logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 10 mart 2018

avatar

Adnan Oktar

Səhv etmək çox yaxşı tərbiyəçidir. Mömin etdiyi səhvlərlə doğru yolda olmaqda qərarlılıq qazanar və həmişə doğrunu axtarar. Peşman olmaq kədərlənmək deyildir, əzmli olaraq doğrunu etmək və etdiyi səhvi təkrar etməkdən çəkinməkdir.
A9 TV; 10 mart 2018
2436
avatar

Adnan Oktar

Səadət Partiyası Cumhur ittifaqına qatılmaq istəmirsə bu demokratik haqqıdır. Tənqidlərinə də hörmət etmək lazımdır. Ancaq seçicinin vicdanı qərarına güvənmək lazımdır. Seçicinin vicdanına dəyər vermir kimi görünən üslub yaxşı görünmür.
A9 TV; 10 mart 2018
avatar

Adnan Oktar

Tayyib hocam cumhurun başı olaraq, dövlətimizin və millətimizin dəyərlərinə sahib çıxaraq, bozqurd işarəsi etməklə çox gözəl rəftar göstərmişdir. Bozqurd simvolunu hər kəsin istifadə etməsi millətçilərə xoşbəxtlik verir. Türklük demək Türküm deyən hər kəsi öz qardaşı görməkdir. Ülkücülər laz, kürd hər kəsi qardaş olaraq sevər və kim bozqurd işarəsi edirsə bundan xoşbəxtlik duyar. Dünyanın hər hansı yerində bozqurd işarəsi edəndə buna sevgi və hörmət edilər.
A9 TV; 10 mart 2018
avatar

Adnan Oktar

Allah möminlərə güc, qüvvət versin, sayılarını, imkanlarını artırsın. Allah İslam əxlaqının dünya hakimiyyətini görməyi nəsib etsin. Allah bizi Hz. Mehdi və İsa Məsihə tələbə etsin. Allah, İslam aləminin düşməni olan münafiqlərin alçaqlıqlarını tarixə keçirsin, hamısının başını dərdə salsın, dünyada da, axirətdə də, sonsuza qədər alçalmalarını bütün insanlara göstərsin.
A9 TV; 9 mart 2018
avatar

Adnan Oktar

Axirətdə müsəlmanların sorğusunda narahat olacaq heç nə olmaz. Mömin sorğusu təriflənməsi üçündür və çox qısa çəkər. Sadəcə etdiyi yaxşılıqların təsdiqi olar. Münafiq və küfrdə isə etdikləri bütün əxlaqsızlıqları tək-tək bütün detallarıyla soruşulacaq, hər detalında alçaldılacaq və sonra cəhənnəmə sürüklənəcəklər.
A9 TV; 9 mart 2018
avatar

Adnan Oktar

Allah sevgisinin dərinləşməsinin yolu, Allahın böyüklüyünü və gücünü sözlə deyil feili dəlillərlə qavrayıb beynimizin inanmasıdır. Mömin Allahın böyüklüyünü qavrayaraq Allahı həm sevər, həm güvənər, həm də bağlanar. Başqa cür təvəkkül etmək üçün çalışırlar. Allahın gücünü anladığında isə təvəkkül etməmək mövzusu olmaz. Bu əsrdə Allahın böyüklüyünü anlamaq üçün çox-çox dəlil görürük. Atomlar, molekullar, bunların detalları, hamısı üzərindəki Allahın ağlı, Allahın gücünü və böyüklüyünü anlamaq üçün çox əhəmiyyətli məlumatlardır.
A9 TV; 9 mart 2018
avatar

Adnan Oktar

Tayyib hocamın Qurana dönülməsi mövzusundakı çıxışları Qurana da, Peyğəmbərimizin sünnəsinə də uyğun. Tayyib hocam, yalnız Allahdan qorxan dürüst insan. Dedikləri haqda səmimiyyətsiz şərh yazanlar mənə gəlsinlər. Tayyib hocam harada miskin varsa Xızır kimi yetişir. İslam aləminin hər yerinə sahib çıxmaq üçün səmimiyyətlə səy göstərir. Ona söz deyənlərin isə heç bir dənə belə xidməti yoxdur.
A9 TV; 9 mart 2018
avatar

Adnan Oktar

Bir insan özünü yetərli görürsə dini anlamamışdır, həyatı anlamamışdır, daxili gözü bağlıdır.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

Qadınların qiymətini heç bilmirlər. Əllərində almaz var, o əlindəkini şüşə zənn edir. Allahın ona necə nemət verdiyindən xəbərləri belə olmur. Qadının gözü cənnət qapısı kimidir, alır insanı aparır. Amma insan qadını ət-sümük olaraq görür, sonra da alçaltmaq istəyir.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

Tayyib hocam çox mərd, dürüst dəliqanlıdır. Tam bir Quran tələbəsi maşaAllah. Millət olaraq onun yanındayıq evelAllah.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

Cənnətin ən gözəl varlıqları qadınlardır.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətlərini qəbul etsin. Dəccalın hücumları möminləri həmişə cənnətə, şəhidlər aləminə aparar. Dəccal tərəfdarları hər hücumlarında öz cəhənnəmlərini, möminlərin də cənnətini hazırlamış olurlar.
A9 TV; 8 mart 2018
avatar

Adnan Oktar

İnsanların bir qismi “Allah böyükdür” deyərlər amma mənasını düşünməzlər. Bir işi düzəlir “Allah böyükdür” deyər amma Allahın böyüklüyü haqqında düşünməz. Məsələn insan atomun quruluşunu düşünsə Allahın böyüklüyünü anlaması üçün bir yol olar. Allahın böyüklüyünü anladıqdan sonra da, Allahı heç buraxmamaq və Allaha tam təvəkkül etmək lazımdır. Təvəkkül isə Allahın tale qanununu tam bilməkdir. Təvəkkül deyəndə yaşlı bir əmi olar başına nə gəlirsə boynu bükülmüş durar zənn edənlər olur. Belə deyil. Təvəkkül Allahın tale qanunu düşünmək və tam yaşamaqdır. Tale də, Allahın sonsuz ağılının mükəmməl təzahürüdür.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Allaha tam güvənən insanın bütün işləri mütləq lehinə nəticələnər. Hadisələr qarışıq kimi görünsə də, tərs gedir kimi görünsə də, nəticəsi mütləq onun lehinə olar.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Öz uydurduqları xurafat dinini İslam dini kimi göstərənlər insanların İslamdan uzaqlaşmasına səbəb olur. Qurana həqiqi mənada dönüş Mehdiyyət vəsiləsiylə olacaq.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Qəzəb, təvəkkül edilmədiyində insanı qüvvədən salar. Möminin şövq duyğusu güclüdür. Hz. Musa çox şövqlüydü, çox uzun yaşadı. Peyğəmbərimiz (s.ə.v) çox şövqlüydü, çox dinc və sağlam yaşadı. Qəzəbin pis təsiri, insan təvəkkül etmədiyi zaman Allahdan bəla olaraq geri qayıdar.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Allah qorxusu can yandıran qorxu deyil. Allahı incitmədən, Allahın sevgisini itirməkdən, Allahın dostluğunu itirməkdən qorxarsan. Allah səni sevdikdən sonra harada olursan ol cənnətdə kimi yaşayarsan. Allah qorxusunun tək məqsədi dərin imanı, dərin sevgini və ehtirası əldə etməkdir. Allah, Allah qorxusunu qulları narahat olsun deyə yaratmadı. Qulları aşiq xarakterini qazansınlar deyə yaratdı.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Din adamlarına düşən məsuliyyət bütün müsəlmanlara düşən məsuliyyətlə eynidir. Din adamlarının daha məlumatlı olmaları lazımdır, ancaq hər müsəlman Allahın dinini izah etməklə, hər kəs yaxşılığı izah edib, pislikdən çəkindirməklə məsuldur.
A9 TV; 7 mart 2018
avatar

Adnan Oktar

Qadınla kişinin bir-birinin imanına, müqəddəs olana, vicdanına güvənməsi lazımdır. Güvən yoxdursa o insanı təqib edərək, nə etdiyini, kimlə danışdığını izləmək olmaz. Güvən olmaması dəhşətli vəziyyətdir. Güvənmədiyin insana sevgi və hörmət hiss etmək mümkün deyil.
A9 TV; 6 mart 2018
avatar

Adnan Oktar

Həmişə Allahın lehində düşünməklə qəlblər məmnun olar. Allahı candan sevmək, Allaha candan təslim olmaq ürəyə fərahlıq verir.
A9 TV; 6 mart 2018
avatar

Adnan Oktar

Həyatın həqiqətləri, iman zəifliyinə girən insanların içinə düşdüyü aşağı qaranlıq aləmdir. İki aləm vardır. Biri möminlərin yaşadığı üst, təmiz, keyfiyyətli aləm. Bir də, həyatın həqiqətləri məntiqi aləmi. Bu, aşağı aləmdir. Bir insan həyatın həqiqətləri məntiqinə girdiyində üslubu, əli, üzü hər şeyi qaralar. Sürünmələr, davalar, anlaşılmazlıqlar o aləmə girənin ilk qarşılaşacağı hadisələrdir. O qapıdan girən sürünməyə başlayar. Münafiqlərin hamısı o qapıdan içəri girər və o qaranlıq dünyanın içində boğularlar.
A9 TV; 6 mart 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Adı qoyulmamış kor müxalifət sistemi, bəzən birgə ağılsızlığa çevrilir və sakitləşdirmək çox çətin olur. Bunların çoxu qarşılarındakı insanın haqlı və doğru olduğunu bildikləri halda sırf çoxbilmişlik etmək üçün ya da mühitdən faydalanıb etibar qazanmaq üçün təcavüzkar tənqid dili istifadə edirlər. Bunların üslubundan çəkinənlər də doğru olanın yanında yer almaq yerinə o kor müxalifətə qatılırlar. Bu cür qorxu sistemi olmasa insanlar həqiqi fikirlərini, mühafizəkarlar dinə həqiqi baxışlarını çox rahat ortaya qoya bilərlər. Amma bir anda cəmiyyətə elektrik verənlər olduğu üçün bir-birlərindən çəkinib həqiqi fikirlərini deyə bilmirlər. Sitatlar
Mən monotonluğu heç xoşlamıram. Bəzi insanların hər şeyi sabitdir, getdiyi yol, yediyi yemək, oturduğu kreslo həmişə eynidir, bəllidir. Mənim həyatım həmişə dəyişir. Perspektivim dəyişir, zövq anlayışım dəyişir, sevinc anlayışım dəyişir. Hər şeyin daha xoş hala gəlməsini istəyirəm. Hər şeyin dəyişik və həyəcan verici olmasını istəyirəm. Mənim ruhumu dərindən təsir edən, halal amma qeyri-ənənəvi şeylərdən çox zövq alıram. Sitatlar
Afrin hərəkatı haqqında çıxarılan yalan xəbərlərə kimsə etibar etməsin. Türkiyə mülki şəxslərin qorunması mövzusunda çox həssas olduğu üçün son dərəcə diqqətli və təmkinli irəliləyir. Türk Ordusu mərhəmətli və vicdanlıdır. Əsgər şəhid sayını çox göstərmək istəyənlər də bəzi provokatorlar olur. Bu dövrdə ediləcək ən doğru şey milli liderin ətrafında birləşməkdir. Millət olaraq Tayyib hocamın və Ordumuzun yanındayıq evelAllah. Vətən torpağını dəccala təslim etmərik. İngilis dərin dövləti və yanındakılar bunu yaxşıca anlasınlar. Sitatlar
Bəzi insanlarda təfərrüata girib boğulma, özünü ağıllı zənn edərək başqa yollara girmək meyli vardır. Başqa yollara girmək ümumiyyətlə insan üçün boğucu olur. O boğulma da ağlama, kədər, stress şəklində özünü göstərir. Quranın doğru yolundan ayrılmamaq çox əhəmiyyətlidir. Sitatlar
Hörmətli Dövlət Bahçeli, zamanın klassik siyasət zamanı olmadığını gördü. Dövlətin gələcəyini əsas götürərək, dövlət tərbiyəsi ilə Tayyib hocama övladı kimi sahib çıxdı. Çox vicdanlı və doğru hərəkət oldu. Hal-hazırda iqtidarda Dövlət ağlı var inşaAllah. Sitatlar
İnsanların etdikləri tənqidləri qiymətləndirərkən, "nə olur olsun Allah eşitdirir" deyə düşünmək doğru olar. Hər tənqiddə, hər sözdə xeyir, gözəllik axtarmaq, hamısından faydalanmaq lazımdır. Sitatlar
Allah bizə doğru olanı həmişə vəhy edər. Altıncı hiss kimidir bu vəhy. Qəlbimizdə onun doğru olduğunu hiss edərik. Şeytanın təlqinini də qəlbimizdəki sıxıntıdan anlayarıq. İnsana anbaan gələn bu vəhy yazılı və ya şifahi şəkildə deyil, lakin biz bilərik. Vicdan və ağıl hər an yaradılar. Sitatlar
Allah insanların vicdanına həmişə bilgi ötürər. Fasiləsiz gələn bu vəhyə səmimi olaraq tabe olsaq doğru yolda olarıq. Sitatlar
Allah Quranı hakim olaraq endirmişdir. Tövratın və İncilin yanlış cəhətlərini izah edər, doğru cəhətlərini təsdiq edər. Sitatlar
Allahı heç unutmasaq, Allahı çox sevdiyimizi və yaxın dost olduğumuzu həmişə yadda saxlasaq, şirkdən şiddətlə çəkinsək, gücün sahibinin Allah olduğunu heç unutmasaq çox doğru bərəkətli yolda irəliləyərik. Allahın gücünün hər şeydən üstün və hər şeyə hakim olduğunu düşünmək əhəmiyyətlidir. Haşa müəyyən yerə qədər gücü varmış kimi düşünmək olmaz. Sitatlar
Bəzi internet saytlarında qeyd olunan və israilli ravvin Yehuda Qlikin Türkiyə və hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan əleyhinə ifadələr işlətdiyini iddia edən xəbərlər doğru deyil. Yehuda Qlikdən bu xəbər soruşduqda; "heç vaxt hörmətli Ərdoğanın cəzalandırılmasına dair bir ifadə işlətmədim" açıqlamasını vermişdir. Dolayısilə bəhs edilən xəbərlər həqiqəti əks etdirmir. Sitatlar
Bir insan ənənəçi ortodoks inanca mənsubdur deyə, ona təzyiq tətbiq olunmaz. Səhvini söyləyərsən, lakin inancına hörmət edərsən. Doğru olduğuna inandıqları həyatları var, heç kimə zərərləri yoxdur. Bu insanları kədərləndirməyə çalışmaq, bədbəxt etmək, zorla və təzyiqlə yola gətirməyə çalışmaq qəbul edilməz. Sitatlar
Bizim idealımızdakı azadlıq hal-hazırda yoxdur. İnsanların üzərində ənənəçi sistemin təzyiqi, ailə təzyiqi, cəmiyyət təzyiqi, küçə təzyiqi kimi cürbəcür təzyiqlər var. Lakin Quranın gətirdiyi nurlu azadlıq günlərinə doğru sürətlə gedirik. Sitatlar
Din düzgün başa düşülsə insanlar arasında dostluq, qardaşlıq, səmimilik və sevgi yaradar. Yanlış şərh edən insan dindən dəccaliyyət üçün istifadə edər. Doğru anlayan və vicdanlı olan isə mehdiyyət üçün istifadə edər. Dini doğru anlayanlar Axırzamanda həqiqi dinin bütün dünyaya hakim olmasına vəsilə olacaqlar. Sitatlar
Doğru danışmaq çox zövqlüdür. İnsan sevdiyi ilə israrla doğru danışırsa, bu, ruhunda çox gözəl həyəcana səbəb olar. Sitatlar
Həmişə haqlı çıxmağa çalışmaq müəyyən mənada ağıl xəstəliyidir. İnsanın özünü belə alçaldıcı hala salmaması lazımdır. Hər zaman qarşısındakının da haqlılıq payı olduğunu bilmək və doğru olana tabe olmaq əhəmiyyətlidir. Sitatlar
İngiltərə dərin dövləti sel kimi müsəlman qanı və musəvi qanı axıdılsın istəyir. Qüds dini şəhər, tarixi şəhərdir. Orijinal halı ilə qalması lazımdır. Siyasi fəallığın Qüdsə daşınması doğru olmaz. Mövcud vəziyyəti qorumaq doğru olar. Müsəlmanlarla musəviləri vuruşdurmağı hədəf seçən oyuna düşməmək lazımdır. Qüds, xristianlar, musəvilər, müsəlmanlar üçün müqəddəs torpaqdır. Hər üç dinin mənsubları birlikdə, qardaşcasına, bu torpaqlarda yaşamalı, rahat-rahat ibadət etməlidirlər. İngiltərə dərin dövləti sel kimi qan axacaq bir müharibə istəyir, bu təhrikə heç kim düşməsin. Sitatlar
İnsan nəyin doğru, nəyin yanlış olduğunu biləcək həssas məhək daşı kimi yaradılmış xüsusi varlıqdır. Bir şeylə qarşılaşdığımız zaman nəyin doğru, nəyin də yanlış olduğunu başa düşərik, doğru olanı dərhal qavrayarıq. İnsanların məsələsi doğruya müqavimət göstərib-göstərməməkdədir. Sitatlar
İnsanın eqoist qərarlar almasını təmin edən məntiqdir. Vicdan isə eqoistliyi əzən sistemdir. Vicdanın söylədiyi ən gözəl, ən doğru olandır. Sitatlar
İran ilə Türkiyənin ittifaq etməsi demək, bütün bölgənin xilas olması deməkdir. Rusiyanın dəstəyini almaq çox doğru siyasətdir. Sitatlar
İsrail və Türkiyə arasında olması lazım olan dostluqdur. Trampın lazımsız çıxışı birdən-birə bütün bölgəni narahat etdi. Qüds bütün insanların, bütün müsəlmanların, xristianların, musəvilərindir. Qüdsün siyasi mərkəz deyil, dostluq, qardaşlıq mərkəzi olması doğru olar. Hər dindən olan insanın birlikdə gözəl yaşayacağı mühit olmalıdır. İngiltərə dərin dövləti Türkiyə və İsrail münasibətlərinin korlanmasını istəyir. Bu oyunu pozmaq üçün tezliklə sakit, dostcasına üsluba keçmək lazımdır. İngiltərə dərin dövlətinin fitnəsini dayandırmaq ağıllı və doğru olandır. Sitatlar
Mən etdim oldu deyərək, fürsətdən istifadə edərək hərəkət etmək doğru deyil. İran da, Türkiyə də Bərzaninin yaxşılığını istəyir. Parçalanmaq, bölünməyi və dağılmağı gətirər. Ən başından bəri Bərzanini xəbərdar edirik, bu təşəbbüsü təhlükəli nəticələrə səbəb olar, özünün də məhv olmasına səbəb olar deyə. Sitatlar
Münafiq çox namərd və əxlaqsızdır. Möminləri öz aləmində doğru yoldan çıxartmaq üçün şeytanın quyruğu kimi hərəkət edir. Özü inanmadığı halda möminləri Quranla azdırmağa çalışar. Sitatlar
Münafiq, hamını aldatmağa alışmış saxtakar tacir düşüncəsinə malikdir. Həyatda tək müvəffəqiyyəti belə yoxdur. Lakin ədabazlıq və lovğalıqla hamıya ağıl verər. Müsəlmanların içində olarkən, cüzi ağlı ilə mənfəət təmin etməyə çalışar. Müsəlmanların yanından ayrılanda əxlaqsız insanlarla çirkin həyat yaşayar. Bu halı ilə də Quran oxuyan, insanlara yol göstərən kimi görünməyə çalışar. Onun ağılsızlığı və axmaqlığı ibrətamizdir. Sitatlar
Münafiqlərin müsəlmanlarla mübarizə aparması müsəlmanın məqamının ucalması üçündür. Allah hər peyğəmbərə cinlərdən və insanlardan münafiqlər müsəllət etmişdir. Müsəllət olan hər münafiq möminlərin qardaşlığını, məhəbbətini, dostluğunu möhkəmləndirər, bərəkətini gücləndirər, üfüqünü açar. Mömin cənnətə doğru ucalarkən münafiq cəhənnəmin dibinə doğru gedər. Bu, Allahın sənətidir. Münafiqlər tamamilə Allahın nəzarəti altındadır, şeytanlardan ibarət olan dəstədirlər. İxtisaslı azğın münafiq ixtisaslı müsəlmanlara müsəllət edilər ki, müsəlmanın mənəviyyatı çox yüksəlsin. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur