logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 8 mart 2018

avatar

Adnan Oktar

Bir insan özünü yetərli görürsə dini anlamamışdır, həyatı anlamamışdır, daxili gözü bağlıdır.
A9 TV; 8 mart 2018
1826
avatar

Adnan Oktar

Qadınların qiymətini heç bilmirlər. Əllərində almaz var, o əlindəkini şüşə zənn edir. Allahın ona necə nemət verdiyindən xəbərləri belə olmur. Qadının gözü cənnət qapısı kimidir, alır insanı aparır. Amma insan qadını ət-sümük olaraq görür, sonra da alçaltmaq istəyir.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

Tayyib hocam çox mərd, dürüst dəliqanlıdır. Tam bir Quran tələbəsi maşaAllah. Millət olaraq onun yanındayıq evelAllah.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

Cənnətin ən gözəl varlıqları qadınlardır.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətlərini qəbul etsin. Dəccalın hücumları möminləri həmişə cənnətə, şəhidlər aləminə aparar. Dəccal tərəfdarları hər hücumlarında öz cəhənnəmlərini, möminlərin də cənnətini hazırlamış olurlar.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

İnsanların bir qismi “Allah böyükdür” deyərlər amma mənasını düşünməzlər. Bir işi düzəlir “Allah böyükdür” deyər amma Allahın böyüklüyü haqqında düşünməz. Məsələn insan atomun quruluşunu düşünsə Allahın böyüklüyünü anlaması üçün bir yol olar. Allahın böyüklüyünü anladıqdan sonra da, Allahı heç buraxmamaq və Allaha tam təvəkkül etmək lazımdır. Təvəkkül isə Allahın tale qanununu tam bilməkdir. Təvəkkül deyəndə yaşlı bir əmi olar başına nə gəlirsə boynu bükülmüş durar zənn edənlər olur. Belə deyil. Təvəkkül Allahın tale qanunu düşünmək və tam yaşamaqdır. Tale də, Allahın sonsuz ağılının mükəmməl təzahürüdür.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Allaha tam güvənən insanın bütün işləri mütləq lehinə nəticələnər. Hadisələr qarışıq kimi görünsə də, tərs gedir kimi görünsə də, nəticəsi mütləq onun lehinə olar.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Öz uydurduqları xurafat dinini İslam dini kimi göstərənlər insanların İslamdan uzaqlaşmasına səbəb olur. Qurana həqiqi mənada dönüş Mehdiyyət vəsiləsiylə olacaq.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Qəzəb, təvəkkül edilmədiyində insanı qüvvədən salar. Möminin şövq duyğusu güclüdür. Hz. Musa çox şövqlüydü, çox uzun yaşadı. Peyğəmbərimiz (s.ə.v) çox şövqlüydü, çox dinc və sağlam yaşadı. Qəzəbin pis təsiri, insan təvəkkül etmədiyi zaman Allahdan bəla olaraq geri qayıdar.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Allah qorxusu can yandıran qorxu deyil. Allahı incitmədən, Allahın sevgisini itirməkdən, Allahın dostluğunu itirməkdən qorxarsan. Allah səni sevdikdən sonra harada olursan ol cənnətdə kimi yaşayarsan. Allah qorxusunun tək məqsədi dərin imanı, dərin sevgini və ehtirası əldə etməkdir. Allah, Allah qorxusunu qulları narahat olsun deyə yaratmadı. Qulları aşiq xarakterini qazansınlar deyə yaratdı.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Din adamlarına düşən məsuliyyət bütün müsəlmanlara düşən məsuliyyətlə eynidir. Din adamlarının daha məlumatlı olmaları lazımdır, ancaq hər müsəlman Allahın dinini izah etməklə, hər kəs yaxşılığı izah edib, pislikdən çəkindirməklə məsuldur.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Qadınla kişinin bir-birinin imanına, müqəddəs olana, vicdanına güvənməsi lazımdır. Güvən yoxdursa o insanı təqib edərək, nə etdiyini, kimlə danışdığını izləmək olmaz. Güvən olmaması dəhşətli vəziyyətdir. Güvənmədiyin insana sevgi və hörmət hiss etmək mümkün deyil.
A9 TV; 6 mart 2018
avatar

Adnan Oktar

Həmişə Allahın lehində düşünməklə qəlblər məmnun olar. Allahı candan sevmək, Allaha candan təslim olmaq ürəyə fərahlıq verir.
A9 TV; 6 mart 2018
avatar

Adnan Oktar

Həyatın həqiqətləri, iman zəifliyinə girən insanların içinə düşdüyü aşağı qaranlıq aləmdir. İki aləm vardır. Biri möminlərin yaşadığı üst, təmiz, keyfiyyətli aləm. Bir də, həyatın həqiqətləri məntiqi aləmi. Bu, aşağı aləmdir. Bir insan həyatın həqiqətləri məntiqinə girdiyində üslubu, əli, üzü hər şeyi qaralar. Sürünmələr, davalar, anlaşılmazlıqlar o aləmə girənin ilk qarşılaşacağı hadisələrdir. O qapıdan girən sürünməyə başlayar. Münafiqlərin hamısı o qapıdan içəri girər və o qaranlıq dünyanın içində boğularlar.
A9 TV; 6 mart 2018
avatar

Adnan Oktar

Sevgi Allahdan gözlənilər, şəxsdən gözlənilməz. Qarşındakını bütləşdirib sevgini onun sənə təqdim edəcəyini zənn ətsən bəlaya düşərsən. Sevgini yaradan Allahdır. Sevdirən Allahdır.
A9 TV; 6 mart 2018
avatar

Adnan Oktar

PKK etdikləri hücumları Darvinist dinlərinin gərəyi olaraq görür. Güclü olanın zəifə qalib gələcəyinə, həyatın bir mübarizədən ibarət olduğuna, həyatın tezis və antitezisin qarşıdurması olduğuna inanırlar. Bu inancı ortadan qaldırsaq bu qarşıdurma da bitər.
A9 TV; 6 mart 2018
avatar

Adnan Oktar

PKK-ya ən böyük zərbə, ən böyük ürək ağrısı Darvinizmin yıxılması olar. Darvinist və materialist ideologiya yıxılanda kommunist meylli gənc sayı da sıfıra düşər və PKK adam toplayamaz. Darvinist təhsil dayandırılmazsa ağcaqanadlar qaynamağa davam edər və sayları da getdikcə artar. Elmi mübarizə yolu ilə, PKK ilə mübarizədə 99%-lik nəticə alarıq. Darvinizm elmi olaraq yıxılanda PKK inancını, dinini itirər. Çünki onlar Darvinizmi bir din kimi görürlər. Terroristlər bu saxta dinlərini itirsələr bütün gücləri də gedər. Darvinizmin, materializmin olmadığını müdafiə edərək öz dinimizi sağlamlaşdırıb, onların saxta dinlərini elmlə yox etmək lazımdır. O zaman qəti nəticə alarıq. Onlar saxta elmlə, saxta izahatlarla, saxta inandırma yollarıyla nəticə alırlarsa, biz də həqiqi elm və həqiqi izahatlarla nəticə alaq.
A9 TV; 6 mart 2018
avatar

Adnan Oktar

Mömin cəhənnəm qorxusu ilə ibadət etməz. Möminin ibadəti Allah sevgisindən qaynaqlanır. Cəhənnəmin varlığının məqsədi də Allah sevgisini, Allah qorxusunu, halala, harama dəqiqliyi, sevginin keyfiyyətini və dərinliyini meydana gətirər. Bu səbəbdən mömin Allahı çox sevdiyi üçün Allaha ibadət etmiş olur. Mömin üçün cəhənnəmin atəşindən çox Allahın ona inciməsi çox ağırdır.
A9 TV; 5 mart 2018
avatar

Adnan Oktar

Münafiqlər özlərini dindar kimi göstərməyə çalışarlar amma həm din ilə, həm Mehdiyyət ilə, həm İsa Məsih ilə, həm də, haşa, Allah ilə istehza edərlər. Həm hədislərdə, həm ayələrdə bu çirkin əxlaqsızlıqlarına diqqət çəkilmişdir. (Tövbə surəsi, 65) Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: “BİZ SADƏCƏ BOŞ-BOŞ DANIŞIB ZARAFATLAŞIRDIQ!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? (Bəqərə surəsi, 14-15) Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” – deyirlər, ÖZ ŞEYTANLARI İLƏ TƏKLİKDƏ QALDIQDA İSƏ: “BİZ SİZİNLƏYİK. BİZ MÖMİNLƏRƏ ANCAQ İSTEHZA EDİRİK!” – deyirlər. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər.
A9 TV; 5 mart 2018
avatar

Adnan Oktar

Allah qorxusu, Allahın sevgisini itirməkdən qorxmaqdır. Allah qorxusu, insanı pərişan edən, xoşbəxtliyini pozan, istiqrazsız edən duyğu deyil. Allah qorxusu insanın sevgi gücünü, keyfiyyətini qat-qat artıran, beynini, ağlını təmizləyən, onu intizama salan, əzmini möhkəmləndirən gözəllikdir.
A9 TV; 4 mart 2018
avatar

Adnan Oktar

İnsanın özünə hörməti yoxdursa, sevmə qabiliyyəti və sevmə gücü olmaz. Əvvəl özünün sevmə qabiliyyəti qazanması lazımdır. Bunun olması üçün də Allahın böyüklüyünü qavraması, Allahı çox sevməsi və Allahdan çox qorxması lazımdır. O zaman sevgiyə aç hala gəlir və sevmə qabiliyyəti meydana gələr.
A9 TV; 4 mart 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Heyvanlara şiddət tətbiq edənlərin məhkəməsi xalqa açıq olsun. Özünü müdafiə edə bilməyən, danışa bilməyən canlıya niyə zülm etdiyini hər kəsin gözü qarşısında izah etsin. Və bu kəslər mütləq ibrət olaraq Ağır Cinayətlər Məhkəməsində mühakimə edilsinlər. Sitatlar
Hər şeyi yaradan Allahdır. Hər hadisəni ən gözəl Sənətçi, ən gözəl Ağıl yaratdığı üçün hamısı gözəldir, xeyirdir. İnsan xeyir gözüylə baxanda hər şeyin xeyirli yönünü görər. Allahın insanda yaratdığı ayrı qabiliyyətdir, xeyir gözü. Şər gözü vardır bir də. Şər gözüylə baxsan hər şeyi qaranlıq görərsən. Xeyir gözüylə baxmaq qabiliyyətini istifadə edərsən, hər şey xeyirdir. Allahın sonsuz gücünün hər yerdə olduğunu bilərək, xeyir gözüylə baxmaq lazımdır. Sitatlar
Dünya iki günlük imtahan yeridir. Hər şeyə xeyir gözü ilə müsbət baxmaq lazımdır. Allah hər şeyi xeyirlə yaradar. Depressiyanı qəbul etməmək, nə dediyini bilməyən dəyərsiz insanlara da əhəmiyyət verməmək lazımdır. Bilərəkdən qəzəbləndirməyə çalışan şeytanın adamlarına etibar etmək çox yersiz olar. Sitatlar
Gözün gözəlliyi baxışdakı ehtiras və dərinlikdən asılıdır. Allahı sevən göz, Allaha aşiq olan göz Allahın təcəllilərinə baxdığını bilərək dünyaya baxdığı üçün çox mənalı və gözəldir. Lakin axmaqca baxış vardırsa, Allahın təcəllilərini görə bilmir deməkdir, şeytani ruh halı içindədir. Bu insan hər şeyə kin və nifrət gözü ilə baxar, buna görə də, gözündə qətiyyən ehtiras, eşq və gözəllik yaranmaz. Sitatlar
Müsəlmanlar çox nurlu və təmiz, münafiqlər isə hər cür əxlaqsızlığı etməyə meylli, xəstə və murdardırlar. Küfr əhli münafiqlə müqayisədə daha tənbəl və çəkinəndir. Münafiq daha azğın, daha gözü dönmüş, daha təfərrüatlara girərək hücum edən xarakterdədir. Münafiqlə mübarizə şeytanla aparılan mübarizədir. İslam əxlaqının hakimiyyəti yaxınlaşdıqca şeytanın, yəni münafiqlərin həmlələri artacaq, son məqamda münafiqlər və şeytan tamamilə məğlub ediləcəklər. Sitatlar
Qadını potensial hər cür pisliyi edəcək biri kimi düşünüb qısqanmaq çox çirkindir. Qısqanmaq təkcə daha çox qorumaq istəyi mənasında ola bilər. Qadınlar şəxsiyyətli və ağıllıdırlar. Qadın şərəfinə düşkündür. Qadına potensial şübhə gözü ilə baxmaq vicdansızlıqdır. Sitatlar
Qadınlara hörmət etməyən insanlar, qadına tələ qurmaq məntiqi ilə, ələ keçirmək gözü ilə baxır. Ələ keçirə bilmədikdə isə qadın gözəlliyinə həsəd aparır və qadınları tamamilə təzyiq altına almaq istəyir. Quran bu təzyiq sistemini tamamilə aradan qaldırar. Sitatlar
Beyinə gələn elektriki təsvir olaraq qəbul edən ruhdur. Təkamül ruhu izah edə bilməz. Beyinə sadəcə çox zəif elektrik gəlir. Lakin gözü olmadığı halda bu elektriki üçölçülü rəngarəng dünya kimi görən biri var. Təkamül beyində gözü olmadan görən, qulağı olmadan eşidən, dili olmadan dadı qəbul edənin kim olduğunu izah edə bilməz. Sitatlar
Gözün gördüyü keyfiyyətdə və dəqiqlikdə heç bir kamera yoxdur. Allah mükəmməl sistem yaradıb. Sitatlar
Suriyalılara, Allahın göndərdiyi məzlum insanlara, dərd gözü ilə baxılsa, o zaman bərəkət qaçar. Onlar bərəkətləri ilə birlikdə gəlirlər. Sitatlar
Darvinistlər gözün mürəkkəb quruluşunu izah edə bilməzlər. Darvin də; "gözü düşünmək məni nəzəriyyəmdən soyutdu" deyir. Sitatlar
Fəthullah bəyə söz söyləyənlər sevgisiz insanlardır. Fəthullah bəyi iman gözü ilə, Quran gözü ilə baxanlar sevər. Sitatlar
Tayyib hocamın Qurana dönülməsi mövzusundakı çıxışları Qurana da, Peyğəmbərimizin sünnəsinə də uyğun. Tayyib hocam, yalnız Allahdan qorxan dürüst insan. Dedikləri haqda səmimiyyətsiz şərh yazanlar mənə gəlsinlər. Tayyib hocam harada miskin varsa Xızır kimi yetişir. İslam aləminin hər yerinə sahib çıxmaq üçün səmimiyyətlə səy göstərir. Ona söz deyənlərin isə heç bir dənə belə xidməti yoxdur. Sitatlar
Qadınların qiymətini heç bilmirlər. Əllərində almaz var, o əlindəkini şüşə zənn edir. Allahın ona necə nemət verdiyindən xəbərləri belə olmur. Qadının gözü cənnət qapısı kimidir, alır insanı aparır. Amma insan qadını ət-sümük olaraq görür, sonra da alçaltmaq istəyir. Sitatlar
Allah sevgisinin dərinləşməsinin yolu, Allahın böyüklüyünü və gücünü sözlə deyil feili dəlillərlə qavrayıb beynimizin inanmasıdır. Mömin Allahın böyüklüyünü qavrayaraq Allahı həm sevər, həm güvənər, həm də bağlanar. Başqa cür təvəkkül etmək üçün çalışırlar. Allahın gücünü anladığında isə təvəkkül etməmək mövzusu olmaz. Bu əsrdə Allahın böyüklüyünü anlamaq üçün çox-çox dəlil görürük. Atomlar, molekullar, bunların detalları, hamısı üzərindəki Allahın ağlı, Allahın gücünü və böyüklüyünü anlamaq üçün çox əhəmiyyətli məlumatlardır. Sitatlar
Tayyib hocam çox mərd, dürüst dəliqanlıdır. Tam bir Quran tələbəsi maşaAllah. Millət olaraq onun yanındayıq evelAllah. Sitatlar
Axirətdə müsəlmanların sorğusunda narahat olacaq heç nə olmaz. Mömin sorğusu təriflənməsi üçündür və çox qısa çəkər. Sadəcə etdiyi yaxşılıqların təsdiqi olar. Münafiq və küfrdə isə etdikləri bütün əxlaqsızlıqları tək-tək bütün detallarıyla soruşulacaq, hər detalında alçaldılacaq və sonra cəhənnəmə sürüklənəcəklər. Sitatlar
Cənnətin ən gözəl varlıqları qadınlardır. Sitatlar
Allah möminlərə güc, qüvvət versin, sayılarını, imkanlarını artırsın. Allah İslam əxlaqının dünya hakimiyyətini görməyi nəsib etsin. Allah bizi Hz. Mehdi və İsa Məsihə tələbə etsin. Allah, İslam aləminin düşməni olan münafiqlərin alçaqlıqlarını tarixə keçirsin, hamısının başını dərdə salsın, dünyada da, axirətdə də, sonsuza qədər alçalmalarını bütün insanlara göstərsin. Sitatlar
Allah şəhidlərimizin şəhadətlərini qəbul etsin. Dəccalın hücumları möminləri həmişə cənnətə, şəhidlər aləminə aparar. Dəccal tərəfdarları hər hücumlarında öz cəhənnəmlərini, möminlərin də cənnətini hazırlamış olurlar. Sitatlar
Tayyib hocam cumhurun başı olaraq, dövlətimizin və millətimizin dəyərlərinə sahib çıxaraq, bozqurd işarəsi etməklə çox gözəl rəftar göstərmişdir. Bozqurd simvolunu hər kəsin istifadə etməsi millətçilərə xoşbəxtlik verir. Türklük demək Türküm deyən hər kəsi öz qardaşı görməkdir. Ülkücülər laz, kürd hər kəsi qardaş olaraq sevər və kim bozqurd işarəsi edirsə bundan xoşbəxtlik duyar. Dünyanın hər hansı yerində bozqurd işarəsi edəndə buna sevgi və hörmət edilər. Sitatlar
Səadət Partiyası Cumhur ittifaqına qatılmaq istəmirsə bu demokratik haqqıdır. Tənqidlərinə də hörmət etmək lazımdır. Ancaq seçicinin vicdanı qərarına güvənmək lazımdır. Seçicinin vicdanına dəyər vermir kimi görünən üslub yaxşı görünmür. Sitatlar
Səhv etmək çox yaxşı tərbiyəçidir. Mömin etdiyi səhvlərlə doğru yolda olmaqda qərarlılıq qazanar və həmişə doğrunu axtarar. Peşman olmaq kədərlənmək deyildir, əzmli olaraq doğrunu etmək və etdiyi səhvi təkrar etməkdən çəkinməkdir. Sitatlar
Mömin demək dünyanın ən üstün ağla sahib varlığı deməkdir. Müsəlman dedikdə bəzilərinin ağlına müəyyən formada bığı, saqqalı olan, “əziz qardaşım” deyə danışan, gül suyu ikram edən insan modeli gəlir. Mömin həyat dolu, keyfiyyətli, zadəgan, sadə, dərin düşünən, şən, ağıllı, sevgi dolu, mərhəmətli, çağın üstündə müasir olan insandır. Sitatlar
PKK ilə mübarizə sadəcə təhlükəsizlik tədbirləriylə olmaz. Əsas edilməsi lazım olan antidarvinist, antimaterialist elmi mübarizədir. Əlbəttə təhlükəsizlik tədbirləri görülməlidir, amma 3 min adam öldürülsə yerinə 3 min daha gəlir. Əsas zehniyyəti fikirlə öldürək, terrorun zəminini tamamilə qurudaq. Biz 10-20-30 il sonrasını düşünmək məcburiyyətindəyik. Dünyada özündənrazı hala doğru gediş var. Avropada dindarlıq zəifləyir. Bütün bunlara qarşı alacağımız ən köklü tədbir Darvinizmi elmi olaraq bitirmək olar. Ya Allah BismiAllah deyib başlamaq lazımdır. 40 alim, professor bir araya gətirilsin. Milli açıqlama edilsin. "Darvinizm elm deyil, elmi dəlillərimiz bunlardır" deyə bir-bir sıralayaq. Bütün dünyaya təsir edən böyük tərəqqi olar. Darvinist kommunist kütlələr mütləq reaksiya göstərəcəklər, bu reaksiyalara diqqət etmədən davam etmək lazımdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur