logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 13 dekabr 2017

avatar

Adnan Oktar

Əvvəllər İslamdan bəhs edən kitablar eyni cür, keyfiyyətsiz kağızda dərc edilirdi. Kitablarda incəsənətdən istifadə etmək, İslamdan bəhs edərkən incəsənəti önə çıxartmaq bizə nəsib oldu.
A9 TV; 13 dekabr 2017
2060
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik. Sitatlar
Bakı-Tbilisi-Qars dəmiryol xətti çox gözəl təşəbbüs oldu. Allah Tayyib hocamdan, hörmətli Əliyevdən və hörmətli Kvirikaşvilidən razı olsun. Bunlar inşaAllah Türk İslam Birliyinin ilk addımlarıdır. Bərəkətli və xeyirli olsun. Sitatlar
Darvinizm Qiyamətə qədər belini qaldıra bilməyəcək şəkildə dağıldı. Texniki cəhətdən dağıtdığımız üçün bir daha belini qaldıra bilməz. Dəccaliyyətin, darvinizmin ayağa qalxması bundan sonra qeyri-mümkündür, elmlə yerlə-yeksan oldu. Sitatlar
Ənənəçi ortodoks sistem Türkiyədə fikri olaraq qəti şəkildə məğlub oldu. Quran müsəlmanlığı bir anda gözəl bitki kimi pöhrə verib hər yeri bürüdü. Sitatlar
İngiltərə dərin dövlətinin və qollarının 2018-ci ildə millətimizə və ölkəmizə qarşı planlarına çox diqqətli olaq. Buna qarşı həm gənclərimizi, həm də xalqımızı yaxşı yetişdirək. Hazırlıqlı olaq, qətiyyətli olaq. Bunlar qorxaq xalqlara görə tənzimləniblər. Digər ölkələrdə buna görə işləri asan oldu. Qoçu ölkələrə isə gücləri çatmır. Tayyib hocama da yaxşı sahib çıxaq. Türkiyəyə bir şey edə bilməyəcəklərini göstərək. Bunlar Türkiyəni təslim almağın qapısı olaraq Tayyib hocamı təslim almağı düşünürlər. Buna görə də, Tayyib hocamı heç kimə verməyəcəyik. Sitatlar
Mənəvi zəlzələ oldu. 150 ildir ki, dəccaliyyət dünyanı silkələyir. İnsanların əlindən nəşələrini, sevinclərini aldı. Dəccaliyyətin yaratdığı təxribatı mehdiyyət tamamilə aradan qaldıracaq. Sitatlar
Müasir olanın dinsiz olduğuna dair yanlış imic var idi. Bu imici biz aradan qaldırırıq. "Rəsm çəkən, rəqs edən, musiqi dinləyən, əylənən, dekolte geyinən, heykəl sevən dinsizdir. Məzlum, az düşünən, yaxşı təhsil almamış olan, ictimai həyatın içində olmayanlar isə dindardır" deyə düşünürdülər. Hazırda ziyalı, müasir, dərin düşünən, keyfiyyətli və gözəl yaşayanın dindar olduğunu bütün dünya görmüş oldu. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) çox gözəl ağılla münafiqləri İslam üçün istifadə etmişdir. O dövrdə münafiqlər 15-20 il müsəlmanlara xidmət etdi, döyüşlərdə iştirak etdilər, böyük qənimət qazanılmasına vəsilə oldular. Bütün gənclikləri bitdikdən sonra biz gedirik dedikləri zaman Peyğəmbərimiz (s.ə.v) gedin dedi. Həm müsəlmanlar murdarlıqdan xilas oldu, həm də arxalarında böyük zənginlik qoydular. Sitatlar
Tayyib hocamın homoseksuallara kvota ayrılmasını tənqid edən çıxışı İngiltərə dərin dövlətinin fəlsəfəsinə endirilən böyük mənəvi zərbədir. Bu mövzudakı bəyanatı millətimiz üçün çox güvən verici və gözəl oldu. Sitatlar
Tayyib hocamın son dövrdə danışıqlarında keyfiyyət, sevgi və incəsənəti vurğulaması çox gözəl oldu. Sitatlar
Arakan müsəlmanlarının yaşadıqları zülmü həmişə gündəmdə saxlamağımızın vəsiləsi ilə bütün dünyanın diqqəti mövzuya çəkilmiş oldu. Sitatlar
Arakanlı qardaşlarımıza sürətlə kömək yetişməsinə Tayyib hocam vəsilə oldu. Allah ondan razı olsun. MaşaAllah. BərəkAllah. Sitatlar
Axırzamanın ən mühüm əlamətlərindən biri zəlzələlərin çoxalmasıdır. 1980-ci illərdən etibarən zəlzələlərdə görünməmiş artım oldu. Sitatlar
Dünyanın yaşlandığı hər yerdə görünür. Göy də, yer də, sanki xərçəng oldu, ölümə doğru gedir. Qiyamətin yaxın olduğu görünür. Sitatlar
Tayyib hocamın təvazökarlığın əhəmiyyətinə dair etdiyi çıxış çox vacibdir. Xalqa təpədən baxan, xalqı dəyişməyə çalışan, xalqın həyat tərzinə hörmət göstərməyənlər verdiyi zərərlərin qarşısını alacağı mənasını verir. Allah razı olsun. Bu çox əhəmiyyətli və gözəl açıqlama oldu. Sitatlar
Minarələrdən yüksələn mübarək səla səsi dəccaliyyətin ruhunun yanıb qovrulmasına vəsilə oldu. Sitatlar
Mövhumatçılığa qarşı olan, lakin Quran müsəlmanlığını sevən və mənimsəyən bir nəsil yetişir, bu çox gözəl nemət oldu. Sitatlar
Heyvan sevgisinin çoxalması çox gözəl oldu. Heyvanların qorunması üçün də çox qətiyyətli davranırlar. Heyvanların rahat olması gözəllikdir. Sitatlar
Həqiqi sevginin və ruh dərinliyinin yox olması kiçik mənfəətlər arxasınca qaçan, ehtirası bilməyən səthi insanların yetişməsinə səbəb oldu. Sitatlar
Xalq prezident idarəetmə sistemini istəmir, təhlükəlidir. Əsgər buna görə şəhid oldu,   polis buna görə şəhid oldu; Türkiyə parçalanmasın deyə. Amerika Birləşmiş Ştatları,   adından göründüyü kimi "Birləşmiş ştatlar". ABŞ modeli prezident idarəetmə sistemi   olduqda, Türkiyə ayrı-ayrı dövlətlərdən ibarət olacaq. Məhv olduğumuzun şəklidir.   Bunun bizə nə faydası olacaq? Parça-parça olarıq, Allah qorusun. Sitatlar
Prezident idarəetmə sisteminin olduğu bütün ölkələr çökdü, məhv oldu. Heç birinə   bərəkət, hüzur gəlmədi. Onları hər yerdə bir fəlakət bürüdü. Xüsusilə də, Asiya ölkələri   həmişə mafiyaya təslim oldu. Yaxın Şərq ölkələrinin liderləri həlak oldu, dövlətləri   dağıldı. Amerika iqtisadi cəhətdən çökdü. Fransa üç hissəyə bölünmək üzrədir. Hal-  hazırda Amerika da bölünmək üzrədir. Sitatlar
Bizim kökümüz İslam, Qurandır. Allah təkcə onda bərəkət yaradar. Təkcə onda hüzur, dinclik yaradar. Ondan kənarda dünya süründü, vəhşi kapitalizmlə, kommunizmlə, faşizmlə məhv oldu. Sitatlar
Bütün məktəblərdə Darvinizm rəsmi olaraq öyrədilir. Dövlət məktəb kitablarında kainatın təsadüf nəticəsində yarandığı izah edilir. "Allah yaratdı" deyilmir, "təsadüfən oldu" deyilir. Bu çox dəhşətlidir. Dövlətimiz Darvinizmə qarşı elmi dəlillərlə cavab verməlidir. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in saçının əsl rəngi qara idi, sonradan ağ tellər oldu. İsa Məsihin də saçının əsl rəngi qırmızıdır, amma yaşlandıqca ağaracaq, inşaAllah. Sitatlar
Axırzamanla və Mehdi (ə.s)-ın çıxışı ilə əlaqədar hədislər reallaşdı və beləcə qətilik qazanmış oldu. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur