sənin mənə qarşı qəzəbindən irəli gəlmirsə, heç qəm çəkmərəm. Mən, Sənin nuruna sığınıram! O nura ki, qaranlıqlar onun sayəsində açılmış, dünya və axirət işləri onunla düzəlmişdir. Mənim üçün Sənin bağışlamağın, qəzəbindən daha genişdir. Həmçinin hər şey Sənin rizan üçündür. Bütün qüvvət və qüdrət təkcə Sənin əlindədir".
Adnan Oktar
İslamı elə tanıtdılar ki, müsəlman deyildikdə ağıllarına incəsənət, elm və gözəllik əleyhinə çıxan biri gəlir. Bu, İslam deyil, şirk dinidir. Quran müsəlmanlığında incəsənətin ən gözəli, elm, keyfiyyət, müasirlik, ziyalılıq, gözəllik, sevinc və azadlıq var.
Adnan Oktar