logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 may 2017

avatar

Adnan Oktar

Allahualəm Qiyamət böyük bir meteoritin dünyaya toqquşması ilə reallaşacaq. Qiyamət günü insanlar üçün heç bir yerə qaçış olmayacaq.
A9 TV; 23 may 2017
1613
avatar

Adnan Oktar

Vəsvəsə insana həmişə gələr. İman vəsvəsəyə qarşı mübarizənin adıdır. Nəfsin hücum edər, şeytan hücum edər, başından min hadisə keçər, sən ona qarşı müqavimət göstərərsən.
A9 TV; 23 may 2017
avatar

Adnan Oktar

İslamda düşünmək vacibdir. Allahı xatırlayarkən, Allahın adlarını söyləyərkən də düşünərək, Allahı çox sevərək, mənasını bilərək söyləmək əhəmiyyətlidir.
A9 TV; 23 may 2017
avatar

Adnan Oktar

Dünyada reallaşan hər hadisə Allahın təqdiri ilə reallaşar. Fironu da, Nəmrudu da yaradan Allahdır. Bunda ledun elmi gizlənibdir.
A9 TV; 23 may 2017
avatar

Adnan Oktar

İsa Məsih gəldikdə Qurana tabe olacaq. Tövrat və İncilin təhrif olunmamış, Qurana uyğun tərəflərinə də tabe olmağı davam edəcək.
A9 TV; 23 may 2017
avatar

Adnan Oktar

Daha əvvəl sınandığı kimi “açılım və ya çözüm prosesi” bir daha heç vaxt olmayacaq. Açılım deyərkən nəzərdə tutduqları; Cənub-Şərqi Anadolunu PKK-ya vermək, başına Öcalanı keçirmək, kommunist dövlət qurmaqdır. Bunu ağıllarından belə keçirməsinlər.
A9 TV; 23 may 2017
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti ingilis xalqını böyük bəlanın içinə çəkmək istəyir və mərhəmətsizcə uşaq qanı tökür. Dəccaliyyətin tək istəyi qandır.
A9 TV; 23 may 2017
avatar

Adnan Oktar

Mançesterdə həyatını itirənlərin yaxınlarına və ingilis xalqına başsağlığı diləyirik.
A9 TV; 23 may 2017
avatar

Adnan Oktar

Allah sevgisi olduğu zaman insan hər şeyin ən gözəlini axtarar və ən gözəlini etməyə çalışar, bu vaxt həyat çox keyfiyyətli olar.
A9 TV; 22 may 2017
avatar

Adnan Oktar

Qeybət haramdır. Allah qorxusu və Allah sevgisi olmadıqda bəzi insanlar güclü istəklə dedi-qodu edirlər.
A9 TV; 22 may 2017
avatar

Adnan Oktar

Qadınların səbri, mərhəməti, vəfası, ağlı, gözəlliyə olan meyli, incəliyi Allah tərəfindən onlara verilmiş ciddi üstünlükdür.
A9 TV; 22 may 2017
avatar

Adnan Oktar

“Qızıl Alma” idealı İslam Birliyinin digər adıdır. Quranın sevgi dolu ruhunun dünyaya hakim olmasıdır. İmansız “Qızıl Alma” olmaz.
A9 TV; 22 may 2017
avatar

Adnan Oktar

Müsəlmanın prioritetli təbliğ sahəsi yaşadığı dövrün qabaqcıllarıdır. Bu, Quranda bildirilən bir üsuldur.
A9 TV; 22 may 2017
avatar

Adnan Oktar

Öz ölkəsinə, torpağına, ailəsinə və ən başda özünə eqoist insanlar bütün dünyaya əziyyət edir. Mehdiyyət eqoistliyi tamamilə aradan qaldıracaq.
A9 TV; 22 may 2017
avatar

Adnan Oktar

Bütün dünya dəccaliyyət tərəfindən qəfəs halına gətirildi, min bir cür lazımsız qanun ilə insanlar mərhəmətsizcə əzilir, gənclər nəfəs ala bilmir. Cəmiyyətin minlərlə çoxsaylı qanunu insanların xoşbəxtliyini, yaşama sevincini əllərindən alır. Təkcə funksional şeylərlə yaşayır, keyfiyyət axtarmırlar.
A9 TV; 22 may 2017
avatar

Adnan Oktar

Allah kainatın sirlərini zaman içərisində yavaş-yavaş insanlara öyrədir. Bu sirləri gizlədən də, açdırıb tapdıran da Allahdır.
A9 TV; 22 may 2017
avatar

Adnan Oktar

Bəzi qruplar Bədiüzzamanı çox yanlış tanıyırlar. Atatürk, Bədiüzzamanın dəyərini bilir və çox hörmət göstərirdi. O da Atatürkü sevərdi. Atatürk də, Bədiüzzaman da Mehdi öncülü olan mübarək insanlardır.
A9 TV; 22 may 2017
avatar

Adnan Oktar

Bir şəhərdə beton divarlar, tikanlı məftillər çoxdursa sevgi azalmış deməkdir. Biz tikanlı məftillərin olmadığı bir dünya istəyirik.
A9 TV; 22 may 2017
avatar

Adnan Oktar

Amerika xalqının dindarlığı və Allah sevgisi çox gözəldir. Bizim canlı verilişlərimizin də, ən çox seyr edildiyi yerlərdən biri Texasdır.
A9 TV; 22 may 2017
avatar

Adnan Oktar

İslam anlayışında malı yığıb toplamaq, pulu əldə tutmaq yoxdur. Pul və mal həmişə xərclənib paylanılarsa iqtisadiyyat çox güclü olar.
A9 TV; 22 may 2017
avatar

Adnan Oktar

Səid Nursi həzrətləri dünyanı idarə edən mənəvi məclisin millət vəkilidir. Çox dəyərli insandır. Bədiüzzaman öz əsrinin ən müasir müsəlmanıdır. Müvəffəqiyyətlə müasir səhabə anlayışını müdafiə edən insandır.
A9 TV; 22 may 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Yerin altında maqma qaynayır, meteoritlər həmişə dünyaya toxunub keçir, insanların böyük hissəsi nişan, toy, çek, sənəd arxasınca qaçır. Heç düşünmədən yaşayırlar. Sitatlar
İnsanın üzərindən həmişə toxunub keçən nəhəng meteoritlər, ayağının altında qaynar maqma var, əksər insan bir dəfə belə düşünmədən yaşayır. Bir çox insan dünyaya niyə gəldiyindən xəbərsizdir, boş gözlərlə ətrafına baxaraq yaşayır. Bu insanları təkcə həmin an yeyəcəkləri yemək maraqlandırır. Sitatlar
Nəhəng kürənin üzərində fövqəladə sürətlə hərəkət edirik, ayağımızın altında maqma var, lakin üstündə əmin-amanlıq içində yaşayırıq. Allahın rəhməti böyükdür. Altda maqma coşaraq qaynayır, üzərimizdən nəhəng meteoritlər keçir, burada insanlar toy hazırlığı, ticarət, məktəblə məşğul olur. Belə mükəmməl nizamı Allah məqsədsiz yaratdı demək, çox böyük vicdansızlıq olar. Sitatlar
Qiyamətə yaxın dövrdə heç bir müqəddəs məkan qalmayacaq, Kəbə də dağılacaq və Quran aradan qaldırılacaq. O zaman müsəlmanlar tamamilə gizli olacaq. Sitatlar
İsa Məsihin də vəfatından sonra sürətli geriləmə olur və küfr əhlinin ən azğınlaşdığı dəhşət verici günlər yaşanır və qiyamətlə bitir. Sitatlar
Dünyanın ətrafını bulud kimi meteoritlər sarmışdır, lakin bir çox insan bunu əhəmiyyətsiz hesab edir. Bu biganəlik normal vəziyyət deyil. Sitatlar
1980-ci illərdən etibarən meteoritlərin dünyanın ətrafını bulud kimi bürüməsi və örtməsi də çox möcüzəvi hadisədir. Sitatlar
Hədisdə keçən Mehdiylə birlikdə olacaq mələklər hər kəsin açıqca görəcəyi şəkildə deyildir. Mələklərin açıqca görülməsi qiyamətdə olacaq. Sitatlar
Qiyamətdən əvvəl yaşayacaq son müsəlman nəslin imtahanı çox fərqli olacaq. Onlar özlərini tamamilə gizlədəcək. Sitatlar
Son zamandayıq. Dünyanı dəlilər kimi sevənlər dünyanın boş olduğunu çox qısa müddət sonra anlayacaqlar. Qiyamət çox yaxındır. Çox-çox az vaxt var. Bədiüzzaman qiyamətin qopma vaxtı üçün təqribən 2120-ci il deyir. Hədislərin işarəsi də bu cür görünür. Sitatlar
Qiyamətin və ölümün müsəlmanları narahat edəcək heç bir tərəfi yoxdur. Əgər müsəlman özünə zülm ediləcəyinə, yaxud əzab çəkəcəyinə inanırsa, bu Allahın xoşuna gəlməz. Çünki Allah: "Mənə güvən. Sən yaxşı əməl sahibisənsə, sənə zərər gəlməz" deyir. Mömin həmişə Allaha hüsnü-zənn etməlidir. Sitatlar
İman gətirəndə, hər şeyin sahibi olan, sonsuz gücə malik Allaha bağlanırsan. İnanılmaz dərəcədə rahat olursan. Meteorlar sanki göydə quzu kimi hərəkət edər möminlər üçün. Lakin onlar, dinsizlər üçün dəhşət saçan canavarlar kimidirlər. Məsələn, yerin altındakı maqma bizim üçün ilıq süd kimidir. Lakin dinsizlər üçün cəhənnəmdir, onu yandırıb kül edəcək bir cəhənnəm. Qəlbimiz yalnız Allahdan qorxduğumuza görə rahatdır. Biz yerin altındakı maqmadan qorxmuruq, yalnız Allahdan qorxuruq. Biz Allahın onu necə idarə edəcəyini bilirik, maqmanın Allahın əmrinə tabe olduğunu bilirik. Maqmanın hər atomunun Allahı zikr etdiyini bilirik. Hamısı Allaha boyun əymişdir. Sitatlar
Bütün bu hadisələr hədislərdə təsvir edildiyi kimi baş verir. Hz. Mehdi (ə.s)-ı da görəcəyik, hz. İsa Məsihi də görəcəyik, İslam Birliyini də görəcəyik, hamımız vəzifəmizi bitirdikdən sonra gedəcəyik. Burada heç kəs qalmayacaq. Sonda qalanlar da arxamızca gələcək, dünya boşalacaq, sonra da qiyamət qopacaq. Sitatlar
Hz. Mehdi (ə.s) bir anlıq dünyadan çəkilsə qiyamət qopar. On dəqiqə çəkilmiş olsa qiyamət qopar. Bunun üçün də, mələklər hz. Mehdi (ə.s)-ın ətrafında ağlasığmaz dəqiqliklə fövqəladə blokada meydana gətirirlər. Bunu hədislərdən görürük. Cəbrayıl (ə.s), Mikayıl (ə.s) heç yanından ayrılmırlar. Sitatlar
Qısa müddət sonra Azərbaycan qapılarını açacaq, Türk dövlətləri açacaq. Sonra İraq, Suriya, İordaniya, hətta İsrail də. Hz. Mehdinin vəsiləsiylə sevgi, qardaşlıq içində yaşayacağıq. Amma nə qədər? 7 və ya 9 il, bu qədər. Sonra ağlasığmaz pozulma başlayacaq. Əxlaqi tənəzzül. Bu ta hicri 1545-ci ilə qədər davam edəcək. 1545-ci ilin səhərində yaxud axşamında və ya günortasında, o xəbər onlara çatacaq. Bir qayanın üstünə yazsınlar. O qaya o gün parça-parça olacaq. Qiyamət qopacaq. Sitatlar
İmam Mehdinin zühuru olmasaydı, qiyamət çoxdan qopardı, dünya məhv olardı. Qiyamət çox yaxınlaşdı, Allah hz. Mehdi (ə.s) hörmətinə gözlədir. Sitatlar
Allah hal-hazırda mehdiyyət vəsiləsiylə dünyanı dağılmaqdan qoruyur. Yəni qiyamətin təxirə salınmasının səbəbi hz. Mehdi (ə.s)-dır. Sitatlar
Allahın vədi üçün olan vaxt artıq bitdi. Yəni qiyamətə təxminən yüz illik bir vaxt qalır.    Hakimiyyət yalnız bu əsrdə təmin edilə bilər. Onun üçün artıq masonluq da, tampliyerlər   də, sanhedrin də, dərin dünya dövləti də qərar verməlidir. Çünki başqa cür olduqda,   dünya tamamilə yox olacaq. Artıq İslam Birliyini hakim etməyin vaxtı gəlib çatdı. Sitatlar
Gözəl öyüd qəlb qırmayan, təhqir etməyən, sarsıtmayan, narahat etməyən şəkildə olar. Sitatlar
Havaya atəş açaraq nə isə qeyd etmək böyük hörmətsizlikdir. Cana qəsd edən vəziyyət olduğu üçün buna qarşı lazımi hüquqi tədbirlər görülməlidir. Sitatlar
Ənənəçi ortodoks qardaşlarımız süni qanunlarla sanki özlərini öldürmüş vəziyyətdədirlər. Dinsizliyin özlərini əzmələrini asanlaşdırıblar. İncəsənət, elm, keyfiyyət olmadıqda başdan məğlub vəziyyətə düşürlər və əzilmələri çox asanlaşır. Qadının azad olmayacağına musiqi, incəsənət, heykəltəraşlıq olmamasının lazım olduğuna o qədər özlərini inandırıblar ki, gözəllik gördükdə əks rəftar göstərirlər. Ənənəçi sistem özlərinin də tabe olmadığı minlərlə qanun qoymuşdur və Allahın cənnət gözəlliyi olaraq təriflədiyi bütün gözəlliklərə qarşı çıxar. Sitatlar
Hz. İsa müsəlman olaraq gəldikdə xristianlar Onu daha çox sevəcəklər. O zaman həqiqi İsanı sevmiş olacaqlar. Sitatlar
Ateistlərə qarşı şəfqətli, hörmətli davranmaq lazımdır. Açıqca səmimiyyətlə inana bilmədiklərini söyləyirlər, dürüst davranırlar. Sitatlar
Cəhd müsəlmanın səyini ifadə edər. Cəhd insanın nəfsinə qarşı mübarizəsidir. Elmlə, irfanla gecə-gündüz göstərilən səy, cəhddir. Sitatlar
Qadın da, kişi də zər aləmində eyni anda yaradılıb. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur