logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 10 mart 2018

avatar

Adnan Oktar

Səadət Partiyası Cumhur ittifaqına qatılmaq istəmirsə bu demokratik haqqıdır. Tənqidlərinə də hörmət etmək lazımdır. Ancaq seçicinin vicdanı qərarına güvənmək lazımdır. Seçicinin vicdanına dəyər vermir kimi görünən üslub yaxşı görünmür.
A9 TV; 10 mart 2018
761
avatar

Adnan Oktar

Tayyib hocam cumhurun başı olaraq, dövlətimizin və millətimizin dəyərlərinə sahib çıxaraq, bozqurd işarəsi etməklə çox gözəl rəftar göstərmişdir. Bozqurd simvolunu hər kəsin istifadə etməsi millətçilərə xoşbəxtlik verir. Türklük demək Türküm deyən hər kəsi öz qardaşı görməkdir. Ülkücülər laz, kürd hər kəsi qardaş olaraq sevər və kim bozqurd işarəsi edirsə bundan xoşbəxtlik duyar. Dünyanın hər hansı yerində bozqurd işarəsi edəndə buna sevgi və hörmət edilər.
A9 TV; 10 mart 2018
avatar

Adnan Oktar

Allah möminlərə güc, qüvvət versin, sayılarını, imkanlarını artırsın. Allah İslam əxlaqının dünya hakimiyyətini görməyi nəsib etsin. Allah bizi Hz. Mehdi və İsa Məsihə tələbə etsin. Allah, İslam aləminin düşməni olan münafiqlərin alçaqlıqlarını tarixə keçirsin, hamısının başını dərdə salsın, dünyada da, axirətdə də, sonsuza qədər alçalmalarını bütün insanlara göstərsin.
A9 TV; 9 mart 2018
avatar

Adnan Oktar

Axirətdə müsəlmanların sorğusunda narahat olacaq heç nə olmaz. Mömin sorğusu təriflənməsi üçündür və çox qısa çəkər. Sadəcə etdiyi yaxşılıqların təsdiqi olar. Münafiq və küfrdə isə etdikləri bütün əxlaqsızlıqları tək-tək bütün detallarıyla soruşulacaq, hər detalında alçaldılacaq və sonra cəhənnəmə sürüklənəcəklər.
A9 TV; 9 mart 2018
avatar

Adnan Oktar

Allah sevgisinin dərinləşməsinin yolu, Allahın böyüklüyünü və gücünü sözlə deyil feili dəlillərlə qavrayıb beynimizin inanmasıdır. Mömin Allahın böyüklüyünü qavrayaraq Allahı həm sevər, həm güvənər, həm də bağlanar. Başqa cür təvəkkül etmək üçün çalışırlar. Allahın gücünü anladığında isə təvəkkül etməmək mövzusu olmaz. Bu əsrdə Allahın böyüklüyünü anlamaq üçün çox-çox dəlil görürük. Atomlar, molekullar, bunların detalları, hamısı üzərindəki Allahın ağlı, Allahın gücünü və böyüklüyünü anlamaq üçün çox əhəmiyyətli məlumatlardır.
A9 TV; 9 mart 2018
avatar

Adnan Oktar

Tayyib hocamın Qurana dönülməsi mövzusundakı çıxışları Qurana da, Peyğəmbərimizin sünnəsinə də uyğun. Tayyib hocam, yalnız Allahdan qorxan dürüst insan. Dedikləri haqda səmimiyyətsiz şərh yazanlar mənə gəlsinlər. Tayyib hocam harada miskin varsa Xızır kimi yetişir. İslam aləminin hər yerinə sahib çıxmaq üçün səmimiyyətlə səy göstərir. Ona söz deyənlərin isə heç bir dənə belə xidməti yoxdur.
A9 TV; 9 mart 2018
avatar

Adnan Oktar

Bir insan özünü yetərli görürsə dini anlamamışdır, həyatı anlamamışdır, daxili gözü bağlıdır.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

Qadınların qiymətini heç bilmirlər. Əllərində almaz var, o əlindəkini şüşə zənn edir. Allahın ona necə nemət verdiyindən xəbərləri belə olmur. Qadının gözü cənnət qapısı kimidir, alır insanı aparır. Amma insan qadını ət-sümük olaraq görür, sonra da alçaltmaq istəyir.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

Tayyib hocam çox mərd, dürüst dəliqanlıdır. Tam bir Quran tələbəsi maşaAllah. Millət olaraq onun yanındayıq evelAllah.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

Cənnətin ən gözəl varlıqları qadınlardır.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətlərini qəbul etsin. Dəccalın hücumları möminləri həmişə cənnətə, şəhidlər aləminə aparar. Dəccal tərəfdarları hər hücumlarında öz cəhənnəmlərini, möminlərin də cənnətini hazırlamış olurlar.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

İnsanların bir qismi “Allah böyükdür” deyərlər amma mənasını düşünməzlər. Bir işi düzəlir “Allah böyükdür” deyər amma Allahın böyüklüyü haqqında düşünməz. Məsələn insan atomun quruluşunu düşünsə Allahın böyüklüyünü anlaması üçün bir yol olar. Allahın böyüklüyünü anladıqdan sonra da, Allahı heç buraxmamaq və Allaha tam təvəkkül etmək lazımdır. Təvəkkül isə Allahın tale qanununu tam bilməkdir. Təvəkkül deyəndə yaşlı bir əmi olar başına nə gəlirsə boynu bükülmüş durar zənn edənlər olur. Belə deyil. Təvəkkül Allahın tale qanunu düşünmək və tam yaşamaqdır. Tale də, Allahın sonsuz ağılının mükəmməl təzahürüdür.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Allaha tam güvənən insanın bütün işləri mütləq lehinə nəticələnər. Hadisələr qarışıq kimi görünsə də, tərs gedir kimi görünsə də, nəticəsi mütləq onun lehinə olar.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Öz uydurduqları xurafat dinini İslam dini kimi göstərənlər insanların İslamdan uzaqlaşmasına səbəb olur. Qurana həqiqi mənada dönüş Mehdiyyət vəsiləsiylə olacaq.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Qəzəb, təvəkkül edilmədiyində insanı qüvvədən salar. Möminin şövq duyğusu güclüdür. Hz. Musa çox şövqlüydü, çox uzun yaşadı. Peyğəmbərimiz (s.ə.v) çox şövqlüydü, çox dinc və sağlam yaşadı. Qəzəbin pis təsiri, insan təvəkkül etmədiyi zaman Allahdan bəla olaraq geri qayıdar.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Allah qorxusu can yandıran qorxu deyil. Allahı incitmədən, Allahın sevgisini itirməkdən, Allahın dostluğunu itirməkdən qorxarsan. Allah səni sevdikdən sonra harada olursan ol cənnətdə kimi yaşayarsan. Allah qorxusunun tək məqsədi dərin imanı, dərin sevgini və ehtirası əldə etməkdir. Allah, Allah qorxusunu qulları narahat olsun deyə yaratmadı. Qulları aşiq xarakterini qazansınlar deyə yaratdı.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Din adamlarına düşən məsuliyyət bütün müsəlmanlara düşən məsuliyyətlə eynidir. Din adamlarının daha məlumatlı olmaları lazımdır, ancaq hər müsəlman Allahın dinini izah etməklə, hər kəs yaxşılığı izah edib, pislikdən çəkindirməklə məsuldur.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Qadınla kişinin bir-birinin imanına, müqəddəs olana, vicdanına güvənməsi lazımdır. Güvən yoxdursa o insanı təqib edərək, nə etdiyini, kimlə danışdığını izləmək olmaz. Güvən olmaması dəhşətli vəziyyətdir. Güvənmədiyin insana sevgi və hörmət hiss etmək mümkün deyil.
A9 TV; 6 mart 2018
avatar

Adnan Oktar

Həmişə Allahın lehində düşünməklə qəlblər məmnun olar. Allahı candan sevmək, Allaha candan təslim olmaq ürəyə fərahlıq verir.
A9 TV; 6 mart 2018
avatar

Adnan Oktar

Həyatın həqiqətləri, iman zəifliyinə girən insanların içinə düşdüyü aşağı qaranlıq aləmdir. İki aləm vardır. Biri möminlərin yaşadığı üst, təmiz, keyfiyyətli aləm. Bir də, həyatın həqiqətləri məntiqi aləmi. Bu, aşağı aləmdir. Bir insan həyatın həqiqətləri məntiqinə girdiyində üslubu, əli, üzü hər şeyi qaralar. Sürünmələr, davalar, anlaşılmazlıqlar o aləmə girənin ilk qarşılaşacağı hadisələrdir. O qapıdan girən sürünməyə başlayar. Münafiqlərin hamısı o qapıdan içəri girər və o qaranlıq dünyanın içində boğularlar.
A9 TV; 6 mart 2018
avatar

Adnan Oktar

Sevgi Allahdan gözlənilər, şəxsdən gözlənilməz. Qarşındakını bütləşdirib sevgini onun sənə təqdim edəcəyini zənn ətsən bəlaya düşərsən. Sevgini yaradan Allahdır. Sevdirən Allahdır.
A9 TV; 6 mart 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Cəmiyyətin birliyi əhəmiyyətlidir. Müxalifət olacaq, tənqidlərini hər kəs dilə gətirəcək, qarşı tərəf də tənqidlərə cavab verəcək, bunların hamısı təbiidir. Lakin Türkiyənin belə çətin dövründə qardaşlıq ruhunu zədələməmək üçün zəhmət çəkmək mühüm məsələdir. Buna görə də, mümkün olduğu qədər üslubu sakit saxlamaq, təmkinli olmaq lazımdır. Sitatlar
Tayyib hocamın yolu xeyir, üslubu xeyirdir. Qurana uyğun hərəkət edir, belə davam etsin və heç narahat olmasın, çox rahat olsun türk milləti onun arxasındadır. Sitatlar
Türkiyə demokratik ölkədir. Dövlətimiz sağlamdüşüncəli və ağıllıdır. Bəzi kütlələrdə 28 fevral dövrünün zehniyyəti hələ də qalır. Hay-küylə, demaqoqluqla, təzyiqlə nəticə alınacağını zənn edirlər. İnsanları hay-küylə tərbiyə etməyə çalışmaq səmimi rəftar olmaz. Əgər səhv gördüyün bir şey vardırsa, Quranla xəbərdar edərsən. Müsəlmana Quran təsir edər. Quranla xəbərdar etsən həmin an səhvindən dönər. İsrarla susduraq, qadağan edək demək doğru rəftar olmaz. Sitatlar
Şərqi Qutadaki qaz hücumu başdan sona qədər İngilis dərin dövlətinin işidir. Savaşın sona çatmaması, daha da qızışması, Suriyanın tamamilə parçalanması və daha çox qan axması üçün edilmiş hadisədir. İslam aləminin bir an əvvəl birlik olmasının nə qədər təcili olduğunu görürük. Sitatlar
Demokratik nümayişə, haqqın tələbinə hər kəs hörmət edər. Lakin İranı parçalamağa, dağıtmağa cəhd edən olsa buna qanunla, hüquqla imkan vermərik. İngiltərə dərin dövləti bölgə ölkələrini bir-bir parçalamaq istəyir. İranın qorunması üçün Türkiyə və Rusiya zamin olsun. İranın tək olmadığını Tayyib hocam da çox güclü vurğulasın. Putinlə görüşsünlər, İranın parçalanmasına imkan verilməyəcəyini açıqlasınlar. Sitatlar
Fələstinə; "İsrail ilə masaya oturmasanız maddi kömək etmərəm" demək, vicdana uyğun deyil. Fələstin xalqı bir qrup insandır, imkanları məhduddur, xarici yardımla həyatlarını davam etdirirlər. İnsanlara qarşı belə üslub işlətmək ayıbdır. İnsan özünə edilməsini istəmədiyini heç kimə etməməlidir. Heç bir ölkənin Fələstinə qarşı üslubu bu olmamalıdır. Sitatlar
İmam Hatiplilər nur kimi insandırlar. Lağlağı, lovğa üslub işlədənlərə qardaşlarımız fikir verməsinlər. Bu cür sevgisiz insanların sevdiyi heç kim olmur və öz sevgisizlikləri içində boğulurlar. Qardaşlarımız bunlarla heç vaxt ünsiyyətdə olmasınlar. Sitatlar
İnsanların televiziya proqramlarında fərqli ruh halına girmələri səmimimiyyətsizliklərini vurğulayan, utanmaları lazım olan rəftardır. İnsan hər yerdə eyni üslub, eyni səmimiyyətdə olmalıdır. Sitatlar
İranı parçalamağa yönələn hər hərəkət İngiltərə dərin dövlətinin Yaxın Şərqi qarışdırmaq üçün tətbiq etdiyi planın bir hissəsidir. Xalqın demokratik etiraz etmək hüququ var. Lakin antidemokratik üsullarla İrana qarşı bir oyun oynanılmasına elmlə, irfanla imkan vermərik. Heç bir qonşu ölkəmizdə oyun oynanılmasını istəmirik. Türkiyə, Rusiya, İran ittifaqı bütün bölgənin təhlükəsizliyi üçün çox mühümdür. Sitatlar
İslam aləminin daha kiçik hissələrə ayrılması deyil, birlik, bütövlük istəməsi lazımdır. İrqə əsaslanan kiçik hissələr yaratmaq, İngiltərə dərin dövlətinin asan udacağı tikə halına gəlməkdir. Sitatlar
İsrailin etiraz və reaksiyaları sərt üsullarla susdurmağa çalışması yanlış və çirkin üsuldur. Bu köhnə məntiqi tamamilə tərk etmələri lazımdır. İsrail, dindar musəvilərin etirazlarını da bənzər şəkildə çox kobud üsullarla susdurur. Bu kobud anti-demokratik üsulları tərk etmək lazımdır. Sitatlar
Hörmətli Kılıçdaroğlu dürüst və təmiz insandır. Müxalifətin güclü olması Türkiyənin demokratik zənginliyidir, gözəllikdir. Sitatlar
Müxalifətin olması Türkiyə üçün zənginlikdir. Demokratik reaksiyalar qanuni sərhədlər çərçivəsində göstərilirsə bu gözəllikdir. Sitatlar
Qanuna, hüquqa uyğun olduqdan sonra ədalətin mükəmməlləşməsini istəmək gözəl tələbdir. Müxalifətin olması demokratik zənginlikdir. Sitatlar
Müsəlmanların Allahın haram etdiyi homoseksuallığın təbliğatına qarşı diqqətli olmaları, demokratik reaksiya haqlarından istifadə etmələri lazımdır. Sitatlar
Demokratik nümayiş və etiraz haqqı hər vətəndaşın təbii haqqıdır, lakin yandırma, dağıtma, mühafizə əməkdaşlarına hücum etmə heç vaxt qəbul edilə bilməz. Mübahisə edən, danışan, müxalifət edən, düşüncəsini açıq şəkildə müdafiə edən cəmiyyət gözəldir. Lakin zorakılığa əsaslanan üsul məqbul görülə bilməz. Sitatlar
Səhv etmək çox yaxşı tərbiyəçidir. Mömin etdiyi səhvlərlə doğru yolda olmaqda qərarlılıq qazanar və həmişə doğrunu axtarar. Peşman olmaq kədərlənmək deyildir, əzmli olaraq doğrunu etmək və etdiyi səhvi təkrar etməkdən çəkinməkdir. Sitatlar
Tayyib hocam cumhurun başı olaraq, dövlətimizin və millətimizin dəyərlərinə sahib çıxaraq, bozqurd işarəsi etməklə çox gözəl rəftar göstərmişdir. Bozqurd simvolunu hər kəsin istifadə etməsi millətçilərə xoşbəxtlik verir. Türklük demək Türküm deyən hər kəsi öz qardaşı görməkdir. Ülkücülər laz, kürd hər kəsi qardaş olaraq sevər və kim bozqurd işarəsi edirsə bundan xoşbəxtlik duyar. Dünyanın hər hansı yerində bozqurd işarəsi edəndə buna sevgi və hörmət edilər. Sitatlar
Mömin demək dünyanın ən üstün ağla sahib varlığı deməkdir. Müsəlman dedikdə bəzilərinin ağlına müəyyən formada bığı, saqqalı olan, “əziz qardaşım” deyə danışan, gül suyu ikram edən insan modeli gəlir. Mömin həyat dolu, keyfiyyətli, zadəgan, sadə, dərin düşünən, şən, ağıllı, sevgi dolu, mərhəmətli, çağın üstündə müasir olan insandır. Sitatlar
PKK ilə mübarizə sadəcə təhlükəsizlik tədbirləriylə olmaz. Əsas edilməsi lazım olan antidarvinist, antimaterialist elmi mübarizədir. Əlbəttə təhlükəsizlik tədbirləri görülməlidir, amma 3 min adam öldürülsə yerinə 3 min daha gəlir. Əsas zehniyyəti fikirlə öldürək, terrorun zəminini tamamilə qurudaq. Biz 10-20-30 il sonrasını düşünmək məcburiyyətindəyik. Dünyada özündənrazı hala doğru gediş var. Avropada dindarlıq zəifləyir. Bütün bunlara qarşı alacağımız ən köklü tədbir Darvinizmi elmi olaraq bitirmək olar. Ya Allah BismiAllah deyib başlamaq lazımdır. 40 alim, professor bir araya gətirilsin. Milli açıqlama edilsin. "Darvinizm elm deyil, elmi dəlillərimiz bunlardır" deyə bir-bir sıralayaq. Bütün dünyaya təsir edən böyük tərəqqi olar. Darvinist kommunist kütlələr mütləq reaksiya göstərəcəklər, bu reaksiyalara diqqət etmədən davam etmək lazımdır. Sitatlar
Həm Darvinist sistemdə həm ənənəçi Ortodoks sistemdə qadın nifrəti oturmuş vəziyyətdə. Qadını insan olaraq görmürlər. Biri yarı inkişaf etmiş heyvan olaraq görür birisi yarım varlıq olaraq görür. Bu sevgisizliyi və çirkin məntiqi Quran əxlaqı tamamilə ortadan qaldırar. Sitatlar
Münafiq ruhu olmadığı üçün maddənin həqiqətini heç vaxt anlaya bilməz. Tərif edilsə belə heç cür qavraya bilməz. Bu, möcüzəvi vəziyyətdir. İstənilən qədər təsvir edilsin heç cür anlaya bilməz və qavraya bilməz. Çünki ruhu yoxdur. Maşın kimi varlıqdır. Sitatlar
Hər atom bir aləmdir. Atomda insan ağlının çox üstündə ağıl vardır. İnanılmaz sürətlə milyardlarla ildir dönürlər və bir dəfə belə toqquşmurlar. Sadəcə bu belə çox böyük möcüzədir. Çəkiclə dəmirə vurursan, atom təmasda belə olmur. Dönməsinə davam edir. 15 milyard ildir heç bir enerji almadan dönür. Bu, Allahın böyük sənəti və elmidir. Sitatlar
Tayyib hocam millətin lideri, cumhurun başı olaraq çox vicdanlı, ağıllı və dürüst hərəkət edir. Bəzilərinin yersiz narahatlıqları çox gərəksiz. Tayyib hocam mərddir, cavandır, İslam Birliyinə aşiqdir. Sitatlar
Adı qoyulmamış kor müxalifət sistemi, bəzən birgə ağılsızlığa çevrilir və sakitləşdirmək çox çətin olur. Bunların çoxu qarşılarındakı insanın haqlı və doğru olduğunu bildikləri halda sırf çoxbilmişlik etmək üçün ya da mühitdən faydalanıb etibar qazanmaq üçün təcavüzkar tənqid dili istifadə edirlər. Bunların üslubundan çəkinənlər də doğru olanın yanında yer almaq yerinə o kor müxalifətə qatılırlar. Bu cür qorxu sistemi olmasa insanlar həqiqi fikirlərini, mühafizəkarlar dinə həqiqi baxışlarını çox rahat ortaya qoya bilərlər. Amma bir anda cəmiyyətə elektrik verənlər olduğu üçün bir-birlərindən çəkinib həqiqi fikirlərini deyə bilmirlər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur