logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 22 iyun 2018

avatar

Adnan Oktar

Namaz Allaha sevgidir, Allaha iltifatdır. İbadət Allaha sevgimizi göstərmə şəklimizdir. Bütün ibadətlər Allaha olan sevgini ifadə edər.
A9 TV; 22 iyun 2018
1837
avatar

Adnan Oktar

Allaha güvənmək əhəmiyyətlidir. Əgər insan Allaha güvən mövzusunda özünü zəif görürsə, özünə əsəbiləşərək bu mövzunun üstünə getməlidir. İnsanlar təvəkkül edə bilmədikləri üçün çətin yaşayırlar. Allah insanlara zülm etməz, təvəkkül etmədikləri üçün insanlar özləri özlərinə zülm edirdilər.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Qadınları dürüst sevmək, hörmət göstərmək lazımdır. Qadına dəyər veriləndə qadın olar. Qadın hörmətlə, dəyər verərək gözəldir. Axirətə niyyət yoxsa sevgi olmaz. Yox olacaq varlıq seviləməz. Özünün də qiyməti qalmaz, qarşısındakının də qiyməti qalmaz. Sonsuza niyyətlə sevilər.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

İnsan ağlı maqnit kimi hər şeyi çəkər. Allah ilə əlaqə güclü olanda gərəksiz heç bir şeyə narahat olmazlar. Qorumanın Allahdan olduğunu biləndə, həmin narahat edici mövzular ona heç vaxt zərər verməz. Fikir etməmək üçün mövzulara çox yuxarıdan baxmaq və böyük ağılla olmaq lazımdır. "Müsəlmanlar əzilir, şəhid edilirkən mənim balaca işlərim əhəmiyyətlidir yoxsa o insanların qurtuluşu daha əhəmiyyətlidir" deyə düşünüb əhəmiyyətsiz mövzulardan xilas olmaq mümkündür.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Sənətçilərə sahib çıxılması çox vacib mövzudur. Sənətçilərin hamısına mütləq dövlət medalı və sabit maaş təmin edilməsi lazımdır. Sənətçi çalışıb pul qazanmaq məcburiyyətində olmamalıdır. Həyatları zəmanət altında olmalıdır. Sənətçi bir yerə gəldiyi zaman ondan ödəniş alınmaz.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

İmanın dərinləşməsi çətin deyil. Amma çox səmimi olmaq lazımdır. İnsan səmimi olduqda iman dərinliyi öz-özünə inkişaf edən nemət olaraq möminə verilər.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

Hər kəsin hər kəsə salam verdiyi, dost olduğu dünya istəyirik. İnsanlar həmişə bir-birinə məsafəli və uzaqdır. Yalnız öz ailəsini sevir. Hər kəsin bir-birinə ailə olduğu dünya olması üçün məşğul oluruq.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

İman zəifliyi və darvinist təhsil bir arada olanda gənclər məhv olur. Sənin atan soxulcan, bakteriyadan təsadüflər nəticəsində olmusan deyəndə uşaq dəhşətə qapılar. Bu cür təhsillə yetişən uşağın xoşbəxt olması, hüzur tapması mümkün olmaz.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Hər an Allah ilə birlikdə hərəkət etmək lazımdır. İnsanların ən böyük bəlası Allaha güvənməkdə şübhəyə düşmələridir. İnsanların bəzisi mənfəətlərinə zidd düşəndə Allahı buraxmaq meylində olar. Əksinə bəla, dərd gələndə Allaha daha güclü sarılmaq lazımdır. Allah onsuz da o hikmətlə bəlanı verər. O zaman bütün yollar o insana açılar.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Din dərsində əsas sevgi və mərhəmət öyrədilməlidir. Allah niyə sevilir, Allahın sənəti nədir, Allahın böyüklüyü necə aydın olar, iman həqiqətləri nələrdir, Quran möcüzələri nələrdir bunların gənclərə izah edilməsi lazım.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Allahı candan sevən və böyüklüyünü qavrayan, dünyanın ən təsirli, ən böyük gücü halına gələr. Heç kim, o insanı məğlub edə bilməz.
A9 TV; 27 iyun 2018
avatar

Adnan Oktar

İnsanlar ən çox imanı güclü olan kəslərdən təsirlənər. Mömin gözəl təbliğ etmək istəyirsə imanının çox güclü, Allah sevgisinin çox dərin, Allaha güvənin tam olması lazımdır. O zaman bu insanın etdiyi təbliğ müdhiş təsirli olar, Allahın izni ilə.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

İnsanlardakı ən vəhşi instinkt gələcək qorxusudur. Bir çox insanın çəkdiyi acının təməlində gələcəkdən duyduqları qorxu vardır. Heç vaxt gələcəklərini zəmanət altına aldıqlarını düşünüb rahatlamırlar. Rahatlığı təmin edəcək yalnız Quranda izah edilən vəlayət sistemidir. Çünki vəlayət sistemində hər kəs hamının anası, atası, qardaşı, qoruyucusu olmaqla məsuldur.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

Bezmək, Allahın imtahanını istəməmək deməkdir. Sevgidən bezmək deməkdir. Belə bir şey möminin qədərində yoxdur. Mömində bezginlik olmaz. Bezginlik ölü olaraq yaradılmış varlıqlarda olar. Onlar yeməkdən, əylənməkdən, gəzməkdən hər şeydən bezərlər. Möminin isə hər anı həyəcan, hər anı yenilik, hər anı sevincdir. Mömin hara dönsə yaxşılıq, hara dönsə xeyirdir.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Bu əsrdə insanlar heç bir dövrdə nəsib olmamış böyük möcüzələr görəcəklər. İslamın hakimiyyətini, Mehdini, iki min il sonra İsa Məsihi, Tabut-u Səkinəyi, Hz. Süleyman dövründən gələn müqəddəs əmanətləri görəcəklər inşaAllah.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

Türkiyə, kin və nifrət ölkəsi olmamalıdır. Yaxşı olan hər hərəkətə yaxşılıqla cavab verilər. İnsanın düşməni belə olsa yaxşı rəftar edəndə, o yaxşılıq təqdir edilər. Biz millət olaraq qardaşıq, birik. Yaxşı olan, gözəl olan hər rəftarı yaxşılıqla cavab vermək gözəllikdir.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

Şəhidlərimizin hamısı cənnət quzusudur. Necə nəsiblilər ki, Allah onlara ən gözəl məqamı vermiş. Allah bizlərə də yataq ölümü verməsin. Şəhidlik çox şərəfli, çox böyük nemətdir. Allah ailələrinə də xeyirli, gözəl ömür versin, onları razılıq içində yaşatsın.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

İnsanların sevinci, xoşbəxtliyi və azadlığı çox vacibdir. Tayyib hocam və hökumətimizdən xahiş edirik, "insanların xoşbəxt olmasını istəyirik, sevincə azadlığa üstünlük verəcəyik. Gənclərin, qadınların azad olmasını istəyirik. Həyatın yaxşı olmasını istəyirik" açıqlamalarına üstünlük versələr çox gözəl olar.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Ehtiras olması üçün eqoist olmamaq lazımdır. Eqoist olmaq dünyadakı ən böyük faciədir. Eqoist insan məhv olmuş deməkdir. Səmimi insan Allah üçün və sevdikləri üçün yaşayar. Eqoistlik insanı adiləşdirər və bəsitləşdirər.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Sərhədimizdə terrorist heç bir quruluş istəmirik. Allah ordumuzu müzəffər etsin. Allah əsgərimizi namərd güllələrdən qorusun.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

İnsanların ikisi də ağıllıdırsa sevgi müdhiş sürətlə inkişaf edər. Amma bir tərəfin ağılı zəifsə sevginin inkişafı illər çəkə bilər. Hər iki tərəf ağıllıdırsa, iki tərəf də eqoist deyilsə, hətta qısa söhbətdə belə dərin sevgi meydana gələr.
A9 TV; 23 iyun 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allahın sevgisini istəyən, bütün diqqətini Allaha verməlidir. Allahın sənəti nəhəngdir, insan hamısının təfərrüatına yetişə bilmir amma əsas mövzulara yetişə bilər. Atomun quruluşu, hüceyrənin quruluşu, heyvanlardakı simmetriya və bər-bəzəyi düşünmək və ən əhəmiyyətlisi öz ruhuna baxmaq insana bütün həqiqətlərin qapısını açar. Sitatlar
Bu sevgisizlik mühiti 3-5 ilə qədər dəyişəcək. Allah, Mehdi vəsiləsiylə, bütün dünyaya sevgini öyrədəcək. Sitatlar
Bütün dünyada insanlığı, insani həyata çəkmək lazımdır. Nifrət, kin, dəhşət saçmaq qorxunc şeylərdir. Gözəl olan dostluq, yoldaşlıq, sevgidir. Bunu israrla insanlara izah etmək lazımdır. Filmlərdə, seriallarda, internetdə həmişə döyüş, qarşıdurma, silah, tələyə salma vardır. Halbuki hər yerdə sevgi olmalıdır. İnsana bu qədər gözəl həzz verən bir duyğu varkən döyüş fəlsəfəsini yaymaq çox böyük zülmdür. Sitatlar
Bütün həyatımıza hakim tək güc Allahdır. İnsanların böyük hissəsinin iman etməməsi möminlərin təhsili üçün xüsusi yaradılmış vəziyyətdir. Sitatlar
İnsanlar ən çox imanı güclü olan kəslərdən təsirlənər. Mömin gözəl təbliğ etmək istəyirsə imanının çox güclü, Allah sevgisinin çox dərin, Allaha güvənin tam olması lazımdır. O zaman bu insanın etdiyi təbliğ müdhiş təsirli olar, Allahın izni ilə. Sitatlar
İnsanların böyük hissəsi sadə maraqlarını, haşa, Allaha tərcih edən cahillik və eqoizm içindədir. İnsanların bütün bu nankorluğuna baxmayaraq Allah çox mərhəmətli və mehribandır. Sitatlar
Namaz möminin fərahlığıdır, hüzurudur. Namaz insanın ruhuna çox müsbət təsir edər, bərəkətə və xeyirə vəsilə olar. Sitatlar
Quran ola bildiyi qədər azadlıq gətirər. Qurandakı azadlıq dünyadakı ən yüksək azadlıqdır. Qurana tam uyanlar azadlığı ucsuz-bucaqsız yaşayarlar. Qurana tam tabe olan insanın üzərində heç bir təzyiq olmaz. Sitatlar
Türkiyə, kin və nifrət ölkəsi olmamalıdır. Yaxşı olan hər hərəkətə yaxşılıqla cavab verilər. İnsanın düşməni belə olsa yaxşı rəftar edəndə, o yaxşılıq təqdir edilər. Biz millət olaraq qardaşıq, birik. Yaxşı olan, gözəl olan hər rəftarı yaxşılıqla cavab vermək gözəllikdir. Sitatlar
Edam doğru üsul deyildir. İran kimi ən çox edam cəzası tətbiq olunan ölkələrdə əxlaqi cinayətlər son dərəcə yüksək olur. Edam cəzası gətirilməsini dəstəkləyən bəzi seqmentlərin Türkiyəni pis vəziyyətə salmaq istəyən çox daha fərqli planı ola bilər. Məsələni əsas həll edəcək olan doğru təhsildir. Təhsillə bir insanı islah etmək varkən, edamla yox etmək doğru üsul olmaz. Sitatlar
Münafiq nə etsə başına keçər. Lağım vedrəsi hazırlayır öz başına tökülür. Amma arsızca, üstü başı pislik içindəykən belə, "nə olduki" deyər. Münafiqlərin arsızlığı müsəlmanların şövqünü artıran, möminlər üçün xeyir olan vəziyyətdir. Sitatlar
Məscid toplantı məkanıdır, söhbət, dostluq, qardaşlıq məkanıdır. Sadəcə namaz üçün bir araya gəlinən məkan deyildir. Ehtiyacı olan olduğunda yatmaq üçün də qalmaq olar. Amma məscidləri axşam olanda bağlayırlar. Allahın evi bağlanmaz. Məscidlərin çox təmiz olması da çox əhəmiyyətlidir. Hər gələn təmizliyə kömək edəcək, süpürəcək, siləcək. Məscidlər tərtəmiz sevinc dolu məkanlar olacaq. Sitatlar
Allah ən çox eşqi sevər. Bütün kainat eşq, ehtiras, sevgi üzərinə qurulmuşdur. Namazın, orucun, bütün ibadətlərin məqsədi sevgidir. "Sabaha qədər namaz qıldım ayağım şişdi" deyir. Allahın istədiyi bu deyil. Allahın istədiyi könüldən Allahı sevərək namazını qılmaq, ibadətləri yerinə yetirməkdir. Sitatlar
Münafiq xüsusi yaradılan məxluqdur. Münafiqlərlə elmi mübarizə namaz kimi ibadətdir. Münafıqlə elmi mübarizə yüzlərlə ayə ilə izah edilmişdir. Bu ayələri yaşamamız üçün münafiqlər xüsusi olaraq yaradılmışdır. Sitatlar
Bəzi müsəlmanlar, münafiqlərlə elmi mübarizə tezliklə bitsin istəyirlər. Halbuki müsəlman üçün münafiqlə elmi mübarizə həyatidir, namaz kimi əhəmiyyətli ibadətdir. Mömin həyatı boyunca bu ibadəti yerinə yetirəcək. Hər münafiq hücumu müsəlmanlara fövqəladə hərəkət, şövq, həyəcan və əzm gətirər. Sitatlar
Namaz insanı fərəhləndirən, qəlbini açan, gücləndirən çox böyük nemətdir. Namazı tərk etmək təxəyyül belə edilə bilməz. Sitatlar
Dəstəmaz, namaz Qurana görə asandır. Namaz və dəstəmazı çətinləşdirmək şeytanın insanları namazdan uzaqlaşdırmaq üçün oyunudur. Hər məzhəb özünə görə namaza sünnələr, fərzlər əlavə edər. Biri digərini qəbul etmir. Haram və halal məsələsində belə bir-birilərinə zidd olurlar. İslamın haramları, halalları təkcə Quranla müəyyən olubdur. Namaz qılmağın, dəstəmaz almağın hər məzhəbə görə fərqli olması deyə bir şey olmaz. Qurana görə namaz, dəstəmaz dəqiqdir və asandır. Sitatlar
40 ildir davamdan bir millim belə kənara çıxmadım. Eyni şövq, eyni həyəcanla və heç bir maneəni qəbul etmədən. Həbsxanalar, ağıl xəstəxanası, silahlı hücum, təzyiq, qorxutma, böhtan heç bir şeyə ilişib Sitatlar
Acılar olmadan insan inkişaf etməz və hər şey çox dəyərsiz olar. Cənnətin gözəlliyini belə, acı çəkməyən insan anlamaz. Sitatlar
Allah insanlardan zəif sevgi istəmir. Bu insanı da doyurmaz, Allah da belə sevgi istəməz. Üsulu ilə sevgi əsla olmaz. Allahı, Allahın istədiyi kimi tam haqqıyla sevənlərin isə sayı çox azdır. Allahı ən çətin şərtlərdə sevmək əsasdır. Peyğəmbərlər çox çətin şərtlər altında sevgilərini davam etdirmişlər. Sitatlar
Allah İslam ümmətinə birlik olmağı fərz etmişdir. Bölünmə haramdır. Müsəlmanlar arasında anlaşılmazlıq varsa barışdırmaq fərzdir. Allah bir çox ayədə İttihadı İslamın fərz olduğunu bildirmişdir. Sitatlar
Allah monotonluğu istəməz. Fərqli mədəniyyətlər, fərqli dillər, fərqli insanlar bir gözəllikdir və nemətdir. Allah istəsəydi bütün insanları eyni yaradardı, amma özümüzü inkişaf etdirməmiz və zövq almağımız üçün fərqli-fərqli yaradır. Sitatlar
Allah münafiqləri maddi və mənəvi hər yöndən çökdürər. Daxilən yandırar. Peyğəmbərimiz münafiqlərin həlak olması üçün dua etmişdir. Münafiqlərin həlakı üçün dua etmək sünnədir. PEYĞƏMBƏRİMİZ (S.Ə.V) BU CÜR DUA EDİR: “ALLAHIM, O MÜNAFİQLƏRİN HAMISINI QƏHR ET, ONLARIN BİRLİKLƏRİNİ DAĞIT, PƏRİŞAN ET! ONLARIN BİR-BİR CANLARINI AL VƏ ONLARIN HEÇ BİRİNİ SAĞ BURAXMA!” (Mənbə: Asim Köksal, İslam tarixi, XI, 14-30) Sitatlar
Allah Özünü sevməyən insanların əsla xoşbəxt olmayacaqları şəkildə dünyanı yaratmışdır. Qəlblər ancaq Allah sevgisiylə, Allaha dostluqla rahat edə bilər. Dünya əksinə kilidlənmişdir. Allah sevgisi olmadan kimsə xoşbəxt ola bilməz. Sitatlar
Allah Qəhrəmanmaraş şəhidlərimizin şəhadətini mübarək etsin. Allah bizlərə də o igidlərin gözəl mövqeyini nəsib etsin. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur