Adi Görünən Bir Hadisədə Gözləmədiyimiz Dərs Ola Bilər
Quran çərçivəsində ruhən və bədən cəhətdən özümüzü mükəmməlləşdirməklə məsuluq. Quran ruhu gözəlliyi artırmağı tələb edir.
İnsanın həmişə özünü inkişaf etdirməsi əhəmiyyətlidir. Mömin Quranla, İslamla özünü təmizləməli, səthi olmaqdan, adilikdən xilas olmalıdır.
Müsəlman hər gün bir gözəllik yaranması üçün zəhmət çəkər. Hər gün dünyanın yaxşılaşması üçün səy göstərər. Tərəvəz satana gedən müsəlman; "nə gözəl, Allah növbənöv nemətlər yaradıb" desə İslama böyük xidmət etmiş olar. Yoldan bir zibil götürmək, bir insana gözəl söz söyləmək, xəstəliyi ilə maraqlanmaq müsəlmanın olduğu hər yerdə İslamın lehinə hərəkətdir.
Ziyalı, müasir Türkiyəni tam fərqli mövqeyə gətirməyə çalışanlar boşuna çalışırlar. Quran İslamı dünyaya hakim olacaq, mövhumatçılıq deyil.
Mövhumatçılıq İslamı daxilən çökdürmək üçün xüsusi istifadə etdikləri modeldir. Mövhumatçılıq əleyhinə çıxan müsəlmanları gördükləri zaman oyunları puç olur. Həyat dolu, şən, baxımlı, cazibəli, ağıllı, nəzakətli, keyfiyyətli müsəlmanlar olduğunu gördüyü zaman bütün dünya İslama qaçaraq gəlir. Buna görə də bizim izah etdiyimiz Quran İslamı, İslamiyyətə qarşı olanların heç xoşuna gəlmir. Bütün sistemlərini təməldən elmlə dağıtmış oluruq.
Əgər İslam Quranda izah edildiyi kimi yaşansa dünya cənnətə dönər. Mövhumatçıların izah etdiyi heç nə Quranda yoxdur. Mövhumatçılığın məntiqi davam etsə, Allah qorusun insanlar tamamilə İslamdan uzaqlaşar. Bu təhlükənin tək həll yolu Quran İslamıdır.
İyun 21 2018, 14:59
May 30 2018, 17:22