logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 24 noyabr 2017

avatar

Adnan Oktar

Tayyib hocamın son dövrdə danışıqlarında keyfiyyət, sevgi və incəsənəti vurğulaması çox gözəl oldu.
A9 TV; 24 noyabr 2017
1840
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıllı qadın ehtirasa mütləq möhtəşəm sevgi ilə qarşılıq verər. Sən Allahın təcəllisi olaraq sevdiyin zaman mütləq o təcəlli də səni sevər. Bu, Allahın qanunudur. Dəyişməz. İşıq vardırsa, mütləq kölgə var. Allahın təcəllisi olaraq sevgi vardırsa, mütləq qarşı sevgi də var. Sitatlar
Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik. Sitatlar
Allah eşqinə, Allah sevgisinə əsaslanmayan hər sevginin sonu fəlakətdir. Ya bir-birini əzmə, ya dava, ya da ayrılıq vardır. Allah sevgisi yoxdursa, hamısı acı nəticə ilə nəticələnər. Sevginin gözəlliyi Allaha aşiq olmağa bağlıdır. Sevgi Allahın verdiyi cənnət nemətidir. Allahı unudaraq sevgi olmaz. Sevginin sahibi Allahdır. Sevginin sahibinə bağlanmadan sevgi tapa bilməzsən. Sitatlar
Allah saf sevgidir. Allah; “dünyanı insanlar Mənə ibadət etsinlər deyə yaratdım” deyir. İbadətin məqsədi sevgidir. Namaz sevgimizi ifadə etməyin bir yoludur. Mömin şükür edər, bu sevgi ifadəsidir. Səbir edər, bu sevgi ifadəsidir. Möminin həyatının hər anı, həyatın bütün məqsədi sevgidir. (Zəriyət surəsi, 56: Mən cinləri və insanları təkcə Mənə ibadət etsinlər deyə yaratdım). Sitatlar
Allah sevgisi ilə sevmək, sonsuz Allahın təcəllisini dərin ehtirasla sevməkdir. Allah sevgisi olmadan əti, sümüyü yox olacaq bədəni sevmək olmaz. Sitatlar
Allah üçün yaşamırsansa, saf sevgi üçün yaşamırsansa, deməli, məhv olmusan, sürünürsən. Dünyadakı hal-hazırkı ağrı-acıların səbəbi sevgi üçün yaşanmamasıdır. Sitatlar
Allaha kəskin ağıl, kəskin diqqətlə, qəlbən aşiq olunar. Ağıllı insanın Allaha sevgisi olduqca dərindir. Kəskin məhəbbət, kəskin ağılla əlaqə şəklində olar. Sitatlar
Allahın ən çox bəyəndiyi şey sevgi olduğu üçün, mən də həmişə sevgidən bəhs etməkdən zövq alıram. Mənim bəhs etdiyim şeylər insanların həmişə ağlından keçən, həmişə istədikləri şeylərdir. Mənim fərqim, onların bəhs etməkdən çəkindikləri şeyləri səsli olaraq dilə gətirməyimdir. Sitatlar
Axırzamanda çox böyük bolluq olacaq. Dəccal tayfasının iqtisadi böhran meydana gətirən fəaliyyətlərinə son veriləcəyi üçün tarixdə misli görünməmiş zənginlik yaranacaq. Sitatlar
Bakı-Tbilisi-Qars dəmiryol xətti çox gözəl təşəbbüs oldu. Allah Tayyib hocamdan, hörmətli Əliyevdən və hörmətli Kvirikaşvilidən razı olsun. Bunlar inşaAllah Türk İslam Birliyinin ilk addımlarıdır. Bərəkətli və xeyirli olsun. Sitatlar
Bəzi insanlar sevgini izah etmək üçün sadəcə internetdən duyduqları qəlib cümlələrdən istifadə edirlər. Halbuki sevgi ruhdan dilə təbii axarla axar. Danışmağa ruhla bərabər axar. Qadınlarda Allah bunu instinkt olaraq yaratmışdır və onu dürüst sevəni qadın dərhal anlayar. Qadın belə gözəl sevən biri ilə qarşılaşdığı zaman sanki hipnoza girər. Sevgini görən qadın sanki dirilmiş kimi olar. Qadın səmimi sevildiyindən əmin olmaq üçün dəfələrlə yoxlayar. Səmimiyyəti isə sözlərdən deyil, cümlə quruluşundan, səs tonundakı təbiilikdən və baxışlardakı dərinlikdən anlayarlar. Həqiqi sevgi qadına həyat verən işıqdır. Sitatlar
Bu dünya sevgi təhsili aldığımız məktəbdir. Sevgi universitetindən akademik professor olaraq məzun olacağıq, Allahın icazəsi ilə. Diplomu aldıqdan sonra qalanı asandır. Bu son dərəcə təfərrüatlı, əhatəli təsviri göstərən Uca Güc yeni təsvir göstərəcək. Pərdə açılacaq daha aydın təsvir yaşayacağıq. Sitatlar
Darvinizm Qiyamətə qədər belini qaldıra bilməyəcək şəkildə dağıldı. Texniki cəhətdən dağıtdığımız üçün bir daha belini qaldıra bilməz. Dəccaliyyətin, darvinizmin ayağa qalxması bundan sonra qeyri-mümkündür, elmlə yerlə-yeksan oldu. Sitatlar
Ənənəçi ortodoks sistem Türkiyədə fikri olaraq qəti şəkildə məğlub oldu. Quran müsəlmanlığı bir anda gözəl bitki kimi pöhrə verib hər yeri bürüdü. Sitatlar
Əvvəllər İslamdan bəhs edən kitablar eyni cür, keyfiyyətsiz kağızda dərc edilirdi. Kitablarda incəsənətdən istifadə etmək, İslamdan bəhs edərkən incəsənəti önə çıxartmaq bizə nəsib oldu. Sitatlar
İngiltərə dərin dövlətinin və qollarının 2018-ci ildə millətimizə və ölkəmizə qarşı planlarına çox diqqətli olaq. Buna qarşı həm gənclərimizi, həm də xalqımızı yaxşı yetişdirək. Hazırlıqlı olaq, qətiyyətli olaq. Bunlar qorxaq xalqlara görə tənzimləniblər. Digər ölkələrdə buna görə işləri asan oldu. Qoçu ölkələrə isə gücləri çatmır. Tayyib hocama da yaxşı sahib çıxaq. Türkiyəyə bir şey edə bilməyəcəklərini göstərək. Bunlar Türkiyəni təslim almağın qapısı olaraq Tayyib hocamı təslim almağı düşünürlər. Buna görə də, Tayyib hocamı heç kimə verməyəcəyik. Sitatlar
Tayyib hocama dəstək olmağımız, İngiltərə dərin dövlətinə qarşı çıxmağımız və darvinizmin əsassızlığını ortaya qoymağımız bəzilərini çox narahat edir. Əllərindən gələni etsinlər, qanunla, hüquqla, elmlə, irfanla bütün hiylələrini pozacağıq. Biz dövlətimizə güvənirik, haqqı, həqiqəti sona qədər müdafiə edəcəyik. Bizim üçün əhəmiyyətli olan Türkiyənin və İslam aləminin gələcəyidir. Bu yoldakı səylərimiz bütün təzyiq və təhdidlərə baxmayaraq davam edəcək. Sitatlar
Terrorun qəti mənada bitməsi elmi mübarizə ilə olar. Ən başdan darvinist, materialist təhsilə son qoyulub murdarlığın mənbəyi aradan qaldırılmalıdır. Sitatlar
Qardaşlarımızın çoxu İngiltərə dərin dövlətinin son 200 ildir ki, millətimizə qarşı oynadığı oyunları bilmir. Biz ingilis xalqını və İngiltərə dövlətini sevir, hörmət edirik. Lakin İngiltərə dərin dövlətinə qarşı elmi mübarizəmiz həmişə davam edəcək. Bu günə qədər Türkiyə əleyhinə nə qədər hadisə vardırsa, arxasından həmişə İngiltərə dərin dövləti çıxmışdır. Sitatlar
Mehdini gözləməyənlərin son dərəcə şövqsüz və bədbəxt halları olur. Mehdini gözləmək insanları ətalətə aparır deyirlər, halbuki özləri onsuz da ətalət içindədirlər. Mehdini gözləyənlər də son dərəcə canlı, şövqlü və çalışqandır. Əsas Mehdini gözləməmək, ona qarşı gəlmək ətalət gətirər. Sitatlar
Şərqi Qutadaki qaz hücumu başdan sona qədər İngilis dərin dövlətinin işidir. Savaşın sona çatmaması, daha da qızışması, Suriyanın tamamilə parçalanması və daha çox qan axması üçün edilmiş hadisədir. İslam aləminin bir an əvvəl birlik olmasının nə qədər təcili olduğunu görürük. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur