logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 17 mart 2018

avatar

Adnan Oktar

Mən monotonluğu heç xoşlamıram. Bəzi insanların hər şeyi sabitdir, getdiyi yol, yediyi yemək, oturduğu kreslo həmişə eynidir, bəllidir. Mənim həyatım həmişə dəyişir. Perspektivim dəyişir, zövq anlayışım dəyişir, sevinc anlayışım dəyişir. Hər şeyin daha xoş hala gəlməsini istəyirəm. Hər şeyin dəyişik və həyəcan verici olmasını istəyirəm. Mənim ruhumu dərindən təsir edən, halal amma qeyri-ənənəvi şeylərdən çox zövq alıram.
A9 TV; 17 mart 2018
689
avatar

Adnan Oktar

Mömin gücü Allahdan alar. Mən bu mövzuda güclüyəm deyən insanı, Allah qorusun, Allah elə o mövzuda əzər. Mən zəifəm demək də özünü bütləşdirmə olur. Güc Allahın deyil? Allahdan istəsən Allah səni son dərəcə güclü hala gətirər. Utancaqdır, Allahdan istəyər Allah onu cəsur edər. Narahatlıqları vardır, Allaha sığınar, Allah bütün narahatlıqlarını ortadan qaldırar. Mömin bütün gücün qüvvətin Allahdan olduğunu bilərək, yalnız Allaha güvənər.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Şəhidlərimizin ailələri də aslan kimi maşaAllah. Nə xoşbəxt belə şanlı övladlar yetişdiriblər. Dünyada da, axirətdə də həm özləri, həm övladları şanlıdır. Allah bizlərə də nəsib etsin. İsrarla bizi çağırmağa davam etsinlər inşaAllah. Allah möminə yataq ölümü verməsin, şəhadət nəsib etsin.
A9 TV; 17 mart 2018
avatar

Adnan Oktar

Darvinizmi yerlə bir etmək qeyri-mümkün görünürdü. Bizim vəsiləmizlə dünya səviyyəsində məğlub oldular. Əvvəllər hər həftə guya "itmiş halqa" tapardılar. Tək-tək elmi cavabını verincə artıq darvinistlərin "səsləri" çıxmır.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Cənnətin ən gözəl xüsusiyyəti ehtirasın dəli kimi yaşanmasıdır. Cənnətdə hər yerdə sevgi hakimdir.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Cənnətdə kompüter kimi hər cür texnoloji cihaz vardır. İnsan cənnətdə ən mükəmməl rəssamdan daha gözəl şəkil çəkər. Qitaranı əlinə aldığında möhtəşəm çalar. İnsan istədiyi dildə çox axıcı danışa bilər cənnətdə.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Duyğusallıq zövqlü də görünsə müqavimət göstərmək lazımdır. Ağıllı olmaq, Quranla düşünmək ən doğrusudur. Duyğusallıq, Allaha hörmətə, Allaha təslimiyyətə uyğun olmayan ruh halıdır. Duyğusallığı faciə olaraq görüb, hörmət etməmək lazımdır. Romanlarda, mahnılarda, seriallarda duyğusallıq müqəddəs göstərilir. Bu şeytani əzab şəklidir. Yüksək ağıl bunu heç vaxt qəbul etməz.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Mehdiyyət dövrü savabın əziyyət cəhətdən ən çox azaldığı amma Allah eşqi və iman yüksəkliyi cəhətdən ən çox artdığı dövrdür. Çünki Mehdiyyətin tam yaşandığı dövrdə hər şey rahat olacaq. Dəccal olmayacaq, münafiq olmayacaq, bəlalar, dərdlər olmayacaq. Amma rahatlıq, dostluq, qardaşlıq göylərə çıxacaq. İnsanlar nemətlərin sevincindən havalara uçacaqlar. Bu səbəbdən Mehdi dövründə savab əziyyət cəhətdən az olacaq amma insanlardakı Allah sevgisi çox yüksək olacaq, Aynəl-yaxın çox yüksək iman meydana gələcək. İnsanlar əziyyətə görə deyil, iman yüksəkliyindən, Allah eşqinin yüksəkliyindən çox savab alacaqlar. Tarixdə görülməmiş dərəcədə yüksək Allah eşqi olacaq dünyada. Savabın əziyyət cəhətdən ən çox yüksəldiyi dövr isə Hz. İsa və Hz. Mehdi vəfat etdikdən sonra, yəni 1542-ci ildən sonra olacaq. O dövrdə İslam aləmində artıq pozulma başlayacaq. Dözümü mümkün olmayan həyat olacaq. Çox çətin imtahanlar olacaq. Amma savabı da əziyyət cəhətdən bir o qədər çox olacaq inşaAllah.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Sonsuz ağla sahib olan Yaradıcımızın, Allahımızın varlığı ola biləcək ən gözəl şey bizim üçün. Allah bizim hər saniyəmizi nəzarət edir. Ucsuz-bucaqsız Gücün idarəsi altındayıq. Necə gözəldir.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Hər kəsin bir-birindən nifrət etməsi çox böyük təhlükədir. Dəccal sevgisizliklə böyük oyun oynayır, bu oyunu pozaq, sevgi sözləri ön planda olsun.
A9 TV; 16 mart 2018
avatar

Adnan Oktar

Münafiq tamamilə yıxmaq, yox etmək istəyər. Müsəlman bir şeyin yıxılmasını istəməz, təmir etmək, düzəltmək, gözəlləşdirmək və gücləndirmək istəyər, təmir edib istifadə halına gətirər. Münafiq isə həm yıxar həm də yıxdığının əvəzinə heç nə etməz. Münafiq korlayıb yox edicidir. Müsəlman təmir edib gözəlləşdirəndir.
A9 TV; 14 mart 2018
avatar

Adnan Oktar

Münafiqlərin hər hücumu axmaqlıqlarının isbatı olur. Münafiq beyinsizliyi təsvir ediləcək kimi olmur. Allah möcüzəvi olaraq, onları ola biləcək ən axmaq, ən beyinsiz şəkildə yaradır.
A9 TV; 14 mart 2018
avatar

Adnan Oktar

Münafiqlərdə və müşriklərdə hər cür pislik, murdarlıq, çürümüşlük və kirin hər cür əks olunmasını görən kimi diqqət çəkir. Müsəlmanlar isə tərtəmiz, aydınlıq, nur kimi olur.
A9 TV; 14 mart 2018
avatar

Adnan Oktar

Sevdiyimiz insanla qədərimizdə olduğu üçün qarşılaşarıq. İnsanın həyatının heç bir anında təsadüf yoxdur.
A9 TV; 14 mart 2018
avatar

Adnan Oktar

14 mart Tibb bayramını təbrik edirik. Həkimlərimiz və bütün səhiyyə işçilərimizin əl üzərində tutulması lazımdır. Xüsusilə xəstəxanalarda səhiyyə işçilərinə istiqamətli hücumlar əsla qəbul edilməməlidir. Xəstəxanalarda çalışanlar üçün mütləq təhlükəsiz otaqlar təsis edilməli və hər xəstəxanada iki xüsusi hərəkatçımız sabit olaraq olmalı.
A9 TV; 14 mart 2018
avatar

Adnan Oktar

Kürdlər çilə əhlidir, vəfalıdır, sadiqdir, dindardır. Bir insanın kürd dostu olması o insan üçün çox böyük nemətdir. Kürd deyildiyində ağılımıza mərdlik, dürüstlük, igidlik, əsalət və gözəl əxlaq gəlir.
A9 TV; 14 mart 2018
avatar

Adnan Oktar

Beynin müstəqil heç bir gücü yoxdur. Beyin yağ və ət parçasıdır. Bütün güc ruhdadır. Beyin qəssabda vardır görürsünüz, bir gücə sahib olmasının mümkün olmadığı açıqdır. Allahın üflədiyi ruh güc sahibidir.
A9 TV; 14 mart 2018
avatar

Adnan Oktar

Allah eşqiylə vətən, millət, bayraq üçün yaşamaq vacibdir. Allah sevgisi, vətən, millət, bayraq yoxdursa yaşamağın da məqsədi yoxdur. Vətən sevgisi çox yüksək duyğudur. Əhəmiyyətli olan mənalı yaşamaqdır. Mənası olmadan min il yaşasaq nə olar? Allah üçün yaşayıb canımızı Allah üçün təslim etmək əhəmiyyətlidir.
A9 TV; 14 mart 2018
avatar

Adnan Oktar

Bəzi kütlələrdə nifrət ruhu çox hakimdir. Qorxunc sevgisizlik və mərhəmətsizlik yayılmış vəziyyətdə. Sevginin televiziyada, radioda, qəzetlərdə gecə gündüz gündəmdə tutulması lazımdır. Sevgini, gözəlliyi izah edən insanlar olsun, yol yalnız sevgiyə açılsın, nifrətə yolu tamamilə bağlayaq. Nifrət ifadələri, yazıları qadağan edilsin.
A9 TV; 13 mart 2018
avatar

Adnan Oktar

Allah sevgini və bağışlamağı istəyər, qullarının əzabını istəməz. (Nisa surəsi, 147: Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Allah itaətkar qullarına təşəkkür edəndir, Biləndir.)
A9 TV; 13 mart 2018
avatar

Adnan Oktar

Tayyib hocamı Allah danışdırır, haqqı danışır, batili yox edir. Özü tam bir Quran tələbəsi maşaAllah. Ağzından nur saçır, təbrik edirik.
A9 TV; 13 mart 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Mehdiyyət dövrü savabın əziyyət cəhətdən ən çox azaldığı amma Allah eşqi və iman yüksəkliyi cəhətdən ən çox artdığı dövrdür. Çünki Mehdiyyətin tam yaşandığı dövrdə hər şey rahat olacaq. Dəccal olmayacaq, münafiq olmayacaq, bəlalar, dərdlər olmayacaq. Amma rahatlıq, dostluq, qardaşlıq göylərə çıxacaq. İnsanlar nemətlərin sevincindən havalara uçacaqlar. Bu səbəbdən Mehdi dövründə savab əziyyət cəhətdən az olacaq amma insanlardakı Allah sevgisi çox yüksək olacaq, Aynəl-yaxın çox yüksək iman meydana gələcək. İnsanlar əziyyətə görə deyil, iman yüksəkliyindən, Allah eşqinin yüksəkliyindən çox savab alacaqlar. Tarixdə görülməmiş dərəcədə yüksək Allah eşqi olacaq dünyada. Savabın əziyyət cəhətdən ən çox yüksəldiyi dövr isə Hz. İsa və Hz. Mehdi vəfat etdikdən sonra, yəni 1542-ci ildən sonra olacaq. O dövrdə İslam aləmində artıq pozulma başlayacaq. Dözümü mümkün olmayan həyat olacaq. Çox çətin imtahanlar olacaq. Amma savabı da əziyyət cəhətdən bir o qədər çox olacaq inşaAllah. Sitatlar
Sevdiyimiz insanla qədərimizdə olduğu üçün qarşılaşarıq. İnsanın həyatının heç bir anında təsadüf yoxdur. Sitatlar
Bəzi kütlələrdə nifrət ruhu çox hakimdir. Qorxunc sevgisizlik və mərhəmətsizlik yayılmış vəziyyətdə. Sevginin televiziyada, radioda, qəzetlərdə gecə gündüz gündəmdə tutulması lazımdır. Sevgini, gözəlliyi izah edən insanlar olsun, yol yalnız sevgiyə açılsın, nifrətə yolu tamamilə bağlayaq. Nifrət ifadələri, yazıları qadağan edilsin. Sitatlar
Qadınlar çox dərin və incə düşünmə qabiliyyətinə malikdir, 5 duyğuları da çox güclüdür. Kişilər hadisələri daha kobud qiymətləndirər. Qadın 100 alternativ variantı düşünər, kişi ən çox 3 alternativ variantı düşünər. Ümumiyyətlə ikisini düşünər birini seçər. Qadının görmə gücü daha kəskin olduğu üçün eşqə, ehtirasa çox açıqdır. Ehtiras və eşq dənizinə çəkən qadın olar. Amma qadının eşqi tam yaşaması üçün ağıllı kişi lazımdır. Yoxsa qadın nə edirsə etsin eşqin kilidini aça bilməz. Ağıllı kişi ilə qarşılaşdığında qadın eşqin və ehtirasın kilidini açar və ucu-bucağı olmayan dənizə girərsən. Amma təbii ki, bütün bunlar üçün qadının da, kişinin də imanlı olması əsas şərtdir. Sitatlar
Dünya çox genişdir, bütün insanlar həmişə birlikdə hüzur içində yaşaya bilərik. İsrail, İran, İraq, Suriya hamısı çox geniş torpaqlardır. Gəlin bu torpaqlarda bir arada qardaşca yaşayaq. Bölüşəmədiyiniz nədir? Gəlin birlikdə sülh içində yaşayaq. Sitatlar
İnsanların təkəbbürlü olması möcüzədir. Ruhu olmayan insan acizliyini fərq etməz. Yerdə gübrə olsa yenə anlamaz, təkəbbürlənər. Ruhu olmayanları əhəmiyyətli görməmək lazımdır. Sitatlar
Adı qoyulmamış kor müxalifət sistemi, bəzən birgə ağılsızlığa çevrilir və sakitləşdirmək çox çətin olur. Bunların çoxu qarşılarındakı insanın haqlı və doğru olduğunu bildikləri halda sırf çoxbilmişlik etmək üçün ya da mühitdən faydalanıb etibar qazanmaq üçün təcavüzkar tənqid dili istifadə edirlər. Bunların üslubundan çəkinənlər də doğru olanın yanında yer almaq yerinə o kor müxalifətə qatılırlar. Bu cür qorxu sistemi olmasa insanlar həqiqi fikirlərini, mühafizəkarlar dinə həqiqi baxışlarını çox rahat ortaya qoya bilərlər. Amma bir anda cəmiyyətə elektrik verənlər olduğu üçün bir-birlərindən çəkinib həqiqi fikirlərini deyə bilmirlər. Sitatlar
Səhv etmək çox yaxşı tərbiyəçidir. Mömin etdiyi səhvlərlə doğru yolda olmaqda qərarlılıq qazanar və həmişə doğrunu axtarar. Peşman olmaq kədərlənmək deyildir, əzmli olaraq doğrunu etmək və etdiyi səhvi təkrar etməkdən çəkinməkdir. Sitatlar
Bütün dinlərin əsas xüsusiyyəti himayəçilik sisteminin olmasıdır. Bu namaz, oruc kimi təməl hökmdür amma təəccüb doğuracaq şəkildə insanlara bunu unutdurmuşlar. Din yaşandığında hamı hər kəslə qardaş olur, hamı hər kəsin anası, atası olur. Küçədəki uşağın yeməyi, qalacağı yer, geyəcəyi paltardan bütün ümmət məsul olur. Sitatlar
Hörmətli Dövlət Bahçeli, zamanın klassik siyasət zamanı olmadığını gördü. Dövlətin gələcəyini əsas götürərək, dövlət tərbiyəsi ilə Tayyib hocama övladı kimi sahib çıxdı. Çox vicdanlı və doğru hərəkət oldu. Hal-hazırda iqtidarda Dövlət ağlı var inşaAllah. Sitatlar
Ölüm möminin əxlaqını düzəltməsi üçün ibrət vəsiləsidir. Ölümün varlığı insanlar üçün çox böyük nemətdir. Ölüm və yaşlanma insanların özlərini düzəltməsi üçün əsas şərtdir, bunlar olmasa dünya çox mərhəmətsiz olardı. İnsanlar Allahdan qorxaraq təmkinli olur. Allah qorxusu olmadıqda insanların təmkinli və tutarlı olması, əxlaqını gözəlləşdirməsi, özünü inkişaf etdirməsi mümkün olmur. Sitatlar
PKK kürd canlarımıza çox böyük zülm etdi. Aydındır ki, dindar insanlar kürdlərdir. Belə dindar insanları zorla kommunist, dinsiz etməyə çalışmaq çox böyük zülmdür. Kürd canlarımızı PKK-nın zülmünə əsla tərk etməyəcəyik. Sitatlar
Ağılın, Allaha bağlanmanın, cənnətin hər şeyi, açarı səmimiyyətdir. Allah yalnız səmimi olanların xilas olacağını bildirmişdir. Səmimiyyətin özünə xas xüsusi ləzzəti vardır. Səmimiyyətdə vücud çox böyük fərahlıq duyar, danışa bilmirsə danışacaq hala gələr, gözəl cümlələr quracaq hala gələr. Hər hansı sıxılma varsa tamamilə ortadan qalxar. Sitatlar
Allah sevgisinin dərinləşməsinin yolu, Allahın böyüklüyünü və gücünü sözlə deyil feili dəlillərlə qavrayıb beynimizin inanmasıdır. Mömin Allahın böyüklüyünü qavrayaraq Allahı həm sevər, həm güvənər, həm də bağlanar. Başqa cür təvəkkül etmək üçün çalışırlar. Allahın gücünü anladığında isə təvəkkül etməmək mövzusu olmaz. Bu əsrdə Allahın böyüklüyünü anlamaq üçün çox-çox dəlil görürük. Atomlar, molekullar, bunların detalları, hamısı üzərindəki Allahın ağlı, Allahın gücünü və böyüklüyünü anlamaq üçün çox əhəmiyyətli məlumatlardır. Sitatlar
Dində məcburiyyət yoxdur ayəsinin hökmünə görə, bir insanın niyə dini yaşamadığına qarışamazsın. Heç kimi zorla düz yola gətirə bilməzsən. Doğrunu səhvi izah edərsən amma təzyiq edə bilməzsən. Sitatlar
Samiri, Hz. Musa və möminlərə xəyanət etdikdən sonra səhrada tək baş��na sürünərək yaşadı. Tək başına çöldə sürünərkən də "azadam mən" deyə axmaq kimi sürünməyi azadlıq sanırdı. Münafiq bu cür axmaq və ağılsızdır. Qorxunc dərəcədə qanmaz və səfehdir, amma özünü azad zənn edər. Sitatlar
İnsanların etdikləri tənqidləri qiymətləndirərkən, "nə olur olsun Allah eşitdirir" deyə düşünmək doğru olar. Hər tənqiddə, hər sözdə xeyir, gözəllik axtarmaq, hamısından faydalanmaq lazımdır. Sitatlar
Afrin hərəkatı haqqında çıxarılan yalan xəbərlərə kimsə etibar etməsin. Türkiyə mülki şəxslərin qorunması mövzusunda çox həssas olduğu üçün son dərəcə diqqətli və təmkinli irəliləyir. Türk Ordusu mərhəmətli və vicdanlıdır. Əsgər şəhid sayını çox göstərmək istəyənlər də bəzi provokatorlar olur. Bu dövrdə ediləcək ən doğru şey milli liderin ətrafında birləşməkdir. Millət olaraq Tayyib hocamın və Ordumuzun yanındayıq evelAllah. Vətən torpağını dəccala təslim etmərik. İngilis dərin dövləti və yanındakılar bunu yaxşıca anlasınlar. Sitatlar
Müvəffəqiyyətin tək yolu səmimiyyət və Allah haqqında həmişə müsbət düşünməkdir. Şəffaf ağıl, şəffaf sevgi, şəffaf iman və səmimi olmaq tək yoldur. Sitatlar
Tayyib hocamın yolu xeyir, üslubu xeyirdir. Qurana uyğun hərəkət edir, belə davam etsin və heç narahat olmasın, çox rahat olsun türk milləti onun arxasındadır. Sitatlar
Yaxın Şərqdə qadına münasibət böyük fəlakətdir. Qadını narahat etmək, kədərləndirmək və onu gərgin hala salmaq üzərinə qurulub. İnsan qadını məyus etməyə heç vaxt qıya bilməz. Qadına ehtiram, hörmət göstərilər. Sitatlar
Sevgi hər cür neqativ olanı udacaq gücdədir. Mənfi olan hər şey sevginin içində yox olar. Biz sevgiyə görə yaradıldıq. Allah sevgidə limit qoymamışdır. O zaman bu çox zövqlü olan neməti necə daha çox doya-doya yaşaya bilərik onu öyrənəcəyik. Əvvəl səmimi olmaq əhəmiyyətlidir. Səmimi olmaq Allah ilə əlaqəni normal hala gətirmək üçün əsas şərtdir. Sonra mütləq Allahın böyüklüyünü yaxşıca qavramaq lazımdır. Bundan sonra insan sevginin içində yol almağa başlayar. Sitatlar
Həmişə haqlı çıxmağa çalışmaq müəyyən mənada ağıl xəstəliyidir. İnsanın özünü belə alçaldıcı hala salmaması lazımdır. Hər zaman qarşısındakının da haqlılıq payı olduğunu bilmək və doğru olana tabe olmaq əhəmiyyətlidir. Sitatlar
İçində olduğumuz Axırzamanda dəccaliyyətin həmləsi şiddətlidir. Dəccaliyyət insanlar üzərində ağır təsir yaradır, şeytanın da təsiri ilə güclü maqnit sahəsi yaradır. İnsanlar laqeyd, az düşünən, içinə qapalı hala gəlirlər. Bu xarakteri mütləq dəyişmək lazımdır. Sitatlar
İnsanlar cənnətin möhtəşəmliyini görsələr dünyada yaşamaq çox çətin hala gələr. Allah insanlara mərhəmət olaraq hal-hazırda cənnəti göstərmir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur