logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 22 aprel 2018

avatar

Adnan Oktar

Tayyib hocam ilk turda Allahın izni ilə yenə ölkənin başı olacaq. Millət istiqrarı sevər. Qarışıq işlərdən xoşlanmaz. Millətimiz Tayyib hocamın özündən bir insan olduğunu bilir və onun səmimiyyətini sevir.
A9 TV; 22 aprel 2018
2332
avatar

Adnan Oktar

İslam Birliyinin meydana gəlməsi digər ölkələr üzərində hökmranlıq qurmaq məqsədli deyil. İslam ölkələrinin bir araya gəlməsi müharibəni, münaqişəni dayandırmaq məqsədli olacaq. İslam Birliyi qüvvət nümayişi şəklində olmayacaq. Sevgi, sülh və güvən nümayişi şəklində olacaq. Hər yeri sakitləşdirən, hər yeri mülayimləşdirən müsbət güc olacaq.
A9 TV; 21 aprel 2018
avatar

Adnan Oktar

Məktəblərdə Darvinizmin elmi həqiqətmiş kimi öyrədilməsi ən böyük fəlakətlərdən biridir. Məktəbdə bu təhsili alan gənc, internetdəki nifrət üslubunu gördükcə daha da məhv olur. Ateizmin də, deizmin də mənşəyi Darvinizmdir. Darvinizm, Allahı inkar etmənin yoludur. Əvvəlcə Darvinist təhsilin dayandırılması lazımdır.
A9 TV; 21 aprel 2018
avatar

Adnan Oktar

Münafiq heç bir zaman azad deyil. Allahdan müstəqil deyil. Münafiq, münafiqlik etməsi üçün xüsusi yaradılmış cisimdir. Allahın yazdığı hərəkətlər xaricində heç nə edə bilməz. Yeri də hazırdır, Cəhənnəmdir.
A9 TV; 21 aprel 2018
avatar

Adnan Oktar

Münafiq özünü Allahdan müstəqil etmək üçün özünü üstün görər. Kiçik ağlıyla müsəlmanlara da ağıl verər. Müsəlmanların fitnəni dayandıracaq gücü olduğunu bildiyi halda o gücün fitnənin dayandırılması üçün istifadə edilməsini istəməz. Yeyin, için, gəzin, kefinizə baxın, yəni dağılın çağırışları edər. Müsəlmanlar dağılsın və İslam üçün xidmətləri dursun istəyər.
A9 TV; 21 aprel 2018
avatar

Adnan Oktar

Münafiqdə Allahı inkar şiddətlidir. Haşa, Allah ilə, din ilə, İslam ilə istehza edərlər. Dinin bütün hökmlərinə qarşıdırlar. Amma insanları aldatmaları lazım gələndə çox dindar görünüşü verməyə diqqət göstərərlər.
A9 TV; 21 aprel 2018
avatar

Adnan Oktar

İslam aləminin hər yeri qan gölü içində. Tez-tez uşaqlar, qadınlar şəhid edilir. Belə bir dövrdə və şəraitdə biz öz dərdlərimizlə, gündəlik işlərimizlə vaxt keçirə bilmərik. Bir saniyə belə boş keçirə bilmərik.
A9 TV; 21 aprel 2018
avatar

Adnan Oktar

Allah Öz rizasına yönəlik hər duanı mütləq qəbul edər. Bu, çox böyük möcüzədir.
A9 TV; 20 aprel 2018
avatar

Adnan Oktar

Münafiqləri ən çox narahat edən, Allahın onlara qurduğu tələdir. Münafiq möminlərə hər vəziyyətdə faydalıdır. Münafiq mömin üçün çox bərəkətli olar. Allah münafiqi möminlərin istifadəsi üçün yaradar. Münafiqin 15-20 illik inkubasiya dövrü olar. Bu dövrdə ağlı bağlıdır. İman etmədiyi halda, İslama və müsəlmanlara kinli olduğu halda, həmişə var gücüylə müsəlmanlara və İslama xidmət edər. Sonra birdən Allah münafiqin şeytani klapanını açar. Amma artıq çöküntü dövrünə keçmişdir. Çöküntü dövrünə girəndə, aslandan qaçan çöl uzunqulağı kimi kanalizasiyasına dönər. Mömin də çöküntü ilə ünsiyyətdə olmamış olar.
A9 TV; 20 aprel 2018
avatar

Adnan Oktar

Başsız olması İslam aləminin can çəkişməsinə səbəb olur. Beyni olmayan cəmiyyət yaşamaz. İslam aləmi də buna görə məhv olur. Yaxın zamanda zamanın sahibi Mehdi zahir olacaq və fəlakət ortadan qalxacaq, inşaAllah.
A9 TV; 20 aprel 2018
avatar

Adnan Oktar

Hər problem dəf edilmiş olaraq yaradılar. İnsan Allaha güvənəcək, səbirli, sakit olacaq. İnsanlar problemlə qarşılaşanda çox vaxt təlaşlanarlar amma bir həftə sonra keçmiş olur. Bir il sonra ən böyük problem dediklərini belə xatırlamırlar.
A9 TV; 20 aprel 2018
avatar

Adnan Oktar

Ruh beynin deyil, beyin ruhun içindədir. Ay, Günəş, kainat, evlənəndə həyat yoldaşı, iş yeri, sahib olduğu evlər, avtomobillər hamısı beynin içində meydana gələr. Beyin də ruhun içindədir. Çöldə yalnız kölgə varlıq vardır.
A9 TV; 20 aprel 2018
avatar

Adnan Oktar

Dünyada insanların ən böyük problemi imansızlıq və iman zəifliyidir. Allah qorxusunun zəifliyi və dinlərin təqdim etmə yerinin bir çox yerdə qorxunc olması insanları imandan uzaqlaşdırar. Bu da fəlakət içində yaşamalarına səbəb olur.
A9 TV; 20 aprel 2018
avatar

Adnan Oktar

Müşavirə doğrunu tapmaq üçün çox vacibdir. Allah doğrunu insanların vicdanına mütləq vəhy edər. Müşavirədə sən vəhyi fərq etməmiş ola bilərsən, başqası fərq etmişdir, o doğrunu mütləq əldə etmiş olarsan. Müşavirə Allahın vicdana vəhy etdiyi doğrunu əldə etmək üçün çox həyati yoldur.
A9 TV; 20 aprel 2018
avatar

Adnan Oktar

Bəzi müsəlmanlar, münafiqlərlə elmi mübarizə tezliklə bitsin istəyirlər. Halbuki müsəlman üçün münafiqlə elmi mübarizə həyatidir, namaz kimi əhəmiyyətli ibadətdir. Mömin həyatı boyunca bu ibadəti yerinə yetirəcək. Hər münafiq hücumu müsəlmanlara fövqəladə hərəkət, şövq, həyəcan və əzm gətirər.
A9 TV; 20 aprel 2018
avatar

Adnan Oktar

Həyatımızın tək məqsədi Allahın bizi sevməsini istəməkdir.
A9 TV; 19 aprel 2018
avatar

Adnan Oktar

Harada küfrə heyran, kompleksli, Allahın gücünə inanmayan, küfrün gücünə inanan, küçə çaqqalları içində olan məxluqlar varsa münafiqlər kanalizasiya təmizləyən maşın kimi bunları seçirlər. Münafiq tör-töküntü və murdar olduğu üçün Allah onları müsəlmanların gözünün qarşısından uzaqlaşdırır. Müsəlmanları yalnız gözəlliklə təmasda saxlayır.
A9 TV; 19 aprel 2018
avatar

Adnan Oktar

Dünyaya eşqi, ehtirası, sevməyi öyrənməyə gəlirik. Bu öyrəndiyimiz sevgini sonsuza qədər yaşayacağıq. Allah heç kimə qaldıra bilməyəcəyi yük, çətinlik verməyəcəyini söyləmişdir. Hər çətinlik insana dəlicəsinə ehtiras və eşqi öyrədər.
A9 TV; 19 aprel 2018
avatar

Adnan Oktar

Münafiqlər hər addımı Allahın nəzarətində olan, müsəlmanlara xidmət etmək üçün yaradılmış məxluqlardır. Hər nə etsələr, nəticəsi müsəlmanlar üçün xeyir və gözəllik olur.
A9 TV; 19 aprel 2018
avatar

Adnan Oktar

İraqda, Suriyada, Liviyada, Yəməndə hər gün onlarla məzlum şəhid edilərkən, dünyanın başında bu qədər hadisə varkən, münafiq yalnız öz əyləncəsini düşünər. Bombalanan, sürgün edilən, aç buraxılan müsəlmanlar onu maraqlandırmaz. O, kinoya gedək, teatra gedək, gəzək əylənək məntiqindədir. Bu çox böyük vicdansızlıqdır. Müsəlman isə bütün həyatını İslam üçün, məzlumları qorumaq üçün həsr edər.
A9 TV; 19 aprel 2018
avatar

Adnan Oktar

Allah Qatında sonsuz gələcək və sonsuz keçmiş tək bir an içində bitmişdir. Zamanın olmadığını elm də qəbul edir. Zamanın olmaması demək, tale deməkdir. Buna görə tale elmi həqiqətdir.
A9 TV; 18 aprel 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Sənətkara dəyər verməmək o insanın ədəbsizliyini, sevgisizliyini və zalımlığını göstərir. İncəsənət müqəddəsdir. Kiminsə sənətkar insana hörməti yoxdursa, o adam insani xüsusiyyətlərini itirmişdir. Sitatlar
Yunanıstanla dost ölkə olmağı sevirik. Rumlar gözəl insanlardır. Anadolu insanı kimidirlər. Sevgiylə yaxınlaşsan hər zaman sülh və gözəllik olar. İki ölkə arasında gərginlik istəyənlərə Allahın izni ilə fürsət verməyəcəyik. Sitatlar
Tayyib hocamın sonuna qədər yanındayıq Allahın izni ilə. Millət olaraq ölkəmizdə qarışıqlıq istəmirik, istiqrar davam etsin istəyirik. Tayyib hocamdan istəyimiz müasir insanları da qucaqlayan, azadlıqları çox yaxşı vurğulayan anlayışı daha da yayğınlaşdırsın. Millət onunla birlikdə inşaAllah. Sitatlar
Küfrü yaradan Allah əksini də yaradır. İnsanlar küfrlə dünyanın necə qorxunc olduğunu gördülər. İndi sıra Mehdiyyətdə. Normalda insanların qorxu hiss etmədən hüzur içində yaşamaları lazımdır. İnsanların üzərindəki bu qorxunu qaldıracaq sistemə Mehdiyyət deyirik. Allahın izni ilə 3-5 il içində Mehdiyyəti görəcəyik. Sitatlar
Bəzi insanların kürdlərə qarşı baxış bucağı çox çirkin olur. “Kürdüm” deyən insana, “əstəğfürullah, haşa” deyənlər olur. Belə nifrət dolu tiplərə kimsənin etibar etməməsi lazımdır. İrqçi, kinli düşüncə ilə baxanlar əxlaqı pozulmuş qeyri-sabit insanlardır. Türk, kürd, çərkəz, ərəb hamımız Hz. Adəmin övladlarıyıq, hər insan çox qiymətli və gözəldir. Sitatlar
Həqiqi mənada ictimai ədalət üçün, həqiqi ictimai zəmanət üçün himayədarlıq sisteminin tam yaşanması lazımdır. Quranda Allah hər kəsin bir-birinin vəlisi olduğu sistem olmasını söyləmişdir. Elə bu Mehdiyyət vəsiləsiylə olacaq. Allahın izni ilə 3-5 il içində bu gözəlliyin reallaşdığını görəcəyik. Sitatlar
Tayyib hocamın Allah yolunu açmış, böyük vizyonla irəliləyir maşaAllah. Allahın izni ilə İttihadı İslamın qurulmasına vəsilə olacaq. Sitatlar
Dünyaya ilk gəldiyimizdə insan ilk başda şüurlu şəkildə analiz edə bilmir. Məktəb bitirilir, universitetə gedilər, evlənilir, hər kəs həyat mübarizəsi içində yaşamağa çalışır deyə bilir böyük əksəriyyət. Amma diqqətlə baxdığımızda hər şeyin beynimizin içində yaradıldığını və çöldə maddənin yalnız kölgə varlıq olaraq olduğunu görürük. Təkcə saata, stəkana baxdığımızda Allahın varlığını açıqca görürük. Allahın varlığını görər görməz, tək bir atomun quruluşunda möhtəşəm Ağıl və nizam olduğunu da görürük. 15 milyard ildir hərəkət edən atomlar bir dəfə belə bir-birinə dəymir. Bir elektronun içindəki aləmi düşünün. Allahın böyüklüyü əzəmətlidir. Bu əzəmət böyüklük qarşısında məktəb bitirmək, iş sahibi olmaq və s. həyatın tək məqsədi ola bilməz. Və həyatının tək məqsədi Allah olan insan üçün həyatının hər detalı mükəmməldir, yağ kimi axır. Sitatlar
Dövrümüzdəki münafiqlər də, keçmiş münafiqlər də tam şeytanın insan halına düşmüş formasıdır. Dövrümüzdəki münafiqlər də var gücləri ilə hz. Mehdinin zühuruna, hz. İsanın gəlişinə mane olmağa çalışırlar, amma baxın görəcəksiniz rəzil-rüsvay olacaqlar. Sitatlar
İnsan həssas varlıqdır. Sevgiyə görə yaradılmışdır. Evində, ailəsində, küçədə, məktəbdə, əyləncədə sevgini tapa bilmədikdə, insanlar böyük stressə düşür. 3-5 il sonra, əsrlərdir insanlardan getmiş olan sevgi geri qayıdacaq. Bunu hamımız birlikdə görəcəyik inşaAllah. Sitatlar
Bütün dünyada insanlığı, insani həyata çəkmək lazımdır. Nifrət, kin, dəhşət saçmaq qorxunc şeylərdir. Gözəl olan dostluq, yoldaşlıq, sevgidir. Bunu israrla insanlara izah etmək lazımdır. Filmlərdə, seriallarda, internetdə həmişə döyüş, qarşıdurma, silah, tələyə salma vardır. Halbuki hər yerdə sevgi olmalıdır. İnsana bu qədər gözəl həzz verən bir duyğu varkən döyüş fəlsəfəsini yaymaq çox böyük zülmdür. Sitatlar
Öz ruhuna baxmaq imanı gücləndirmək üçün ən təməl mövzudur. Öz daxili quruluşunu görən insan, içindəki "mən"i bilən, duyduğunu hiss edən insan müdhiş genişlənmə yaşayar. O zaman insan sadəcə qolundakı saata baxaraq, tək bir çay qasığına baxaraq ən yüksək nöqtədə iman edər. Sitatlar
Allah 300 münafiqi Peyğəmbərimiz (s.ə.v)-in əmrinə vermişdi. Gecə-gündüz növbə tutdular, bir boşqab xörəklə qapıda xidmət etdilər, döyüşlərdə iştirak etdilər. Rəsulullah (s.ə.v) və müsəlmanların heyrətamiz zəngin olmasına səbəb oldular. Peyğəmbərimiz (s.ə.v)-in şöhrətini hər yerə yaydılar. 20 il ərzində hz. Süleymanın şeytanları kimi Peyğəmbərimiz (s.ə.v)-ə xidmət etdilər. 20 il sonra mənfəətləri kəsiləndə, bir anda; "bağışlayın, səhv etmişik" dedilər. 20 il ərzində səhv etdiyini anlamayan çox axmaqdırlar. Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər də, Axırzaman münafiqləri də axmaqlıqlarına doymasınlar. Sitatlar
Hədislərə baxdığımız zaman hz. Mehdinin saqqalının qısaldılmış və cəzmedilmiş olduğunu görürük. Peyğəmbərimiz (s.ə.v)-in təriflədiyi mübarək insana bənzəmək üçün ona bənzər şeylər etmək gözəldir. Peyğəmbərimiz (s.ə.v) saqqal saxlayarkən hz. İbrahimdən və hz. Süleymandan nümunə götürüb. Sitatlar
Hər atom ağıllıdır. Hər atom Allahın quludur. Atomların bir-birinə dəymədən 15 milyard il o dövrü təkrarlaması, üstəlik heyrətamiz sürətlə bunu etmələri böyük ağıldır. Atomun ağlı insan ağlından daha yüksək ağıldır və hamısı Allahı zikr edərlər. Sitatlar
Hz. Süleyman münafiq axmaqlardan istifadə edir və onlara heyrətamiz xidmət etdirirdi. Münafiq şeytanın insan halına girmiş formasıdır. Hz. Süleyman bu insani şeytan olan münafiqlərə evlər inşa etdirir, bağçalar saldırır, müsəlmanların varlanması üçün işlədirdi. Hz. Süleyman münafiqləri eşşək kimi işlədərək müsəlmanların böyük güc və zənginlik qazanmasını təmin edirdi. Eşşək kimi hz. Süleymana, İslama və müsəlmanlara xidmət edib sonra it kimi təcrid edilib alçaldılıblar. Hz. Süleyman dövrünün münafiqləri də Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqləri də axmaqlıqlarına doymadılar. Sitatlar
Kobud davranan insanlara qarşı ağıllı olmaq lazımdır. Dərhal ani reaksiya göstərməmək, anlayışlı olmaq, şəfqətli davranmaq ilk tədbir olaraq yaxşıdır. İkinci mərhələdə kobudluğu davam edirsə, yenə də gözəl cavab vermək ağıllı olar. Beləliklə sonra daha geniş düşünmə və danışma imkanı yaranar. O insan verdiyin şəfqətli cavabı ömür boyu unutmaz. Lakin insan şeytanidirsə o zaman da yenə ağıllı davranan müsəlman qazanmış olar, səbir müsəlmanı gücləndirər. Sitatlar
Münafiq mənfəət əldə edə bilməyəcəyinə tam qənaət gətirdikdə müsəlmanların yanından ayrılar. 15 il müsəlmanların baxdığı, yedirdiyi, içirtdiyi, xəstə olanda xəstəxanaya apardığı insan, 15 il ona əvəzsiz yaxşılıq edənlərin əleyhinə gizlin-gizlin fəaliyyətlər göstərir və tələ qurursa, bunun necə alçaqlıq olduğunu hər kəs bilər. Sitatlar
MHP çox şüurlu Dövlət Partiyasıdır. 5 min illik yaddaşı olan partiyadır. Tarixi çox möhkəmdir. Gözəl və yaxşı gedirlər maşaAllah. Türkiyənin müasirliyi çox əhəmiyyətlidir. Ak Partiya və MHP birlikdə Türkiyənin daha müasir olması, qadın azadlığının ön plana çıxması üçün ortaq hərəkət edərsə çox gözəl olar. Sitatlar
Mehdiyyət dürüstlük və yüksək vicdan deməkdir. Vicdanının səsini dinləyən, dürüst və səmimi olan hər kəs Mehdi tələbəsi deməkdir. Hərəkətli dövrlərdən sonra 2023-də Mehdiyyəti çox dəqiq görəcəyik inşaAllah. Sitatlar
Gözəl gördüyümüz hər şey Allahın təcəllisidir. Bütün sevgilər Allaha aiddir. Aşiq olduğumuzda Allaha aşiq oluruq. Pişiyi, çiçəyi, bitkini sevdiyimizdə Allahı sevirik. Allah bütün sevgilərin əsas qaynağı və tək səbəbidir. Sitatlar
Qadına əldə etmə gözüylə baxılmaz. "Tovlamaq" çox çirkin sözdür. Onunla yoldaş olanda qadın ömür boyu güvənə biləcəyi dost qazandığına sevinəcək. Həmişə qoruyucu olacaqsan. Əvvəl onu, onun iffətini və qürurunu düşünəcəksən. Sitatlar
Allah insanı başı boş buraxmamışdır. İnsan taleyi birlikdə yaradılmışdır. İnsan səmimi olanda bütün yollar ona açılar. Səmimi olmaq demək, müsbət sistemin işə düşməsi deməkdir. Səmimi insan dərhal Allahın varlığını və böyüklüyünü görər. Allahın böyüklüyünü qavrayan insan isə cənnətə açılmış yola girər. Sitatlar
Deizm dedikləri əslində ateizmdir və ateizmin yayılmasının tək səbəbi, məktəblərdə Darvinist təhsil verilməsidir. Məktəblərdə gənclərə, səni təsadüflər var etdi desən, həyatın məqsədi yox deyə öyrətsən, ateizmin yayılmasına təəccüb edəcək vəziyyət olmaz. Şagirdin sinif keçməsi üçün "təsadüfən olduq" deməsi əsas şərtdir. Təsadüfən meydana gəldiyinə inanan biri onsuz da ateizmi qəbul etmiş deməkdir. Sitatlar
Tayyib hocam sənin dava insanı olduğunu gördükləri halda, sənin İslam birliyi üçün səyini gördükləri halda, səni davanda tək buraxan axirətdə də, dünyada da utanc duysun. Tayyib hocamı tək buraxmaq, mübarizəsinə tamaşaçı qalmaq çox böyük vicdansızlıq olar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur